MüqaviLƏ layihə : heydəR Əliyev adina beynəlxalq aeroport müqaviLƏNİn nöVÜ



Yüklə 81,96 Kb.
səhifə6/47
tarix02.01.2022
ölçüsü81,96 Kb.
#44372
1   2   3   4   5   6   7   8   9   ...   47
New Microsoft Word Document

İşə başlama və İş proqramı



İşlərə hazırlıq: Hazırki Müqavilə imzalandığı tarixdən etibarən SUBPODRATÇI bu Müqavilə ilə öhdəsinə götürdüyü işlərin icrasına başlamalıdır və bunun üçün tələb olunan mal/materialları, avadanlıq/təchizatı, işçi qüvvəsini və işlərin vaxtında başlanması üçün tikinti meydançasında tələb edilən digər hazırlıq işlərini bitirməlidir və işə başlama tarixinə .....(.....) gün qalmış sahədə hazırlıq işlərini bitirməlidir.

Dizayn: Müqavilə imzalandıqdan sonra  SUBPODRATÇI, malların/materialların  istehsalı üçün tələb edilən bütün işçi layihələrini hazırlamalıdır. İşçi layihələri SİFARİŞÇİNİN NÜMAYƏNDƏSİ tərəfindən təsdiqlədikdən sonra SUBPODRATÇI iş proqramına uyğun olaraq tikinti meydançasında işlərin icrasına başlamalıdır. Bütün işçi layihələrin təhvil verildiyinə dair qeydlər və dərc olunma tarixləri PODRATÇIYA ...... gün ərzində bildirilməlidir.

Mal/ Materialların Daşınması: Hazırki Müqavilə imzalandığı tarixdən etibarən SUBPODRATÇI, bu Müqaviləyə əsasən mal/ materialların daşınma işlərinə başlamalıdır və iş proqramına uyğun olaraq başa çatdırmalıdır.
İşə Başlama Tarixi (İşlərin icra edildiyi yerdə quraşdırma):

SUBPODRATÇI podrat işlərinə PODRATÇI tərəfindən təyin edilən və yazılı olaraq ona bildirilən gündə başlamalıdır, işləri İş Proqramına (Əl-4) uyğun olaraq aparmalıdır və Tamamlama tarixində bitirməlidir.


SUBPODRATÇI gördüyü işlərin yoxlama və sınaqlardan müvəffəqiyətlə keçməsinə təminat verir.

SUBPODRATÇI hazırki Müqavilənin imzalanmasından sonra ən geci 7 (yeddi) gün ərzində Detallı İş Proqramını hazırlamalıdır və PODRATÇIYA təsdiq etdirməlidir. SUBPODRATÇI, eyni zamanda işlərin icra metodlarını özündə əks etdirən detallı bir icra metodologiyasını PODRATÇIYA təhvil verməlidir.




    1. Yüklə 81,96 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin