Oxu təLİMİNİn metodikas I (mühazirə mətnləri) 2023 Ədəbiyyat



Yüklə 131,95 Kb.
səhifə27/27
tarix04.04.2023
ölçüsü131,95 Kb.
#93359
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   27
OTM (mühazirə mətnləri) yeni

15. Disleksiya
Disleksiya yunan sözüdür və mənası "sözlərlə çətinlik çəkmək" deməkdir. Disleksiya bir öyrənmə problemidir və bu, dinləmə, danışma, oxu, yazı, fikir irəli sürmə və riyazi qabiliyyətlərin qazanılması və istifadə edilməsi zamanı yaranan çətinliklərlə özünü göstərir. Disleksiya ilk dəfə 1881-ci ildə Dünya Nevrologiya Federasiyası tərəfindən müəyyən edilmişdir. İnsanların bir qismi disleksiyanı xəstəlik hesab edir, bir qismi isə zəka səviyyəsinin aşağı olması ilə əlaqələndirir. Lakin bunların heç birini doğru hesab etmək olmaz. Çünki zəka səviyyəsi yüksək olan bir çox məşhurlarda da disleksiya olub. Onların zəka səviyyələri aşağı olmadığı və hətta xüsusi istedadları da olduğu sübut olunub. Məsələn, nisbilik nəzəriyyəsinin əsasını qoyan böyük alim Albert Enşteyn, Kalipso musiqisinin kralı Harry Belafonte, böyük memar, heykəltəraş və “Mona Lisa”nı rəsm dünyasına bəxş edən rəssam Leonardo da Vinçi, irlandiyalı yazıçı Yeats, "Düşünən adam" başda olmaqla bir çox məşhur əsərlərin müəllifi heykəltəraş Roden, aktyor Tom Kruz, müğənni və aktyor Şer disleksiyalı məşhurlardandır. Disleksiyalı uşaqlarda diqqətsizlik də olur. Buna görə də disleksiyalı uşaqlarla mütəxəssis köməyi ilə diqqətin davamlılığı üçün iş aparılmalıdır. Sözlə, səslə, vizual təlim metodları seçilməlidir. İmtahan suallarını tez oxuya və cavabları yaza bilmədikləri üçün bu uşaqlardan şifahi imtahan götürmək daha effektiv olar.
Disleksiya anadangəlmə və sonradan qazanılmaqla (inkişaf pozğunluğu və zədələnməyə görə) iki qrupa ayrılır. Anadangəlmə disleksiya doğuşdan əvvəl, doğuş zamanı və doğuşdan sonrakı fəsadlara görə üç yerə bölünür. Anadangəlmə disleksiyaya zəif və rejimsiz qidalanma, hamiləlikdə keçirilən infeksiyalar və yanlış dərmandan istifadə səbəb ola bilər. Uzun və çətin doğuş zamanı uşağın nəfəs almasındakı gecikmə və sonradan keçirdiyi qızdırmalı xəstəliklər də disleksiyanın səbəblərindəndir. Bu, irsi faktorlarla da bağlı ola bilər.
Disleksiya aşağıdakı əlamətlərlə özünü göstərir:

  • Dilin açılması gecikir;

  • Yeni sözləri gec öyrənir;

  • Hərəkət və koordinasiya pozuqluğu olur;

  • İstiqaməti (sağ, sol, yuxarı, aşağı) və vaxtı (bu gün, sabah, əvvəl, sonra) təyin etməkdə çətinlik çəkir;

  • Danışarkən fikrini düzgün ifadə etmək üçün uyğun sözlərdən yerində istifadə edə bilmir;

  • Qafiyələnən sözləri öyrənməkdə çətinlik çəkir.

Bəzən valideynlər bu əlamətləri normal hesab edir və heç bir problem olmadığını düşünürlər. Lakin bu cür uşaqlar məktəbə başladıqdan sonra qeyd edilən əlamətlər daha kəskin formada özünü göstərir. Məktəb vaxtı görünən əlamətlər:

  • Hərfləri öyrənmədə çətinlik çəkir;

  • Sözləri hecalamaqda və hərfləməkdə çətinlik çəkir;

  • Sözləri və obyektlərin adını xatırlamaqda çətinlik çəkir;

  • Yazıları oxumaqda çətinlik çəkir;

  • Oxşar səsləri və hərfləri fərqləndirə bilmir;

  • Oxuyarkən sözləri, sətirləri tez-tez ötürür;

  • Ləng oxuyur;

  • Yazı yazmaqda (52 əvəzinə 25, “kitab” əvəzinə “batik” yazmaq və s.) ətinlik çəkir;

  • Sözlərin mənasını düzgün bilmir;

  • Yazı yazmağı və oxumağı bacarır, ancaq yazıda çoxlu imla səhvləri buraxır və çox gec oxuyur.

Disleksiya diaqnozu psixoloq və ya mütəxəssis tərəfindən qoyulmalıdır. Problemi vaxtında müəyyən etmək və lazımi tədris metodları seçmək problemin həllinə kömək edə bilər. Uşaqlara vaxtında diaqnoz qoymaq və onlara lazımi yardım göstərmək vacibdir. Disleksiyanın xüsusi müalicə üsulu yoxdur, ancaq aşağıdakılar onun müalicəsində böyük rol oynayır:

  • Düzgün qidalanma;

  • Ailədə və cəmiyyətdə bu cür insanlara qarşı düzgün münasibət;

  • Özəl dərslər (burada bu cür uşaqların öyrənmə qabiliyyətinin artması üçün daha maraqlı və əyləncəli öyrənmə metodlarından istifadə edilir).

Yüklə 131,95 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin