Otorinolarinqologiya ixtisası üzrə test suallarının nümunələri Burun və burunətrafı ciblərin kliniki anatomiya və fiziologiyası


) Xroniki tonzillitin hansı forması, B.S.Preobranjenski-V.T.Palçun təsnifatında, birbaşa əməliyyata göstərişdir ?



Yüklə 1,37 Mb.
səhifə9/18
tarix09.02.2017
ölçüsü1,37 Mb.
#7937
1   ...   5   6   7   8   9   10   11   12   ...   18

569) Xroniki tonzillitin hansı forması, B.S.Preobranjenski-V.T.Palçun təsnifatında, birbaşa əməliyyata göstərişdir ?

A) Sadalananların heç biri

B) Sadə forma

C) Sadalananların hamısı

D) Toksiko-allergik forma I

E) Toksiko-allergik forma II


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 307-311
570) Aşağıdakılardan hansı nadir hallarda rast gəlinir?

A) Xroniki tonzillitin vacib, amma mütləq olmayan əlamətlərindən biri - lakunalarda xoşagəlməz iyli kazeoz tıxacların olması

B) Xroniki tonzillitin anginasız formaları

C) Periferik limfa vəzilərinin böyüməsi

D) Sadalananların hamısı

E) Xroniki tonzillitin vacib, amma mütləq olmayan əlamətlərindən biri - lakunalarda irin tıxaclarının olması


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей.М.: Медицина, 2001 стр. 293-300
571) Paratonzillitin hansi mərhələsində təcili cərrahi müdaxilə ilə birgə iltihabəleyhinə müalicə göstərişdir ?

A) Kataral

B) İnfiltrativ

C) Ödemli və infiltrativ

D) Ödemli

E) Absesləşmə


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей.М.: Медицина, 2001 стр. 279-285
572) Paratonzillitli xəstələrdə “absestonzillektomiya” əməliyyatı hansı hallarda aparılmalıdır ?

A) Boyun fleqmonası və mediastinitlə ağırlaşma əlamətləri olduqda

B) Sadalananların hamısı

C) Abseslərin əvvəlki yarılmaları effektli olmadıqda

D) Sepsis və parafaringitlə ağırlaşma simptomları olduqda

E) Anamnezində tez-tez anginalarla xəstlənmə olduqda


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей.М.: Медицина, 2001 стр. 279-285
573) Anginaların hansı ümümi agırlaşmaları rast gəlmə tezliyinə görə birinci yeri tutur?

A) Mədə-bağırsaq sistemi zədələnmələri

B) Sepsis

C) Revmatizm və ürək zədələnmələri

D) Poliartrit

E) Qanyaradıcı orqanların zədələnmələri


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.:Медицина, 2001 стр. 264-277

574) Anginaların ən çox rast gəlinən yerli ağırlaşması aşağıdakilardan hansıdır?

A) Parafaringeal abses

B) Retrofaringeal abses

C) Kəskin boyun limfadeniti

D) Paratonzillit

E) Faringeal abses


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 264-277
575) Adenoid vegetasiyasının differensial diaqnostikası aşağıdakilardan hansı ilə aparılmalıdır?

A) Sadalananların heç biri ilə

B) Burun-udlağın angiofibroması ilə

C) Sadalananların hamısı ilə

D) Retroxoanal poliplə

E) Beyin yırtığı ilə


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 315-319
576) Udlağın termiki və kimyəvi yanıqları zamanı selikli qişada gedən dəyişikliklər ağırlıq dərəcəsinə görə hansı bənddə düzgün ardıcıllıqla göstərilmişdir?

A) Nekroz, suluqların əmələ gəlməsi, eritema

B) Eritema, suluqların əmələ gəlməsi, nekroz

C) Suluqların əmələ gəlməsi, eritema, nekroz

D) Eritma, nekroz, suluqların əmələ gəlməsi

E) Nekroz, eritema, suluqların əmələ gəlməsi


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 333-336
577) Hansi xəstəliyin meydana çıxmasında reflyuks-ezofagit mühüm rol oynayır?

A) Xroniki faringit

B) Xroniki tonzillit

C) Hamısı

D) Xroniki haymorit

E) Xroniki tubootit


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 260-264
578) Farinqoskopik müayinə zamanı kataral angina, ikitərəfli limfoadenopatiya, bəzən petexial qansizmalar, ümumi halsızlıq, hepatosplenomeqaliya aşkar edilərsə hansı xəstəlikdən şübhələnmək lazımdır?

A) Sistem kandidoz

B) Difteriya

C) Vərəm


D) İnfeksion mononukleoz

E) Aqranulositar angina


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 289-292
579) Farinqomikozun(badamcıqların hiperkeratozu) inkişaf etməsinə səbəb olan törədici hansıdır?

A) B.fuziformis

B) Leptotryx buccalis

C) Stafilacoccus aureus

D) Streptococcus pneumoniae

E) Heç biri


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 274-275
580) Banal anginaların əsas törədicisi hansıdır?

A) Streptococcus B-haemolyticus

B) Stafilacoccus aureus

C) Streptococcus viridans

D) Moraxella catarrhalis

E) Heamophilus influenzae


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 264-270
581) Xəstənin 7 yaşı var.Şikayətləri burun tənəffüsünün çətinləşməsindən, burundan selikli ifrazatın gəlməsindən, mütəmadi olaraq qulaqlarda olan ağrılardan, enurez,nitqin tıntın olmasindan ,çənə skeletinin qeyri-düzgün inkisafindandir.Nədən şübhələnmək olar?

A) Burun çəpərinin əyriliyi

B) Yuvenil anqiofibroma

C) Xroniki tonzillit

D) Adenoid

E) Xoanal polip


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 315-319
582) Xroniki tonzillitin B.S.Preobrajenski təsnifatı aşağıdakılardan hansıdır?

A) Kataral, lakunar, follikulyar formalar

B) Sadə forma, toksiki-allergik forma

C) Kataral, hipertrofik, atrofik formalar

D) Spesifik forma,qeyri-spesifik forma

E) Kompensə olunmuş,dekompensə olunmuş formaları


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр298-299

583) Vulqar anginanın davametmə müddəti nə qədərdir?

A) 3 həftə

B) 3 gün

C) 7 gün


D) 2 həftə

E) 1 ay
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 267-269


584) Aşağıdakılardan hansı udlaq difteriyasının törədicisidir?

A) Stafilokokk

B) Göy-yaşıl irin çöpləri

C) Löffler çöpü

D) Pnevmokokk

E) Streptokokk


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 568-574
585) Simanovski-Vensan-Plaut anginasının etioloji faktoru hansıdır?

A) Pseudomonas aeruginosa, Stafilacoccus aureus

B) Moraxella catarrhalis

C) B.fusiformis, Spirochaeta buccalis

D) Streptococcus viridans

E) Leptotryx buccalis


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 273
586) Aşağıda göstərilən anginalardan hansında aydın farinqoskopik əlamətlərin olmasına baxmayaraq zəif intoksikasiya müşahidə olunur?

A) Aqranulositar anginada

B) Leykozlar zamanı müşahidə olunan anginada

C) Simanovski-Vensan anginasında

D) İnfeksion mononukleoz zamanı müşahidə olunan anginada

E) Difterik anginada


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 273-274
587) Dil badamcığı anginasının ən ağır ağırlaşması hansıdır?

A) Qlossit

B) Sepsis

C) Ağız boşluğu dibinin fleqmonası

D) Qırtlağın ödemi və stenozu

E) Paratonzillyar abses


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 277
588) Xroniki tonzillitin İ.B.Soldatov təsnifatı aşağıdakilardan hansıdır?

A) Kataral,lakunar,follikulyar

B) Sadə forma, toksiko-allergik forma

C) Kompensə olunmuş, dekompensə olunmuş

D) Spesifik,geyri spesifik

E) Kataral,hipertrofik,atrofik


Ədəbiyyat: И.Б. Солдатов Лекции по оториноларингологии: Учеб.пособие- М.: Медицина,1990 стр. 196
589) Aşağıdakı anginalardan hansı, adədən, birtərəfli olur?

A) Simanovski-Vensan-Plaut

B) Difterik

C) Aqranulositar

D) Herpetik

E) Leykozlar zamanı


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 273-274
590) Retrofaringial abses ən çox kimlərdə rast gəlir?

A) Yaşlı şəxslərdə

B) Kiçik yaşlı uşaqlarda

C) Yeniyetmələrədə

D) Gənclərdə

E) Qadınlarda


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 285-287
591) Gənclik angiofibroması, adətən, öz başlanğıcını haradan götürür?

A) Udlağın arxa divarından və ön etmoidal hüceyrələrdən

B) Haymor ciblərindən

C) Əsas sümük və arxa etmoidal hüceyrələrdən

D) Orbitadan

E) Udlağın yan divarlarından və damaq qövslərindən


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 528-529
592) Hansı xəstəliyi inkar etmək üçün boğazdan yaxma götürmək lazımdır?

A) Salmanelloz

B) Difteriya

C) Vərəm


D) Sifilis

E) Sadalananların heç biri


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 569-573
593) Udlağın hansı yenitörəməsinin morfoloji müayinəsi zamanı qığırdaq elementləri və embrion toxumalar aşkar edilir?

A) Neyrofibroma

B) Nevrinoma

C) Tüklü polip

D) Gənclik angiofibroması

E) Lipoma


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 529
594) Kəskin faringitin əksər hallarda törədicisi hansıdır?

A) Stafilokokklar

B) Viruslar

C) Diplokokklar

D) Streptokokklar

E) Pnevmokokklar


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 257
595) Udlaq difteriyasının gecikmiş fəsadları hansılardır?

A) Polinevritlər

B) Trombohemorragik sindrom

C) Miokardit

D) Kəskin böyrək çatışmazlığı

E) İnfeksion-toksiki şok


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 568-574
596) Difteriya törədicisinin bakteriyadaşıyıcısı neçə müddət tranzitor hesab edilir?

A) 14 gün

B) 3 həftə

C) 2 ay


D) 1 aydan çox

E) 1-7 gün


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 568-573
597) Hipofarinksin xərcəngi zamanı hansı əlamət “siqnal” simptomu kimi qiymətləndirilir?

A) Qanaxma

B) Armudabənzər cibdə ağız suyunun durğunluğu

C) Qeyri-adi dad hissiyatının olması

D) Yad cisim hissiyatı

E) Ağız suyunun axması


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 539-540
598) Xəstə udqunma zamanı və ağzını açan zaman kəskin ağrıların olmasından şikayətlənir. Baş ağrı olan tərəfə əyilmişdir. Çənə nahiyəsi hamarlanmışdır. T-38,5C, EÇS-40-50 mm/s. Anamnezdən məlum olmuşdur ki, udlağın selikli qişası sümüklə zədələnmişdir. Aşağıdakılardan hansından şübhələnmək olar?

A) Parafaringeal abses

B) Paratonzillit

C) Mastoidit

D) Udlaqyanı sahədə şişin olması

E) Difteriya


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 287-288
599) Xroniki tonzillit zamanı limfa düyünlərində baş verən dəyişikliklərə aşağıdakilardan hansı aid deyil?

A) Hamısı

B) Limfa düyünləri hərəkətsizdir

C) Limfa düyünləri böyümşlər

D) Limfa düyünləri ağrılıdır

E) Çənə dibində yerləşən limfa düyünləri böyüyüblər


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 293-304
600) Hansı xəstəlik üçün ağız boşluğu və udlaq selikli qişasında “tüklü leykoplakiya” xarakterdir?

A) Skleroma

B) Vərəm

C) İnfeksion mononukleoz

D) Sifilis

E) GİÇS
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 580-584



601) Udlağın bəd xassəli şişlərindən ən çox rast gələn hansıdır?

A) Xərcəng

B) Limfaepitelioma

C) Retukulositoma

D) Sitoblastoma

E) Sarkoma


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 539-540
602) Xroniki hipertrofik faringit zamanı müalicə üsulu hansıdır?

A) A vitamininin daxilə qəbulu

B) Aloe ilə novokain qarışığının inyeksiyası

C) Lyuqol məhlulu ilə silmək

D) Antibiotikoterapiya

E) Ag NO³ məhluli ilə yandırmaq


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 262-264
603) Skarlatina zamanı kəskin tonzillit hansı formalarda rast gəlir?

A) Simanovski anginası

B) Kəskin kataral tonzillit

C) Heç vaxt rast gəlmir

D) Lakunar və yaxud follikular

E) Septik formada nekrotik tonzillit


Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр. 327-331
604) Skarlatina zamanı kəskin tonzillitdə hansı antibakterial terapiya daha effektlidir?

A) Makrolidlər

B) Sefalosporinlər

C) Aminoqlikozidlər

D) Penisilinlər

E) Sulfanilamidlər


Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр., 327-331
605) İnfeksion mononukleozun etioloji faktorları hansılardır?

A) Adenovirus

B) Stafilococcus

C) Koksaki virusu

D) Streptococcus

E) Epşteyn-Barr virusu


Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр., 331-335
606) İnfeksion mononukleoz hansi xüsusiyyətlərlə xarakterizə olunur?

A) Trombositoz

B) Ərp badamcıqların xaricinə yayılır

C) Eritropeniya

D) Leykopeniya

E) Limfadenit, splenohepatomeqaliya


Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр., 331-335
607) İnfeksion mononukleozun müalicəsində hansı preparatlardan istifadə olunur?

A) İnterferon induktorları

B) B-laktamaz inhibitorlar

C) Hormonlar

D) Sulfanilamidlər

E) Rekombinant interferon preparatları


Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр., 331-335
608) Aqranulositar angina zamanı kəskin tonzillit hansı formada rast gəlir?

A) Simanovski anginası

B) Kataral

C) Follikulyar

D) Xoralı-nekrotik

E) Lakunar


Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр., 331-335
609) Kəskin tonzillit ilə müşahidə olunan aqranulositar anginanın özəllikləri hansılardır?

A) Leykoz nəticəsində inkişaf edir

B) Endokrin xəstəliklərin fəsadlaşması

C) Virus təsiri ilə əlaqəsi

D) Xəstəliyin dərman preparatlarınin təsiri ilə əlaqəsi

E) Qida allergenləri ilə əlaqə


Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр., 331-335
610) Kəskin tonzillitin müalicəsi zamanı hansı faktorları nəzərə almaq lazımdır?

A) Antibiotiklərin təyini yaxmada bakterial nəticənin alınmasından tez təyin olunmamalıdır

B) Müalicənin effekti antibiotikin ilk əvvəl təyinindən asılı deyildir

C) Antibakterial terapiya tez təyin olunmalıdır

D) Revmatik üşütmə ilə uşaglarda müalicə mikrobioloji müayinədən sonra təyin olunmalıdır

E) Hormonal terapiya tez təyin olunmalıdır


Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр., 319-326
611) Kəskin streptokokk mənşəli tonzillitin müalicəsində əsas dərman qrupları hansılardır?

A) Ftorxinolon

B) Penicyllin

C) Makrolid

D) Linkomicin

E) Cephalosporin


Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр., 319-326

612) Xəstə ötən ay ərzində antibiotik qəbul edibsə kəskin tonzillitin müalicəsi zamanı hansı preparatlardan istifadə etmək olar?

A) Makrolid

B) Penicyllin

C) Ftorxinolon

D) B-laktam antibiotik

E) Sulfanilamid


Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр., 319-326
613) B-laktam antibiotiklər qrupuna qarşı allergiyası olan streptokokklu angina zamanı hansı preparatlardan istifadə etmək olar?

A) Sulfanilamid

B) Tetrasyclin

C) Makrolidlər

D) Linkomisin

E) Ceftriaxone


Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр., 319-326
614) Streptokokklu tonzillitin erkən, 4-6 günlərə təsadüf olan fəsadları hansılar ola bilər?

A) Toksiki şok

B) Adenoidit

C) Paratonzillyar abses

D) Revmatik üşütmə

E) Qlomerulonefrit


Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр., 319-326
615) Streptokokklu tonzillitin gec, 8-10 günə inkişaf edən fəsadları hansılardır?

A) Boyun limfadeniti

B) Paratonzillyar abses

C) Qlomerulonefrit, toksiki şok, revmatik üşütmə

D) Otit və sinusit

E) Adenoidit


Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр., 319-326
616) Kəskin lakunar tonzillitin xüsusiyyətləri hansıdır?

A) Ərp çirkli- boz rəngdədir

B) Ərp damaq badamcıqlarının üzərində yerləşir

C) Ərp çətin götürülür, badamcığın səthindən qanaxma müşahidə olunur

D) Ərp badamcığın xaricinə yayılır

E) Mikrobioloji müayinə zamanı Löffler çöpü geyd olunur


Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр., 319-326

617) Orofarynx difteriyasının əlamətləri hansıdır?

A) Ərp səthidir , yüngül götürülür

B) Ərp damaq badamcıqlarının üzərində yerləşir

C) Nekrotik dəyişiklik qeyd olunmur

D) Ərp damaq badamcıqlarının xaricinə yayılır

E) Ərp ağ-sarı rəngdədir


Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр., 323,327-331
618) Skarlatina zamanı kəskin tonzillit hansı özəlliklərlə müşahidə olunur?

A) Damaq badamcıqları üzərində və ətraf toxumalara geniş yayılmış ərpin olması

B) Yaxmada Löffler çöpünün aşkar olunması

C) Kəskin kataral, follikulyar və yaxud nekrotik formada olur

D) Leykopeniya

E) Əksərən prosessin bir tərəfli olması


Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр., 327-331
619) Birincili streptokokk mənşəli anginalarda kəskin tonzillitin hansı növləri rast gəlir?

A) Kataral, follikulyar, lakunar

B) Yaralı – xoralı

C) Simanovski

D) Herpetik

E) Nekrotik


Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр., 319-320
620) Xroniki tonzillitin obyektiv özəllikləri hansılardır?

A) Damaq badamcıqlarının hipertrofiyası

B) Xoraların olması

C) Qövslərin hiperemiyası və badamciqlarla birləşməsi

D) Damaq badamcıqlarının atrofiyası

E) Nekrotik dəyişikliklər


Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр., 319-324
621) Hansı qan xəstəlikləri zamanı kəskin tonzillitin müxtəlif formaları rast gələ bilər?

A) Hemofiliya

B) Trombositopeniya

C) Anemiya

D) Aqranulositoz

E) Trombositoz


Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр., 331-335
622) Anginaların meydana gəlməsində hansı faktorlar əhəmiyyətlidirlər?

A) Sinusit

B) Parodontoz

C) Stomatit

D) Badamcıqların travması

E) Anginalı xəstə ilə kontaktın olması


Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр., 318-319
623) Xroniki tonzillitin laborator diaqnostikasına hansı əsas müayinə aiddir?

A) Allerqoloji testlər

B) Eritrositlərin çökmə sürətinin təyin olunması

C) Lakunaların daxilindən və badamcığın sətindən yaxmanın götürülməsı

D) Damaq badamcıqlarının biopsiyası

E) Qanin ümumi müayinəsi


Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр., 319-326
624) Virus mənşəli kəskin tonzillitin özəllikləri hansılardır?

A) Xoralı-nekrotik angina

B) Damaq badamciqlarında nekrotik dəyişikliklər

C) Regional limfadenit

D) Trombositopeniya

E) Respirator simptomlar, iltihab udlağın arxa divarına kəskin faringit formasında yayılmışdır


Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр., 319-326
625) İ.B.Soldatov təsnifatına uyğun olaraq xroniki tonzillitin hansı formaları geyd olunur?

A) Kompensə və dekompensə olunmuş

B) Sadə, kompensə və dekompensə olunmuş

C) Sadə və toksik

D) Toksiko-allergik və allergik

E) Sadə və toksiko-allergik


Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр., 319
626) Kompensə olunmuş xroniki tonzillit hansı göstəricilər ilə xarakterizə olunur?

A) Badamcıkların baryer fuknksiyasının saxlanilması

B) Poliartrit əlamətləri

C) Nefropatiya

D) Xroniki tonzillitin yerli əlamətləri

E) Revmatik dəyişiklər


Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр., 349-355
627) Dekompensə olunmuş xroniki tonzillit hansı göstəricilər ilə xarakterizə olunur?

A) Allergik reaksiyalar

B) Orqanizmin reaktivliyinin saxlanılması

C) Autoimmun reaksiyaların olmaması

D) Orqanizmin yerli iltihaba reaksiyasının olmaması

E) Damaq badamcıqlarının baryer funksiyasının itirilməsi


Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр., 349-355
628) Xroniki tonzillitin inkişafında hansı faktorlar əsas rol oynayır?

A) Allergik prosesslər

B) Endokrin xəstəliklər

C) Sinusitlər

D) Damaq badamcıqlarının hipertrofiyası

E) Ağız boşluğu infeksiyaları, badamcıqların drenaj funksiyasının pozulması


Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр., 349-355
629) Xroniki tonzillitin konservativ müalicə metodları hansılardır?

A) Qalvanokaustika

B) Ağız boşluğunun infeksiya ocaqlarının sanasiyası,orqanizmin ümumi müqavimətinin qaldırılması

C) Tonzilloektomiya

D) Tonzillotomiya

E) Radiofrekans


Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр.,355-363
630) Tonzillektomiya üçün hansı mütləq əks-göstərişlər var?

A) Hamiləliyin axırıncı həftəsi

B) Menzis

C) Psixiki xəstəliklər

D) Yaşlı nəsil

E) Qan xəstəlikləri


Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр., 355-363
Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin