“Nağdsız ödənişlə r sahəsində fərqlənmiş bankların



Yüklə 29,99 Kb.
Pdf görüntüsü
tarix02.12.2016
ölçüsü29,99 Kb.
#621

 

“Nağdsız ödənişlə



r sahəsində 

fərqlənmiş bankların 

mükafatlandırılması üzrə

 

Münsiflər Heyəti” iclasının 

6 fevral 2014-cü il tarixli 

01 saylı protokolu ilə

 təsdiq 

edilmişdir

 

 

 



“Nağdsız ödənişlərin sürətli inkişaf meyilləri: reallıq və perspektivlər” 

mövzusunda məqalə müsabiqəsinin 

Qaydaları

 

  



I.

 

Giriş

 

Ölkədə  elektron  ödəniş  sistemlərinin  yaradılması  və  nağdsız  hesablaşmaların 

çəkisinin  artırılması  ilə  bağlı  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankının 

fəaliyyətinin işıqlandırılması istiqamətində son dövrdə KİV-lərlə əməkdaşlıq daha 

da  genişləndirilir,  hər  iki  tərəfin  maraqlarına  cavab  verən  şəffaflıq  və  qarşılıqlı 

əməkdaşlıq  güclənir.  Bu  sahədə    Mərkəzi  Bank  tərəfindən  həyata  keçirilən 

tədbirlərin  geniş  ictimaiyyətə  çatdırılmasında  KİV-lərin  rolunu  nəzərə  alaraq 

Mərkəzi  Bank  jurnalistlər  arasında  “Nağdsız  ödənişlərin  sürətli  inkişaf 



meyilləri:  reallıq  və  perspektivlər”  mövzusunda  ən  yaxşı  məqalə  müsabiqəsini 

elan edir. 



 

II.

 

Müsabiqənin məqsədi 

2.1.


 

Nağdsız  ödənişlərin  inkişafında  Mərkəzi  Bankın  fəaliyyətinin  KİV-lərdə 

işıqlandırılması; 

2.2.


 

Mərkəzi  Bankın  elektron  ödəniş  sistemlərinin  inkişafı  və    nağdsız 

ödənişlərin stimullaşdırılması üzrə apardığı işlərə mərkəzi və regional KİV-

lərin maraqlarının artırılması; 

2.3.

 

Nağdsız  ödənişlərin  inkişafına  dair  Mərkəzi  Bankın  gördüyü  işlərə  dair  



pozitiv ictimai rəyin formalaşdırılması; 

2.4.


 

İqtisadiyyat,  bank  və  maliyyə  mövzuları  üzrə  KİV-lərdə  çalışan 

jurnalistlərin motivasiyasının artırılması; 


 

2.5.



 

Nağdsız  ödənişlərin  inkişafına  dair  dünyanın  aparıcı  mərkəzi  banklarının 

təcrübəsi,  bu  sahədəki  yeniliklərlə  KİV  nümayəndələrini  tanış  etməklə 

yanaşı  KİV-lər  vasitəsilə  bank  sektorunda  həyata  keçirilən  tədbirlər  barədə 

ictimaiyyətin geniş məlumatlandırılması. 

III. Müsabiqə iştirakçıları 

3.1.


 

Müsabiqəyə  2014-cü  ilin  may-oktyabr  ayları  ərzində  mərkəzi  və  regional 

elektron  və  çap  KİV-lərində  müsabiqənin  mövzusuna  uyğun  nəşr  olunmuş 

yazılar qəbul olunur.  



IV.

 

Müsabiqədə iştirak 

  

4.1.


 

Məqalələr  hazırki  təlimatda  göstərilən  məqalənin  yazılması  şərtlərinə  və 

tələblərinə riayət etməklə yazılmalı və müsabiqəyə təqdim edilməlidir. 

4.2.


 

Təqdim  edilmiş  hər  hansı  məqalə  qoyulmuş  tələblərə  cavab  verməzsə 

həmin  məqalə  müsabiqəyə  buraxılmır  və  onun  müəllifi  müsabiqədə 

iştirakdan kənarlaşdırılır. 

4.3.

 

Müsabiqəyə təqdim olunmuş materiallar geri qaytarılmır. 



 

V.

 

Məqalənin forması, həcmi və dili 

 

5.1.


 

Müsabiqə  iştirakçısı  müsabiqəyə  məqalənin  çap  olunduğu  qəzet  və  

jurnalın bir nüsxəsini və ya skan edilmiş elektron variantını, elektron KİV-

də yerləşdirilmiş  yazının   isə  linki  göstərilməklə saytdan çıxarılmış “print 

screen” versiyasını təqdim etməlidir. 

5.2.


 

Məqalə  Azərbaycan  dilində  təqdim  olunmalıdır  (xarici  dildə  yazılan 

məqalələr azərbaycan dilinə tərcümə edilərək təqdim olunmalıdır).  

5.3.


 

Məqalənin əvvəlində müəllifin adı, soyadı və atasının adı, hazırda çalışdığı 

KİV-in adı, vəzifəsi qeyd olunmalıdır. 

5.4.


 

Müsabiqəyə  istənilən  KİV  orqanında  dərc  edilmiş  məqalə  təqdim  edilə 

bilər. 

 

VI.



 

Məqaləyə verilən tələblər  

 

6.1.


 

Məqalədə  qaldırılan  məsələlər  və  onların  həlli  və  ya  təkmilləşdirilməsi 

yolları aydın fikir və cümlələrlə ifadə edilməlidir. 


 

6.2.



 

Müsabiqə  iştirakçısı  məqalədə  öz  mülahizələrini  və  fikirlərini  ifadə 

etməlidir. 

6.3.


 

Müəlliflik  hüquqlarının  gözlənilməsi  və  müvafiq  istinadların  edilməsi 

vacibdir  və  bunun  üçün  digər  mənbərlərdən  götürülən  məlumatın  sadəcə 

məqaləyə köçürməklə daxil edilməsi (yəni həmin mənbə göstərilmədən və 

ya ona istinad olunmadan) yolverilməzdir.  

 

VII. Məqalələrin qiymətləndirilməsi 

 

7.1.


 

Məqalələrin qiymətləndirilməsi aşağıdakı tələblər əsasında həyata keçirilir: 

 

forma və məzmuna dair qoyulan tələblərə cavab verməsi;  



 

irəli sürülən fikir və ideyaların aydınlığı və məzmunluluğu; 



 

araşdırılan problemlərin həlli yollarının orijinallığı və mümkünlüyü; 



 

nağdsız  ödənişlərin  inkişafı  üçün  tövsiyə,  təkliflərin  səslənməsi,  əldə 



edilmiş nəticələr və müasir tədqiqatlar barədə məlumatın əks edilməsi; 

 



məqalənin  bədii-ədəbi  dilinin  zənginliyi  və  yalnız  iqtisadçılar  üçün  deyil, 

həm də geniş oxucu auditoriyası üçün anlaşılan dildə yazılması. 



 

VIII. Münsiflər heyəti 

 

8.1.


 

Məqalələrin  qiymətləndirilməsi  “Nağdsız  ödənişlər  sahəsində  fərqlənmiş 

bankların  mükafatlandırılması  üzrə  Münsiflər  Heyəti”  tərəfindən  həyata 

keçirilir. 

8.2.

 

Münsiflər Heyəti “Nağdsız ödənişlər sahəsində elan edilmiş nominasiya və 



müsaqibə  qaliblərinin  müəyyən  edilməsi  üzrə  münsiflər  heyəti  haqqında 

əsasnamə”yə  uyğun olaraq formalaşdırılır. 

 

IX. Mükafatlandırma 

 

9.1.


 

Müsabiqədə I, II və III yerləri tutan jurnalistlərə müvafiq olaraq 500, 300, 

150  manat  məbləğində  pul  mükafatları  və  qalib  jurnalistlərin  hər  birinə 

“Mərkəzi Bankın 20 illiyi” gümüş xatirə sikkələri təqdim olunacaqdır.  

9.2.

 

Mükafatlandırma  mərasiminin  keçirilmə  yeri  və  tarixi  barədə  təşkilatçı 



tərəfindən əlavə məlumat veriləcəkdir. 

 

X. Məqalələrin təqdim edilməsi və əlavə məlumat 



 

 

10.1.



 

Müsabiqəyə  dair  bütün  məlumat  Azərbaycan  Respublikasının  Mərkəzi 

Bankının  rəsmi  internet  saytında  (

http://www.cbar.az

)  yerləşdirilir  və  bu 

barədə press-reliz yayımlanır. 

10.2.

 

Məqalələr 10 noyabr 2014-ci il saat 18.00-dək nəşrin adı və tarixi ilə bir 



yerdə  təqdim  edilir.  Müəyyən  edilmiş  vaxtdan  gec  təqdim  edilmiş 

məqalələr qəbul olunmur. 



10.3.

 

Məqalə  ilə  birlikdə  hər  bir  müəllif  özü  haqqında  qısa  məlumat  da  təqdim 



edir.  

Yüklə 29,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin