Nitq məDƏNİYYƏTİNİn təDQİQİ, İNKİŞafi və



Yüklə 240,5 Kb.
səhifə16/36
tarix02.01.2022
ölçüsü240,5 Kb.
#42276
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   36
NITQ-Mədəniyyəti-I-kurs-İSM

11. NİTQİN İFADƏLİLİYİ. Natiq fikrini düzgün, aydın, məqsədəuyğun surətdə ifadə etməklə yanaşı, onu cazibəli, təsirli, emosional bir formada verməyi, dinləyicinin qəlbinə, zehninə nüfuz edə biləcək inandırıcı və təsirli dil vasitələrindən istifadə etməyi də bacarmalıdır. Parlaq, kəskin, orijinal, ifadəli nitq dinləyicilərin hisslərinə təsir edir, marağını artırır, diqqətini cəlb edir, irəli sürülən fikirlərin məzmununu yaxşı dərk etməyə kömək göstərir. Dinləyicilər, o cümlədən də tələbələr ona görə bir sıra müəllim - natiqin mühazirələrindən razılıq edirlər ki, onların danışığı aydın, məzmunludur. Bu danışıq güclü, məntiqli, tutarlı cümlələrdən ibarətdir, həm də ifadəlidir, təsirlidir, emosionaldır.

Nitqdə ifadəlilik, emosionallıq müxtəlif vasitələrin köməyi ilə yaranır. Bura daxildir: intonasiya (ton, vurğu, pauza və s.), leksik vahidlər: sinonim və antonimlər, atalar sözü, zərbi-məsəllər, məcazi mənalı söziər, emosional nidalar və s. Sözlərin əsas mənasına əlavə məna verən bu ifadəlilik vasitələrinin köməyi ilə natiq (müəllim) ən incə mətləbləri dinləyicilərə çatdırır.

Yüklə 240,5 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin