Musiqi müəllimliyi ixtisası əyani şöbə



Yüklə 230,73 Kb.
Pdf görüntüsü
səhifə2/2
tarix29.12.2021
ölçüsü230,73 Kb.
#48390
1   2
Azərbaycan dili

FƏRDİ İŞ 

 

 



 

 

 

 

Rəhbər:                                                                             

dos.S.M.Qocayeva 

Kafedra müdiri:                                                             akademik N.A.Paşayeva 

 

 



                                                                             

 

BAKI - 2021 




 

Azərbaycan Respublikası Azərbaycan dilinin himayətçisidir 

İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, 

böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən 

qiymətli  milli  sərvəti  hər  bir  Azərbaycan  övladı  göz  bəbəyi  kimi  qorumalı,  daim 

qayğı ilə əhatə etməlidir. 

Azərbaycan  dili  -  Azərbaycan  xalqının  danışdığı  dildir.  Azərbaycançılığın 

əsas və birinci komponentidir.  

Ana  dili! Nə qədər  rəfiq  və  nə  qədər  ürək  hissləri  oyandıran bir kəlmə!  Nə 

qədər möhtəşəm, müqəddəs, nə qədər uca bir qüvvə! Ana dili! Bir dil ki, mehriban 

bir vücudda öz məhəbbətini, ana şəfqətini sənə o dildə bəyan edibdir. Bir dil ki, sənə 

beşikdəykən bir lay-lay şəklində öz ahəng və lətafətini eşitdirib, ruhunun ən dəruni 

güşələrində nəqş bağlayıbdır. Bir dil ki, həyat və kainat haqqında ilk əvvəl bu dil 

sayəsində  bir  fikir  hasil  edibsən.  Azərbaycanlı  balası  heç  vaxt  razı  olmaz  ki,  ana 

dilinə xəyanət etsin” (Nəriman Nərimanov).  

Azərbaycan xalqının varlığını yaşadan ana dili min illərdir ki, onun milli və 

mənəvi varlığını, mövcudluğunu qoruyub saxlayır. Ona görə də ana dili xalqımızın 

qürur mənbəyidir. Xalqın tarixi kökləri, mədəni irsi, elmi təfəkkürü, ictimai inkişaf 

yolu  məhz  bu  xəzinədə  qorunur,  bu  saxlanc  ilə  yaşayır.  Onu  qorumaq  isə  dilin 

daşıyıcısı olan xalqın borcudur. Nəzərə alsaq ki, hazırda qloballaşma prosesi siyasi

iqtisadi və ictimai-mədəni təmərküzləşmə fonunda dilləri də yoxolma təhlükəsi ilə 

üz-üzə qoyur, onda ana dilini qoruyub-yaşatmağın necə önəmli bir vəzifə olduğu bir 

daha aydın olur. 

Zaman-zaman Azərbaycanın düşünən beyinləri də dili xalqın yaşaması üçün 

ən  mühüm  amil  hesab  etmiş,  bu  dəyərli  mənəvi  sərvəti  kənar  dillərin  təsirindən 

qoruya  bilmişlər.  Azərbaycan  müstəqilliyini  qazandıqdan  sonra  milli  şüurun 

inkişafı,  demokratik  cəmiyyət  yaranması  ana  dilimizin  tətbiq  sahəsini 

genişləndirməyi bir zərurətə çevirdi. Bu dövrdən başlayaraq qəbul edilmiş bir sıra 

qanun və qərarlar isə yeni şəraitdə ana dilinin dövlət dili səviyyəsində inkişaf etməsi 

üçün yollar açır. 

 



 

“Millətimizi  sevmək  üçün  ən  irəli  dilimizi  sevməliyik.  Həm  də  elə  eşq  ilə 



sevməliyik ki, heç bir şey ona əngəl ola bilməsin. Məhəbbətlərimizin ən üst qatına 

dil  məhəbbətini  çıxarmalıyıq.  Dilimizi  sevmək  hamımızın  ən  birinci  müqəddəs 

borcu olmalıdır. A canım, biz özümüzü bilməsək, öz dilimizi bəyənməsək, kim bizə 

hörmət edəcək?” (Ömər Faiq Nemanzadə).  

“Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili 

millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir. Ananın südü bədənin 

mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır. Hər kəs öz anasını və vətənini 

sevdiyi  kimi,  ana  dilini  də  sevir.  Bu  Allah-təalanın  gözəl  nemətlərindən  birisidir, 

onu əziz və möhtərəm tutmaq hər kəsə borcdur”.  

Ümumitəhsil  məktəblərində  tədris  olunan  “Azərbaycan  dili”,  “Ədəbiyyat”, 

“Azərbaycan tarixi”, “Azərbaycanın fiziki coğrafiyası”, “Azərbaycan Konstitusiya-

sı”  və  başqa  fənn  dərslikləri  aşağı  siniflərdən  başlamış  məktəb  illəri  sona  yetənə 

qədər bizə Azərbaycan haqqında, azərbaycançılıq haqqında, dilimiz, dinimiz haq-

qında, türkçülük və müasirlik haqqında zəngin məlumat verir. Azərbaycan radiosu, 

televiziya kanalları, internet şəbəkəsi, müxtəlif markalı əl-cib telefonları, mətbuat və 

s.  bu  ruhda  uşaqlardan  tutmuş  yaşlı  nəslin  nümayəndələrinə  qədər  hamını,  hətta 

xarici ölkələrdən gəlmiş insanları da Azərbaycançılıq üzərində kökləyir.  

Xalqımızın  milli  ruhunun  daşıyıcısı  olan  Azərbaycan  dili,  Azərbaycanda 

yaşamış  qədim  türkdilli  tayfalar,  onların  folklor  üslubunda  ədəbiyyatı  və 

mədəniyyəti,  xalqımızın  soykökü  və  dilimizin  mənşəyi,  Azərbaycan  türklərinin 

yaşadıqları  ərazilər  haqqında  ilkin  məlumatlara  leksikoqraf  alim  Mahmud 

Kaşğarinin 1072-ci ildə yazdığı “Divanü luğatit- türk” adlı üç cildlik lüğətində rast 

gəlirik.  Akademik  Ziya  Bünyadovun  “Azərbaycan  VII-IX  əsrlərdə”  kitabında 

xalqımızın  və  dilimizin  mənşəyi  haqqında  geniş  tarixi  məlumatlar  verilmişdir. 

“Azərbaycan” sözü ərazi vahidi kimi həmişə işlək olmuşdur, lakin “Azərbaycan dili” 

əvəzinə “ana dili”, “türk dili” terminləri işlədilmişdir.  

Türk  dilləri  ailəsinin  oğuz  qrupuna  daxil  olan  Azərbaycan  dilinin  tarixi 

miladdan əvvəlki dövrlərə gedib çıxır. Ayrı-ayrı türk qəbilələrinin ümumi anlaşma 

vasitəsi  olan  dilimiz IV-V  əsrlərdən  artıq danışıq  dili kimi  fəaliyyət  göstərmişdir. 



 

Aqqlütinativ (iltisaqi) quruluşa malik bu dil şifahi şəkildə yayılan ilkin ədəbiyyat 



nümunələri – dastanlar, nağıllar, bayatılar, laylalar, sayaçı sözləri, holavarlar və s. 

şəklində Azərbaycan ədəbi dilinin erkən formalaşmasına zəmin yaratmışdır və bu, 

həm  də  onu  sübut  edir  ki,  dilimiz  V-IX  əsrlərdə  ümumxalq  dili  kimi  tam 

formalaşmışdı.  

1929-cu ildə geniş xalq kütlələri üçün yazıb oxumağın çox çətin olduğu ərəb 

əlifbasından  latın  qrafikalı  əlifbaya,  1940-cı  ildən  kiril  qrafikalı  rus  əlifbasına 

keçilmişdi. 1991-ci ilin dekabrından latın qrafikalı Azərbaycan əlifbasının bərpası 

haqqında qərar yazıb oxumaq işini daha da asanlaşdırdı, dünyanın əksər ölkələrinin 

mətbuatına və internetə maneəsiz girişini asanlaşdırdı. 1995-ci ilin 12 noyabrında 

keçirilən  ümumxalq  referendumu  xalqımızın  və  dilimizin  adlarını  (Azərbaycan 

xalqı, Azərbaycanlı, Azərbaycan dili terminlərini) qəti müəyyən etdi.  

Heydər Əliyevin 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının 

I qurultayında bəyan etdiyi tezislər azərbaycançılığın ən yüksək ifadəsi oldu: “Hər 

bir  azərbaycanlının  harada  yaşamasından,  həyatda  hansı  mövqe  tutmasından  asılı 

olmayaraq  ən  böyük  vəzifəsi  öz  ana  dilini  bilməkdən,  ondan  qürur  duymasından 

ibarətdir”.  

Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyev  müxtəlif  ölkələrdə 

yaşayan dünya azərbaycanlılarının birlik və həmrəyliyini – azərbaycançılığı siyasi 

ideologiya zirvəsinə qaldırdı və indi ulu öndərin siyasi məktəbinin layiqli davamçısı, 

ölkə  prezidenti  cənab  İlham  Əliyev  dövlətçilik  ənənələrinin  varisi  kimi  milli 

birliyimizi,  Azərbaycançılıq  ideologiyasını  istər  ölkə  daxilində,  istərsə  də  ölkə 

xaricində məqsədyönlü şəkildə uğurla həyata keçirir.  

Beləliklə,  “Azərbaycan  dili”  termini  1995-ci  ildən  təkcə  ölkəmizdə  deyil, 

bütün dünyada öz layiqli yerini tutdu, türk dilləri ailəsinə mənsubluğunu saxlamaqla 

“türk dili” terminindən fərqləndirildi, əsrlər boyu işləndiyi adi ünsiyyət vasitəsindən, 

məişət  dili  zəminindən  dövlət  dili,  elm  və  siyasət  dilinə  çevrildi.  Dövlət  dilini 

bilmək, bu dildə danışmaq və yazmaq Azərbaycan Respublikası ərazisində hər bir 

vətəndaşın  borcu  kimi  göstərildi.  Heydər  Əliyev  Azərbaycan  dilinin  tətbiqi  və 




 

qorunması haqqında 2001-2003-cü illərdə imzaladığı bir neçə fərmanla bu sahədə 



olan boşluğu doldurdu.  

Fərmanlarda  rəsmi  dövlət  dili  statusu  almış  dilimizin  tədrisinin 

yaxşılaşdırılması, inkişaf etdirilməsi, latın qrafikalı əlifbaya qəti şəkildə keçilməsi 

tələbi  qoyulurdu.  Həmin  vaxtdan  hər  il  avqust  ayının  1-i  Azərbaycan  dili  və 

Azərbaycan əlifbası günü kimi qeyd edilir.  

Respublikamızda yaşayanlar da daxil olmaqla dünyanın 60-dan çox ölkəsində 

50  milyona  yaxın  soydaşımız  bu  gün  Azərbaycan  dilində  danışır,  yazır,  oxuyur, 

informasiya vasitəsi kimi ondan istifadə edir. Azərbaycanda yaşayan azsaylı xalqlar 

– talışlar, kürdlər, tatlar, lahıclar, ləzgilər, aqullar, laklar, qrızlar, tabasaranlar və baş-

qaları Azərbaycan dilindən ikinci ana dili kimi, dövlət dili kimi tam istifadə edirlər.  

Sabit  qrammatik  quruluşu,  zəngin  söz-lüğət  tərkibi,  geniş  ifadə  imkanları, 

mükəmməl  əlifbası,  yüksək  səviyyəli  yazı  normaları  olan  dilimiz  orta  və  ali 

məktəblərdə,  kütləvi  informasiya  vasitələrində,  rəsmi  yazışmalarda,  kargüzarlığın 

bütün sahələrində ədəbi dilimizin normalarına uyğun tətbiq edilir.  

Respublikamız  müstəqillik  qazanandan  və  1995-ci  il  noyabrın  12-də 

ümumsəsvermə  yolu  ilə  Azərbaycan  Respublikasının  Konstitusiyası  qəbul 

olunandan  sonra  Azərbaycan  dili,  sözün  həqiqi  mənasında  rəsmi  dövlət  dili  oldu. 

Burada  yazılmışdır:  “Azərbaycan  Respublikasının  dövlət  dili  Azərbaycan 

Respublikası  Konstitusiyanın  21-ci  maddəsinin  I  hissəsinə  müvafiq  olaraq 

Azərbaycan dilidir. “Dövlət dili haqqında” Azərbaycan Respublikasının 2002-ci il 

30  sentyabr  tarixli  Qanununa  görə  dövlət  dilini  bilmək  hər  bir  Azərbaycan 

Respublikası vətəndaşının borcudur. Dövlət dili kimi Azərbaycan dili ölkənin siyasi, 

ictimai,  iqtisadi,  elmi  və  mədəni  həyatının  bütün  sahələrində  işlədilir.  Dövlət 

hakimiyyəti  və  yerli  özünüidarəetmə  orqanlarında,  dövlət  qurumlarında,  siyasi 

partiyalarda, qeyri-hökumət təşkilatlarında, həmkarlar təşkilatlarında, digər hüquqi 

şəxslərdə, onların nümayəndəliklərində, filiallarında və idarələrdə kargüzarlıq işləri 

dövlət dilində aparılır.  

Azərbaycan  Respublikasının  ərazisində  fəaliyyət  göstərən  beynəlxalq 

təşkilatlarla və xarici dövlətlərin diplomatik nümayəndəlikləri ilə yazışmalar dövlət 



 

dilində  və  ya  Azərbaycan  dilinə  tərcümə  olunmaqla  müvafiq  xarici  dildə  aparıla 



bilər.  

Azərbaycan  Respublikasının  ərazisində  təsis  edilən  və  fəaliyyət  göstərən, 

mülkiyyət formasından asılı olmayaraq bütün televiziya və radio yayımları dövlət 

dilində  aparılır.  Bütün  televiziya  və  radio  kanallarının  aparıcıları  dövlət  dilini 

mükəmməl bilməlidirlər və onların səlis danışıq qabiliyyəti olmalıdır. Eyni zamanda 

bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. 

Azərbaycan  dilinin  dövlət  dili  statusu  almasında  XX  əsrin  90-cı  illərində 

SSRİ-də  baş  vermiş  hadisələrin  də  mühüm  rolu  olmuşdu.  Belə  ki,  Sovet 

imperiyasının dağılmasının əsası Sovet İttifaqı Kommunist Partiyasının 1985-ci ildə 

keçirilən mart plenumunda qoyuldu. Məhz bu plenumdan sonra sovetlər daxilində 

birləşdirilmiş  xalqlar  sanki  yuxudan  ayıldılar,  illərlə  vətənpərvər,  qabaqcıl 

ziyalıların,  şair  və  yazıçıların,  elm  və  sənət  adamlarının  öz  milli  azadlıqları, 

suverenlikləri  uğrunda  apardıqları  mübarizə  yeni  məcraya  yönəldi,  xalqlar  qul 

psixologiyasından  azad  olmağın  vaxtı  çatdığını  başa  düşdülər,  öz  mili  dilləri, 

yazıları,  mədəniyyətləri  uğrunda  mübarizəyə  atıldılar.  Bu  xalqların  içərisində 

Azərbaycanlılar daha öncül mövqe tuturdular. Belə bir siyasi şəraitdə Azərbaycan 

Respublikası  Ali  Sovetinin  1988-ci  il  18  avqust  və  23  sentyabr  tarixli  qərarları 

dilimizin hörmətini qaldırmağa yönəlmiş ilk ciddi addımlar oldu.  

Azərbaycan  xalqı  1990-cı  ilin  20  yanvarında  qanına  qəltan  olsa  da,  böyük 

faciələrlə üzləşərək torpağının 20 faizini itirsə də, bir milyona yaxın soydaşı öz ev-

eşiyindən, öz əzəli torpaqlarından didərgin düşsə də Azərbaycan Respublikası Ali 

Sovetinin  1991-ci  il  avqustun  30-da  qəbul  etdiyi  “Azərbaycan  Respublikasının 

dövlət  müstəqilliyinin  bərpası  haqqında”  bəyannaməsi  xalqımızın  siyasi 

mübarizəsinin yekunu oldu. Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa 

etdikdən  sonra  Azərbaycan  dilinin  inkişaf  etdirilməsi  yolunda  yeni  dövr  açıldı. 

Azərbaycan dilinin rəsmi dövlət dili statusu məsələsi artıq 1992-ci ilin dekabrında 

Azərbaycan  Respublikası  Milli  Məclisində  müzakirə  olundu  və  dilimizin  adının 

1936-cı ilə qədər işləndiyi kimi -“türk dili” adlandırılması qərara alındı.  




 

Lakin  Azərbaycan  dilinin  respublikamızda  tam  səlahiyyətli  dil  olmasını, 



dövlət dili statusu almasını, şəriksiz rəsmi dil kimi işlədilməsini ulu öndər Heydər 

Əliyev  reallaşdırıb  həyata  keçirdi.  O,  hakimiyyətə  ikinci  dəfə  gəlişindən  sonra 

Konstitusiyanın qəbulu zamanı müzakirələrdə öz çıxışlarında dilimizin adının təsbit 

olunmasında və dövlət dili statusu almasında çevik siyasət yeritdi. Dilimizin adının 

1936-cı  ildən  “Azərbaycan  dili”  adlandırılmasına  rəğmən  onun  bu  şəkildə 

adlandırılmasını düzgün hesab etdi. Çünki xarici ölkələrdə “türk dili” termini altında 

ancaq Türkiyə dövlətinin rəsmi dili başa düşülürdü və onlar ikinci türk dilini tanıyıb 

qəbul etmək istəmirdilər. Ölkəmizin, dövlətimizin, xalqımızın adi dilimizin adı üçün 

də əsas götürüldü və 1992-ci ilin 30 dekabrında Azərbaycan Milli Məclisində qəbul 

olunmuş və sənədlərdə, dərsliklərdə öz əksini tapmış “türk dili” adı “Azərbaycan 

dili”  adı  ilə  əvəzləndi.  Məhz  bundan  sonra  dilimiz  böyük  ictimai-siyasi  nüfuz 

qazandı,  siyasi,  iqtisadi,  sosial,  mənəvi  -  ideoloji  həyatımızın  bütün  sahələrində 

işlənməyə başladı.  

Söz  ehtiyatının  artırılması  və  fəal  nitq  vahidinə  çevrilməsinin  ilkin 

vasitələrindən  biri  bədii,  ictimai-siyasi  və  publisistik  ədəbiyyatın  mütaliəsindən 

ibarətdir. Rabitəli cümlələrdən ibarət mətnləri, bədii əsərlərdən götürülmüş parçaları 

mütaliə etmədən, hər dərsdə öz nitqinə yeni leksik və frazeoloji materiallar daxil 

etmədən dili öyrənmək isə çox çətindir.  

İstər Azərbaycan yazıçılarının həyat və yaradıcılığına aid esselər, şifahi xalq 

yaradıcılığına  aid  sənət  nümunələri,  istərsə  də  bədii  ədəbiyyatdan  götürülmüş 

parçalar  tələbələrin  bədii,  elmi,  siyasi  dünyagörüşünü  genişləndirir,  onların 

vətənpərvərlik hisslərini daha da gücləndirir. Əbəs deyildir ki, “vətənpərvərlik ana 

dilindən başlanır” deyirlər.  

Azərbaycan  dilini,  bu  dilin  incəliklərini  gənc  nəslə  öyrədən  müəllim 

xalqımızın  ən  məşhur  şair  və  yazıçıları  kimi  bədii  dilin  obrazlı,  emosional 

nümunələrinə dərindən yiyələnməklə hər bir dərsdə, praktik məşğələ və mühazirədə, 

söhbət və müsahibələrdə elə səlis, ifadəli və rəvan danışmalıdır ki, özünü əsl natiq 

kimi  sevdirməklə  yanaşı  müqəddəs  ana  dilimizi  də  sevdirməli,  dilimizin 

mənimsənilməsinə, dərindən öyrənilməsinə xidmət göstərmiş olsun. Bəli, müəllim 



 

şair və nasir kimi gözəl, ifadəli, obrazlı danışmağı, natiqlər kimi bəlağətli, pafoslu 



nitq  söyləməyi,  bədahətən,  sinədəftər  söz  deməyi  bacarmalı,  danışıq  dilimizi 

zənginləşdirməli, danışıq dili ilə ədəbi dil arasında canlı körpü yaratmalı, dilimizin 

müasir elmi fikirləri də ifadə etməyə qadir olduğunu nümayiş etdirməlidir.  

Dilimiz xalqımızın yaratdığı sənət nümunələri vasitəsilə dünyanın  ən geniş 

yayılmış dilləri ilə rəqabət apara bilir.Azərbaycan dili dünyanın ən mədəni dilləri 

sırasında  öz  sadəliyi,  dərinliyi,  zənginliyi,  şeiriyyəti,  poetikliyi  ilə  görkəmli 

yerlərdən birini tutur.  

Ümummilli  lider  H.Əliyev  deyirdi:  “Azərbaycan  dili  Cənubi  Qafqazda  ən 

gözəl  və  çox  işlənən  bir  dildir.  Bu  dildə  danışmaq,  həm  də  gözəl  və  məzmunlu 

danışmaq böyük istedad tələb edir. Bu dil dünyanın ən böyük dilləri ilə rəqabət apara 

bilir.  Vaxtilə  bir  müddət  Azərbaycanda  –  Quba  zonasında  yaşamış  rus  şairi 

M.Y.Lermontov öz dostuna yazdığı məktubda qeyd edirdi ki, o, burada Azərbaycan 

dilini öyrənir. Avropada fransız dili kimi, Qafqazda da Azərbaycan dili çox məşhur 

və mötəbər bir dildir. Biz çalışmalıyıq ki, tələbələrimiz ana dilimizi gözəl bilsinlər, 

onun  lüğət  tərkibinə,  qrammatik  quruluşuna,  üslubi  imkanlarına  dərindən  bələd 

olsunlar,  danışarkən  özlərində  məsuliyyət  hiss  etsinlər,  məntiqsizliyə  yol 

verməsinlər,  fikirlərini  düzgün,  dəqiq,  səlis  və  rəvan  ifadə  etməyə  çalışsınlar,  axı 

gözəl, məzmunlu danışmaq böyük istedad sayılır”.  

Ümummilli  lider  Heydər  Əliyevin  dövlət  səviyyəli  əməli  fəaliyyətinin 

nəticəsində  xalqımızın  dövlət  dili  haqqındakı  çoxəsrlik  arzusu  reallaşdı.  O,  XVI 

əsrdə  Səfəvilər  hakimiyyəti  dövründə  Ş.İ.Xətainin  və  XX  əsrin  əvvəllərində 

Azərbaycan  Demokratik  Respublikasının  qurucularından  olan  M.Ə.Rəsulzadənin 

davamçısı kimi Azərbaycan dilini yüksək qiymətləndirərək onu yaşatmaq, inkişaf 

etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq məsələlərinin dövlət vəzifəsi 

olduğunu bütün aktuallığı ilə bəyan etməklə bir daha sübut etdi ki, yalnız müstəqil 

dövləti  olan  xalqın  rəsmi  dövlət  dili  ola  bilər  və  bu  da  yalnız  müdrik,  qüdrətli, 

düzgün  qərarlar  qəbul  etməyi  bacaran  dövlət  başçısının  fəaliyyəti  nəticəsində 

mümkün olur. 



Yüklə 230,73 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin