Mülki Müdafiə dinc dövrdə və ya müharibə dövründə əhalini Azərbaycan



Yüklə 21,76 Kb.
səhifə4/7
tarix16.04.2023
ölçüsü21,76 Kb.
#99004
1   2   3   4   5   6   7
Mülki Müdafiə vəzifələri

Mülki Müdafiə üzrə dərəcələr – fəaliyyətdə olan, inşa edilən, yenidən
quraşdırılan və layihələşdirilən vacib sənaye, nəqliyyat, energetika və rabitə
müəssisələrinə; xüsusi konstruktor bürolarına; neft-qaz mədənləri idarələrinə;
dövlət əhəmiyyətli nadir mədəni sərvətlərə malik olan obyektlərə (arxiv,
muzey, kitabxana, şəkil qalereyası); material və ərzaq bazalarına; su kəməri
təsərrüfatına və digər dövlət əhəmiyyətli obyektlərə verilə bilər.
Mülkiyyət formasından asılı olmayaraq sənaye birliklərinə, şirkətlərə,
kombinatlara və digər təsərüfat obyektəlrinə mülki müdafiə üzrə dərəcələr elə
hallarda verilə bilər ki, onların müəssisələri, sexləri və idarəetmə orqanları vahid bir istehsalat sahəsində yerləşmiş olsun.
İqtisadi və digər göstəricilərinə görə mülki müdafiə üzrə dərəcələrə aid edilməsi mümkün olmayan bütün digər müəssisələr və idarələr dərəcəsiz obyektlər adlanır.
Tikinti təşkilatlarına, yeraltı mədən tikintilərinə, inzibati idarələrə, ictimai
təşkilatlara, sanatoriyalara və istirahət evlərinə, teatr, kinoteatr, sirk, kommunalməişət xidməti idarələrinə, kənd təsərrüfatı obyektlərinə, qoruqlara və fəlakətli daşqın zonasında yerləşən bütün obyektlərə mülki müdafiə üzrə dərəcələr verilmir.
Nazirliklərin, komitələrin, baş idarələrin rəhbərləri mülki müdafiə üzrə dərəcələrə aid ediləcək təsərrüfat obyektlərinin siyahısını razılaşdırmaq üçün Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə təqdim edirlər.
İqtisadi İnkişaf Nazirliyi təsərrüfat obyektlərinin razılaşdırılmış ümumi siyahısını
təsdiq etmək üçün Nazirlər Kabinetinə göndərir. Layihələşdirilən obyektlərə mülki müdafiə üzrə dərəcə layihələşdirmə mərhələsində verilir.


Mülki Müdafiə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Azərbaycan Respublikasının Konstitusiyasından, bu qanundan, Azərbaycan
Respublikasının diüər qanunvericilik aktlarından və Azərbaycan

Yüklə 21,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin