Nəqliyyat haqqında


Maddə 3. Nəqliyyat sahəsində mülkiyyət münasibətləri



Yüklə 128,2 Kb.
səhifə2/9
tarix19.05.2023
ölçüsü128,2 Kb.
#116996
1   2   3   4   5   6   7   8   9
683 q

Maddə 3. Nəqliyyat sahəsində mülkiyyət münasibətləri
Azərbaycan Respublikasında nəqliyyat dövlət, xüsusi və bələdiyyə mülkiyyət növlərinə əsaslanır.
Bütün nəqliyyat mülkiyyətçiləri bərabər hüquqa malikdirlər və qanunla eyni cür müdafiə olunurlar.
Ümumi istifadədə olan və dövlət əhəmiyyəti kəsb edən dəmir yolları və onların mühəndis tikililəri və qurğuları, magistral boru kəmərləri, mayaklar, gəmilərin təhlükəsiz hərəkətini nizamlayan və ona zəmanət verən qurğular və naviqasiya nişanları, hava hərəkətinin təşkili və idarə edilməsi sisteminin aeronaviqasiya vasitələri və avadanlığı, hava gəmilərinin uçuş təhlükəsizliyini təmin edən qurğular, aviasiya daşımaları ilə əlaqədar mühəndis şəbəkələri və qurğuları, həmçinin metropoliten dövlət mülkiyyətidir.
Maddə 4. Nəqliyyat təyinatlı torpaqlar. Nəqliyyatın ehtiyacları üçün torpaq sahələrinin və su obyektlərinin verilməsi
1. Nəqliyyat təyinatlı torpaqlar aşağıdakılardır:
a) nəqliyyat obyektlərinin normal fəaliyyətinin təmin edilməsi üçün nəqliyyat müəssisələrinə verilən torpaq sahələri;
b) nəqliyyat yolları və magistral boru kəmərlərinin yerləşdiyi torpaq sahələri;
c) uçqun, sürüşmə, sel suları və digər təbii təsirlərin təhlükəsi olan yerlərdə nəqliyyat tikililərinin və digər nəqliyyat obyektlərinin xüsusi mühafizə zonaları üçün verilmiş torpaq sahələri.
2. Bu maddənin 1-ci bəndində göstərilmiş torpaq sahələrinin və ya su obyektlərinin müvafiq nəqliyyat müəssisələrinin mülkiyyətinə, icarəsinə və istifadəsinə verilməsi zamanı yaranan münasibətlər, həmin sahələrdən və obyektlərdən istifadə qaydaları müvafiq olaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, Su Məcəlləsi və digər normativ hüquqi aktları ilə tənzimlənir.
3. Uçquna, sürüşməyə və digər təhlükəli təbii təsirlərə məruz qalmış ərazilərdə nəqliyyat tikililərinin və digər nəqliyyat obyektlərinin təhlükəsiz istismarını təmin etmək məqsədi ilə qanunvericilikdə müəyyən edilmiş qaydada xüsusi mühafizə zonaları müəyyənləşdirilə bilər.

Yüklə 128,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin