115
Bir çox heyvanlarda (insanabənzər meymunlar, məməlilər) və insanlarda
purin əsaslarının son parçalanma məhsulu sidik turşusudur. Bu da sidik vasitəsi ilə
orqanizmdən xaric olunur. Canlı aləmin digər nümüyəndələrində (suda quruda
yaşayanlar və bitkilər) sidik turşusu karbamidə və qlioksil turşusuna parçalanır.
Purin əsaslarından (hipoksantin və ksantin) fərqli olaraq pirimidin əsasları-
nın aminsizləşməsi dehidrogenazanın təsiri ilə reduksiya olunma sayəsində baş
verir. Bu prosesdə urasil dihidrourasilə sonuncu isə hidrolazanın təsirilə hidrolizə
uğrayaraq aminturşuya, ammonyaka və karbon qazına çevrilirlər.
Timindən β-amin izoyağ turşusu əmələ gəlir.
Nəticədə əmələ gəlmiş NH
3
, CO
2
və aminturşular NT və digər biosintez
proseslərində iştirak edə bilər. Ancaq onların əksəri heç bir dəyişirikliyə uğrama-
dan sidiklə xaric edilir.
Dostları ilə paylaş: