Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1.22 Mb.
səhifə2/113
tarix23.12.2016
ölçüsü1.22 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   113

İsra” surəsi

(17-SURƏ, 111 ayə)

On beşinci cüz

“İsra” surəsinin siması


“İsra” surəsi 111 ayədən ibarətdir. Bu surənin Məkkədə nazil olması daha çox qeyd edilir. Amma uyğun surənin 26, 32, 33, 57 və 78-ci ayələrinin Mədinədə nazil olduğu bildirilir.

Surə başlanğıc kəlməsinə görə “Sübhan”, merac əhvalatından danışdığı üçün “İsra” və Bəni-İsrail əhvalatını nəql etdiyi üçün “Bəni-İsrail” adlandırılmışdır.

Bu surədə də digər Məkkə surələrində olduğu kimi tövhid, məad, faydalı nəsihətlər, istənilən növ şirk, zülm və çaşqınlıqla mübarizə, tarixdəki fərdi və ictimai sünnələr (qanunlar), Adəm və İblisin tarixçəsi, İslam peyğəmbəri (s) və onun Məkkədəki mövqeyi mövzuları bəyan olunmuşdur. Bu surədə ümdə və diqqəti daha çox çəkən məsələlərdən biri əziz peyğəmbərimiz həzrət Məhəmmədin (s) merac məsələsidir.

Surə “Allahın təsbihi” (tərifi) ilə başlayır və Ona həmd-səna, sitayişlə başa çatır.

Rəvayətlərdə tövsiyə olunur ki, cümə gecələri bu surə tilavət olunsun. Surənin (oxunmasının) faydalarından biri kimi İmami-Zamanla (ə) (həzrət Mehdi (ə) ilə) görüş qeyd olunmuşdur.1
﴿بسم الله الرحمن الرحيم﴾

Bağışlaya və mehriban Allahın adı ilə


● ayə 1:


﴿سُبْحَانَ الَّذِي أَسْرَى بِعَبْدِهِ لَيْلاً مِّنَ الْمَسْجِدِ الْحَرَامِ إِلَى الْمَسْجِدِ الأَقْصَى الَّذِي بَارَكْنَا حَوْلَهُ لِنُرِيَهُ مِنْ آيَاتِنَا إِنَّهُ هُوَ السَّمِيعُ البَصِيرُ﴾

Öz nişanələrindən göstərmək üçün gecə bəndəsini (Məkkədə) Məscidul-Həramdan (Beytul-Müqəddəsdə) ətrafına bərəkət verdiyimiz Məscidul-Əqsaya aparan Allah pak-pakizədir. Həqiqətən, O, eşidən və görəndir.”



○ Nöqtələr


● Merac səfəri tarixin ən müqəddəs səfəridir. Bu səfərdə müsafir İslam peyğəmbəri (s), uçuş məkanı Məscidul-Həram, eniş məkanı Məscidul-Əqsa, qonaq sahibi Allah, məqsəd ilahi ayələrin (nişanələrin) müşahidəsi, sovqat səma xəbərləri və bəşər düşüncəsinin maddi dünya səviyyəsindən yuxarı qaldırılmasıdır.1

● Rəvayətlərə əsasən həzrət Peyğəmbər (s) hicrətdən əvvəlki il Məscidul-Həramda məğrib (şam) namazından sonra Məscidul-Əqsadan, “Buraq” 2 vasitəsi ilə səmaya qalxdı. Qayıdıb Məscidul-Həramda sübh namazını qıldı.3

● Peyğəmbərin (s) meracı yuxuda və ruhən yox, oyaq vaxtı və cismani baş vermişdir! Bu, dinin zəruri etiqadlarındandır və bütün İslam firqələri tərəfindən yekdilliklə qəbul olunur.4

Mütəvatir (çoxları tərəfindən nəql olunan və şübhəyə yer qalmayan) rəvayətlərdə, bəzi dualarda və ziyarətnamələrdə də bu məsələyə işarə olunur. Bəzi hədislərdə meracın cismaniliyini inkar edən kəs kafir kimi tanıtdırılır.

● Allah-təala həzrət Adəmi səmadan yerə endirdi. Amma həzrət Rəsulu (s) yerdən səmaya qaldırdı5. Peyğəmbər (s) həmin gecə yuxarı aləmləri, səma qatlarını və yaranış qəribəliklərini müşahidə etdi, peyğəmbərlərlə görüşdü1. Bu səfərdə həzrət üçün qüdsi hədislər bəyan olundu və bu hədislərdə həzrət Əlinin (ə) rəhbərlik və vilayəti təsdiqləndi.

Bu səfərdə həzrət Rəsul (s) behişt və cəhənnəmi gördü. Behişt əhlinin vəziyyəti və onlara verilən nemətlər, cəhənnəm əhli və onlara verilən əzablar Peyğəmbər (s) tərəfindən müşahidə olundu. Peyğəmbər (s) merac əhvalatını bəyan edən vaxt bəzən tutumsuz insanlar dindən çıxdılar2.


İrad və uyğun iradın cavabı


●Peyğəmbərin (s) meracı – səma səfəri ilə bağlı müəyyən suallar, şübhələr bəyan olunmuşdur. Məsələn, bildirirlər ki, atmosferdən kənarda hava yoxdur, yandırıcı isti və öldürücü soyuq var, çəkisizlik mövcuddur, fəzanın təhlükəli şüaları şölələnir, səma səfəri üçün bir gecə bəs etməz, səma səfərinə çıxan bir şəxsdə işıq sürəti və ya daha böyük sürət olmalıdır, yerin cazibəsindən çıxmaq üçün saatda 400 min km. yol getmək lazımdır və s.

Uyğun şübhələri ümumi şəkildə belə cavablandıra bilərik: Merac mövzusu Quranda və mütəvatir rəvayətlərdə bəyan olunmuşdur3. Mövzunu xırdalıqları ilə yox, prinsipcə qəbul etmək zəruridir. (Əlbəttə ki, Allahın cisim halında müşahidə olunmasını bəyan edən rəvayətlər etibarsızdır. Behişt və cəhənnəm əhlinin müşahidəsi isə qəbulolunası bir xəbərdir.) Digər bir tərəfdən, möcüzə ağıl baxımından mümkünsüz sayılmamalıdır. Merac İslam peyğəmbərinin (s) möcüzələrindən olduğu kimi, bütün möcüzələrə tətbiq olunan qayda ona da şamil olunur.

Digər çətinliklər ilahi qüdrətə əsaslanmaqla həll olunasıdır. Bundan əlavə, bu gün insan səmaya təyyarə qaldırdığından, digər planetlərə süni peyklər və hava gəmiləri göndərdiyindən merac məsələsini qəbul etmək problem deyil.

Quranda Bilqeysin taxtının bir göz qırpımında bir ölkədən digər ölkəyə gətirilməsi qeyd olunur. Belə bir məlumat merac məsələsinin məsafə baxımından mümkünsüzlük ehtimalını aradan qaldırır.


● Bildirişlər


1. Merac hadisəsi əbəs deyil, onun yetərincə mühüm səbəbləri var.

2. Merac Peyğəmbər (s) üçün xüsusi ekskursiya və onun elmi görüşünün təcəssümü idi. Çünki Allah məkansızdır.

3. Bəndəlik uçuş, yüksəliş üçün müqəddimədir. Çirkin sifətlərdən paklanmamış yüksəliş mümkünsüzdür.

4. Meraca gedən insan da bəndədir. Allah övliyalarına münasibətdə ifrata varmayaq.

5. Bəndəlik peyğəmbərlərin iftixarı və ilahi ətalar üçün zəmindir.

6. Ümməti gələcəkdə kosmosa uçacaq peyğəmbərin merac səfəri və səmaya qalxması zəruridir.

7. Allaha yaxınlıq üçün gecə ən münasib vaxtdır. (“Sura” gecə səfəri və hərəkət mənasını bildirir.)

8. Merac gecəsi olduqca əhəmiyyətli bir gecədir.

9. İstedad və ləyaqəti olan kəs bir gecəlik yüksəlib, pərvaz edə bilər.

10. Möminin mənəvi pərvazı üçün ən üstün yer məsciddir.

11. Məscid bütün işlərimiz üçün mehvər olmalıdır.

12. Müqəddəs hərəkatlar müqəddəs yollarla gerçəkləşməlidir.

13. Təravət və bərəkət məscid mehvərindədir.

14. Beytul-Müqəddəs və onun ətrafı tarix boyu səmavi bərəkətlərin nazil olma məhəlli, peyğəmbərlərin aramgahı və mələklərin eniş yeri olmuşdur.

15. İnsanın elmi tutumu yer biliklərindən çoxdur, səma əsrarəngizlikləri yer əsrarəngizliklərindən daha genişdir.

16. Merac səfərində məqsəd mərifət və mənəvi yüksəliş qazanmaq idi.

17. İlahi ayələr (nişanələr) bitib-tükənməz olduğundan, Allahın rəsulu (s) da onları sonadək əxz edə bilmir.

18. Allah-təala müxaliflərə xəbərdarlıq edir ki, onları görür və sözlərini eşidir.




Каталог: lib -> doc
doc -> Zərİf məqamlar (Böyük Rəhbər Ayətullah Xameneinin 1979-2004-cü illərdə müəllim və tələbələr qarşısında çıxışlarından seçmələr) Beşinci cild Tərtib edən: Həsən Qüddusizadə Çevirən: Maqsud Əzizoğlu Birinci fəsil
doc -> Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu
doc -> Quranın təhrİfİnə daİr İttİhamlara cavab
doc -> Ayətullah Seyid Əli Xamenei Vİlayət nuru
doc -> Hİcab Böyük Rəhbər həzrət Ayətullah Xameneinin tövsiyələrində Tərtib edən: Məhəmmədhüseyn Himmətinejad
doc -> Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə
doc -> Birinci bölmə: İslam və Elm
doc -> Tərtib edən: Əlirza Muxtarpur Tərcümə edən: Əlirza Sərablı
doc -> Tibbur-Rəsul (Peyğəmbər təbabəti)
doc -> HÜcr ibn əDİ (İdeallarla tanışlıq)


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   113


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə