Мювзу: 12 тара тясяррцфаты



Yüklə 140 Kb.
səhifə1/3
tarix21.01.2023
ölçüsü140 Kb.
#80028
  1   2   3
5327 (2


Tələbə: Məmmədzadə Məhəmməd
Fənn: Elmi tədqiqatın əsasları və patentşünaslıq
Müəllim: Azər Məmmədov
İxtisas: Qida təhlükəsizliyi
Qrup: 720
Kurs: 2
Mövzu:Elmi-tədqiqat işlərinin yerinə yetirilmə mərhələləri. Planlaşdırılmış işin elementlərinin mahiyyəti.


Elmi-tədqiqat işlərinin yerinə yetirilmə mərhələləri. Planlaşdırılmış işin elementlərinin mahiyyəti.
Elm anlayışı, elmi biliklərin əldə olunması ilə bağlı olan yaradıcılıq fəaliyyətini əhatə edən: insan, idarə və təşkilatlar, cihaz və avadanlıqlar, elmi–tədqiqat işləri kimi təşkiledicilərdən ibarətdir. Elmlə məşğul olan insanın əsas məqsədi bir tərəfdən obyektiv bilikləri əldə etməkdən, digər tərəfdən onları nəzəri cəhətdən sistemləşdirməkdən ibarətdir. Ümumilikdə, elm – insanların mənəvi fəaliyyəti olub, təbiət, cəmiyyət haqqında biliklərin əldə olunması, həmçinin real faktlar və onlar arasında mövcud olan qarşılıqlı əlaqə əsasında həqiqətin öyrənilməsi və yeni qanunauyğunluqların aşkara çıxarılmasından ibarətdir.
Hər bir ali təhsil elmi biliklərin əldə olunmasına əsaslanır və tələbələrə ixtisas fənləri ilə bərabər elmi metodlar və işləmə üsulları haqqında məlumat verməyi qarşısına məqsəd qoyur. Ali məktəblər profillərindən asılı olaraq fərqlənsələr də, onların elmə əsaslanan ümumi məqsədləri eyni olaraq qalır. Təhsil zamanı tələbə dəfələrlə ixtisasla bağlı elmi və praktiki tapşırıqları elmi metodların köməyi ilə araşdırmaq və yeni bilikləri əldə etmək qabiliyyətini sübut etməlidir. Təhsili yekunlaşdıran buraxılış işlərində (bakalavr və magistr dissertasiya işləri) bu özünü daha aydın şəkildə biruzə verir. Doktoranturada elmi fəaliyyət ali təhsil pilləsində əldə olunan elmi metodlara əsaslanır və onun bu və ya digər sahə üzrə genişləndirilməsindən ibarətdir. Tələbə, həmçinin gələcək tədqiqatçı öz fəaliyyəti zamanı elmi işlərin tərtibi, icrası və sənədləşdirilməsi ilə məşğul olur. Dissertasiya və digər yekun elmi işlərin hazırlanmasında əsas məqsəd tələbənin, eləcə də tədqiqatçının qoyulmuş problemi verilmiş vaxt çərçivəsində elmi metodların köməyi ilə həll emək qabiliyyətini üzə çıxarmaqdan ibarətdir.
Elmi-tədqiqat işlərinin səmərəliliyi, keyfi yyət göstəriciləri onun struktur elementlərinin düzgün, sistemli şəkildə qurulmasından asılıdır. Tədqiqatçı əvvəlcədən bu elementlərin ardıcıllıqla araşdırılmasına xüsusi diqqət yetirir. Əvvəlcə o, tədqiqatın obyekti, predmeti, məqsəd və vəzifələrini, fərziyyəni, metodoloji və nəzəri problemlərin müəyyən edilməsi və burada hansı tədqiqat metodlarından istifadə edilməsini, əldə ediləcək nəticələrin necə analiz ediləcəyini müəyyən edir, yəni tədqiqatın təxmini modelini qurur. Bu da tədqiqatın planında öz əksini tapır. Tədqiqat prosesində ehtiyac yaranarsa, plana əlavələr və dəyişikliklər də etmək mümkündür.
İlkin mərhələdə tədqiqatçı fakt, proseslərə aid materiallarla tanış olaraq mülahizə yürüdüb, onlara qiymət verir. Burada mövzunun aktuallığı, müdafiə ediləcək fikir və ideyaların yeniliyi, onun praktik əhəmiyyətinin əsaslandırılması vacib şərtdir. Bu zaman verbal əsaslanmalardan uzaq olub, empirik yolla elmi dəyərlərə uyğun fikir, konsepsiyaların, doğruluğunu təsdiq etmək lazımdır ki, bu da hər şeydən əvvəl problemin qoyuluşunun mövcud elmi ədəbiyyatda necə
işıqlandırılmasından başlayır. Araşdırılan elmi ədəbiyyatdan çıxarılan nəticə hansı problemin tədqiqata ehtiyacı olduğunu, yəni aktuallığını, üzə çıxarır. Bunun nəticəsində tədqiqat işinin obyekti, predmetini, məqsəd və vəzifələrini müəyyən etmək mümkün olur.
Tədqiqatın obyekti kimi pedaqoji prosesin cürbəcür aspektləri, sahələri götürülə bilər. Obyektin hansı sahələrinin necə araşdırılması tədqiqatın predmetində öz əksini tapır.
Tədqiqatın obyekti və predmetinin müəyyənləşdirilməsindən sonra formalaşan fikir və ideyalar onun məqsəd və vəzifələrində öz əksini tapır.
Elmi işlərin tərtibi vərdişlərinin yalnız ali təhsil müddətində yararlı olması və bunun sırf yaxşı qiymətlərin əldə olunmasına yönəlməsini düşünmək səhv olardı. Bu metodikaya yiyələnmiş hər bi şəxsin praktiki fəaliyyəti zamanı qarşısına çıxan istənilən suala yanaşma metodu da başqa olur. Onlar digərlərindən fərqli olaraq qoyulmuş problemlərin həllində elmi metodara əsaslanan analitik yanaşmaya üstünlük verirlər. Ali təhsilli işçilər əldə etdikləri elmi biliyin sadəcə tətbiqinə çalışmayıb, həmçinin şəxsi analizi əsasında onun tətbiqindən irəli gələn yenilikləri araşdırır. Bu baxımdan ali təhsil müddətində tələbələrin elmi işlərin hazırlanma metodikalarına yiyələnməsinin hərtərəfli üstünlükləri vardır.
Elmi bilik elmi–tədqiqat prosesi sayəsində qazanılır. Tədqiqat işləri bilik istehsalının əsas hərəkətverici qüvvəsidir. Bu baxımdan elmi–tədqiqat fəaliyyəti strukturunun yaxından öyrənilməsi önəmlidir. Elmi–tədqiqat fəaliyyətinin əsas təşkiledicisinə subyekt, obyekt və vasitə daxildir. Bu halda “subyekt–obyekt” adlanan qnoseoloji sistem konkretləşərək bu formanı alır: “tədqiqatçı–tədqiqat vasitəsi–tədqiqat obyekti” . Müasir cəmiyyətdə subyekt bir–bir ilə qarşılıqlı əlaqədə olan üç müstəvidə mövcuddur. Birinci müstəvidə subyekt kimi, elmi işi kollektiv işin tərkib hissəsi olmayan fərd (tədqiqatçı, alim) fəaliyyət göstərir. İkinci müstəvidə elmi idrakın subyekti kimi kollektiv çıxış edir. Burada fərdi biliklərin inteqrasiyası “yığcam alim” (laboraoriya, institut, akademiya və s.) rolunu oynayır. Sonuncu, üçüncü mərhələdə elmi idrakın subyekti kimi bütöv bir cəmiyyət çıxış edir. Bu halda ön plana elmin sosial təşkili və onun müxtəlif sosial–iqtisadi strukturlardakı xüsusiyyətləri üzə çıxarılır. Beləliklə, qeyd olunan müstəvilər fərdi və kollektiv dialektikanı elmi idrakın subyektindəgöstərməyə imkan verir. Bu hər üç müstəvi elmdə təqdim olunur və hər birinin öz əhəmiyyəti var. Elmi fəaliyyətin obyekti tədqiqatçının aktiv maddi–praktiki və nəzəri fəaliyyəti zamanı meydana gəlir. Reallığın bir parçasının elmin obyektinə çevrilməsi üçün ona fiziki təsir göstərilir, məsələn, fiziki–praktiki sınaq zamanı. Reallığın nəzəri təfəkkürün obyektinə çevrilməsi üçün isə onu elmi abstraksiya üsullarının köməyi ilə ideal obyektə “çevirirlər”. Buradan “elmin predmeti” anlayışının yaradılması zərurəti meydana gəlib.
Elmi fəaliyyətin araşdırılan komponentləri onun strukturunu açdığı halda, fəaliyyətin struktur analizi elmi–tədqiqatın mərhələlərini aydınlaşdırmağa xidmət edir. Ümumi şəkildə aşağıdakı mərhələləri qeyd etmək olar:

  • Problemin qoyuluşu; Tədqiqat işlərinin fəlsəfəsi

  • Tədqiqat obyektinin seçilməsi;

  • Eksperiment;

  • Eksperimentdə alınan faktlarn təsviri və izahı;

  • Hipotezin (nəzəriyyənin) yaradılması;

  • Əldə olunan biliyin yoxlanılması

İstənilən elmi tədqiqatın planlanmasının kökündə mövcud elmi metodlar durur. Elmi metod – yeni biliklərin əldə olunmasının əsas üsullarının, həmçinin istənilən elm çərçivəsində məsələlərin həlləri üsullarının toplumudur. Metod fenomenin araşdırılmasını, üsulları, əvəllər və yeni qazanılmış biliklərin sistemləşdirilməsini və düzəlişini əhatə edir.
Elmi metodun vacib tərəfi araşdırma zamanı obyektivliyə qoyulan yüksək tələbdir. Sərbəst yoxlamanı təmin etmək üçün müşahidələr sənədləşdirilir, prosesə başqa alimlər buraxılır. Elm fəlsəfəsində empirik və nəzəri dərketmə anlayışları səciyyələndirilir. Bu bölmə onunla bağlıdır ki, tədqiqatçı biliyi həm sınaq yolu ilə (empirik), həm də mürəkkəb məntiqi əməliyyatlar, yəni nəzəri yolla əldə edə bilər. Dərketmənin empirik üsuluna daxil olan kateqoriyalara:

  • Müşahidəetmə,

  • Faktların toplanması və seçilməsi,

  • Onlar arasında əlaqənin yaradılması daxildir.

Elmi–tədqiqat işlərinə başlamazdan öncə tələbələr və gənc tədqiqatçılar elmi işin metodları və metodologiyası ilə tanış olmalıdırlar. Burada vacib aspektlər çoxdur: problemin və tədqiqat mövzusunun seçilmə metodikası, faktların toplanması və sistemləşdirilməsi, köklü tədqiqatın ideyası olan problemin inkişaf tarixi. Fəlsəfi baxımdan ideya insan idrakının məhsulu olub həqiqəti əks etdirir. Onun tərkibinə idrakın məqsədinin başa düşülməsi, tədqiqat perspektivi və onun praktiki əhəmiyyəti daxildir . İstənilən elmi–tədqiqat işi müəyyən üsulların və fəndlərin verilmiş qaydada tətbiqi sayəsində həyata keçirilir. Bu prinsiplər, təşkiletmə üsulları, o cümlədən nəzəri, həmçinin praktiki fəaliyyətin quruluşundan ibarət sistem haqqındakı elm metodologiya (yun. µεθοδολογία – metodlar haqqında elm) adlanır.
Metodologiyanın digər bir təyinat sahəsi elmi idrak haqqındadır. Elm metodologiyası bir tərəfdən elmi–tədqiqatın tərkib hissələri olan obyekti, predmeti, məsələnin həlli üçün vacib sayılan tədqiqatın məqsədini, vasitələr toplumunu səciyyələndirir; digər tərəfdən araşdırma prosesində hərəkətlər ardıcıllığı haqqında təsəvvür formalaşdırır. Metodoloji bilik istər yazılı formada, istərsə də normativ şəkildə, yəni fəaliyyətin aparılmasına bir başa təlimatlar və göstərişlər verməklə çıxış edə bilər. Bu şəkildə metodologiya birbaşa fəaliyyətin icrasına yönəlir. Elmin metodologiyası, xüsusi elmlərin tədqiqi zamanı aşkar olunan metod və tədqiqat vasitələrinin ümumiləşdirilməsi və inkişafından doğmuşdur. Məsələn, eksperimentlər ilkin olaraq mexanika elmində tətbiq olunmuşdur. Ancaq sonralar ondan digər elm sahələrində də geniş istifadə olunur və onun sərbəst empirik tədqiqat metodu kimi qəbul edilməsinə qərar verilir. Bunu bir neçə nəzəri metodlara da aid etmək olar. Məsələn, elmi biliyin aksiomatik quruluş metodu uzun illər sırf riyaziyyata aid edilmişdir. Son vaxtlar isə o digər elmlərdə (fizika, nəzəri biologiya və linqvistika) geniş tətbiq olunaraq formallaşdırılmış dillərin qurulma metodlarının əsasını təşkil edir.
Mövzunun seçilməsi elmi–tədiqiqat işlərinin hazırlanması mərhələsində önəmli yer tutur. Elmi mövzu ya müəyyən elmi istiqamətə, ya da elmi problemə aid edilə bilər. Elmi istiqamət dedikdə elmin müəyyən sahəsində fundamental, nəzəri və ya eksperimental məsələlərin həlli ilə məşğul olan elmi kollektivin fəaliyyət sahəsi nəzərdə tutulur. Məsələn, iqtisadçıların elmi–tədqiqatları „iqtisadiyyat“ adı altında ümumi istiqaməti əhatə edir. Onun daxilində müxtəlif istiqamətlər seçmək mümkündür: iqtisadiyyat nəzəriyyəsi, iqtisadi analiz, vergilərin müəyyənləşdirilməsi, dünya iqtisadiyyatı, təşkiletmənin iqtisadiyyatı. İstiqamətin struktur elementlərikompleks problem, mövzu və suallardan ibarətdir. Elmi problem – mürəkkəb nəzəri və praktiki məsələlərin, elmi-tədqiqat işlərinin toplumudur. Problem tədqiqatın əsas sahəsini əhatə edir və perspektiv dəyərə malikdir.
Mövzunun işlənməsində konkret tapşırıq qoyulur: yeni konstruksiyanın, proqressiv texnologiyanın, yeni metodikanın işlənməsi və s. Mövzunu dəqiqləşdirmədən öncə milli və beynəlxalq ədəbiyyatlar araşdırılır. Problemin qoyuluşu çətin proses olub, bir neçə mərhələdən ibarədtir. Birinci mərhələ – problemin qoyulması. Araşdırılan elmi istiqamətdəki ziddiyətləri analiz edərək əsas sual–problem formulə edilir və gözlənilən nəticə ümumi formada təsvir edilir. İkinci mərhələyə – struktur problemlərin işlənməsi daxildir. Bu zaman mövzu, alt mövzular və suallar seçilir. Bu komponentlərin kompozisiyası problem ağacını təsvir edir. Üçüncü mərhələdə – problemin aktuallığı əsaslandırılır. Bunun üçün hər mövzuya aid bir neçə ziddiyyət qoyulur, sonra analiz və elmi yaxınlaşma metodu əsasında ziddiyyətlər tədricən aradan qaldırılır və seçilən mövzunun real əhəmiyyəti göstərilir.

Yüklə 140 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin