Osman Nuri Topbaş 5 mn ön söz nəbilər silsiləsi dərs


Aşağıdakılardan hansı  Həz-



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə22/28
tarix31.01.2017
ölçüsü2,91 Mb.
#6965
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   28

6. Aşağıdakılardan hansı  Həz-
rət Loğmanın (əleyhissəlam) 
sahib olduğu fəzilətləri  əldə 
etmək üçün etdiyi işlərdən 
biri deyildir?
A. Əhdə vəfa göstərmək
B. Özünü  maraqlandırmayan iş-
ləri tərk etmək
C. Bütün  xəstələri müalicə et-
mək
D. Əmanəti yerinə yetirmək və 
doğrucul olmaq.
7. “Rəsulullah (səllallahu  əleyhi 
və  səlləm) namaza durduğu 
zaman, ürəyindən qaynayan 
qazanın səsi kimi səs eşidilirdi.” 
(Əbu Davud, Səlat, 157)
 Hədisi-Şə-
rifindən Peyğəmbər  Əfən-
dimizin namazı  qılması ilə 
əlaqəli hansı  nəticəni  əldə 
etmək mümkün deyildir?
A. Namaz qılarkən, ətrafla əla-
qəni kəsib özünü namazın 
mənasına verməsi.
B.  Əzan oxunduqdan sonra 
namaz qılınana qədər olan 
müddəti təfəkkürlə keçirmə-
si.
C. Namaz  qılarkən, xüşu və 
hissiyatından qəlbinin titrə-
məsi.
D. Namaz  qılarkən özündən 
keçməsi, yanındakıların kö-
məyi ilə salam verməsi.

303
MN
8. Başına gələn fağırlıq, xəs-
təlik, sıxıntı kimi dərdlərə 
qarşı  “Bunlar Rəbbimin məni 
imtahana çəkməsidir; inşallah, 
haqqımda xeyrə  vəsilə olar” 
deyərək riza ilə  səbir edən 
şəxs hansı cür şükürü yerinə 
yetirmiş olar?
A. Qəlbi şükür
B. Fitri şükür
C.  Əməli şükür
D.  Şifahi şükür
9. “Adamlardan  təkəbbürlə üz 
çevirmə, yer üzündə lov-ğa-
lovğa gəzib dolanma. Həqiqə-
tən, Allah heç bir özün-dən 
razını, lovğalanıb fəxr edə-
ni sevməz!” 
(Loğman surəsi, 18)
 
Aşağıdakılardan hansı, bu 
ayəti-kərimədə yasaqlanan 
davranışlardan biri deyildir?
A. Təhsil səviyyəsi və maddi 
vəziyyəti özündən daha 
aşağı olan kimsələrə yuxa-
rıdan baxmaq.
B. Öz işləri ilə öyünmək və heç 
kəsin bunları ondan daha 
əla etməyəcəyini düşün-
mək.
C. Sahib olduğu imanın Allahın 
ona bir lütfü olduğunu 
bilərək ateistlərin yanında 
boynu bükük durmaq.
D. Biliyinin və etdiyi ibadətlərin, 
özünü hər kəsdən üstün bir 
mövqeyə  çıxardığına inan-
maq.

304
MN
10. Aşağıdakılardan hansı Haqq 
Təalanın verdiyi nemətlərə 
qarşı şükür etmə yollarından 
biri deyildir?
A. Ruhi şükür
B. Əməli şükür
C. Qəlbi şükür
D. Şifahi şükür
11. Loğman Həkimin “Ey oğlum! 
Dünya dərin bir dəniz ki-
midir. Çox insanlar orada bo-
ğulmuşdur. Bu dənizdə  təqva 
gəmin, iman yükün; təvəkkül 
halın, saleh əməl azuqən ol-
sun! Qurtularsan Allah Təalanın 
rəhməti ilə, batarsan, günahın 
səbəbi ilədir.” Sözündən hansı 
nəticəni çıxarmamalıyıq?
A. Allahdan qorxub yenə Ona 
sığınmaq, insanı günah gir-
dabında boğmaqdan qurta-
rır.
B. Bir işə başlamazdan  əvvəl, 
tam bir təvəkkül halında 
olub, ilahi təqdirin təzahür 
etməsi gözlənməlidir.
C.  İnsan,  əldə etdiyi müvəf-
fəqiyyətləri Allahın bir lütfü; 
müvəffəqiyyətsizliyi isə öz 
nöqsanlılığının bir nəticəsi 
olaraq görməlidir.
D.  İnsanın bu dünyadan axirətə 
götürə biləcəyi  şey, gözəl 
əxlaq və saleh əməllərlə 
qüvvətləndirdiyi imanıdır.
12. Özünə edilən kiçik bir yax-
şılığa təşəkkür ilə cavab ve-
rən insanın, Rəbbindən gə-
lən sonsuz nemət və ikramlar 
qarşısında lazım gələn tövr, 
aşağıdakılardan hansı ola bil-
məz?
A.  Ona bu nemətləri göndərən 
Rəbbinin sifətlərinin təza-
hürlərini düşünüb daim 
həmd halında olmalıdır.
B. Müəzzəm bir zər-zibarla 
döşənmiş  və ilahi bir sənət 
əsəri olan yer üzünün də-
yərini bilib, bütün nemətləri 
əldə etməyə çalışmalıdır.
C. Ayaqlarının altına sərilən 
bu nemətlər üçün daim dili 
ilə, qəlbi ilə və davranışı ilə 
şükürdə olmalıdır.
D. Verilən nemətlərin  əsl sa-
hibini tanıyıb, Ona qarşı 
vəzifələrini yerinə yetirmə-
lidir.
 

305
MN
CAVABLAR
1.Hikmət
2.Təqvanı
3.Həmd- Şükür
4.Qəlbi şükür
1.B
2.D
3.D
4.C
5.B
6.C
7.D
8.A
9.C
10.A
11.B
12.B
 
B. Boşluqları doldurma suallarının cavabları
C. Test suallarının Cavabları

307
MN

309
MN
Mişarla ikiyə bölünən məzlum peyğəmbər
HƏZRƏT ZƏKƏRİYYƏ
(əleyhissəlam)
Atası kimi ölümü şəhidliklə qarşılayan
HƏZRƏT YƏHYA
(əleyhissəlam)

Xəstələrə şəfa verib ölüləri dirildən, səmavi
HƏZRƏT İSA
(əleyhissəlam)
Bu üç peyğəmbər çəkdikləri  əzab, iztirab və göstərdikləri Tövhid 
mücadiləsi baxımından bir-birinə çox bənzəyirlər.
Bu peyğəmbərlər, Həzrət Musadan (əleyhissəlam) sonra tamamilə 
pozulmuş olan azğın yəhudiləri təkrar doğru yola gətirə bilmək üçün böyük 
səy göstərmişlər. Ancaq bir qrup inananın yanında, iman etməyən böyük 
çoxluq tərəfindən aramsız əziyyət və həqarət görmüşlər, dünyəvi həyatları
min bir sıxıntı  və  əzab içində keçmişdir. Elə ki, Zəkəriyyə  və  Yəhya 
(əleyhissəlam) amansızcasına qətl edilərək şəhadət şərbətini içmişlər. İsa 
(əleyhissəlam) isə, qətl edilmək  ərəfəsində Haqq Təala tərəfindən göyə
yüksəldilmişdir.

310
MN

311
MN
Bu üç peyğəmbərin, peyğəmbərlik vəzifələrini yerinə yetirərkən 
başlarına gələn hadisələrin bənzərlikləri yanında, aralarında qohumluq 
bağı da var idi. Belə ki:
Həzrət Zəkəriyyə –– Elisa            İmran –– Hənnə (Elisanın bacısı)
                Həzrət Yəhya                  Həzrət Məryəm
     Həzrət İsa
Zəkəriyyə (əleyhissəlam)
İsrail oğulları peyğəmbərlərindəndir. Nəsli, Həzrət Süleyma-
na (əleyhissəlam) çatır. O, Qüdsdə olan Beytül-Müqəddəsdə Tövrat 
nüsxələrini yazır və qurban kəsmə ibadətini idarə edirdi. Həzrət Musanın 
(əleyhissəlam) şəriətinə görə hökm edir və bu dini yayırdı. Dülgərlik edir, 
əl əməyi ilə dolanırdı. Zəkəriyyə (əleyhissəlam), qövmü tərəfindən şəhid
edilmişdir. Türbəsi, bu gün Suriya sərhədləri içində olan Hələbdədir.
Zəkəriyyə (əleyhissəlam) zamanında, Şam və Qüds, Batlamyusçuların 
əlində idi. Bunlar, Beytül-Müqəddəsə hörmət edir və İsrail oğulları ilə yaxşı 
davranırdılar. Bu qövmün uluları, ibadətxanadan heç çölə  çıxmazdılar. 
Beytül-Müqəddəsdə gecə-gündüz ibadət edirdilər. O zamanlar İsrail 
oğullarının arasında bir peyğəmbər yox idi. Onlara peyğəmbər göndərməsi 
üçün Allaha dua etdilər. Nəhayət Zəkəriyyə (əleyhissəlam), Allah tərəfindən
onlara peyğəmbər olaraq göndərildi.
Beytül-Müqəddəsdə dörd yüz “azadlı abid” ibadət etməkdə idi. İsrail 
oğullarından hər hansı biri, Allah qatında mötəbər olmaq üçün, xanımı 
hamilə olunca:
“–Ya Rəbbi! Oğlum olarsa, onu Sənə ibadət etməsi üçün Beytül-
Müqəddəsə  nəzir edəcəyəm,”-deyirdi. Bu şəkildə  oğlan uşaqları Beytül-
Müqəddəsə  nəzir edilirdi. Bu adət, Musa (əleyhissəlam) zamanından 
qalmışdı.
Allah (Cəllə Cəlaluh), Həzrət Musaya (əleyhissəlam):
“Ey Musa! Mən, gənclik zamanından qocalıq halına qədər ömrünü 
ibadətdə keçirən qulumu sevirəm. O qulum, gəncliyində günah işləməmiş, 

312
MN
könlünü yalnız mənə bağlamış  və  mənim sevgimi qazanmışdır.” 
buyurmuşdu.
 
Zəkəriyyə (əleyhissəlam), Həzrət Süleymanın nəslindən olan Elisa ilə 
evləndi. Elisa, Məryəmin anası olan Hənnənin bacısıdır. Hənnənin əri isə 
İmrandır.
Zəkəriyyə  (əleyhissəlam) ilə Elisadan Yəhya (əleyhissəlam) 
doğulmuşdur.
Zəkəriyyə (əleyhissəlam), ilahi rizaya sadiq və saleh bir peyğəmbər 
olaraq yaşamış, irəlidə  ətraflı olaraq anladılacağı kimi zalım və azğın
yəhudilər tərəfindən vəhşicəsinə şəhid edilmişdir.
Yəhya (əleyhissəlam)
Yəhya (əleyhissəlam), Həzrət Məryəm ilə xala uşaqlarıdır. Tövratı 
kiçik yaşlarından öyrənmiş, yetkinlik (həddi-büluğa çatmaq) çağında ona 
peyğəmbərlik verilmişdir.
Həzrət Yəhyanın (əleyhissəlam) Həzrət Zəkəriyyəyə  (əleyhissəlam) 
ehsan edilməsi Qurani-Kərimdə belə anladılır:
(O zaman) Zəkəriyyə  Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! 
Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları
eşidənsən!” 
(Ali-İmran surəsi,  38)
“Belə demişdi: Ey Rəbbim! Artıq sümüyüm sustalmış, başım 
ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə dua etməklə heç vaxt naümid 
olmamışam.  (Nə dua etmişəmsə, qəbul olunmuşdur). Mən özümdən 
sonra gələn qohum-əqrabamdan  (yerimə keçəcək  əmioğlularımın və 
digər vərəsələrimin məsləkimi ləyaqətlə davam etdirməyəcəyindən) qorx-
uram. Zövcəm də ki, qısırdır. Buna görə də mənə Öz dərgahından bir 
oğul  (vəli) bəxş et ki, O həm mənə, həm də Yəqub nəslinə (onlara lütf 
edilmiş peyğəmbərliyə) varis olsun. Ey Rəbbim! Həm də elə et ki, o (öz 
əqidəsi, itaəti və gözəl axlaqı ilə) riza (Sənin rizanı) qazanmış olsun!”  
(Məryəm surəsi, 4-6)
Həzrət Zəkəriyyənin (əleyhissəlam) cani-dildən etdiyi bu səmimi dua, 
Allah qatında qəbul edildi və:

313
MN
(Zəkəriyyə) mehrabda (ibadətgahda) ayaq üstə durub namaz 
qılarkən mələklər ona müraciət edib dedilər: Allah sənə Özü tərəfindən
gələn kəlməni  (İsanı)  təsdiq edən,  (tayfasını)  ağa, nəfsinə hakim və 
əməlisalehlər zümrəsindən bir peyğəmbər olacaq Yəhyanın (dünyaya 
gələcəyi) xəbərini müjdə verir.” 
(Ali-İmran surəsi, 39)
(Allahdan belə bir nida gəldi: ) Ey Zəkəriyyə! Sənə bir oğulla (oğlun 
olacağı ilə) müjdə veririk ki, adı Yəhyadır. Biz bu adı əvvəllər heç kəsə 
verməmişik!” 
(Məryəm surəsi, 7)
Ayədə “Biz bu adı əvvəllər heç kəsə verməmişik!” deyilməsi, Həzrət 
Yəhyanı ucaltmaq üçündür. Çünki Yəhya adı, şəxsən Haqq Təala tərəfindən
ilk olaraq ona lütf edilmişdir. Bu ifadə, Həzrət Yəhyanın sahib olduğu digər 
müstəsna fəzilətləri də əhatə edir. 
Yəhya, diri mənasındadır. İki ixtiyardan bir övladın dünyaya gəlməsi, 
sanki ölüdən diri yaratmaq kimidir: 
(Zəkəriyyə:) Ey Rəbbim, üzərimə qocalıq çökdüyü və zövcəm 
qısır  (doğmayan) olduğu halda, mənim necə  oğlum ola bilər? “ - 
söylədi. (Allah isə:)  (Bəli) dediyin kimidir, (lakin) Allah nə istəsə, onu 
da edər”, – deyə buyurdu.” 
(Ali-İmran surəsi, 40)
(Allah Cəbrailin dili ilə buyurdu:) Dediyin kimidir, lakin Rəbbin buy-
urdu ki, bu işi görmək Mənim üçün asandır. Necə ki, ilk əvvəl səni heç 
bir şey deyilkən (yoxdan) yaratmışdım!”
 (Məryəm surəsi, 9)
Həzrət Zəkəriyyənin (əleyhissəlam) duasının qəbul olunmasının 
əlaməti, üç gün insanlarla heç danışmaması, yalnız işarələrlə anlaşması 
və Rəbbini fasiləsiz zikir etməsi oldu.
(Zəkəriyya: ) “Ey Rəbbim! Mənə  (zövcəmin hamilə olduğu vaxtı 
bilmək üçün) bir nişanə göstər”, - dedikdə, (Allah: ) “Sənin nişanən üç 
günün ərzində adamlarla yalnız işarə ilə (əl, baş və gözlə) danışmaq 
olacaqdır. O vəziyyətdə belə Rəbbini çox yada sal (zikr et) və səhər-
axşam şəninə təriflər deyib şükür et!” buyurdu.”
 (Ali-İmran surəsi, 41)
Zəkəriyyə (əleyhissəlam), üç gün insanlarla heç danışmadı. Qövmünə 
təbliği, torpağa yazaraq işarələrlə bildirdi:
(Nəhayət, Zəkəriyyənin dili tutulduğu, ona danışmaq qadağan edildi-
yi üçün artıq zövcəsinin hamilə olduğunu başa düşdü və Allahın Öz əhdinə 
sadiq olduğuna bir daha əmin olub Ona cani-dildən  şükür etdi). Sonra 
(Zəkəriyyə) mehrabdan (məbəddən) öz camaatının qabağına çıxıb (əli 

314
MN
ilə) onlara belə  işarə etdi: “Səhər-axşam  (Allahı)  təqdis edib şəninə 
təriflər deyin! (Və ya namaz qılın!)” 
(Məryəm surəsi, 11)
Haqq Təala buyurur:
“Biz (Zəkəriyyənin) duasını qəbul buyurduq, ona Yəhyanı bəxş et-
dik və zövcəsini (doğmağa) qabil bir hala gətirdik. Onlar xeyirli işlər 
görməyə tələsər (yaxşı əməllər etməkdə bir-birini ötməyə çalışar), ümid 
və qorxu ilə  (rəhmətimizə ümid bəsləyib  əzabımızdan qorxaraq) Bizə 
ibadət edirdilər. Onlar Bizə müti idilər.”
 (ənbiya surəsi, 90)
Yəhya (əleyhissəlam), böyüyüb yetkinlik çağına gəldikdə Allah Təala 
ona Tövratın hökmlərini anlayıb onunla əməl etməsini əmr etdi:
(Yəhya dünyaya gəldikdən sonra ona dedik: ) Ey Yəhya! Kitab-
dan bərk yapış  (Tövratı möhkəm tutub onun hökmlərinə ciddi əməl 
et!). Biz uşaq ikən ona hikmət (Allah kəlamının incəliklərini anlamaq, 
peyğəmbərlik) verdik. Biz həm də ona Öz dərgahımızdan bir mərhəmət 
(yaxud insanlara qarşı şəfqət) və (günahlardan) paklıq bəxş etdik. O, (çox) 
müttəqi idi. (Yəhya) ata-anasına qarşı da olduqca itaətkar (nəvazişkar) 
idi: zalım, asi (dikbaş) deyildi.” 
 (Məryəm surəsi, 12-14)
Özünə peyğəmbərlik verilən Həzrət Yəhya, Həzrət İsaya (əleyhissəlam) 
İncil gələnə  qədər, Həzrət Musanın (əleyhissəlam)  şəriətinə tabe ol-
muşdur.
Həzrət Musanın (əleyhissəlam) gətirdiyi şəriətə görə qardaşın yoldaşı 
ilə evlənmək yasaq idi. Bu günahı işləyənin cəzası da qısırlaşdırılmaq idi. 
(Ləvililər, 18/6-18; 20/19-21
) Tövratda yadlarla zina etmənin cəzası ölüm ikən 
evlənməsi yasaq olan şəxslər arasındakı zinanın cəzası isə daha fərqli 
idi. 
(Təsniyə, 22/22-27; Ləvililər, 20/11, 12, 14, 17)
 Həmçinin Həzrət Yəhyanın şəhid 
edilməsinə də səbəb olan belə bir hadisə nəql edilir:
Həzrət Yəhyanın peyğəmbərliyi dövründə Kral Herodot (Heredos) 
qardaşının yoldaşı ilə zina edir. Həzrət Yəhya, bunun ilahi qanunlara zidd 
olduğunu söyləyincə, kral tərəfindən zindana atılır. Daha sonra kralın
doğum günü şənliyinə, zina etdiyi qadın öz qızı ilə birlikdə  gəlir. Bu qız 
şənlikdə etdiyi göstərişlərlə kralı sanki sehrləyir və məst edir. Kral, o gün 
qız nə istərsə onu yerinə yetirəcəyi sözünü verir. Anası tərəfindən aldadılan
qız, Həzrət Yəhyanın başını istəyir. Bu istək qarşısında kral çox peşman 
olur lakin verdiyi sözü tutmaq məcburiyyətində qalır və Həzrət Yəhya, başı 
kəsilərək  şəhid edilir. Bu qız daha sonra Herotla evlənmiş  və sonra da 
yerin dibinə keçmişdir. 
(Luka 3/19-20; Matta 14/1-12)

315
MN
Həzrət  İsanın (əleyhissəlam) göyə  çəkilməsi də bu vaxtla üst-üs-
tə düşür. Çünki o zaman yəhudilər, peyğəmbərlərini öldürəcək qədər 
azğınlaşmışdılar. Həmçinin bu və buna bənzər etdikləri iyrəncliklərlə Haqq 
Təala onları lənətləmişdir:
“Lakin onlar verdikləri  əhdi pozduqları, Allahın ayələrini inkar 
etdikləri, peyğəmbərləri haqsız yerə öldürdükləri və: “Ürəklərimiz 
pərdəlidir!” – dedikləri ucundan (Allahın lənətinə düçar oldular). Bəli, 
öz küfrləri üzündən Allah onların ürəklərinə möhür vurmuşdur 
(kilidləmişdir). Buna görə də onların yalnız az bir hissəsi iman gətirər.” 
(Nisa surəsi, 155)
 
Yəhya (əleyhissəlam) şəhid edildiyi zaman otuz yaşlarında idi. O, ayəti-
kərimədə də bildirildiyi kimi, üç təhlükəli gündə Allah Təalanın rəhmətinə 
və mühafizəsinə nail olmuşdur:
“Ona doğulduğu gün də, öləcəyi gün də (qiyamətdə) diriləcəyi 
(qəbirdən diri olaraq qaldırılacağı)  gün də salam olsun!” 
(Məryəm surəsi, 
15)
Müfəssir Beyzavi, bu ayəti belə açıqlayır: İnsanlara müsəllət (hakim) 
olan şeytan, ona həyatında zərər verməsin! Qəbir əzabından salim olsun! 
Hesab qorxusu və cəhənnəm əzabı görməsin.
İsa (əleyhissəlam)
İsa (əleyhissəlam), Həzrət Yəhyanın (əleyhissəlam) doğumundan 
altı ay sonra Qüdsdə dünyaya gəlmişdir. O, İsrail oğullarına göndərilən 
peyğəmbərlərin sonuncusudur.
Peyğəmbərlər içində  ən yüksək dərəcəyə sahib olan və “ülül-əzm” 
deyilən beş peyğəmbərin dördüncüsüdür. Özünə “Ruhullah” deyilməsi, bir 
ucaltma ifadəsi olmaqla birlikdə, Allah Təalanın, Həzrət Adəmi yaratdığı 
kimi onu da ruhundan üfürərək yaratması səbəbdəndir.
Həzrət İsaya (əleyhissəlam) otuz yaşında peyğəmbərlik gəlmiş və kitab 
olaraq incil göndərilmişdir. Otuz üç yaşında da diri-diri göyə qaldırılmışdır.
 
Həzrət İsanın (əleyhissəlam) anası Həzrət Məryəm, Həzrət Davudun 
(əleyhissəlam) nəslindəndir. Məryəmin anası Hənnə, atası İmrandır.

316
MN
Mənbələrdə göstərildiyinə görə, Hənnənin uşağı olmurdu. O da: 
Ya Rəbbi! Mənim bir uşağım olarsa, onu Beytül-Müqəddəsdə xidmətçi 
edəcəyəm!-deyə nəzir etdi.
Hənnə, nəzir etdikdən sonra hamilə oldu. Ayəti-kərimədə buyrulur:
(Ya Rəsulum!)  İmranın zövcəsinin  (Hənnənin): Ey Rəbbim, bət-
nimdəkini Sənə xidmətkar (qul) olmaq üçün nəzir edirəm. (Bu nəziri) 
məndən qəbul et! Əlbəttə, Sən eşidənsən, bilənsən! – dediyini xatırla!” 
(Ali-İmran surəsi, 35)
Bir müddət sonra Hənnə  qız uşağı dünyaya gətirdi. Adını  Məryəm 
qoydu:
“Onu (bətnindəkini) doğduğu zaman: Ey Rəbbim! Mən qız doğdum, 
– söylədi. Halbuki, Allah onun nə doğduğunu və  oğlanın qız kimi 
olmadığını yaxşı bilirdi. (Hənnə:)  Mən onun adını  Məryəm qoydum, 
onu və onun nəslini məlun (daşqalaq olunmuş) Şeytandan (Şeytanın 
şərindən) Sənə tapşırıram (dedi).” 
(Ali-İmran surəsi, 36)
O vaxta qədər Beytül-Müqəddəsə oğlan uşağı nəzir edilir və bu çox 
savab sayılırdı. Bu şəkildə nəzir edilən oğlan uşaqları doğulandan yetkin-
lik çağına qədər orada xidmət edirdilər. Uşaq yetkinlik dövründən sonra, 
istəsə yenə orada xidmət edir, istəməsə arzuladığı başqa bir yerə gedirdi. 
Ancaq uşağın yetkinlik dövründən əvvəl Beytül-Müqəddəsdən ayrılmasına 
icazə verilmirdi.
Bu nəzir, yalnız oğlan uşaqları üçün edilirdi. Hənnənin Rəbbinə üz 
tutub, nəzir etməsindən sonra Allah Təalanın ona bir qız övladı verməsi, 
bundan sonra qız uşaqlarının da Beytül-müqədəsə nəzir edilməsini müm-
kün qılmışdır.
Hənnə, qızı  Məryəmi Beytül-Müqəddəsdəki vəzifəlilərə  təhvil verdi. 
Məryəmin, kimin himayəsinə girəcəyinə dair püşk atdılar. Allah Təala buy-
urur:
(Ya Rəsulum!) Bunlar qeyb xəbərlərindəndir ki, vəhy ilə  sənə 
bildiririk. Onlar: Məryəmi kim öz himayəsinə alacaq? – deyə, 
qələmlərini (suya) atdıqları və bir-birilə mübahisə etdikləri zaman sən 
ki onların yanında deyildin.” 
(Ali-İmran surəsi, 44)
Çəkilən püşk, Beytül-Müqəddəsin imamı və Hənnənin də yeznəsi olan 
Həzrət Zəkəriyyəyə  (əleyhissəlam) çıxdı. Zəkəriyyə  (əleyhissəlam) isə: 
Onun xalası mənim nikahım altındadır, dedi və Məryəmin məsuliyyətini öz 
üstünə götürdü.

317
MN
Məryəm sütdən kəsiləndə, ona Beytül-Müqəddəsdə bir çox otaq 
təxsis edildi. Bu otağa ayəti-kərimədə “mehrab” deyilmişdir. Mehrab, bir 
növ sıxıntı otağı deməkdir. İbadət edilən yer, yəni “məbəd” mənasına da 
gəlir.
Həzrət Məryəmin otağına yalnız Zəkəriyyə (əleyhissəlam) girirdi. Bu 
vəziyyət on iki yaşına qədər davam etdi. Zəkəriyyə (əleyhissəlam), onun 
otağına girərkən açarla qapını açıb girir, çıxarkən də bağlayırdı. Hər gün, 
otağa bir günlük yemək qoyurdu. Lakin içəridə müxtəlif meyvələr görüb 
heyrətə düşürdü. Bunların haradan olduğunu soruşduqda, Məryəm, Allah 
(Cəllə Cəlaluh) tərəfindən göndərildiyini söyləyirdi. Bu yeməklərin içində,
yazda qış meyvələri, qışda da yaz meyvələri olurdu. Allah Təala buyurur:
“Belə olduqda, Rəbbi  (Məryəmi) yaxşı  qəbul etdi, onu gözəl 
bir  fidan kimi böyütdü və Zəkəriyyəyə tapşırdı. Zəkəriyyə hər dəfə
(Məryəmin)  ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzi 
olduğunu görərdi.  ( Zəkəriyyə:) Ya Məryəm, bunlar sənin üçün 
haradandır? – dedikdə, o: Allah tərəfindəndir! – deyə cavab verərdi.
Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!”
 (Ali-İmran surəsi, 37)
Allah Təalanın Həzrət Məryəmə böyük ikramları bunlardır:

318
MN
* Həzrət Məryəm zamanına qədər Beytül-Müqəddəsə oğlan uşaqları 
nəzir edildiyi halda, anası  Hənnənin duası ilə  Məryəm də  nəzir olaraq 
qəbul edilmişdir.
*  
Allah 
Təala, onu xalası  əri Həzrət Zəkəriyyənin (əleyhissəlam) 
himayəsində böyütmüşdür.
* Ona 
hələ bu dünyada ikən cənnət nemətlərindən ehsan etmişdir.
* Ona 
Cəbrail (əleyhissəlam) ilə görüşməyi lütf etmişdir.
* Onu 
və oğlu Həzrət İsanı şeytanın şərindən qorumuşdur.
* Oğlu Həzrət İsa (əleyhissəlam), hələ qundaqda ikən danışmış və 
anasına edilən iftiralara cavab vermişdir.
Rəsulullah (səllallahu əleyhi və səlləm) buyurur:
“İmran qızı  Məryəm, zamanında dünyada olan qadınların  ən 
xeyirlisidir. Bu ümmətin qadınlarının ən xeyirlisi də Xədicədir.” 
(Müs-
lim, Fədailüs-Səhabə, 69)
Həzrət Məryəm, gecə-gündüz ibadət edərdi.  İsrail övladları 
arasında təqvası ilə şöhrət qazandı. Özündən kəramət hasil olan Allahın 
seçkin qullarından idi. Elə ki o, Qurani-Kərimdə “Siddiqə” yəni Alla-
ha qulluqda və Ona bağlılıqda çox irəli dərəcələrə çatmış bir şəxs kimi 
qiymətləndirilmişdir.
Allah Təala belə buyurur:
(Ya Peyğəmbər!) Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: 
Ya Məryəm, həqiqətən, Allah səni seçmiş,  (eyiblərdən)  təmizləmiş, 
(cəmi) aləmlərin (bütün dünyanın) qadınlarından üstün tutmuşdur. Ya 
Məryəm, öz Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə 
rüku et! (Namaz qılanlarla bir yerdə namaz qıl!)” 
(Ali-İmran surəsi, 42-43)
Bu əmrlər ilə Həzrət Məryəm təqvada o hala gəldi ki, ayaqları şişincəyə 
qədər namaz qılardı.
Yoxdan var edən, atasız da yaradır!
Həzrət Məryəm on beş yaşında ikən Yusufi-Nəccar adlı birisi ilə
nişanlanmışdı. Lakin onunla evlənmədən əvvəl Allah Təala ona, ata lazım 
olmadan bir uşaq verəcəyini müjdələdi:

319
MN
Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin