Odlar Yurdu Kolleci İstehsalat Təcrübəsi Hesabatı



Yüklə 139,24 Kb.
səhifə10/17
tarix25.04.2023
ölçüsü139,24 Kb.
#102202
1   ...   6   7   8   9   10   11   12   13   ...   17
Məmmədzadə Xanım

Marketinqin mikromühiti
Marketinqin müəssisədənkənar mikromühiti
Marketinqin müəssisədənkənar mikromühit amillərinə müəssisənin marketinq fəaliyyətinə təsir göstərən və müəssisə tərəfindən nəzarət edilməyən amillər: məhsulgöndərənlər, marketinq vasitəçiləri, müştərilər, rəqiblər və kontakt auditoriyası aiddir.
Məhsulgöndərən müəssisələr istehsalçı müəssisəni zəruri material resursları ilə təmin edən hüquqi və fiziki şəxslərdir. Müəssisənin bazar uğuru xeyli dərəcədə məhsulgöndərənlərin etibarlılığından, onların məhsulunun texniki-istismar və dəyər parametlərindən, keyfiyyətindən, göstərdikləri xidmətin genişliyindən və keyfiyyətindən, müqavilə şərtlərinə əməl etməsindən və bu kimi digər amillərdən asılıdır. Buna görə də, müəssisələr məhsulgöndərənləri seçərkən bu amilləri nəzərə almalı­dırlar.
Marketinq vasitəçiləri. Marketinq vasitəçilərinə müəssisənin məhsullarının bölüşdürülməsini və satı­şını, irəlilədilməsini təmin edən, müəssisəni maliyyə-kredit resursları ilə təmin edən və məhsulların fiziki yerdəyişməsini həyata keçirən müəs­sisə və təşkilatlar, həmçinin onlara müəyyən xidmət göstərən və müəssisə və təşkilatlar aiddir. Marketinq Vasitəçilərinə ticarət vasitəçiləri (topdansatış və pə­rakəndə ticarət müəssisələri), məhsulların fiziki yerdəyişməsini (malyeridilişini) həyata keçirən ixtisaslaşmış müəssisələr, müəssisəyə marketinq xidməti göstərən müəssisələr, investisiya, sığorta və maliy­yə-kredit müəssisələri aiddir.
Ticarət vasitəçiləri. Ticarət vasitəçiləri müəssisənin məhsullarının bölüşdürülməsini və satışını həyata keçirən və yaxud həmin məhsullar üçün müştəri ta­pan müəs­sisə və təşkilatlardır.
Məhsulların fiziki yerdəyişməsini həyata keçirən ixtisaslaşmış müəssisələr. Bu müəssisələrə müəssi­sə­nin məhsullarının istehsal yerindən istehlak və ya satış məntəqəsinə çatdırıl­ması­nı, həmçinin bu proses ərzində həmin məhsulların ehtiyatının yaradılmasını təmin edən nəqliyyat müəssisə və təşkilatları, anbarlar və s. aiddir.

Yüklə 139,24 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin