N Respublikasının vergi MƏcƏllƏs



Yüklə 3,61 Mb.
səhifə12/18
tarix06.05.2017
ölçüsü3,61 Mb.
#16990
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

XII FƏSİL
AksizlƏr


Maddə 182. Aksiz anlayışı

182.1. Aksiz — aksizli malların satış qiymətinə daxil edilən vergidir.

182.2. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, yaxud idxal olunan aksizli mallardan, vergidən azad edilən mallar istisna olunmaqla, aksiz tutulur.

Maddə 183. Vergi ödəyiciləri

183.1. Bu Fəsildə başqa hallar nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikası ərazisində aksizli malların istehsalı və ya idxalı ilə məşğul olan bütün müəssisələr və fiziki şəxslər, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda bilavasitə özü və ya podratçı vasitəsilə aksizli malları istehsal edən və istehsal etdiyi yerdə vergi ödəyicisi kimi uçotda olmayan Azərbaycan Respublikasının rezidentləri aksizin ödəyiciləridirlər.

183.2. Sifarişçinin göndərdiyi xammaldan Azərbaycan Respublikası ərazisində mallar istehsal edildiyi hallarda, malların istehsalçısı (podratçı) aksizin ödəyicisidir. Bu halda istehsalçı (podratçı) aksiz məbləğlərini sifarişçidən almalıdır.

183.3. Aksizli malların istehsalçısı və sifarişçisi qarşılıqlı surətdə asılı olan rezident şəxslər olduqda, malın sahibi (sifarişçi) aksizin ödəyicisidir. (25)

Maddə 184. Vergitutma obyekti

184.1. Aşağıdakı əməliyyatlar vergitutma obyektləridir:

184.1.1. Azərbaycan Respublikasının ərazisində istehsal edilən aksizli malların istehsal binasının hüdudlarından kənara buraxılması;

184.1.2. idxal malları üçün — Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq aksizli malların gömrük xidmətinin nəzarətindən çıxması.

184.2. Bu maddənin məqsədləri üçün istehsal binalarına istehsalın olduğu ərazidə yerləşən anbarlar, köməkçi anbar sahələri və digər oxşar binalar aiddir.

Maddə 185. Vergi tutulan əməliyyatın məbləği

185.1. Azərbaycan Respublikası ərazisində istehsal olunan mallar neft məhsulları və tütün məmulatları üçün vergi tutulan əməliyyatın məbləği vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən, o cümlədən barter əsasında, aldığı və ya almalı olduğu haqqın topdansatış bazar qiymətindən (aksiz və ƏDV çıxılmaqla) aşağı olmayan məbləğidir. Azərbaycan Respublikası ərazisində istehsal olunan digər aksizli mallar üçün vergi tutulan əməliyyat istehsal olunan malların miqdarı hesab olunur.

185.2. İdxal malları üçün (minik avtomobilri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasilər istisna olmaqla) vergi tutulan əməliyyatın məbləği Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin topdansatış bazar qiymətindən aşağı olmayan malların gömrük dəyəridir (aksiz və ƏDV çıxılmaqla).

İdxal olunan minik avtomobilri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasirə görə vergi tutulan əməliyyat - onların mühərrikinin həcmidir.

185.3. Qaytarılan tara istisna edilməklə, qablaşdırmanın qiyməti vergi tutulan əməliyyatın məbləği müəyyənləşdirilərkən nəzərə alınır.

Maddə 186. Vergi tutulan əməliyyatın vaxtı

186.1. Azərbaycan Respublikası ərazisində istehsal olunan mallar üçün — malların istehsal binasının hüdudlarından kənara buraxıldığı vaxt vergi tutulan əməliyyatın vaxtıdır.

186.2. Malların idxalı üçün — Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq aksizli malların gömrük xidmətinin nəzarətindən çıxdığı vaxt vergi tutulan əməliyyatın vaxtıdır.

Maddə 187. İxracın vergiyə cəlb edilməsi

Aksizli malların ixracı sıfır dərəcəsi ilə vergiyə cəlb olunur.



Maddə 188. Azadolmalar

188.1. Aşağıdakılar aksizdən azad edilir:

188.1.1. fiziki şəxsin fərdi istehlakı üçün 3 litr alkoqollu içkinin və 3 blok 600 ədəd (31) siqaretin idxalı, həmçinin Azərbaycan Respublikasına avtomobillərlə gələn şəxslər üçün həmin avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş bakındakı yanacaq;

188.1.2. Azərbaycan Respublikası ərazisindən tranzitlə daşınan mallar;

188.1.3. təkrar ixrac üçün nəzərdə tutulan mallar istisna edilməklə, malların Azərbaycan Respublikası ərazisinə müvəqqəti idxalı;

188.1.4. təkrar ixrac üçün nəzərdə tutulan və girovla təminat verilən mallar.

188.2. Bu Məcəllənin 188.1-ci maddəsində göstərilən aksizdən azadolmalar yalnız o zaman tətbiq edilir ki, gömrük rüsumlarından azadolmaların şərtlərinə əməl edilmiş olsun. Əgər gömrük rüsumu tutulması məqsədləri üçün idxal, rüsumun geri qaytarılması rejiminin təsiri altına düşürsə və ya azadolmanın şərtləri pozulduğu üçün gömrük rüsumunun ödənilməsi tələb edilirsə, həmin rejim aksizin tutulmasına da tətbiq olunur.

Maddə 189. İstehsal ehtiyacları üçün aksizlərin əvəzləşdirilməsi

189.1. Aksizli malları (xammal və materialları) alan və bu malları vergi tutulan digər aksizli malların istehsalı üçün istifadə edən şəxs xammal və materialları alarkən ödənilmiş aksizin məbləğini əvəzləşdirmək və ya geri almaq hüququna malikdir.

189.2. Bu maddəyə uyğun olaraq aksizin məbləği yalnız xammal və materialların istehsalçısı tərəfindən aksizin ödənildiyini təsdiq edən elektron vergi hesab-faktura, xammal və materiallar idxal edildikdə isə — müvafiq sənədlər vergi orqanına verildiyi zaman əvəzləşdirilir və ya geri qaytarılır. Sənədlər vergi orqanına verildikdən sonra 45 gün ərzində tutulmuş aksiz məbləği vergi ödəyicisinə qaytarılır. (22*)

Maddə 190. Aksizli malların siyahısı və vergi dərəcələri

190.1. Aşağıdakı mallar aksizli mallara aid edilir:

— içməli spirt, pivə və spirtli içkilərin bütün növləri;

— tütün məmulatları;

— neft məhsulları;

minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla);

istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr.

190.2. Azərbaycan Respublikasına idxal edilən aksizli mallara (minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr istisna olmaqla) aksizlərin dərəcələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

190.3. Azərbaycan Respublikasında istehsal olunan içməli spirtə, pivəyə, spirtli içkilərə və tütün məmulatlarına aşağıdakı aksiz dərəcələri tətbiq edilir:

190.3.1. içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti) hər litrinə — 4000,0 0,8 manat;

190.3.2. araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları — hər litrinə 2500,0 0,5 manat;

190.3.3. konyak və konyak materialları — hər litrinə 1000,0 0,2 manat;

190.3.4. şampan şərabı — hər litrinə 1000,0 0,2 manat;

190.3.5. şərablar və şərab materialları — hər litrinə 500,0 0,1 manat;

190.3.6. pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər — hər litrinə 400,0 0,08 manat;

190.3.7. bütün növ tütün məmulatları — hər min ədədinə 9000,0 12,5 faiz manat.



190.4. Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə aşağıdakı aksiz dərəcələri tətbiq edilir:


Vergitutma obyektinin adı

Aksizin dərəcəsi

Minik avtomobilləri:




- mühərrikin həcmi 2000 kub santimetrədək olduqda

Mühərrikin həcminin hər kubsantimetrinə görə - 0,15 manat

- mühərrikin həcmi 3000 kub santimetrədək olduqda

300 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 1 manat

- mühərrikin həcmi 4000 kub santimetrədək olduqda

1300 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 2 manat

- mühərrikin həcmi 4000 kub santimetrdən çox olduqda

3300 manat + mühərrikin həcminin 4000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə - 4 manat

İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr

Mühərrikin həcminin hər kubsantimetrinə görə - 1 manat

190.5. Azərbaycan Respublikasında istehsal olunan neft məhsullarına, minik avtomobilrinə və istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasilər aksiz dərəcələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 191. Aksizlər üzrə hesabat dövrü və aksizlərin ödənilməsi

191.1. Aksizlər üzrə hesabat dövrü təqvim ayıdır. Aksizli mallar istehsal edildikdə hər hesabat dövrü üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməlidir.

191.2. Vergi ödəyicisinin aksizin ödənişi üzrə borcu varsa, həmin borc yaranandan ödənilənədək həyata keçirilən vergi tutulan əməliyyatlar üzrə aksizlər bu Məcəllənin 191.1-ci maddəsinin tələblərinə baxmayaraq həmin əməliyyatların aparıldığı vaxt ödənilir və vergi ödəyicisinin həmin malları bu mallar üzrə aksizi ödəyənədək istehsal binasının hüdudlarından kənara çıxarmağa hüququ yoxdur.

191.3. Aksizli mallar idxal edildikdə, aksiz gömrük orqanları tərəfindən gömrük rüsumlarının tutulduğu qaydada tutulur.

191.4. Aksizlər dövlət büdcəsinə ödənilir.

Maddə 192. Bəyannamənin verilməsi

192.1. Vergi ödəyicisi bu Məcəllənin 191.1-ci maddəsində göstərilən hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada verginin ödənilməsi üçün nəzərdə tutulmuş müddətlərdə, hesabat dövrü ərzində vergi tutulan əməliyyatlarını göstərməklə bəyannamə verməlidir.



Vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin fəaliyyətinə xitam verildikdə, aksiz bəyannaməsi bu Məcəllədə nəzərdə tutulmuş müddətdən gec olmamaq şərti ilə 30 gün müddətində vergi orqanına təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.

192.2. Aksizin ödəyicisi bu Məcəllənin 189-cu maddəsində göstərilən əvəzləşdirmə üçün ərizəni aksizin ödənilməsinə dair bəyannamə ilə birlikdə vergi orqanına verir.



Maddə 193. Təkrar ixrac zamanı aksizin qaytarılması

193.1. Sonradan təkrar ixrac məqsədi ilə idxal olunan mallar üçün aksiz, malların idxalı vaxtı ödənilir və sonradan təkrar ixracın faktiki həcminə müvafiq məbləğdə aksizi almış gömrük orqanları tərəfindən 15 gün ərzində geri qaytarılır.

193.2. Bu Məcəllənin 188.1.4-cü maddəsinə uyğun olaraq aksizlərdən azad edilən idxal mallarına bu Məcəllənin 193.1-ci maddəsi tətbiq edilmir.

Maddə 194. Aksizli mallar üzərində vergi nəzarəti

194.1. Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Belə aksizli malları markasız idxal etmək, saxlamaq (şəxsi məqsədlər üçün istisna olmaqla) və ya satmaq qadağandır və qanunvericilikdə müəyyən edilmiş məsuliyyətə səbəb olur.



194.2. Vergi orqanları markalanmalı olan aksizli malları istehsal edən vergi ödəyicilərinin vergi ödəyiciləri tərəfindən bu Məcəllədə müəyyən edilmiş tələblərin pozulması hallarını müəyyən etdikdə, vergi ödəyicilərinin müvafiq binalarında və ya anbarlarında (şəxsi istehlak üçün anbarlar istisna olmaqla) nəzarət postları, ölçü cihazları, plomblar qurmaqla və digər tədbirləri görməklə aksizli malların uçota alınmadan, markalanmadan və bu Məcəllənin 191.2-ci maddəsində nəzərdə tutulan hallarda və müəyyən edilmiş prosedura uyğun olaraq aksizləri ödəmədən istehsal binasının hüdudlarından kənara çıxarılmasının qarşısının alınmasını təmin etməlidirlər təmin etməyə səlahiyyətlidir.

194.2.1. zarət postları müvafiq icra hakimiyti orqanın (Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur) rana əsasən telefon və digər zəruri avadanlıqla təchiz edilməklə markalanmalı olan aksizli malları istehsal edən vergi ödəyicirinin istehsal sarinin əsas giriş və çıxış qanın yaxınğında yaralır.

194.2.2. zarət postları yaradıldıqda markalanmalı olan aksizli malları istehsal edən vergi ödəyicirinin texnoloji avadanlıqlanın, ölçü vasirinin və laboratoriya cihazlanın texniki sazğının, standartlara uyğunluğunun yoxlanılması və həmin cihazların plomblanması müvafiq icra hakimiyti orqa(müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin iştirakı ilə həyata keçirir) findən həyata keçirilir.

194.2.3. zarət postlanın işçiri aksiz markalanın qalıqlanı inventarizasiya etmək, istehsal həcmi üzrə nəzarət-ölçü cihazla, xammal, material və hazır məhsul anbarla, istehsal sarinki texnoloji avadanlıqları plomblamaqla, eləcə də hazır məhsul salarkən malların ilkin təsdiqedici sənədri (qaisi, mal-nəqliyyat qaisi, elektron vergi hesab-fakturana və s.) baxış keçirməklə markalanmalı olan malların markalanmaqla istehsal sarindən kənara çıxarılmana, hazır məhsulun anbara və oradan alılara buraxılmana, markalanın yapışrılması qaydalana riayət olunmana nəzarət edirlər. (22*)

194.2.4. İstehsal həcmi üzrə nəzarət-ölçü cihazlarının, xammal, material və hazır məhsul anbarlarının, istehsal sahələrindəki texnoloji avadanlıqların plomblanması nəzarət postlarının işçiləri tərəfindən istehsalçının nümayəndəsi ilə birlikdə vergi orqanının təsdiq etdiyi forma üzrə kitabda müvafiq qeydlər, o cümlədən istehsal həcmi üzrə nəzarət-ölçü cihazlarının göstəriciləri barədə qeydlər aparmaqla, iş gününün sonunda, növbələrarası fasilədə, həmçinin lisenziyaların qüvvədə olma müddətinin dayandırılması və ya onların ləğv edilməsi, hazır məhsulun markalanması üçün aksiz markalarının, istehsal üçün xammalın, yardımçı və qablaşdırıcı materialların olmaması, habelə texniki səbəblərdən avadanlığın daha uzun müddət dayanması zamanı həyata keçirilir.

194.2.5. Avadanlığın dayandırılması zamanı istehsal güclərinin qapanması istehsal üzrə texnoloji xətlərin və avadanlığın elə yerlərdə plomblanması vasitəsilə həyata keçirilməlidir ki, onlardan istifadə edilməsi mümkün olmasın.

194.2.6. Plombların vurulması və çıxarılması nəzarət postunun işçiləri və istehsalçının nümayəndəsinin iştirakı ilə müvafiq aktla rəsmiləşdirilməlidir.

194.2.7. Nəzarət postlarının işçiləri iş başladığı vaxtda nəzarət postlarında olmadıqda istehsalçının məsul şəxsləri tərəfindən vergi orqanına məlumat verilməklə, səbəbi və vaxtı göstərilməklə müvafiq akt tərtib edilərək plomblar açıla bilər.

194.2.8. Nəzarət postlarının işçiləri satışa buraxılan hazır məhsulların sənədlərində göstərilən sayının, həcminin, çəkisinin onların faktiki sayı, həcmi və çəkisi ilə düzgünlüyünü yoxlamalı və sənədlərdəki göstəriciləri xüsusi jurnalda qeyd etməlidirlər. Bundan sonra nəzarət postlarının işçiləri malların ilkin təsdiqedici sənədlərində (qaimə, mal-nəqliyyat qaiməsi, elektron vergi hesab-faktura və s.) «buraxılışa icazə verilir» qeydini aparmalıdırlar. (22*)

194.2.9. Plombların vurulması və çıxarılması arasındakı müddətdə nəzarət-ölçü cihazlarının göstəricilərində dəyişikliklər edildikdə, texnoloji avadanlıqlardakı plomblar zədələndikdə, istehsal olunmuş məhsulların aksiz markası ilə markalanmasında, tam uçota alınmasında, aksiz markalarının inventarizasiyasında kənarlaşma aşkar edildikdə, eləcə də bu Məcəllənin 191.2-ci maddəsinin tələblərini pozmaqla hazır məhsulun istehsal sahəsindən kənara çıxarılması müəyyən edildikdə nəzarət postunun işçiləri müvafiq akt tərtib etməli, bu barədə dərhal vergi orqanına məlumat verməlidirlər.

194.3. Markalanmalı olan aksizli mallara bu Məcəllənin 194.2-ci maddəsində nəzərdə tutulmuş nəzarətin həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.

Maddə 195. Vergi hesab-fakturaları Elektron vergi hesab-fakturaları (22*)

195.1. Bu Məcəllənin 195.3-cü maddəsi ilə başqa hallar nəzərdə tutulmamışdırsa, aksizli malları göndərən vergi ödəyicisi normativ hüquqi aktlara uyğun olaraq malı qəbul edənə elektron vergi hesab-fakturası yazmalı və verməlidir. (22*)

195.2. Elektron vergi hesab-fakturası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada tərtib edilən və bu Məcəllənin 176.2-ci maddəsində nəzərdə tutulmuş rekvizitləri özündə əks etdirən sənəddir. (22*)

195.3. Mallar pərakəndə qaydada göndərildiyi hallarda elektron vergi hesab-fakturası əvəzinə qəbz və ya çek verilə bilər. (22*) Qəbzlər, çeklər, müəyyən edilmiş qaydada tərtib edilməyən elektron vergi hesab-fakturaları və nağd aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 189-cu maddəsinin məqsədləri üçün aksizin əvəzləşdirilməsinə əsas vermir və bu Məcəllənin digər maddələrində göstərilən müddəalardan asılı olmayaraq, aparılan əvəzləşdirmə etibarsız hesab edilir. (31)



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin