oriJİnal məqaləLƏr uot: 617. 7-053. 5(479. 24)



Yüklə 53.51 Kb.
Pdf просмотр
tarix23.12.2016
ölçüsü53.51 Kb.

18

2016/3 (22)

ORİJİNAL MƏQALƏLƏR

UOT: 617.7-053.5(479.24)

Feyziyeva K.V.

XiZi ŞƏHƏRİNDƏ YAŞAYAN MƏKTƏBLİLƏR ARASiNDA OFTALMOLOJİ 

XƏSTƏLİKLƏRİN RASTGƏLMƏ TEZLİYİ

Xızı Rayon Mərkəzi Xəstəxanası, Xızı şəh., Azərbaycan

Açar sözlər: refraksiya qüsurları, miopiya, astiqmatizm, məktəblilərdə gözün xəstəlikləri

Korluğun  profilaktika  qaydaları  səhiyyə  sahəsinin  ən  vacib  üsullarından  biri  sayılır.  Aparılan  profilaktik 

tədbirlər göz xəstəliklərinin qarşısının alınmasına yönəlir. Gecikmiş diaqnostika və vaxtında aparılmamış müalicə 

korluğun səviyyəsini artırır [1]. üST-ün hesablamalarına görə dünyada 285 mln. insan görmə pozulmalarından 

əziyyət çəkir [2].

Oftalmoloji xəstəliklər artmaqda davam edib, əhalinin bütün yaş qruplarını, o cümlədən məktəbliləri də əhatə 

edir. Bu da aparılan tədqiqatın aktuallığını göstərir. Belə ki, profilaktik müayinələrin, xəstəlikləri vaxtında aşkar 

edib, aradan qaldırılmasında böyük faydası var.

Müasir məktəblilərdə görmənin pisləşməsinin əsas səbəbi miopiyadır. üstəlik, onun rastgəlmə tezliyi ildən-

ilə  artır  [3].  Hesablamalara  görə  19  mln.  uşaqda  görmə  pozulmaları  vardır,  onlardan  12  milyonunu  refraksiya 

qüsurları təşkil edir [2]. Məlumdur ki, genetik faktorlardan asılı olmayaraq, refraktogenez ətraf mühit şəraitinə və 

xüsusən də görmə yüklənmələrinin təbiətinə adaptasiya olur [4, 5].

Görmə  sisteminin  həddindən  artıq  yüklənməsi  zamanı  akkomodasiyanın  pozulmaları  baş  verir,  onların 

ağırlıq dərəcəsi isə əlavə yüklənmələrin təsir müddətindən asılıdır. Akkomodasiya pozulmaları bütün növ kliniki 

refraksiyalarda (emmetropiya, hipermetropiya, miopiya) baş verir [6].

Azərbaycan Respublikasında yaşlı əhali arasında görmə patologiyaları nəticəsində olan xəstəliklər, həmçinin, 

gözün müxtəlif növ xəstəlikləri son onilliklərdə əsaslı surətdə artması ilə xarakterizə olunur. Bu da respublikada son 

zamanlar göz xəstəliklərinin geniş yayılması ilə yanaşı bu patologiyaların daha ciddi diaqnostikasını göstərir [7].

Refraksiya qüsurları Azərbaycanda da uşaqlar arasında yayılmasına, görmə zəifliyinə və əlilliyə səbəb olan 

ciddi problemdən biri olaraq qalmaqda davam edir. İndiyədək Azərbaycanın bir sıra rayon və şəhərlərində uşaqlar, 

məktəblilər arasında görmə qüsurlarının öyrənilməsi ilə əlaqədar müxtəlif tədqiqatlar aparılsa da, Xızı şəhərinin 

məktəbliləri arasında belə bir araşdırma ilk dəfə həyata keçirilmişdir [8].



Məqsəd – Xızı şəhərində yaşayan məktəblilər arasında oftalmoloji xəstəliklərin yayılma tezliyinin təyini. 

Material və metodlar

Tədqiqat  2016-cı  ildə  Xızı  rayonunun  Xızı  şəhər  tam  orta  məktəbində  təhsil  alan  180  məktəbli  arasında 

aparılmışdır. Tədqiqatda iştirak edən məktəblilər 2-11-ci sinif şagirdləri olmuşdur. Onlar 7-17 yaş həddlərində olub, 

2009 / 1999-cu il doğum tarixli uşaqlardır. Müayinə Xızı şəhərində yerləşən Xızı Rayon Mərkəzi Xəstəxanasında 

həyata keçirilmişdir. Müayinə olunanların hər iki gözünün refraksion və keratometrik göstəricilərinin yoxlanılması 

(Nidek ARK-510A,Yaponiya), görmə itiliyinin korreksiyasız və korreksiya ilə təyini, kontaktsız pnevmotonometr 

(Nidek NT-510, Yaponiya) ilə gözdaxili təzyiqin ölçülməsi, göz almasının ön hissəsinin biomikroskopiyası, göz 

dibinin  oftalmoskopik  müayinəsi  həyata  keçirilmişdir.  Tədqiqat  zamanı  məktəblilərdə  oftalmoloji  xəstəliklərin 

yayılma tezliyi təyin olunmuşdur. 

Nəticələr və onların müzakirəsi

80.8%

19.2%

Şək. 1. Aşkarlanmış xəstəliklər: refraksiya qüsurları 59 nəfər (80.8%)

 və digər patologiyalar 14 nəfər (19.2%)


19

2016/3 (22)

ORİJİNAL MƏQALƏLƏR

Tədqiqat nəticəsində müayinə olunan 180 məktəbli arasında 73 müxtəlif oftalmoloji xəstəlik aşkarlanmışdır. 

Aşkarlanan  xəstəlik  halından  40-ı  qızlarda  (54,8%)  və  33-ü  oğlanlarda  (45,2%)  rast  gəlinmişdir.  Refraksiya 

qüsurları  aşkarlanmış  xəstəliklərin  59-nu  (80,8%)  təşkil  edir  (şəkil  1).  Onların  55,9%-i  qızlarda,  44,1%-i 

oğlanlarda rast gəlinmişdir. Refraksiya qüsurlarından 23,29%-i miopiyanın (zəif, orta və yüksək dərəcəli), 2,74%-

i hipermetropiyanın (zəif, orta və yüksək dərəcəli), 32,87%-i astiqmatizmin (sadə, mürəkkəb, qarışıq), 16,42%-i 

akkomodasiyanın spazmının payına düşmüşdür (cədvəl 1). Son onilliklərin çoxsaylı elmi tədqiqatları və oftalmoloji 

elmi ədəbiyyatı dünyanın bir çox ölkələrində miopiyanın davamlı artımını göstərir [2,3]. 

Cədvəl 1

Aşkarlanmış refraksiya qüsurları (59 nəfər)

Sinif

Cinsi

Miopiya

Hipermetropiya

Astiqmatizm

Akkomodasiyanın 

spazmı

Ambliopiya

2

qız



-

-

2 (2,74%)



-

-

oğlan



1 (1,37%)

-

2 (2,74%)



-

-

3



qız

-

-



-

-

-



oğlan

-

-



2 (2,74%)

1 (1,37%)

-

4

qız



1 (1,37%)

1 (1,37%)

2 (2,74%)

3 (4,10%)

1 (1,37%)

oğlan


1 (1,37%)

-

2 (2,74%)



-

-

5



qız

1 (1,37%)

-

2 (2,74%)



-

-

oğlan



1 (1,37%)

-

-



-

-

6



qız

-

-



2 (2,74%)

1 (1,37%)

-

oğlan


-

-

-



1 (1,37%)

-

7



qız

-

-



-

-

-



oğlan

-

-



2 (2,74%)

-

-



8

qız


4 (5,48%)

1 (1,37%)

-

3 (4,10%)



1 (1,37%)

oğlan


-

-

3 (4,10%)



-

-

9



qız

4 (5,48%)

-

-

-



1 (1,37%)

oğlan


-

-

1 (1,37%)



2 (2,74%)

10

qız



1 (1,37%)

-

1 (1,37%)



-

1 (1,37%)

oğlan

-

-



2 (2,74%)

-

-



11

qız


1 (1,37%)

-

-



-

-

oğlan



2 (2,74%)

-

1 (1,37%)



1 (1,37%)

-

Cəmi:

17 (23,29%)

2 (2,74%)

24 (32,87%)

12 (16,42%)

4 (5,48%)

0,00%


5,00%

10,00%


15,00%

20,00%


25,00%

23,29%


2,74%

8,21%


2,74%

1,37%


20.55%

5.48%


16.42%

Miopiya


Hipermetropiya

Sad hipermetropik astiqmatizm

Mür kk b miopik astiqmatizm

Mür kk b hipermetropik astiqmatizm

Qar q astiqmatizm

Refraksion ambliopiya

Akkomodasiyan n spazm

Şək. 2. Refraksiya qüsurları (%-lə)


20

2016/3 (22)

ORİJİNAL MƏQALƏLƏR

Refraksiya qüsurlarının 8,21%-ni sadə hipermetropik astiqmatizm, 2,74%-ni mürəkkəb miopik astiqmatizm, 

1,37%-ni mürəkkəb hipermetropik astiqmatizm, 20,54%-ni qarışıq astiqmatizm təşkil etmişdir (şək.2). 

Refraksiya  qüsurlarından  5,48%-i  refraksion  ambliopiyanın  payına  düşmüşdür. Ambliopiya  heç  də  həmişə 

özünü əlamətlər, simptomlarala təzahür etdirmədiyi üçün bu hal valideynlərin nəzərindən qaça və həkim tərəfindən 

təsdiq  olunmayana  qədər  gizli  qala  bilər.üST-ün  tövsiyələrinə  uyğun  olaraq  ambliopiya  skrininq  nəticəsində 

aşkarlanan xəstəlikdir. Belə ki, ambliopiya qəbul olunmuş müalicə üsulu olan, sağlamlığın əsas problemlərindən 

biridir [9]. Optimal nəticələr əldə etmək üçün ambliopiya ən düzgün erkən uşaqlıq dövründə müalicə olunmalıdır. 

Bununla belə, son tədqiqatlar göstərir ki, yeniyetməlik dövründə də ambliopik gözün vəziyyətini yaxşılaşdırmaq, 

hətta müalicə də etmək olar [10].

Müayinə  nəticəsində  miopik  refraksiya  qüsurunun  geniş  yayılması  ilə  əlaqədar  aşkarlanmış  4  göz  dibi 

xəstəliklərindən 3-nü xorioretinal miopik distrofiya təşkil etmişdir. Digər 1 halı isə göz dibinin toksoplazmoz ilə 

zədələnməsi təşkil etmişdir. 

Miopik xorioretinal 

distrofiya ([Y VALUE]‐

4.10%)

Tor qişan n 

toksoplazmas  ([Y 

VALUE]‐1.37%)

Persistəedici bəbək 

membran  ([Y 

VALUE]‐2.74%) Xalazion ([Y VALUE]‐

2.74%)

Mikroptoz (1‐1.37%)

Allergik konyunktivit 

(4‐5.48%)

Posttravmatik göz ([Y 

VALUE]‐1.37%)

Refraksiya qüsurlar

([Y VALUE]‐80.8%)

Şək. 3. Aşkarlanmış patologiyalar (14 nəfər)

Şagirdlərdən  2  nəfərdə  persistəedici  bəbək  membranı  aşkarlanmışdır.  Bu  qüzehli  qişanın  anadangəlmə 

anomaliyası olub, bizim halda, hazırda görməyə heç bir təsiri olmayan bir neçə nazik sap şəklində rast gəlinib 

(şəkil 3).

Allergik konyunktivit və quru göz 4 nəfərdə aşkarlanmışdır. 1 şagirddə posttravmatik buynuz qişanın çapığı, 

qüzehli qişanın hissəvi itməsi, bəbəyin deformasiyası və görmənin işıq duyğusuna qədər azalması rast gəlinmişdir. 



Yekun 

Beləliklə, həyata keçirdiyimiz araşdırmaya əsasən Xızı şəhərində təhsil alan məktəblilər arasında həm qızlarda, 

həm də oğlanlarda refraksiya qüsurlarının daha geniş yayılması, onlardan isə miopiya və qarışıq astiqmatizmin 

üstünlük təşkil etməsi qeyd edilmişdir. Digər xəstəliklərdən allergik konyunktivitin rastgəlmə tezliyinin daha çox 

olması qeyd edilmişdir.

Məktəblilər arasında profilaktik yoxlamaların keçirilməsi xəstəliklərin vaxtında, fəsadlaşmadan aşkarlanmasına, 

dinamik  izlənməsinə,  müalicənin  nəticəsinin  daha  effektiv  olmasına  şərait  yaradır,  xüsusən  də  refraktiv 

ambliopiyanın  qarşısının  alınmasında  böyük  faydası  vardır.  Bu  baxımdan  profilaktik  müayinələrin  aparılması 

vacib məsələlərdəndir.

ƏDƏBİYYAT:

1. 

Фейзиева К.В. Заболеваемость вследствие рефракционных аномалий у лиц в возрасте старше 18 



лет в хызинском районе Азербайджанской республике // Международный научно-исследователь-

ский журнал, екатеринбург, 2015, №7 (38), с.66-70. 



21

2016/3 (22)

ORİJİNAL MƏQALƏLƏR

2. 


WHO: Visual impairment and blindness. World Health Organization; August 2014.

3. 


Czepitia D. incidence and development of myopia / Сб. научных тр. 6-го российского общенацио-

нального офтальмологического форума. М., 2013, т.1, с.171-174.

4. 

лялин А.Н., Корепанова О.А. К вопросу о тактике лечения приобретенной близорукости с пози-



ции теории адаптации / Сб. Научных тр. 6-го российского общенационального офтальмологиче-

ского форума. М., 2011, т.2, с.136-140.

5. 

Buttersby K., Koy L., Phillips N. et al. Analysis of physical activity in emmetropic and myopic university 



student during semester and holiday periods: a pilot study // Clin. Exp. Optom., 2015, v.98, p.547-554.

6. 


Корнюшина т.А. Особенности изменения аккомодации у детей с различными видами рефракции 

под воздействием зрительных нагрузок // российская детская офтальмология, №2, 2014, с.26-33.

7. 

Агаева р.Б., Касимов Э.М. Заболеваемость органа зрения среди взрослого населения и пути её 



снижения в Азербайджанской республике // Oftalmologiya, Bakı, 2016 N1, s.42-46.

8. 


Cəfərova  U.B.,  Şəfiyeva  C.T.  Məktəbli  uşaqlarda  miopiyanın  və  miopik  astiqmatizmin  rastgəlmə 

tezliyinə dair / Azərbaycan Gənc Oftalmoloqlarının 1 Qurultayının məq. top., Bakı, 2008, s.201-203. 

9. 

Kemper A.R.,  Helfrich A., Talbot  J.  et  al.  Outcomes  of  an  elementary school-based  vision  screening 



program in north Carolina // J. Sch. Nurs., 2012, v.28, p.24-30.

10.  Pediatric Eye Disease investigator Group. Randomized trial of treatment of amblyopia in children aged 

7 to 17 years // Arch. Ophthalmol., 2005, v.123, p.437-447. 

Фейзиева К.В.

чАСтОтА рАСпрОСтрАНеНиЯ ЗАБОлеВАНий ОргАНА ЗреНиЯ у 

шКОльНиКОВ прОЖиВАЮЩих В гОрОДе хЫЗЫ



Центральная Больница Хызинского Района, г. Хызы, Азербайджан

Ключевые слова: рефракционные аномалии, миопия, астигматизм, болезни органа зрение у школьников 

реЗЮМе


Цель – определить частоту распространённости заболеваний органа зрения у школьников, проживаю-

щих в городе хызы.



Материал и методы 

исследование проводилось в Центральной Больнице хызинского района. Обследование было проведе-

но среди 180 школьников в возрасте 7-17 лет.

Результаты 

представлены результаты обследования и анализа болезней органа зрения, проведённые в 2016-году 

среди школьников – в городе хызы. при выявлении общих заболеваний органа зрения у школьников бо-

лее широко распространены рефракционные аномалии (80.8%) и заболевания конъюнктивы (5.5%). Среди 

рефракционных аномалий на первом месте миопия (23.29%) и смешанный астигматизм (20.55%). Наряду 

с вышеуказанной патологией выявлены рефракционная амблиопия и миопическая хориоретинальная дис-

трофия.

Заключение

ранняя диагностика среди школьников очень важна для динамики наблюдения, своевременного лече-

ния амблиопии и других заболеваний органа зрения. 


22

2016/3 (22)

ORİJİNAL MƏQALƏLƏR

Feyziyeva K.V.

FREQUENCY OF COMMON DiSEASES DETECTED AT SCHOOLCHiLDREN 

iN KHiZi CiTY



Central Hospital of Khizi District, Khizi city, Azerbaijan.

Key words: refractive errors, myopia, astigmatism, ocular diseases among schoolchildren

SUMMARY


Aim – to determine the frequency of common eye diseases among in schoolchildren living in Khizi city.

Material and methods

The research has been conducted at the Central Hospital of Khizi District. The survey was conducted among 

180 schoolchildren aged 7-17 years old.

Results 

The result of examination and analysis of eye diseases have been conducted in 2016 among the schoolchildren 

of one of the city of Azerbaijan – in Khizi city – are presented. Among the detected common diseases the more 

wide-spreaded were the refractive anomalies (80.8%) and diseases of conjunctiva (5.5%). Among the refractive 

errors are more wide-spread myopia (23.29%) and mixed astigmatism (20.55%), had also been identified refractive 

amblyopia, and myopic chorioretinal dystrophy.



Conclusion

The early diagnosis among schoolchildren is very important in the dynamics of observation, the early treatment 

of amblyopia and other eye diseases. 

Korrespondensiya üçün:



Feyziyeva Könül Vaqif qızı, Xızı Rayon Mərkəzi Xəstəxanasının həkim-oftalmoloqu

Ünvan: Xızı Rayon Mərkəzi Xəstəxanası, H.Əliyev pr., Xızı şəh., Azərbaycan

E-mail: kenulv@yahoo.com



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə