MÜsabiQƏ No jurnalistləR ÜÇÜn məqalə MÜsabiQƏSİ



Yüklə 18,87 Kb.
tarix02.12.2016
ölçüsü18,87 Kb.
#610


MÜSABİQƏ No 1. JURNALİSTLƏR ÜÇÜN MƏQALƏ MÜSABİQƏSİ

Layihənin önəmli mərhələlərindən biri olan maarifləndirmə kampaniyası KİV nümayəndələrinin iştirakını da nəzərdə tutubdur. Belə ki, 26 noyabr – 26 dekabr 2012 müddətində jurnalistlər üçün bu layihədə iştirak imkanı yaradılır.

Jurnalistlər arasında aşağıdakı mövzularda məqalə MÜSABİQƏSİ elan edilmişdir:



1. Azərbaycanda Gender Bərabərliyinə dair vəziyyət haqqında ən yaxşı jurnalist TƏHLİLİ.

2. Azərbaycanda Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması yolları/imkanları haqqında ən yaxşı jurnalist ARAŞDIRMASI.

Hər mövzu üzrə 2 qalib müəyyənləşəcəkdir. Müsabiqədə həm jurnalistlər, həm də KİV-ə çıxışı olan digər mütəxəssislər də iştirak edə bilərlər. Eyni şəxs hər iki mövzu üzrə məqalə təqdim edə bilər.

Qiymətləndirmə bərabər və qərəzsiz olaraq yalnız peşəkar meyarlar üzrə keçiriləcəkdir. Məqalələr 3 prizmadan - jurnalistika, gender və hüqüq – meyarları üzrə qiymətləndiriləcəkdir.

Müsabiqədə iştirak etmiş şəxsin tanınma dərəcəsi yox, məqalənin keyfiyyəti, mövzuya uyğunluğu və məzmunu əsas götürüləcəkdir. Obyektiv qiymətləndirmə üçün münsiflər heyətinə təqdim olunacaq məqalələr müəllifin adını əks etdirməyəcəkdir. Münsifler heyətinin adları mükafatların təqdimetmə mərasimində açıqlanacaqdır.



MÜSABİQƏNİN MÜDDƏTİ və TEXNİKİ ŞƏRTLƏR

  1. Müsabiqə 26 noyabr – 26 dekabr 2012 müddətində davam edəcəkdir. Məhz bu müddət ərzində və bu yazı ilə çap/nəşr edilmiş məqalələr müsabiqə üçün yararlı hesab olunacaqdır.

  2. Dərc olunan məqalələrin əlavəsində - «CEDAW ƏMƏLDƏ» adlı layihənin müsabiqəsi üçün hazırlanmışdır – qeydi olan yazılar müsabiqə üçün qəbul olunacaqdır.

  3. Müsabiqədə iştirak edən şəxslərdən xahiş edilir ki, müsabiqə üçün hazırlanmış materialın mətbuatda çap olunmuş nüsxəsini və elektron variantını şəxsən və ya poçt vasitəsilə RİQC-in ofisinə (Bakı şəhəri, AZ1025, Afiyəddin Cəlilov küç. 26, mən.98) təqdim etsinlər. Bu paketlər 28 dekabr 2012 saat 18:00-dək qəbul olunacaq.

MÜKAFAT

I yer – 300 manat

II yer – 150 manat

Hər mövzu üzrə 2 qalib müəyyənləşəcəkdir. Müsabiqədə həm jurnalistlər, həm də KİV-ə çıxışı olan digər mütəxəssislər də iştirak edə bilərlər. Eyni şəxs hər iki mövzu üzrə məqalə təqdim edə bilər və qalib müəyyən oluna bilər. Qaliblərin adları 2013-cü ilin yanvar ayında keçiriləcək rəsmi mükafatlandırma mərasimində açıqlanacaqdır.



MÜSABİQƏ No 2. JURNALİSTLƏR ÜÇÜN “CEDAW ƏMƏLDƏ” LAYiHƏSİNİN VƏKİLLİYİNƏ DAİR “JURNALİST FƏAİLYYƏT PLANI” MÜSABİQƏSİ

Jurnalist və ya KİV-ə çıxışı olan istənilən şəxs bu musabiqədə iştirak edə bilər. Eyni insan hər 2 müsabiqədə iştirak edə bilər.

«CEDAW ƏMƏLDƏ» layihəsinin əhatə etdiyi mövzuları və fəaliyyəti işıqlandırmaq, həmçinin, həmin layihənin vəkillik mərhələsini təşkilinə yardım etmək məqsədilə hazırlanan Jurnalist Fəaliyyət Planı müsabiqəsi elan olunur.

Bu plan təqdim edən fərd tərəfindən RİQC qarşısında götürdüyü bir öhdəlikdir və qalib plan elan olunandan sonra, onun müəllifi/icraçısı ilə bağlanacaq 1 illik müqavilə əsasında nizamlanacaqdır.

MÜSABİQƏNİN MÜDDƏTİ və TEXNİKİ ŞƏRTLƏR


  1. Müsabiqə 26 noyabr – 26 dekabr 2012 müddətində davam edəcəkdir. Fəaliyyət Planının hər bir mərhələsində - «CEDAW ƏMƏLDƏ» adlı layihəsi çərçivəsində icra olunur – qeydi olmalıdır.

  2. Müsabiqədə iştirak edən şəxslərdən xahiş edilir ki, müsabiqə üçün hazırlanmış Jurnalist Fəaliyyət Planının bir nüsxəsini poçt və ya email elektron vasitəsilə RİQC-ə göndərəsiniz. Poçt ünvanı Bakı şəhəri, AZ1025, Afiyəddin Cəlilov küç. 26, mən.98; email ünvanı info@ward.azward.azerbaijan@gmail.com. Bu paketlər 28 dekabr 2012 saat 18:00-dək qəbul olunacaq.

Jurnalist Fəaliyyət Planı konkret göstəriciləri (yazılacaq məqalələrin sayı, mövzuların əhatəsi, nəşr olunacaq KİV-lərin adları və sair) qeyd etməlidir. İcraçı haqqında məlumat da daxil edilməlidir.

Ən yaxşı Jurnalist Fəaliyyət Planının elan edilməsi eyni mükafatlandırma mərasimində baş tutacaqdır.



MÜKAFAT

Qalib Planın icraçısına aylıq 60 manat məbləğində məvacib veriləcəkdir (nəqliyyat və rabitə xərcləri üçün) və icra uğurla başa çatdıqdan sonra 2014-cü ildə Nyu-Yorkda yerləşən BMT-nin CEDAW komitəsinin sessiyasında iştirak üçün yola düşəcək deleqasiyanın tərkibinə salınması nəzərdə tutulubdur.

Nyu-York səfərinin bütün xərclərinin RİQC tərəfindən ödənilməsi bu müsabiqənin başlıca mükafatı hesab olunur.

DİQQƏT! Müsabiqədə keyfiyyətsiz iştirak nümunələrinin təqdim edilməsi halında, müsabiqənin bütün nəticələrinin ləğv olunması haqqında hüququ RİQC özündə saxlayır.

Əlaqə məlumatı

Samirə Məmmədova (layihə koordinatoru)



Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC)

Bakı, AZ1025, Afiyəddin Cəlilov küç.26, mən. 98

Tel: (+99412) 490 40 44, (+99450) 760 40 44

E-mail: info@ward.azward.azerbaijan@gmail.com
Yüklə 18,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin