Anahtar kelimeler: ümmet, islam, hadis, irtifagat, vahdeti-vücud və vahdeti-şühud
Fəlsəfə tarixində
həqiqətin “mənbələri”
Könül Bünyadzadə
Giriş
Fəlsəfə tarixinin qədimdən bəri tədqiqindən belə bir nəticə çıxarmaq mümkündür ki, bütün mövcudat müəyyən bir ideyanın, ilahi bir hikmətin təzahürüdür. Zaman-zaman müxtəlif dünyagörüşlərə müvafiq şəkildə öz fərqli ifadələrini tapan, forması, üslubu, üsulu, dili, dini fərqlənsə də, düşüncələri işıqlandırıb istiqamətləndirən bu ideyanın mahiyyəti dəyişməz və sabit olaraq qalır. Müəyyən mənada ruhlar vasitəsilə nəsildən nəslə ötürülən bu ideya ənənəsini Seyid Hüseyn: “İlahi mənbənin bəşəriyyətə açılan həqiqətləri və ya prinsipləri” (15) adlandırır. İslam fəlsəfəsində “hikməti xalidə” (farsca – cavidan xerəd), Qərbdə “perennial philosophy”, hindlilərdə “sanatana dharma” kimi tanınan bu “əbədi fəlsəfə”, orta əsrlərin islam mütəfəkkiri İbn Miskəveyhin fikrinə görə, “əzəli bir ağıl, əzəli bir hikmətdir. O, dövrdən dövrə, millətdən millətə dəyişməyən, tarix fövqündə bir həqiqət, özünü əsrlər boyu müxtəlif mədəniyyətlərdə daim təzahür etdirən bir xalidə (əzəli) hikmətdir” (4, 29).
Dostları ilə paylaş: |