О. Щ. Мирзяйев нефт-газ мядян аваданлыгларынын техники диагностикасы нын ясаслары bakı 012 Rəycilər


Obyektin dağıtmadan nəzarət növləri, onun



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə3/51
tarix25.12.2016
ölçüsü2,61 Mb.
#3052
1   2   3   4   5   6   7   8   9   ...   51
1.2. Qüsurların (zədələrin) növü, maşınların keyfiyyəti 
və möhkəmliyi (etibarlılığı) 
 
Avadanlığın texniki vəziyyəti - qüsurların miqdarı və 
onların  təhlükə  dərəcəsi  ilə  müəyyən  olunur.  Ayrı-ayrı 
detalların  yaxud  ümumilikdə  texniki  sistemin,  texniki 
sənədlərlə  müəyyən  olunmuĢ  tələblərə  uyğun  gəlməməsi 
qüsur adlanır.  
YerləĢməsindən asılı olaraq qüsurlar daxili (gizli) və 
xarici qüsurlara bölünür.  
Xarici qüsurlar vizual olaraq aĢkar olunur.  
Gizli  qüsurlar  isə  avadanlığı  dağıtmadan  nəzarət 
üsulları ilə aĢkar edilir.  
QuruluĢuna görə qüsurlar həcmi və səthi olurlar.  
Həcmi qüsurlar obyektin ilkin quruluĢunun və yaxud 
ölçülərinin  dəyiĢməsi  ilə  (pozulması),  səthi  qüsurlar  isə 
çatlar və sürüĢmə zolaqlar Ģəklində biruzə olunurlar.  
Əmələ  gəlməyə  görə  qüsurlar  istehsalat  və  istismar 
qüsurlarına bölünür.   


 

Ġstehsalat  qüsurları  həm  metallurji  dəyiĢmə  prose-
sində,  həm  də  texnoloji  olaraq  hazırlanma  zamanı  əmələ 
gələ  bilər.  Belə  qüsurlar  adətən  avadanlığın  iĢləməsinin 
ilkin mərhələsində özünü büruzə verir. 
Ġstismar qüsurları avadanlıq bir qədər iĢlədikdən so-
nra,  onun  iĢlənib  yeyilməsi,  yorğunluğun  yığılması  və 
digər  zədələrdən  və  həmçinin  təmir  və  texniki  qulluğun 
düzgün aparılmaması nəticəsində əmələ gəlir.  
Təcrübə göstərir ki, zədələrin və qüsurların aĢağıdakı 
əsas səbəblərini  göstərmək olar: 
-
 
yol  verilən  gərginlikdən  kənara  çıxma  zamanı 
avadanlığın  elementlərində  əmələ  gələn  iki  tərəfli  çatlar, 
dağılmalar və deformasiyalar; 
-
 
səthlərin  bir-birinə  sürtünməsi  nəticəsində  əmələ 
gələn mexaniki köhnəlmə; 
-
 
maye  və  yaxud  qaz  axınının  təsiri  ilə  nəticələnən 
erozion-kavitasion zədələr; 
-
 
materialların xassələrinin müəyyən müddət keçdik-
dən  sonra  və  istismar  faktorlarının  təsiri  nəticəsində 
deqradasiyası; 
-
 
metalların  və  ərintilərin  korroziyası,  korroziya, 
gərginlik və sürtünmənin təsiri ilə əmələ gələn korrozion-
mexaniki zədələr. 
Təhlükə  dərəcəsinə  görə  qüsurlar  kiçik,  əhəmiyyətli 
və az əhəmiyyətli qüsurlara bölünür.  
Kiçik  qüsurlar  mövcud  olduqda  aqreqatı  istifadə 
etmək mümkün olmur və yaxud təhlükəsizlik tələbləri bu-
na yol vermir.  
Aqreqatın  məqsədəuyğun  iĢlədilməsinə  və  uzun-
ömürlüyünə təsir edən qüsurlar əhəmiyyətli qüsurlardır.  
Az əhəmiyyətli qüsurlar nə aqreqatın məqsədəuyğun 
istifadəsinə,  nə  də  onun  uzunömürlüyünə  bir  o  qədər  də 


 

təsir  etmir.  Qüsurun  təhlükə  dərəcəsini  təyin  etdikdə, 
nəzarət  olunan  məhsulun  gərginlik  vəziyyəti,  qüsurun 
növü,  ölçüləri  və  sənədləĢməsi  nəzərə  alınır.  Qüsurun 
təhlükə  dərəcəsini  müəyyən  edən  əsas  amillər  -  germetik 
arakəsmələrin  nazikləĢmə  göstəricisi  və  mexaniki 
gərginliklərin  konsentrasiya  əmsalıdır  (çatlarda  -  gərgin-
liklərin intensivlik əmsalı) ki, bu da qüsur zonasında yerli 
gərginliyin  qüsursuz  zonaya  nisbətən  neçə  dəfə  artıq 
olduğunu  göstərir.  Yol  verilən  qüsurların  növü  və  onların 
göstəriciləri  müvafiq  məmulatın  nəzarətə  görə  normativ 
sənədlərdə göstərilir. Çatların təpəsində gərginlik konsen-
trasiyasının  səviyyəsini  xarakterizə  edən  əsas  parametr 
gərginlik intensivliyinin kritik əmsalıdır.   
MaĢının məqsədəuyğun istifadəsində yararlığını mü-
əyyən edən xassələrinin cəmi keyfiyyət adlanır. Bu xassə-
lərin  istismar  göstəriciləri  (qüvvə,  yanacağın  sərfi,  sürət, 
məhsuldarlıq və s.) iqtisadi effektlik, texnoloji, estetik və 
erqonomik göstəricilər və etibarlılıqla xarakterizə olunur. 
Ġstismar  edilən  maĢının  etibarlığı  ilk  növbədə  onun 
texniki vəziyyəti ilə müəyyən olunur. QOST 27.002.-83-ə 
görə  etibarlılıq  -  obyektin
 
verilən  rejim  və  tətbiq  Ģərt-
lərində  tələb  olunan  funksiyaları  xarakterizə  edən  para-
metrlərini  qoruyub  saxlamaq  qabiliyyətidir.  Etibarlılıq  - 
müntəzəmlik,  uzunömürlülük  (davamlılıq),  təmirə  yarar-
lılıq və bu xassələrin cəmi ilə qiymətləndirilir. 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin