Parkinson xəstəliyi zamanı istifadə olunan preparatlar və onların əlamətlərinin aradan qaldırılması səbəbləri


Bromokriptin, Lizurid, Perqolid, Ropinirol



Yüklə 31,7 Kb.
səhifə2/3
tarix18.05.2022
ölçüsü31,7 Kb.
#58556
1   2   3
referat 4134

Bromokriptin, Lizurid, Perqolid, Ropinirol
3. MAO B-ni blokada edən maddələr
Selegilin (Deprenil)
4. Kombina olunmuş preparatlar Madopar (levadopa+benserazid), Sinemet (levodopa+karbidopa), Stalevo tabletləri (levodopa+arbidopa+entakapon)
II. Qlutamatergik sistemi blokada edən maddələr
Amantadin (Midantan), Qludantan
III. Xolinergik innervasiyanı süstləşdirən maddələr
Triheksifenidil (Siklodol), Biperiden (Akineton), Triperiden (Norakin), Benztropin mezüat (Sogentin), Bornaprin hidroxlorid (Sormodren)
IV. Parkinson xəstəliyinin müalicəsində istifadə olunan antixolinergik aktivliyə malik digər kimyəvi qruplardan olan maddələr
Dietazin, Etopropazin, Difenhidramin (Dimedrol), Orfenadrin, Xlorfenoksamin

Xəstəliyin müalicəsində dofaminin özündən istifada olunmur, çünki o, praktik olaraq HEB-i keçmir. L-DOFA isə HEB-i yaxşı keçir, baş beyində dofa-dekarboksilaza fermentinin təsirindən dofaminə çevrilərək müvafıq nüvələrdə toplanır. Nəticədə, zolaqlı cisim sahəsində mediatorların (dofamin-qlutamat-asetilxolin) pozulmuş balansı bərpa olunur və xəstəliyin klinik əlamətləri tədricən aradan qalxır. Parkinsonun müalicəsində levadopadan dərman maddəsi kimi 1960-cı illərin əvvəlindən istifada olunmağa başlanmışdır. O, əsasən, hipokineziyanı aradan qaldarır. Preparatm rigidlik (az) və tremor halına da (lap az) müsbət təsiri vardır. Onun təsir effekti təqribən 7 gündən sonra başlayır və 1 aydan sonra ən yüksək həddə çatır. Levadopanı ancaq yeməkdən sonra təyin etmək lazımdır. İştahanın pozulması, öyümə, qusma, ortostatik hipotenziya, psixi pozğunluq və ürək aritmiyaları kimi əlavə effektlər törədə bilər.


Preparatın törətdiyi əlavə effektlərin əksəriyyəti onun periferik təsirilə əlaqədardır, başqa sözlə periferik toxumalarda L-dofanın dofaminə çevrilməsinin nəticəsində meydana çıxır. Odur ki, son illər ən çox levadopanın kombina olunmuş preparatlarından istifada edilir, yəni L-dofanı dofadekarboksilazanın periferik blokatorları ib birlikdə işlədirlər. Məs. madopar (levadopa benserazidb birlikdə); sinemet və ya nakom (levadopa karbidopa ib birlikdə). Göstərilən maddələin bu şəkildə kombina olunması həm də, levadopanın baş beyindəki miqdarının artmasına (adi halda qan plazmasında toplanan preparatın yalnız 1%-dən azı baş beyinə çatır) zamin yaradır. Levodopanın effektivliyini artırmaq üçün, bəzən, onun KOMT-ın blokatorları ilə (məs., entakaponpreparatı) birlikdə də təyin edirlər (KOMT-ın inhibitorları qrupundan olan digər preparat- tolkapon yüksək hepatotoksik təsirə malik olduğuna görə istif adədən çıxarılmışdır). Entakapon MSS-də və periferiyada dofamin və dofaminomimetiklərin katabolizminin qarşısını alır, levodopanın təsirini qüvvətləndirir. Parkinson xəstəliyinin müalicə-sində istifada olunmaq üçün son zamanlar aktiv inqredientləri levo-dopa+karbidofa+entakapon olan sabit tərkibli kombinəolunmuş ofısinal tabletlər (Stalevo tabletləri) də hazırlanmışdır. Bu tabletlerin tayini bir tərəfdən periferik toxumalarda L-dofanın dofaminə çevrilməsinin qarşısını aldığı (dofa-dekarboksilazanın blokadası hesabına), digər tərəfdən, dofanın 3-OH metilləşməsi prosesini süstləşdirdiyinə (KOMT-m blokadası hesabına) göra onun miqdarını beyində daha da artırır. Bu kombinə olunma (200 mq dozada buraxılır) levodofanın istifada dozasının 10-30% azaldılmasına imkan verir. HEB-i yaxşı keçir. Dispeptik pozğunluqlar, diareya, diskineziya, ağızda quruluq kimi alava effektlar törədə bilir. Hepatotoksiki təsiri zəifdir (entakapon xəstəsinin sidiyini qırmızı va ya qəhvəyi rəngə boyaya bilir).
Bromocriptin kimyavi quruluşca çovdar mahmızından alınan erqokriptin alkoloidinin yarımsintetik töraməsidir. D2 subpopulyasiyadan olan postsinaptik DA reseptorlarının aqonistidir. Təsir mexanizmi da bu reseptorların oyanması nəticəsində dofaminergik sistemin fizioloji fəallığının yüksəlməsilə əlaqadardır. Preparat takrari- uzunmüddətli qəbul zamanı diskineziya, ruhi pozğunluq, qəbizlik va s. kimi əlavə effektlər törədə bilir. Prolaktin va boy hormonunun ifrazını ləngidir.
Tərkibinə çovdar mahmızı alkoloidi daxil olan digar yarımsintetik preparat lizuriddir. Postsinaptik D2 yarımtipindan olan dofamin reseptorlarını güçlü oyadaraq, dofaminergik sistemi aktivləşdirir. Dı reseptorlarına təsiri zəifdir. 5-HTı va 5-HT2 serotonin reseptorlarını da oyada bilir. Bu reseptorlar müxtəlif lokalizasiyalı (pre- va postsinaptik) olduqdarina göra, lizurid serotoninergik sistemə aqonist va ya anta-qonist təsir göstərə bilər. Məda-bağırsaq traktından yaxşı sorulur. Qaraciyardəmetabolizma uğrayır. Yarımparçalanma dövrü 8 saatdır. Parkinson xəstəliyinin müalicəsində ham monoterapevtik vasitə, həm də levodofa ila birlikdə istifadə oluna bilər. Suda həll olunduğuna görə, orqanizmə parenteral yollarla da (darialtı, venadaxili) təyin oluna bilir. Ondan hiperprolaktinemiyanın müalicasindəda istifada olunur. Əlavə effektləri bromkriptinin törətdiyi əlavə effektlərə uyğundur.
Tərkibinə çovdar mahmızı alkoloidlari daxil olan va Parkinson xəstəliyinin müalicəsində istifada olunan digar preparatlar perqolid (mezilat duzu şəklində) və kaberqolindir. Perqolid D2 reseptorlarla yanaşı Dı reseptorlara da stimuləedici təsir göstərir. Qravimetrik təsiri bromkriptindan 10-100 dəfə güclüdür. Terapevtik təsiri isə levodopadan zəifdir. Parkinson xəstəliyinin müalicəsində sərbəst halda və levodopailə birlikdə təyin oluna bilər. İlkin gündəlik istifadə dozası 0,05 mq-dır. Müalicənin gedişində gündəlik istifadə dozası 1,5-3 mq-a qədər qaldınla bilər. Kaberqolinin gündəlik istifada dozası müalicənin başlanğıcında 1 mq-dır. Kurs müalicəsi müddətindəhər növbəti 7-15 gündən sonra gündəlik doza 0,5-1 mq artırıılmaqla, 6 mq-a qədər çatdırıla bilər. Kaberqolin preparatından endokrinologiyada hiperprolaktinemiyanın müalicəsində də istifadə olunur.
Dofamin reseptorlarını stimulə etməklə, Parkinson xəstəliyi zamanı istifadə olunan dərman maddələrindən biri də ropinirol preparatıdır. O, D2 və D3 yarımtipindən olan dofamin reseptorlarının aqonisti hesab olunur. Təsir mexanizmi neostriatumda olan D2 postsinaptik reseptorları oyandırması ilə əlaqədardır. Parkinsonizm zamanı effektivliyinə gorə bromokriptindən güclü preparat hesab olunur. Daxilə təyin edilir. Parkinson xəstəliyinin müalicəsində ondan həm monoterapiya məqsədilə, həm də levodopa ilə birlikdə istifada oluna bilər. Dispeptik pozğunluqlar, aşağı ətraflarda ödem, diskineziya, qəflətən yuxulamaq, ortostatik hipotenziya və s. arzuolunmaz əlavə effektlər törədə bilər. Digər D2 aqonistlər kimi, ropinirol da prolaktinin sekresiyasını süstləşdirir.
Dofaminergik sistemi fəallaşdıran maddə kimi, həmçinin, MAO B-nin seçici blokatoru- selegilindən də istifadə olunur. Kimyəvi quruluşca L-amfetaminin törəməsidir. Orqanizmdə qismən L-amfetamina va onun metabolitlərinə çevrilir. Dofaminergik sinir liflərində miqdarca MAO-A-dan daha çox olan MAO-B-nin selektiv va geridönməz blokadasını törətməklə, dofaminergik sistemi aktivləşdirir və Parkinson xəstəliyi əleyhinə təsir göstərir. Preparatın Parkinsonəleyhinə müalicəvi təsirinin meydana çıxmasında beyindədofaminin miqdarını artırmasılə yanaşı, xəstəliyin inkişafında mühüm rol oynayan sərbəst oksigen radikallarını azaltması da əsas rol oynayır ( dofaminergik sinir uclarında MAO-nun təsirindən dofaminin oksidləşmə-dezaminləşmə prosesi hidrogen peroksid və digər sərbəst oksigen radikallarının iştirakilə təmin olunur). Selegilini, əsasən, levodopa ilə birlikdə təyin edirlər. Preparatların kombinə olunmuş istifadəsi zamanı Selegilin levodopanın təsir effektinin meydana çıxmasnıı tezləşdirir və onun təsir müddətini uzadır. Belə hesab edirlər ki, Selegilin Parkinson xəstəliyi zamanı lipid mübadiləsini yaxşılaşdırır.
Digər preparat, amantadinin Parkinson xəstəliyi əleyhinə təsirini onun mərkəzi qlutamatergik prosesləri blokada etməsilə əlaqələndirirlər {bu preparat ilk dəfə virusəleyhinə maddə kimi, qrip xəstəliyinin (A2 ti­pinden olan viruslarının törətdiyi) profılaktikasmda istifadə olunmaq üçün tövsiyə edilmişdir}. Müasir təsəvvürlərə görə amantadin NMDA (N-metil-D-aspartat) qlutamat reseptorlarının ekzogen liqandı olmaqla, bu törəmələri blokada edir. Nəticədə, endogen mediatorun (dofaminin) "tükənməsi" fonunda, kortikal qlutamat neyronlannın neostriatuma stimuləedici təsirinin qarşısnıı almır. Odur ki, preparat xəstəliyin əsas klinik əlamətlərini (rigidlik, hipokineziya, tremor və s.) zəiflədir və tədricən aradan qaldırır. Bundan başqa, qara cisim neyronları NMDA qlutamat reseptorlarının blokadası, bu törəmələrə Ca2+ ionlarının daxil olmasının da qarşısnıı alır. Bu da müvafiq neyronal strukturlarıntörənə biləcək destruktiv pozğunluqlarını aradan qaldırdığına görə, xəstəliyin sonrakı inkişafını tormozlayır. Başqa sözlə, amantadin qara cisim neyronlarına qarşı neyroprotektor təsir göstərir. Preparatda, həmçinin, dofaminin neyronal azad olması prosesinin presinaptik stimulyasiyasını törətmək və zəif M-xolinoblokadaedici təsir xüsusiyyəti də vardır. O, əsasən, hipokineziyanı aradan qaldırır. Preparatın tremor və əzələ rigidliyinə təsiri zəifdir. Amantadinin təsir effekti 1-2 gündən sonra başlayır və təqribən 1 həftəyə maksimuma çatır. Əlavə effekt kimi yuxusuzluq, halyusinasiya, ortostatik hipotenziya, dispeptik pozğunluqlar və baş ağrısı törədə bilər. Qludantan amantadinə nisbətən daha az toksikidir və HEB-i daha yaxşı keçir.
III qrup dərman maddələri xolinergik sistemi postsinaptik reseptorlar səviyyəsində blokada edərək, mediatorlar arasındaki disfunksional tarazlığı bərpa etməklə, Parkinson xəstəliyi zamanı müalicəvi təsir göstərir. Onlar asetilxolinin sintez, azad olunma və hidrolizinə praktik olaraq təsir göstərmir. Bu qrupun tipik nümayəndəsi triheksifenidil preparatıdır. O, əsasən, tremoru aradan qaldırır, rigidliyə, təsiri zəifdir. Daxilə təyin olunur, uzunmüddətli qəbul zamanı öyrəşmə halı törədə bilir. Dofaminomimetiklərdən fərqli olaraq klassik neyroleptiklərin istifadəsi zamanı törənən ekstrapiramid pozğunluq- dərman parkinsonizmi zamanı da effektlidir. Preparatın törətdiyi əlavə effektlər, əsasən, periferik və mərkəzi M-xolinoblokadaedici təsir xüsusiyyətilə əlaqədardır. Qapalı-bucaqlı qlaukoma, sidik ifrazının pozğunluğu, prostat vəzin hipertrofıyası, ürək, böyrək və qaraciyərin üzvi xəstəlikləri zamam istifadəsi əks göstərişdir.
Parkinson xəstəliyinin müalicəsində triheksifenidil preparatından başqa,
Yüklə 31,7 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin