Nitq mədəniyyəti anlayışının əsas xarakteristiksı Tələbə: Qəhrəmanlı Günay



Yüklə 50,1 Kb.
tarix08.11.2022
ölçüsü50,1 Kb.
#68050
növüQaydalar
slayd.qəhrəmanlıgünay

Nitq mədəniyyəti anlayışının əsas xarakteristiksı

Tələbə: Qəhrəmanlı Günay

Müəllim: Vaqif İsrafilov

Nitq mədəniyyəti anlayışı birbaşa ədəbi dil ilə bağlıdır. Öz fikrini dəqiq və aydın ifadə etmək, qrammatik qaydalara əməl etmək, dinləyicinin diqqətini öz nitqinə cəlb etməklə yanaşı, ona təsir etmək bacarığı nitq mədəniyyətinin əsas tələblərindəndir. Nitq mədəniyyətinə yiyələnmək, müxtəlif peşə adamlarının: diplomat, hüquqşünas, siyasətçi, ali və orta məktəb müəllimləri, televiziya və radio işçiləri, menecer və jurnalistlərin özünəməxsus bacarığını, peşəkar yararlılığını səciyyələndirən başlıca cəhətdir. Öz fəaliyyətində insanlarla ünsiyyətdə olan, onların fəaliyyətini təşkil edən və istiqamətləndirən, işgüzar danışıqlar aparan, gənc nəslin təlim-tərbiyəsi, insanların sağlamlığı ilə məşğul olan, müxtəlif xidmət sahələrində çalışan hər bir kəs nitq mədəniyyətinə yiyələnməlidir.

  • Nitq mədəniyyəti anlayışı birbaşa ədəbi dil ilə bağlıdır. Öz fikrini dəqiq və aydın ifadə etmək, qrammatik qaydalara əməl etmək, dinləyicinin diqqətini öz nitqinə cəlb etməklə yanaşı, ona təsir etmək bacarığı nitq mədəniyyətinin əsas tələblərindəndir. Nitq mədəniyyətinə yiyələnmək, müxtəlif peşə adamlarının: diplomat, hüquqşünas, siyasətçi, ali və orta məktəb müəllimləri, televiziya və radio işçiləri, menecer və jurnalistlərin özünəməxsus bacarığını, peşəkar yararlılığını səciyyələndirən başlıca cəhətdir. Öz fəaliyyətində insanlarla ünsiyyətdə olan, onların fəaliyyətini təşkil edən və istiqamətləndirən, işgüzar danışıqlar aparan, gənc nəslin təlim-tərbiyəsi, insanların sağlamlığı ilə məşğul olan, müxtəlif xidmət sahələrində çalışan hər bir kəs nitq mədəniyyətinə yiyələnməlidir.

Nitq mədəniyyəti fənni nəzəri cəhətdən:
  • Fonetika
  • Qrammatika
  • Azərbaycan dilinin üslubiyyatı

Təcrübi cəhətdən isə natiqlik sənəti kimi ritorika elmi ilə əlaqədardır
Nitq mədəniyyəti dil haqqında elm kimi bizə:
  • ədəbi dilin normalarına yiyələnməyə,
  • ədəbi dili bəsit, primitiv nitqdən ayırmağa,
  • dilimizi korlayan sözlərdən təmizləməyə, azad olmağa komək etməlidir.

Nitq mədəniyyətinin əsasını dörd komponent təşkil edir:
1)qarşılıqlı nitq əlaqəsi; 2)normativlik; 3)kommunikativlik; 4)etiklik.
ünsiyyətin əsas vahidləri kimi
-nitq hadisəsi,
-nitq şəraiti (situasiyası)
-qarşılıqlı nitq əlaqəsini
Nitq prosesi beyin qabığının sol yarımkürəciklərinin iki mərkəzində
- akustik(sensor) - Vernik mərkəzində
- mühərrik (motor) – Brok mərkəzində başlayır.
Q.P.Qraysın kooperasiya prinsipinin əsasında tərəflərin əməkdaşlığa hazır olması durur. Qrays bu barədə yazır: “Sənin dialoqa kommunikativ töhfən, dialoq üçün birgə qəbul olunmuş məqsədə (istiqamətə) doğru atdığın addımdır (8,226). Sonra müəllif bu prinsipə xidmət edən daha konkret postulatları irəli sürür. Onları dörd kateqoriyaya bölür: kəmiyyət, keyfiyyət, münasibət, vasitə.
Kəmiyyət- informasiya tələb olunduğundan çox və ya az olmamalıdır;
Keyfiyyət-əmin olmadığın, yalan hesab etdiyini söyləməmək;
Münasibət (relevantlıq) – məqsəddən kənara çıxmamaq;
Vasitə, manera – aydın, yığcam, birmənalı ifadə etmək, səfərbər olmaq.
Liçin nəzakətlilik prinsipi isə altı kateqoriyaya bölünür:
-takt-(şəxsi fəaliyyət sferasının sərhədini bilmək), təhlükə yaradan mövzulardan qaçmaq (dini, şəxsi həyat, əmək haqqı mövzuları potensial təhlükə yaradır;
-alicənablıq -müsahibini çətin vəziyyətə salmamaq;
-ruhlandırıcılıq, pozitivlik;
-təvazökarlıq- ünvanına deyilmiş tərifləri qəbul etməmək, özündən razılıq əlaməti kimi;
-razılıq, barışdırıcılıq-müxalif olmamaq, konflikti aradan qaldırmaq;
-rəğbət – simpatiya, xeyirxahlıq;
Məişətdə və professional sferada ünsiyyətin məqsədindən asılı olaraq aşağıdakı növləri göstərilir:
  • Maskalanmış əlaqə-formal ünsiyyət (mərasim, tədbir ifadələri, jestlər əsl məqsədi və sifəti gizlədir).
  • Adi ünsiyyət (heç bir xeyrin güdülməməsi, məqsədin olmaması nöqteyi-nəzərindən);
  • Tərəflərdən birinin üstünlüyü ilə olan ünsiyyət (sosial status nəzərə alınmaqla, tələbə-müəllim ünsiyyəti);
  • İşgüzar ünsiyyət (işgüzar maraqlar birinci yerdədir);
  • Mənəvi (ruhən) ünsiyyət;
  • Manipulyativ ünsiyyət (öz xeyrini güdən müsahibini iradəsi əleyhinə olan nəyəsə məcbur etmək);
  • Mədəni (kübar) ünsiyyət (tamamilə formal, yalnız danışıla biləcək şeylər haqqında danışmaq).

Yüklə 50,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin