Otorinolarinqologiya ixtisası üzrə test suallarının nümunələri Burun və burunətrafı ciblərin kliniki anatomiya və fiziologiyası


) Qırtlaq mənfəzini genəldən əzələ hansıdır?



Yüklə 1,37 Mb.
səhifə7/18
tarix09.02.2017
ölçüsü1,37 Mb.
#7937
1   2   3   4   5   6   7   8   9   10   ...   18

434) Qırtlaq mənfəzini genəldən əzələ hansıdır?

A) m. cricoarytaenoideus posticus

B) m. thyreoarytaenoideus

C) m. arytaenoideus transversus

D) m. cricoarytaenoideus lateralis

E) m. arytaenoideus obliqvus


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.61
435) Qırtlaq mənfəzini daraldan əzələlərə hansılar aid deyildir?

A) m. thyreoarytaenoideus

B) m. cricoarytaenoideus posticus

C) m. arytaenoideus transversus

D) m. arytaenoideus obliqvus

E) m. cricoarytaenoideus lateralis


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.61
436) Qırtlaq mənfəzini daraldan əzələlərə hansı aiddir?

A) m. stylohyoideus

B) m. cricoarytaenoideus posticus

C) m. digastricus

D) m. cricoarytaenoideus lateralis

E) m. thyreohyoideus


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.62
437) Qırtlaq mənfəzini daraldan əzələlərə hansı aiddir?

A) m. arytaenoideus transversus

B) m. cricoarytaenoideus posticus

C) m. digastricus

D) m. thyreohyoideus

E) m. stylohyoideus


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.63
438) Qırtlaq mənfəzini daraldan əzələlərə hansı aiddir?

A) m. arytaenoideus obliqvus

B) m. digastricus

C) m. Stylohyoideus

D) m. cricoarytaenoideus posticus

E) m. thyreohyoideus


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.63
439) Səs büküşlərini gərginləşdirən əzələ hansıdır?

A) m. thyreoepiglotticus

B) m. arytaenoideus obliqvus

C) m. thyreoartaenoideus

D) m. aryepiglotticus

E) m. arytaenoideus transversus


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.63
440) Səs büküşlərini gərginləşdirən əzələ hansıdır?

A) m. thyreoepiglotticus

B) m. arytaenoideus transversus

C) m. cricothreoideus

D) m. arytaenoideus obliqvus

E) m. aryepiglotticus


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.64
441) M. vocalis qırtlağın aşağıdakı hansı əzələsinin daxili hissəsidir?

A) M. cricoarytaenoideus posticus

B) M. cricoarytaenoideus lateralis

C) M. thyreoarytaenoideus

D) M. thyreoepiglotticus

E) M. aryepiglotticus


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.64
442) Səs büküşlərini gərginləşdirən əzələlərin sayı neçədir?

A) 3


B) 2

C) 1


D) 5

E) 4
Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.64


443) Qırtlaq qapağını hərəkət etdirən əzələlərin sayı neçədir?

A) 4


B) 1

C) 2


D) 3

E) 5
Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.64


444) Qırtlaq mənfəzini daraldan əzələlərin sayı neçədir?

A) 6


B) 2

C) 3


D) 5

E) 4
Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.62


445) Qırtlaq qapağını hərəkət etdirən əzələlərə hansı aiddir?

A) M. cricoarytaenoideus lateralis

B) M. thyreoarytaenoideus

C) M. cricothyreoideus

D) M. thyreoepiglotticus

E) M. arytaenoideus transversus


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.64
446) Qırtlaq qapağını hərəkət etdirən əzələlərə hansı aiddir?

A) M. cricoarytaenoideus lateralis

B) M. arytaenoideus transversus

C) M. aryepiglotticus

D) M. cricothyreoideus

E) M. thyreoarytaenoideus


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.64
447) Qırtlaq mənfəzində neçə mərtəbə ayırd edilir?

A) 5


B) 3

C) 1


D) 2

E) 4
Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.65


448) Çalov-qırtlaq qapağı büküşünün təşkilində hansı iştirak etmir?

A) Sesamoid qığırdaqlar

B) Buynuzabənzər qığırdaq

C) Pazabənzər qığırdaq

D) Çalov-qırtlaq qapağı əzələsi

E) Qalxan-qırtlaq qapağı əzələsi


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.65
449) Qırtlaq mədəcikləri harada yerləşir?

A) Büküşaltı sahədə

B) Mədəcik büküşləri arasında

C) Səs büküşləri arasında

D) Mədəcik və səs büküşləri arasında

E) Qırtlaq qapağı ilə dil kökü arasında


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.66
450) Səs yarığının ölçüsü neçədir?

A) 17-20 mm

B) 13-16 mm

C) 21-24 mm

D) 10-12 mm

E) 25-28 mm


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.66
451) Kişilərdə səs büküşünün uzunluğu neçədir?

A) 14-16 mm

B) 20-22 mm

C) 11-13 mm

D) 17-19 mm

E) 23-25 mm


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.66
452) Qadınlarda səs büküşünün uzunluğu neçədir?

A) 24-26 mm

B) 15-17 mm

C) 18-20 mm

D) 21-23 mm

E) 12-14 mm


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.66
453) Büküşaltı sahədə daha çox nə inkişaf etmişdir?

A) Sümük toxuması qatı

B) Selikli qişaaltı qat

C) Qığırdaq toxuması qatı

D) Dəri toxuması qatı

E) Selikli qişa qatı


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.66
454) Qırtlaq boşluğunun selikli qişası çoxqatlı yastı epitel ilə harada örtülməmişdir?

A) Çalov-qırtlaq qapağı büküşlərində

B) Qırtlaq qapağının dil səthində

C) Çalovlararası sahədə

D) Səs büküşlərində

E) Mədəcik büküşlərində


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.66
455) Qırtlaq boşluğunun selikli qişası çoxqatlı yastı epitel ilə harada örtülməmişdir?

A) Büküşaltı sahədə

B) Çalovlararası sahədə

C) Çalov-qırtlaq qapağı büküşlərində

D) Səs büküşlərində

E) Qırtlaq qapağının dil səthində


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.66
456) Qırtlaq boşluğunun selikli qişası çoxqatlı yastı epitel ilə harada örtülməmişdir?

A) Qırtlaq qapağının dil səthində

B) Qırtlaq qapağının qırtlaq səthində

C) Çalovlararası sahədə

D) Səs büküşlərində

E) Çalov-qırtlaq qapağı büküşlərində


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.66
457) Qırtlaq boşluğunun selikli qişası çoxsıralı silindrik səyrici epitel ilə harada örtülmüşdür?

A) Çalovlararası sahədə

B) Çalov-qırtlaq qapağı büküşlərində

C) Qırtlaq qapağının dil səthində

D) Mədəcik büküşlərində

E) Səs büküşlərində


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.66
458) Qırtlaq boşluğunun selikli qişası çoxsıralı silindrik səyrici epitel ilə harada örtülmüşdür?

A) Qırtlaq qapağının dil səthində

B) Səs büküşlərində

C) Çalovlararası sahədə

D) Qırtlaq mədəciklərində

E) Çalov-qırtlaq qapağı büküşlərində


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.66
459) Qırtlaq boşluğunun selikli qişası çoxsıralı silindrik səyrici epitel ilə harada örtülmüşdür?

A) Çalov-qırtlaq qapağı büküşlərində

B) Büküşaltı sahədə

C) Qırtlaq qapağının dil səthində

D) Səs büküşlərində

E) Çalovlararası sahədə


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.66
460) Qırtlağın selikli qişaaltı qatında harada seroz-selikli vəzlər yoxdur?

A) Büküşaltı sahədə

B) Çalov-qırtlaq qapağı büküşündə

C) Səs büküşlərində

D) Vestibulyar büküşlərdə

E) Qırtlaq mədəciklərində


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.66
461) Qırtlaq boşluğu selikli qişasında limfadenoid toxuma toplantıları ən çox harada inkişaf etmişdir?

A) Səs büküşlərində

B) Qırtlaq mədəciklərində

C) Qırtlaq qapağında

D) Çalovlararası sahədə

E) Büküşaltı sahədə


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.66
462) Qırtlaq boşluğu selikli qişasında limfadenoid toxuma toplantıları ən çox harada inkişaf etmişdir?

A) Çalovlararası sahədə

B) Çalov-qırtlaq qapağı büküşlərində

C) Büküşaltı sahədə

D) Qırtlaq qapağında

E) Səs büküşlərində


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.66
463) Aşağı qırtlaq siniri nəyi innervasiya etmir?

A) M. cricothyreoideus anticus

B) M. cricoarytaenoideus lateralis

C) M. cricoarytaenoideus posticus

D) M. aryepiglotticus

E) M. thyreoepiglottic


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.68
464) Yuxarı qırtlaq siniri nəyi innervasiya edir?

A) M. cricoarytaenoideus lateralis

B) M. aryepiglotticus

C) M. thyreoepiglotticus

D) M. cricoarytaenoideus posticus

E) M. cricothyreoideus anticus


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.68
465) İnsan dölündə qırtlaq rüşeymi bətndaxili həyatın hansı ayında üzə çıxır?

A) III ayında

B) IV ayında

C) I ayında

D) II ayında

E) V ayında


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.54
466) Traxeyanın uzunluğu nə qədərdir?

A) 14-16 sm

B) 5-7 sm

C) 17-19 sm

D) 8-10 sm

E) 11-13 sm


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.69
467) Qırtlaqda refleksogen zonaların sayı neçədir?

A) 3


B) 6

C) 5


D) 4

E) 2
Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.65


468) Səsin əmələ gəlməsində iştirak edən aşağı rezonatora nə daxil deyildir?

A) Səs büküşləri

B) Diafraqma

C) Ağ ciyərlər

D) Bronxlar

E) Traxeya


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.74
469) Səsin əmələ gəlməsində iştirak edən aşağı rezonatora nə daxil deyildir?

A) Diafraqma

B) Traxeya

C) Bronxlar

D) Ağ ciyərlər

E) Vestibulyar büküşlər


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.74
470) Səsin əmələ gəlməsində iştirak edən yuxarı rezonatora nə aid deyildir?

A) Vestibulyar büküşlər

B) Dodaqlar

C) Burun boşluğu

D) Burnun əlavə cibləri

E) Ağız boşluğu


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.74
471) Səsin əmələ gəlməsində iştirak edən yuxarı rezonatora nə aid deyildir?

A) Sərt damaq

B) Səs büküşləri

C) Yumşaq damaq

D) Yanaqlar

E) Dodaqlar


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.74
472) Hansı qığırdaq tənəffüs yollarının tam qapalı yeganə qığırdağıdır?

A) Qalxanabənzər qığırdaq

B) Çalovabənzər qığırdaq

C) Qırtlaq qapağı

D) Üzüyəbənzər qığırdaq

E) Traxeya qığırdaqları


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.56
473) Hansı anatomik quruluşlar qırtlaq girəcəyini təşkil edir?

A) Çalovabənzər qığırdaqlararası sahə

B) Çalovabənzər qığırdaqlar

C) Qırtlaq qapağı

D) Hamısı

E) Çalovabənzər-qırtlaq qapağı büküşü


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.65
474) Hansı törəmə qırtlağın şöbələrinə aid deyildir?

A) Büküşarası

B) Dəhliz

C) Heç biri

D) Çalovabənzər qığırdaqlar arası sahə

E) Büküşaltı


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.65
475) Hulqum və ya Adəm alması(pomum Adami) nədir ?

A) Hamısı

B) Qalxanabənzər qığırdaq lövhələri bitişməsinin yuxarı darağı

C) Dilaltı sümüyün çıxıntısı

D) Heç biri

E) Üzüyəbənzər qığırdağın qövsü


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.57
476) Filogenezin başlanğıcında qırtlaq hansı orqan kimi formalaşmışdır?

A) Tənəffüs funksiyası yerinə yetirən orqan kimi

B) Heç biri

C) Qoruyucu funksiyanı yerinə yetirən orqan kimi

D) Hamısı

E) Səs əmələgətirən funksiyanı yerinə yetirən orqan kimi


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.57
477) Xarici qırtlaq əzələsi hansıdır?

A) Döş-dilaltı əzələ

B) Dilalti-qalxanabənzər əzələ

C) Hamısı

D) Heç biri

E) Döş-qalxanabənzər əzələ


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.61
478) Qırtlağın hissi innervasiyasını hansı sinir yerinə yetirir?

A) Aşağı qırtlaq siniri

B) Üçlü sinir

C) Yuxarı qırtlaq siniri

D) Üz siniri

E) Dil-udlaq siniri


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.68
479) Hansı sinir qırtlağın daha çox hərəki innervasiyasını yerinə yetirir?

A) Yuxarı qırtlaq siniri

B) Aşağı qırtlaq siniri

C) Üz siniri

D) Dil-udlaq siniri

E) Üçlü sinir


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.68
480) Qayıdan sinirin iki tərəfli iflici zamanı qırtlağın hansı funksiyası zərər çəkir?

A) Tənəffüs

B) Qoruyucu

C) Hamısı

D) Səs əmələ gətirmə

E) Heç biri


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.364
481) Südəmər uşaqlarda traxeostomiyanın yeri (yuxarı, orta, aşağı) nəyə nisbətən seçilir?

A) Traxeyanın kəsilən yarımhəlqələrinə

B) Qalxanabənzər vəzin boynuna

C) Hamısı

D) Heç biri

E) Boyun fəqərələri səviyyəsinə


Ədəbiyyat: Богомильский М.Р.. Детская оториноларингология. Учебник для вузов./М.Р.Богомильский, В.Р.Чистякова - М.:ГЭОТАР-МЕД, 2002,стр.347


482) Hansı qığırdaq qırtlaq skeletinə aid deyil?

A) Üzüyəbənzər qığırdaq

B) Dördbucaq qığırdaq

C) Qalxanabənzər qığırdaq

D) Pazabənzər qığırdaq

E) Çalovabənzər qığırdaq


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.54-56
483) Hansılar qırtlağın büküşaltı nahiyəsinin regionar limfa düyünləridir?

A) Ön yuxarı boyun

B) Çənəaltı

C) Orta boyun

D) Qırtlaq önü və orta boyun

E) Ön-aşağı boyun və paratraxeal


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.68
484) Hansı sinirlər qırtlağı innervasiya edir?

A) n. laryngeus medius

B) n. accesorius

C) n. phrenicus

D) n. laryngeus superior və n. laryngeus inferior

E) n. accesorius və n. laryngeus medius


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.68
485) Aşağıdakılardan hansı qırtlaq refleksogen zonalarına aid deyil?

A) Qırtlaq qapağınn dil səthi

B) Heç biri

C) Çalovabənzər qığırdaqlar arası sahə

D) Qırtlaq qapağının qırtlaq səthi

E) Qırtlaq büküşaltı nahiyyəsinin selikli qişası


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.65
486) Südəmər uşaqlarda hansı müayinə metodu yerinə yetirilə bilməz?

A) Heç biri

B) Düz larinqoskopiya

C) Qırtlağın yan proyeksiyada rentgenoqrafiyası

D) Qeyri-düz larinqoskopiya

E) Fibrolarinqoskopiya


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.138-140
487) Qırtlaq hansı orqanlarla sərhədlənir?

A) Traxeya

B) Hamısı

C) Dil və yemək borusu

D) Dilaltı sümük

E) Boyunun sinir-damar kələfi


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.66-67
488) Hansılar qırtlağın regionar limfa düyünləridir?

A) Paratraxeal

B) Hamısı

C) Ön-orta boyun

D) Qırtlaqönü

E) Ön-yuxarı boyun


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.68

Burun və burunətrafı ciblərin xəstəlikləri
489) Allergik rinitin kliniki əlamətlərinə hansı aid deyil?

A) Burun tənəffüsünün pozulması

B) Heç biri

C) Burunda qaşıntı, asqırma

D) Burundan selikli-irinli axıntı

E) Qoxu hissinin pozulması


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.:Медицина, 2001 стр. 192-194

490) Hansı allergenlər allergik rinitin ekzoallergenləri arasına daxil deyildir?

A) Məişət allergenləri

B) Göbələk və həşərat allergenləri

C) Epidermal allergenlər

D) Toz

E) Bakteriyalar


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 192-194

491) Allergik rinitlərin təsnifatına (Ümumdünya Səhiyyə Təşkilatı, 2001) hansılar aiddir?

A) Məişət

B) İllik

C) Mövsümi

D) Professional

E) İntermittirəedici, persistəedici


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 192-194
492) ÜST (2001) təsnifatına görə intermittirəedici allergik rinit nəyi ifadə edir?

A) Allergik rinitin simptomları ayda 4 gündən az özünü göstərir

B) Allergik rinitin simptomları həftədə 4 gündən çox və ya ildə 4 həftədən çox özünü göstərir

C) Allergik rinitin simptomları həftədə 4 gündən az və ya ildə 4 həftədən az özünü göstərir

D) Allergik rinitin simptomları ayda 4 gündən çox özünü göstərir

E) Heç biri


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 192-194
493) ÜST (2001) təsnifatına görə persistəedici allergik rinit nəyi ifadə edir?

A) Allergik rinitin simptomları ayda 4 gündən çox özünü göstərir

B) Heç biri

C) Allergik rinitin simptomları həftədə 4 gündən çox və ya ildə 4 həftədən çox özünü göstərir

D) Allergik rinitin simptomları həftədə 4 gündən az və ya ildə 4 həftədən az özünü göstərir

E) Allergik rinitin simptomları ayda 4 gündən az özünü göstərir


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 192-194
494) Allergik rinitin spesifik allergik diaqnostikası hansıdır?

A) Burundan yaxmanın mikrobioloji müainəsi

B) Qanın ümumi analizi

C) Allergenlərlə birgə dəri sınağı; spesifik İgE-antitelininin müəyyənləşdirilməsi; spesifik allergenlərlə nazal provakasion testin aparılması

D) Heç biri

E) İmmunoqramma


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 192-194
495) Allergik rinitin müalicə prinsipləri hansılardır?

A) Antibiotikoterapiya

B) Kimya terapiyası

C) Allergenlərlə kontaktdan qaçılması; spesifik immunoterapiya;cərrahi müalicə

D) Heç biri

E) Sanator-kurort müalicəsi


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 194-196
496) Allergik rinitlərin medikamentoz müalicəsinə hansılar aiddir?

A) Aminoqlikozidlər

B) Qeyri-steroid iltihab əleyhinə preparatlar

C) Bakterial lizatlar

D) Antihistamin preparatlar, dekongensant və antixolinergik preparatlar,kortikosteridlər

E) Heç biri


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 194-196
497) Vazomator rinopatiya nədir?

A) Burun boşluğu selikli qişası atrofiyası

B) Heç biri

C) Burun boşluğunda xroniki vaskulit

D) Burun boşluğu damarlarının tonusunu requlə edən sinir aparatının həddən artıq labilliyi ilə gedən sinir-reflektor xəstəlik

E) Selikli qişa distrofiyasına gətirib çıxaran burun boşluğu damarlarının sklerotik dəyişiklikləri


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей.М.Медицина,2001 стр.192-194
498) Burun girəcəyi furunkulunun ağırlaşmaları hansılardır?

A) Meningit

B) Tromboflebit və sepsis,orbita fleqmonası, kavernoz sinus trombozu

C) Qanaxma

D) Heç biri

E) Rinit və rinosinusit


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 165-167
499) Burunun qızıl yeli nə ilə xarakterizə edilir?

A) Baş və döş qəfəsinin tüklü hissəsinə yayıla bilər

B) Üz və ya burun girəcəyi dərisindən infeksiyanın ikincili yayılması nəticəsində inkişaf edir

C) Heç biri

D) Limfadenitlə gedir

E) Hamısı


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 169-170
500) Uşaqlarda burun sümüklərinin baş-beyin zədələnməsi ilə gedən sınıqlarında hansı rentgenoloji diaqnostika üsulu yerinə yetirlir?

A) Düz proyeksiyada

B) Heç biri

C) Yan proyeksiyada və düz proyeksiyada

D) Yan proyeksiyada

E) Yuxarı proyeksiyada


Ədəbiyyat: Богомильский М.Р.Детская оториноларингология.Учебник для вузов./М.Р.Богомильский,В.Р.Чистякова –М.:ГЭОТАР-МЕД,2002стр.155-157
501) Burun arakəsməsinin ön aşağı hissəsində kiçik qan damarlarından ibarət olan sahə necə adlanır?

A) Flies zonası

B) Kisselbax zonası

C) Voyaçek zonası

D) Piroqov zonası

E) Heç biri


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 204
502) Burun boşluğunun arxa tamponadası zamanı tənzif tampon necə hazırlanır?

A) Tampon iki iplə bağlanır

B) Hər iki xoananı bağlamaq üçün iki tampon hazırlanır

C) Heç biri

D) Burun-udlağa daxil olan maksimal böyük bir tampon hazırlanır

E) Xəstənin əl baş barmağı dırnaq falanqının iki qatı boyda bir tampon hazırlanır və 3 iplə bağlanır


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 210-212
503) Arxa tamponada həmişə ön tamponada ilə birgə aparılırmı?

A) Heç biri

B) Cərrahın taktikasından asılıdır

C) Bəli, həmişə

D) Xeyir, ancaq burun boşluğunun ön hissəsindən qanaxma olarsa

E) Hamısı


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 210-212
504) Burun arakəsməsi hematoması nə zaman yarılır?

A) Punksiya, qanın sorulması və tamponada vasitəsilə ləğv edilir

B) Heç biri

C) Hamısı

D) Qan laxtası toplanan zaman yarılır

E) İnfeksiya qoşulan zaman yarılır


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 203-204

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin