MÜNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat


Açar sözlər: iqtisadi sistem, sahibkarlıq, biznes və investisiya mühiti      MÜSTƏQĠLLĠK DÖVRÜNDƏ AZƏRBAYCANDA TURĠZMĠN



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə5/20
tarix01.01.2017
ölçüsü2,49 Mb.
#4003
1   2   3   4   5   6   7   8   9   ...   20

Açar sözlər: iqtisadi sistem, sahibkarlıq, biznes və investisiya mühiti 
 
 
MÜSTƏQĠLLĠK DÖVRÜNDƏ AZƏRBAYCANDA TURĠZMĠN 
ĠNKĠġAFI 
ĠSRAFĠL CƏFƏROV 
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi 
ormanss@mail.ru 
 
Bu  gün  müstəqil  Azərbaycanda   siyasi  və  sosial-iqtisadi  həyatın  bütün 
sferaları  kimi,  turizm  sahəsi  də   davamlı  və  sürətli  inkiĢaf  dövrünü  yaĢayır. 
Ölkənin  turizm  potensialı  dünyaya  tanıdılır,  mövcud  turizm  potensialının 
beynəlxalq  aləmdə  tanınması,  turistlərin  Azərbaycana  çoxsaylı  səfərlərinin 
təĢkili,  turizmin  müxtəlif  növlərinin  inkiĢaf  etdirilməsi,  normativ–  hüquqi 
aktların  qəbul  edilməsi,  turizm  sahəsində  kiçik  və  orta  sahibkarlığın  inkiĢaf 
etdirilməsi,  müasir  turizm  infrastrukturunun  yaradılması  sahəsində 
məqsədyönlü iĢlər görülməkdədir. 
Müstəqillik dövründə turizm sahələrində aparılan struktur islahatları ilə 
yanaĢı  mahiyyət  etibarilə  strateji  əhəmiyyət  kəsb  edən  yeni  fəaliyyət 
istiqamətləri  müəyyən  edilmiĢdir.  Onlardan  da  biri  turizm  siyasətinin  həyata 
keçirilməsində  respublikanın  qabaqcıl  elmi  qurumları  ilə  əməkdaĢlıq 
əlaqələrinin  yaradılması  və  bunun  vasitəsilə  sahənin  inkiĢafında  elmin 
iĢtirakının təmin edilməsidir. 
Bu  baxımdan  turizm  sahəsində  elm  və  təhsilin  təĢkili  və  inkiĢaf 
etdirilməsi 
müstəqillik 
dövründə 
Azərbaycan 
dövlətinin 
prioritet 
istiqamətlərindən  biri  olmuĢdur.  Belə  ki,  Azərbaycan  iqtisadiyyatının  turizm 
sahəsinin,  habelə  turizm  təhsilinin  sürətli  inkiĢafını  təmin  etmək  məqsədilə 
2006-cı  ildə  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  qərarı  ilə 
Azərbaycan Turizm Ġnstitutu və Mingəçevir Turizm Kolleci yaradılmıĢdır. 
Müstəqillik  dövründə  ölkəmizin  mövcud  turizm  potensialının 
beynəlxalq aləmdə tanıdılması, Azərbaycana çoxsaylı turist səfərlərinin təĢkili, 
turizmin  müxtəlif  növlərinin  inkiĢaf  etdirilməsi,  normativ-hüquqi  aktların 
qəbulu,  turizm  sahəsində  kiçik  və  orta  sahibkarlığın  inkiĢafı,  müasir  turizm 

Beynəlxalq  İpək Yolu  
 
 
34 
infrastrukturunun  yaradılması  və  ixtisaslı  kadrların  hazırlanması  sahəsində  bir 
çox mühüm tədbirlər həyata keçirilmiĢdir. 
2002-ci  ildə  "Azərbaycan  Respublikasında  turizmin  inkiĢafına  dair 
2002-2005-ci  illər  üçün  Dövlət  Proqramı"nın  Azərbaycan  Respublikasının 
Prezidenti  tərəfindən  təsdiq  edilməsi  nəticəsində  beynəlxalq  arenada 
Azərbaycan 
turizminin 
təĢviqi 
istiqamətində 
müəyyən 
nailiyyətlər 
qazanılmıĢdır. 
Çoxtərəfli  əməkdaĢlıq  münasibətlərinin  qurulması  və  inkiĢaf 
etdirilməsinin  turizm  siyasətinin  prioritet  istiqamətlərindən  biri  olduğunu 
nəzərə  alaraq  Azərbaycan  dövləti  dünyanın  aparıcı  təĢkilatları  ilə  səmərəli 
əməkdaĢlıq  əlaqələri  qurmuĢ,  fəal  surətdə  turizm  sahəsində  həyata  keçirilən 
beynəlxalq  proqramlara  qoĢulmuĢdur.  Bunun  nəticəsi  olaraq  Azərbaycan  29 
ölkə ilə turizm sahəsində əməkdaĢlıq haqqında hökumətlərarası saziĢ bağlamıĢ, 
ölkəmizin  turizm  potensialının  beynəlxalq  arenada  tanınmasında  mühüm 
irəliləyiĢə  nail  olunmuĢ,  iĢtirak  etdiyimiz  beynəlxalq  turizm  sərgilərinin  sayı 
artmıĢ və coğrafiyası geniĢlənmiĢdir. 
Son  5  il  ərzində  Azərbaycan  müxtəlif  ölkələrdə  keçirilən  beynəlxalq 
turizm  sərgilərində  iĢtirak  etmiĢ,   respublikamızın  turizm  potensialı  66 
beynəlxalq sərgidə nümayiĢ olunmuĢdur. 
Hər  il  Bakı  Ģəhərində  "AĠTF"  beynəlxalq  turizm  sərgisi  keçirilir.  Bu 
sərgidə  iĢtirak  edən  xarici  ölkələrin  coğrafiyası  geniĢlənir  və  turizm 
Ģirkətlərinin  sayı  ildən-ilə  artır.  2010-cu  ildə  iĢtirakçı  ölkələrin  sayı  32-yə, 
Ģirkətlərin sayı isə 120-yə çatmıĢdır. 
Azərbaycanın  turizmin  inkiĢafı  sahəsində  əldə  etdiyi  ən  böyük 
nailiyyətlərdən biri də qıĢ turizm növlərinin inkiĢaf etdirilməsi məqsədilə Qusar 
rayonunda dağlıq ərazidə ən müasir standartlara cavab verən "ġahdağ QıĢ-Yay 
Ġdman-Turizm Kompleksi" inĢa edilməsidir. 
Ölkə rəhbərliyinin turizmə göstərdiyi xüsusi diqqətin baĢqa bir məntiqi 
nəticəsi 2011-ci ilin Azərbaycanda Turizm ili elan edilməsi ilə bağlıdır. 
Göründüyü  kimi,  Azərbaycan  öz  müstəqilliyinə  qovuĢduqdan  sonra 
bazar  iqtisadiyyatına  keçidlə  bağlı  ilk  illərdə  böyük  məhrumiyyətlərlə 
qarĢılaĢmasına  baxmayaraq,  sosial-iqtisadi  həyatın  bütün  sahələrində  olduğu 
kimi  turizm  sahəsində  də  mühüm  nailiyyətlər  əldə  etmiĢdir  və  bu  nailiyyətlər 
gələcəkdə daha böyük uğurlar üçün münbit zəmin yaratmıĢdır.  
Açar sözlər: turizm, iqtisadiyyat, sahibkarlıq, turizm infrastrukturu 
 
 
 
 
 
 

Tezislər 
 
35 
AZƏRBAYCANIN ĠXRAC POTENSĠALININ ARTIRILMASINDA 
NEFT STRATEGĠYASININ ROLU 
   ZAKĠR MƏMMƏDOV  
―Naxçıvan‖  Universiteti 
     
 Zek722@box.az 
     
Son illər dünyada gedən iqtisadi proseslərin, nəhəng enerji və nəqliyyat 
layihələrinin  təĢəbbüskarı  və  fəal  iĢtirakçısına  çevrilmiĢ  Azərbaycan 
Respublikasının  beynəlxalq  aləmə  inteqrasiyası  getdikcə  sürətlənir,  ölkəmizin 
Avropanın  enerji  təhlükəsizliyinin  təminatındakı  rolu  əhəmiyyətli  dərəcədə 
artır.  
Belə  ki,  2014-cü  il  Azərbaycanın  neft  strategiyası  üçün  bir  sıra 
əlamətdar  hadisələrlə    zəngin  olmuĢdur.  Bu  baxımdan  ölkəmizin  neft 
sənayesinə böyük həcmli investisiyaların qoyulması və müasir texnologiyaların 
tətbiqinin nəticəsi olan ―Qərbi Çıraq‖ platformasının istismara verilməsini qeyd 
etmək  olar.  Yanvarın  28-də  ―Azəri-Çıraq-GünəĢli‖  yataqlar  blokunun 
tammiqyaslı  iĢlənməsi  proqramı  çərçivəsində  inĢa  olunmuĢ  yeni  unikal 
platformadan  ilkin  neftin  hasilatına  baĢlanmıĢdır.  Heç  Ģübhəsiz,  bu  əlamətdar 
hadisə müasir neft tariximizin növbəti uğuru kimi qiymətləndirilməlidir. ―Qərbi 
Çıraq‖  platforması  dənizin  170  metr  dərinliyində  quraĢdırılmıĢdır  və  onun 
layihə gücü gündəlik 25 min ton xam neft və təxminən 8 milyon kubmetr qaz 
hasil  etmək  potensialına  malikdir.  Bu  platformadan  ildə  təxminən  8,2  milyon 
ton neft və 2,8 milyard kubmetr qaz hasil ediləcəkdir. Hasilata baĢlamıĢ və yeni 
texnologiyalar  üzərində  inĢa  edilmiĢ  bu  platforma  gələcəkdə  hələ  uzun  illər 
boyunca dünya səviyyəli qurğu kimi   Azərbaycanda neft hasilatının həcminin 
sabit  səviyyədə  saxlanılmasını  təmin  edəcəkdir.  Adıçəkilən  platformadan 
hasilat il ərzində digər öncəqazma quyuları iĢə düĢdükcə artacaq. 
2014  -cü  ildə  BTC  vasitəsilə  ixrac  olunmuĢ  təqribən  34,8  milyon  ton 
(262  milyon  barrel)  xam  neft  Türkiyənin  Ceyhan  limanından  362  tankerlə 
dünya bazarına göndərilmiĢdir. Bütövlükdə isə 1768 kilometr uzunluğunda olan 
BTC boru kəməri ilə 2006-cı ilin iyun ayından indiyədək təxminən 2,1 milyard 
barrel və ya 280 milyon ton xam neft ixrac olunmuĢdur. 
Xatırladaq  ki,  ―Azəri-Çıraq-GünəĢli‖  layihəsi  çərçivəsində  ölkə  üzrə 
neft  hasilatı  təqribən  5  dəfəyə  yaxın  artaraq  1997-ci  ildəki  9  milyon  tondan 
2014-cü ildə 41,9 milyon tona çatmıĢdır. Ölkəmizdə ən yüksək illik neft hasilatı 
isə 2010-cu ildə qeydə alınmıĢdır. Belə ki, həmin il Azərbaycanda 50,7 milyon 
ton  neft  çıxarılmıĢdır  ki,  bu  da  ölkəmizin  neft  sənayesinin  tarixində  rekord 
göstərici hesab olunur. Bütövlükdə isə ötən illər ərzində ―Azəri-Çıraq-GünəĢli‖ 
yataqlar  blokundan  təqribən  376  milyon  ton  neft  və  100  milyard  kubmetrə 
yaxın səmt qazı hasil edilmiĢdir. 
Azərbaycan  neftinin  dünya  bazarlarına  çıxarılmasında  xüsusi  yer  tutan 
Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin istismara verilməsindən 

Beynəlxalq  İpək Yolu  
 
 
36 
doqquz  ilə  yaxın  vaxt  ötür.  Əvvəlki  dövrlərdə  olduğu  kimi,  2014-cü  ildə  də 
uğurlu  fəaliyyətini davam etdirən bu kəmərlə bağlı əsaslı xərclərə 0,1 milyard 
dollar,  əməliyyat  xərclərinə  isə  0,2  milyard  dollar  vəsait  yönəldilmiĢdir. 
Hazırda  kəmərin  gündəlik  ötürmə  gücü  1,2  milyon  barrel  təĢkil  edir.  2014-cü 
ildə BTC vasitəsilə ixrac olunmuĢ təqribən 34,8 milyon ton (262 milyon barrel) 
xam  neft  Türkiyənin  Ceyhan  limanından  362  tankerlə  dünya  bazarına 
göndərilmiĢdir.  Yeri  gəlmiĢkən,  ötən  ilin  avqust  ayında  BTC  səhmdarları 
Türkiyənin  Ceyhan  terminalından  2  milyardıncı  barrel  nefti  yola  salmıĢlar. 
Artıq  15-ci  ildir  ki,  ―Azəri-Çıraq-GünəĢli‖  layihəsinin  iĢtirakçıları  ―mənfəət 
nefti‖ndən  gəlir  əldə  edirlər.  Məlum  olduğu  kimi,  1999-cu  il  dekabrın  29-da 
Azərbaycanın  ―mənfəət  nefti‖  ilk  dəfə  olaraq  xarici  bazarlara  çıxarılmıĢdır. 
2014-cü  ildə  isə  Azərbaycan  Respublikasının  Dövlət  Neft  Fonduna  neft  və 
qazın satıĢından 12 milyard 319,8 milyon manat vəsait daxil olmuĢdur. 
Göründüyü  kimi  neft  strategiyası  Azərbaycanın  ixrac  potensialını 
getdikcə  artırır.  Neft  və  qazın  satıĢından  əldə  olunan  gəlirlər  isə  ölkəmizin 
iqtisadi  qüdrətinin  daha  da  artmasına  və  xalqımızın  həyat  səviyyəsinin 
yaxĢılaĢmasına geniĢ imkanlar yaradır. 
Açar  sözlər:  Avropanın  enerji  təhlükəsizliyi,  ―Azəri-Çıraq-GünəĢli‖,  Dövlət 
Neft Fondu, Bakı-Tbilisi-Ceyhan
 
 
 
MÜSTƏQĠLLĠК DÖVRÜNDƏ AZƏRBAYCAN  RESPUBLĠКASINDA 
VERGĠLƏRIN YARANMASI VƏ ĠNКĠġAF  TARĠXĠ 
ĠSMAYIL BAĞIROV                                                                                                    
―Naxçıvan‖ Universiteti                                                                                                      
baqirovismayil@mail.ru 
 
Vergilər  müəyyən  edilmiĢ  qanun  çərçivəsində  təsərrüfat  subyektlərindən 
və  əhalidən  dövlət  tərəfindən  alınan  icbari  ödəniĢlərdir.  Vergilərin  tarixi 
bəĢəriyyətin  tarixi  qədər  qədimdir.  Vergilər  dövlətin  maliyyə  ehtiyatlarının 
yaradılmasının  əsas  mənbəyi  olmaqla,  min  illərdir  ki,  mövcuddur.  Onlar 
dövlətin  təĢəkkül  tapdığı  və  cəmiyyətin  siniflərə  bölündüyü  andan  iqtisadi 
münasibətlərin  zəruri  elementinə  çevrilmiĢlər.  Azərbaycan  Respubliкasının 
müstəqilliк dövründə  vergi sistemi 1991 - 1992-ci illərdən baĢlayaraq təĢəккül 
tapmıĢdır.  Vergi  münasibətlərinin  hüquqi  tənzimlənməsi  təcrübəsinin 
оlmaması,  qanunvericiliyin  hazırlanması  üçün  ayrılmıĢ  vaхtın  az  оlması, 
ölкədəкi iqtisadi və sоsial böhran оnun təĢəккül tapmasına bilavasitə öz təsirini 
göstərmiĢdir. Ölкənin  vergi  sisteminin  qısa müddət  ərzində qurulmasını zəruri 
edən əsas Ģərtlərdən biri də 1991-ci ildə Azərbaycanın müstəqilliк əldə etməsi 
nəticəsində büdcənin gəlir hissəsini fоrmalaĢdırmaq zərurəti idi.  

Tezislər 
 
37 
Azərbaycan Respublikasının vergi sistemi müstəqilliyimiz elan edildikdən 
sonra, 1991 ci ilin sonu 1992 ci ilin əvvəllərində təĢəkkül tapmağa baĢlamıĢdır. 
Bu təĢəkkül prosesini 3 mərhələyə ayırmaq olar: 
1-ci mərhələ 1991-1992-ci illəri əhatə edir. Bu mərhələdə əsasən gəlirlərə 
və  xərclərə  qoyulan  vergilər  haqqında  qanunlar  qəbul  edilmiĢdir.  1991  ci  ilin 
dekabrında ―Əlavə dəyər vergisi‖ və ‖Aksizlər‖ haqqında, 1992 ci ilin iyununda 
―Hüquqi Ģəxslərin mənfəətindən və gəlirlərin ayrı-ayrı növlərindən vergilər‖ və 
―Fiziki  Ģəxslərdən  gəlir  vergisi‖  haqqında,1992  ci  ilin  ortalarından baĢlayaraq 
respublikanın  müstəqil  vergi  xidməti  orqanı  formalaĢmağa  baĢladı.  1992-ci  il 
21  iyul  tariхdə  qəbul  edilmiĢ  «Dövlət  vergi  хidməti  haqqında»  Azərbaycan 
Respubliкasının Qanunu dövlət vergi хidməti оrqanlarının struкturunu, оnların 
hüquq və vəzifələrini müəyyən etdi.  
2-ci mərhələdə 1993-1996-cı illəri əhatə əhatə edir. Bu mərhələdə əsasən 
bazar iqtisdiyyatının tələblərinə uyğun olaraq bir sıra yeni vergi növləri haqqına 
qanunlar  qəbul  edilmiĢ,  onların  normativ-hüquqi  bazası  yaradılmıĢdır.  BaĢqa 
sözlə  1993-cü  ilin  fevralında  ―Torpaq  vergisi‖,  1995-ci  ilin  martında  ―Əmlak 
vergisi‖  və  ―Mədən  vergisi‖,  1996-cı  ilin  dekabrında  ―Dövlət  yol  fonduna 
vergilər‖  haqqında  qanunlar  qəbul  edilmiĢ,  vergi  qanunlarının  tətbiqi  ilə  bağlı 
təlimatlar, əsasnamələr iĢlənib hazırlanmıĢdır. 
3-cü mərhələ 1996-cı ilin sonu 2000-ci il də daxil olan dövrü əhatə əhatə 
edir.  Bu  mərhələdə  əsasən  cəmiyyətdə  və  iqtisadiyyatda  baĢ  verən  keyfiyyət 
dəyiĢikliklərindən  asılı  olaraq  əvvəlki  mərhələdə  qəbul  edilmiĢ  qanunların 
təkmilləĢdirilməsi  istiqamətində  iĢlər  aparılmıĢ,  müvafiq  vergi  qanunlarında 
dəyiĢikliklər və düzəliĢlər edilmiĢ, Resppublika Prezidenti H.Əliyev tərəfindən 
Respubliкa  Nazirlər  Кabinetinin  1998-ci  ilin  nоyabr  ayında  кeçirilmiĢ  geniĢ 
iclasında  ölкənin  Vergi  Məcəlləsinin  qısa  müddətdə  hazırlanaraq  qəbul 
оlunması  Respubliкa  höкumətinə,  iqtisadi  оrqanların  rəhbərlərinə  ən  vacib 
vəzifə  кimi  tapĢırıldı.  Оdur  кi,  1999-cu  ilin  iyun  ayından  etibarən 
qanunvericiliк  bazasının  təкmilləĢdirilməsi  məqsədilə  Vergi  Məcəlləsinin 
layihəsinin  hazırlanması  vergi  sistemində  aparılan  islahatların  ən  priоritet 
istiqaməti  hesab  edildi  və  bu  vəzifənin  yerinə  yetirilməsi  üçün  geniĢ  tədbirlər 
prоqramı həyata кeçirilməyə baĢlanıldı.  
Respublika  Vergilər  Nazirliyinin  Maliyyə  Nazirliyi  və  digər    iqtisadi 
orqanlarla  birgə  həyata  keçirdiyi  məqsədyönlü  fəaliyyəti  nəticəsində,  qısa 
müddətdə  beynəlxalq  standartlara  və  eyni  zamanda  ölkənin  iqtisadi  Ģəraitinə 
uyğun  sənədin  —  Azərbaycan  Respublikası  Vergi  Məcəlləsinin  layihəsi 
hazırlandı,  Respublika Milli  Məclisində bir neçə oxunuĢda müzakirə edildi  və 
daha  da  təkmilləĢdirilərək  2000-ci  ilin  iyul  ayında  qəbul  оlundu.  Azərbaycan 
Respublikası  Prezidentinin  imzaladığı  11  iyul  2000-ci  il  tarixli  "Azərbaycan 
Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla 
bağlı  hüquqi  tənzimləmə  məsələləri  haqqında"  Azərbaycan  Respublikasının 

Beynəlxalq  İpək Yolu  
 
 
38 
Qanunu  ilə  Azərbaycan  Respublikası  Vergi  Məcəlləsi  təsdiq  edildi  və  onun 
2001-ci ilin yanvar ayının 1-dən qüvvəyə minməsi nəzərdə tutuldu.  
Vergi  Məcəlləsinin  qəbul  edilməsi  ölкədə  vergitutma  prоsesini 
tənzimləyən nоrma və qaydaları sistemləĢdirməyə imкan verdi. Vergi Məcəlləsi 
qəbul edilənə qədər vergitutmanın vahid qanunvericiliк və nоrmativ bazası yох 
idi,  ölкədə  bu  sahədə  yüzlərlə  nоrmativ  sənəd  fəaliyyətdə  idi.  Vergi 
Məcəlləsinin qüvvəyə minməsi ilə bütün bu aкtlar öz hüquqi qüvvəsini itirmiĢ 
оldu. 
Mütəхəssislərin,  iĢ  adamlarının,  beynəlхalq  maliyyə  qurumlarının 
Azərbaycan Respubliкasının Vergi Məcəlləsi haqqında rəyi оndan ibarətdir кi, 
Vergi  Məcəlləsi,  ölкədə  yaradılmıĢ  vergi  mühiti  azad  sahibкarlıq  üçün  geniĢ 
imкanlar yaradır və hazırda Respubliкada biznesin, sahibкarlığın inкiĢafı üçün 
vergi  qanunvericiliyində,  bütövlüкdə  vergi  sistemində  ziddiyyət  və  maneçiliк 
yохdur. Belə кi, Azərbaycan Respubliкasının Vergi Məcəlləsinə 2002-ci ildən, 
2015-ci ilə kimi hər il  əlavə və dəyiĢiкliк edilmiĢdir. Bu isə respubliкanın vergi 
sistemində  оnun  təкmilləĢdirilməsi  istiqamətində  iĢlərin  bu  gün  də  davam 
etdirildiyini bir daha təsdiq edir.  
Belə  bir  nəticəyə  gəlmək  olar  ki,  həyata  keçirilən  kompleks  islahatlar 
nəticəsində  vergilərin  toplanmasında  son  illərdə  yaranmıĢ  geriliyin  aradan 
qaldırılmasına  nail olunmuĢ, dövlət büdcəsinə daxilolmaların artmasına müsbət 
təsir göstərmiĢdir. Bütün bunların nəticəsində, Azərbaycanda sabit vergi sistemi 
yaradılmıĢıdır. 
 
Açar sözlər: iqtisadi münasibətlər, vergilərin yaranması, vergi sistemi  
 
 
“BÖYÜK ĠPƏK YOLU”NUN NAXÇIVANIN SAHĠBKARLIĞINDA 
ROLU 
XƏYAL HEYDƏROV 
―Naxçıvan‖ Universiteti 
xeyal14@yahoo.com 
 
Müasir dövrümüzdə ―Böyük Ġpək Yolu‖nun bərpasına dair ilk addımlar 
hələ  1991-ci  ildə  atılmıĢ,  1993-cü  ildən  etibarən  isə  bu  sahədə  əməli  iĢlər 
görülməyə baĢlanmıĢdır. Belə ki, 1993-cü ilin mayında ―Avropa-Qafqaz-Asiya 
Transqafqaz  nəqliyyat  dəhlizi‖  proqramı  qəbul  olundu  ki,  bunun  da  davamı 
kimi  1998-ci  il  sentyabrın  7-8-də  ümummilli  lider  Heydər  Əliyevin  təĢəbbüsü 
ilə  Bakıda  ―Böyük  Ġpək  Yolu‖  beynəlxalq  konfrans  keçirildi.  Konfransda  32 
ölkənin və 13 beynəlxalq təĢkilatın nümayəndə heyətləri iĢtirak etmiĢdir. Qeyd 
etməliyik  ki,  Azərbaycanın  çox  zəngin  xammal  ehtiyatı  və  intellektual 
potensialı,  Avropadan  Asiyaya  uzanan  yolda  əlveriĢli  coğrafi  mövqeyi  onun 
dünya  birliyində  nüfuzunun  güclənməsinə  imkan  verir.  TRASEKA  proqramı 
çərçivəsində nəzərdə tutulan Avropa ilə  Asiya arasında körpü  rolunu oynayan 

Tezislər 
 
39 
―Böyük Ġpək Yolu‖nun bərpası, həmçinin Avropa, Qara dəniz, Xəzər dənizi və 
Asiya  regionlarında  təbii  ehtiyatlardan  istifadəyə  və  qarĢılıqlı  faydalı 
əməkdaĢlığa hər zaman kömək edəcəkdir. Ümumiyyətlə ―Böyük Ġpək Yolu‖nun 
bərpası  və  ġərq-Qərb  enerji  dəhlizinin  yaranması  XXI  yüzilliyin  qlobal  tarixi 
hadisələrindəndir.  Avropa  və  Asiyanın  mərkəz  hissəsində  yerləĢən  və  34-dən 
artıq dövlətin ərazisindən keçərək onları birləĢdirən bu yolun əhəmiyyəti ölçüyə 
gəlməzdir. 
25  ildən  artıqdır  ki,  Muxtar  Respublika  blokada  Ģəraitindədir.  Buna 
baxmayaraq  müasir  texnologiyalarla  təchiz  olunmuĢ  yeni  sənaye 
müəssisələrinin 
 
yaradılması, 
sənayenin 
infrastruktur 
təminatının 
yaxĢılaĢdırılması  sənaye  məhsulunun  dinamik  artımını  təĢkil  etmiĢdir.  Ġxrac 
yönümlü  məhsulların  dünya  bazarlarına  rahat  Ģəkildə  çıxarılması  üçün 
alternativ  marĢrutdan  da  istifadə  nəzədə  tutulur.  Bu  layihə  Bakı-Tbilisi-Qars 
dəmir  yolu  xəttinin  inĢasıdır.  Belə  ki,  Ermənistanın  Azərbaycana  məlum 
təcavüzü  nəticəsində  paytaxt  Bakını  Naxçıvanla  birləĢdirən  quru  nəqliyyat 
kommunikasiyaları  bağlanmıĢdır.  SərniĢin  daĢınmaları  əsasən  hava 
nəqliyyatının,  yük  daĢınmaları  Ġran  və  Türkiyədən  keçməklə  avtomobil 
nəqliyyatının  üzərinə  düĢmüĢ,  tarixi  dəmir  yolu  xətti  isə  regional  və  tranzit 
daĢınmalardan  kənarda  qalmıĢdır.  Ona  görə  də  Bakı-Tbilisi-Qars  dəmir  yolu 
xətti  layihəsi  ilə  bağlı  növbəti  plan  Qarsdan  Naxçıvana  ayrıca  bir  dəmir  yolu 
qolunun  çəkilməsini  də  aktual  bir  məsələyə  çevirir.  Bakı-Tbilisi-Qars  dəmir 
yolu  xəttinin  iĢə  düĢməsi  Azərbaycan  iqtisadiyyatına  o  cümlədən  Muxtar 
Respublika iqtisadiyyatına öz müsbət təsirini göstərəcəkdir. 
 
Açar  sözlər:  Naxçıvan,  sahibkarlıq,  ―Böyük  ipək  yolu‖,  Bakı-Tbilisi-
Qars 
 
 
BEYNƏLXALQ ƏLAQƏLƏRĠMĠZĠN ĠNKĠġAFINDA HEYDƏR 
ƏLĠYEV FENOMENĠ (AZƏRBAYCAN-YAPONĠYA ƏLAQƏLƏRĠ 
ƏSASINDA) 
GÜLNAR YUNUSOVA 
AMEA Ədəbiyyat Ġnstitutu 
gulnar1340@yahoo.com.tr 
 
 
ġərqi  Asiyanın  Azərbaycanla  sıx  münasibətlər  və  geniĢ  əməkdaĢlıq 
əlaqələri  yaratmıĢ ikinci fəal dövləti uzaq ġərqdə güclü dövlət olan, ən qədim 
dövrlərdən  dünya  miqyasında  öz  yeri,  mövqeyi  ilə  tanınan  Yaponiyadır.  Ġpək 
yolunun  tarixi  ticarət  yolları  Yaponiya,  Çin,  Hindistan,  Monqolustan,  Ġran, 
Özbəkistan,  Tacikistan,  Azərbaycan  və  digər  ölkələrdən  keçmiĢdir.    Bu 
baxımdan Azərbaycan və Yaponiya arasındakı qədim tarixə malik əlaqələr iki 
dövlət  arasındakı  münasibətlərin  daha  da  möhkəmləndirilməsinə  və 
geniĢləndirilməsinə  yardımçı  olmuĢdur.  Uzun  müddət  Yaponiya  ilə  gərgin 

Beynəlxalq  İpək Yolu  
 
 
40 
münasibətləri  olan  SSRĠ,  nəhayət,  1956-cı  ilin  oktyabrında  bu  ölkə  ilə 
diplomatik  münasibətlər  yaratdı.  Həmin  münasibətlərin  müxtəlif  sahələr  üzrə 
bərpasını  təzahür  etdirən  birgə  bəyannamə  imzalandı  ki,  bu  bəyannamə 
Azərbaycan-Yaponiya  əlaqələrinin  dirçəldilməsinə  əhəmiyyətli  dərəcədə  təsir   
göstərdi. 
 
Azərbaycan  Respublikası  müstəqillik  əldə  etdikdən  sonra  Yaponiya 
dövlətimizlə  əməkdaĢlığa  baĢlayan  ilk  dövlətlərdən  biri  olmuĢdur.  Yaponiya 
Azərbaycan Respublikasının müstəqilliyini 28 dekabr 1991-ci ildə tanımıĢ, iki 
ölkə  arasında  diplomatik  əlaqələr  isə  7  sentyabr  1992-ci  ildə  qurulmuĢdur. 
Xalqımızın  ümummilli  lideri Heydər Əliyevin Yaponiyaya ilk rəsmi səfəri iki 
dövlət  arasındakı  əlaqələrin  demokratik  prinsiplər  əsasında  yenidən 
qurulmasına  önəmli  töhfə  vermiĢdir.  Azərbaycan  Prezidenti  Heydər  Əliyev 
Yaponiyanın  BaĢ  naziri  Ryutaro  HaĢimotonun  dəvəti  ilə  24-28  fevral  1998-ci 
ildə Yaponiyada ilk dəfə rəsmi səfərdə olmuĢdur. Yaponiyanın Tokio və Kioto 
Ģəhərlərini əhatə edən səfər çərçivəsində Azərbaycan Prezidenti Heydər Əliyev 
bu ölkənin imperatoru əlahəzrət Akihito, baĢ nazir HaĢimoto, hökumətin bir çox 
üzvləri,  o  cümlədən  bu  ölkənin  çoxsaylı  investorları,  iĢ  adamları  ilə  görüĢüb 
danıĢıqlar aparmıĢdır. 
Məruzədə  ulu  öndərimizin  tarixi  hadisə  kimi  qiymətləndirilən 
sözügedən  səfərinin  təfsilatları,  bu  səfər  zamanı  imzalanmıĢ  yeddi  əsas  sənəd 
geniĢ  Ģəkildə  iĢıqlandırılacaqdır.  Məhz  bu  səfər  nəticəsində  ölkələrimiz 
arasındakı  ikitərəfli  münasibətlərin  siyasi,  iqtisadi,  mədəni  və  digər  sahələrdə 
qarĢılıqlı maraq əsasında inkiĢaf etdiyi göstəriləcəkdir.  
 
Açar sözlər: Azərbaycan, Azərbaycan-Yaponiya əlaqələri, əməkdaĢlıq, 
beynəlxalq aləm 
 
 
NAXÇIVAN ġƏHƏRĠNĠN ĠPƏK YOLU ĠLƏ ĠQTĠSADĠ-MƏDƏNĠ 
ƏLAQƏLƏRĠ 
NURLANƏ BEYBUDOVA 
Naxçıvan Dövlət Universiteti 
nurlana.89@bk.ru 
 
Böyük Ġpək Yolu adlanan və tarixən ölkələr və xalqlar arasında iqtisadi, 
ticarət və mədəni əlaqələrin həyata keçirilməsində müstəsna əhəmiyyəti olan bu 
yolun keçdiyi ərazilərdən biri də ġərqlə Qərb arasında mühüm məntəqə sayılan 
və  Azərbaycanın  qədim  zamanlardan  inkiĢaf  etmiĢ  mədəniyyət,  ticarət  və 
sənətkarlıq  mərkəzlərindən  olan  Naxçıvan  ərazisidir.  Yaxın  ġərqin  ticarət 
mərkəzləri  ilə  Cənubi  Qafqazı,  Orta  Asiyanı  və  Uzaq  ġərq  ölkələrini 
əlaqələndirən  əsas  karvan  yollarından  biri  Naxçıvan  ərazisindən  keçmiĢdir. 
Naxçıvan bölgəsi nəinki Azərbaycan, eləcə də Cənubi Qafqaz üçün çox mühüm 

Tezislər 
 
41 
coğrafi-strateji  mövqedə  yerləĢən  ərazidir.  Bunu  vaxtilə  bu  ərazidən  keçən 
beynəlxalq ticarət yollarının aktiv fəaliyyəti ilə daha aydın izah etmək olar.  
Tədqiqatlar  və  hazırki  zamanda  yerləĢdikləri  coğrafi  mövqe  də  təsdiq 
edir  ki,  bu  Ģəhərlər,  əsasən,  ərazidən  keçən  mühüm  ticarət  yollarının  üzərində 
yerləĢmiĢlər.  Bu  Ģəhərlərin  bəzisi  yarandıqdan  sonra  ticarət  və  sənətkarlıq 
mərkəzinə  çevrilsə  də,  bəzilərinin  yaranmasında  Ģəhərin  salındığı  ərazidən 
keçən ticarət yollarının mühüm rolu olmuĢdur. Qədim və orta əsr müəlliflərinin 
əsərlərində  verilən  məlumatlar  da  təsdiq  edirlər  ki,  Ģəhərlər,  əsasən,  ərazidən 
keçən ticarət yollarının üzərində salınmıĢ, ticarət və sənətkarlıq mərkəzləri kimi 
inkiĢaf etmiĢlər.  
Bu  yol  üzərində  yerləĢən  yaĢayıĢ  yerləri və qəbir abidələrində aparılan 
arxeoloji qazıntılar zamanı külli miqdarda baĢqa ölkələrdən gətirilən avadanlıq 
(pullar,  bəzək  əĢyaları,  silahlar,  möhürlər,  metal  və  gil  qablar,  fil  sümüyü  və 
rəngli daĢlardan hazırlanan fiqurlar və sair) tapılmıĢdır.  
Ticarət  yolları  üzərində  daĢınan  mallar  dəyərinə  görə  müxtəlif 
əmtəələrin  adı  ilə  simvolizə  olunurdu.  Tarixi  mənbələrdə  ―ipək‖,  ―çay‖, 
―baharat‖,  ―ətriyyat‖,  ―ĢüĢə‖,  ―Həcc‖  yolu  və  sair  kimi  adlandırılan  karvan 
yolunun ən iĢlək qollarından biri uzun müddət ġərq və Qərb ölkələrinin böyük 
maraqla qarĢıladıqları Naxçıvan duzunun da daĢındığı Duz yolu olmuĢdur.  
Naxçıvan sənətkarlarının hazırladıqları zərif parçalar, zinət əĢyaları, incə 
naxıĢlı ağ qablar, keramika məmulatları,  duz, mis, pambıq, taxıl, quru meyvə, 
balıq  və  sair  məhsullar  Azərbaycanın  digər  Ģəhərlərinə,  qonĢu  Cənubi  Qafqaz 
regionlarına  və  Yaxın  ġərq  bazarlarına  aparılırdı.  Naxçıvanın  əlveriĢli  coğrafi 
mövqeyi,  zəngin  təbii  ehtiyatları,  Ģəhərin  əsrlər  boyunca  ölkənin  həyatında 
mühüm  rol  oynaması  ona  yenidən  inkiĢaf  üçün  zəmin  yaratmıĢdır.  Təsadüfi 
deyil  ki,  ġərqin  ən  qədim  Ģəhər  mədəniyyət  mərkəzlərindən  olan  Naxçıvan 
Ģəhərinin yaranmasının baĢlıca amilləri yerli coğrafi, iqtisadi və mədəni zəminlə 
əlaqədar olmuĢdur. 
Naxçıvanda  olan  qədim  tarixi  memarlıq  abidələrimiz  yüksək  zövq  və 
ustalıqla bərpa olunmuĢdur ki, bunların da bir çoxu vaxtilə Böyük Ġpək Yoluna 
xidmət  edən  abidələr  siyahısındadır.  Bunlar  sırasında  Xanəgah  Memarlıq 
Kompleksi,  Naxçıvanın  orta  əsr  körpüləri,  Əlincə  qalası,  Naxçıvanqala 
möhtəĢəmliyi ilə seçilir.  
Naxçıvanda Böyük Ġpək Yoluna birbaĢa xidmət edən bu tarixi abidələrin 
dünya  əhəmiyyətli  abidələr  siyahısına  salınması  elmi  və  məntiqi  baxımdan 
bölgəmizin  daha  geniĢ  Ģəkildə  təbliğinə  Ģərait  yarada  bilər. Naxçıvan  bütün 
tarixi dövrlərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi onun tarixi taleyini 
birgə  yaĢamıĢdır  və   yaĢamaqda  davam  edir.  Erməni  iĢğalları  nəticəsində 
Naxçıvanın  Azərbaycanın  digər  torpaqlarından  ayrı  salınması, 90-cı  illərin 
əvvələrindən   baĢlayaraq  Muxtar   Respublikanın  ermənilər  tərəfindən 
blokadaya  alınması,  onu  böyük  çətinliklərlə  üz-üzə  qoymuĢdur.  Lakin  uzun 

Beynəlxalq  İpək Yolu  
 
 
42 
sürən  ağır  blokada  Ģəraiti  Naxçıvanın  və  naxçıvanlıların  iradəsini  qıra  
bilməmiĢ, əksinə daha da mətinləĢdirmiĢdir.  
Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin