Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə92/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   89   90   91   92   93   94   95   96   97
Mülki müdafiə-converted

Ürəyin masaj edilməsi. Ürəyin fəaliyyəti qəflətən dayandıqda dərhal ürəyi masaj 
etməyə başlayırlar. Bu məqsədlə yaralını arxası üstə uzadır, onun sol tərəfində 
dayanıb, əllərin ovucları bir-birinin üstündə olmaqla onları yaralının döş qəfəsinin 
aşağı üçdə bir nahiyəsinə qoyurlar. Sonra dəqiqədə 50-60 cəld ritmik təkanla sinəni 
aşağı basır və hər təkandan sonra əlləri yuxarı qaldırırlar ki, döş qəfəsi qalxıb düzələ 
bilsin. Təkan zamanı döş qəfəsi ən azı 3-4 sm aşağı basılmalıdır. 
Tənəffüsün kəsilməsi ilə bir vaxtda ürəyin fəaliyyəti dayanarsa, eyni zamanda süni 
tənəffes verir və ürəyi masaj edirlər. 


Donvurma, elektrik zədələnmələri, suda boğulma, günvurma zamanı, zəhərli 
həşərat dişləyərkən ilk tibbi yardım 
Donvurma. Donvurma – güclü soyuqdan orqanizm toxumalarının zədələnməsinə 
deyilir. 
Ayaqlar və əllər donvurmaya daha tez məruz qalır. Hətta 0°C-dən yuxarı olan 
temperaturda, tez - tez dəyişən mülayim havada donvurma baş verə bilər. Soyuq 
havada, qarda, yağışda, dar ayaqqabıda uzun müddət hərəkətsiz qalmaq, habelə fiziki 
və psixoloji yorğunluq, orqanizmin zəifləməsi, qan itirmə və əvvəllər baş vermiş 
donma halları da tez donvurmaya səbəb olur. Donvurma zamanı toxumalar dərhal 
zədələnmir. Əvvəlcə soyuğun təsirindən dəri avazıyır və həssaslığını itirir. 
Zədələnmənin həqiqi dərinliyini və sahəsini ancaq soyuğun təsiri kəsiləndən sonra
bəzən isə bir neçə gündən sora təyin etmək mümkün olur. 
İlk tibbi yardım göstərərkən zədələnmiş şəxsi isti otaqda yerləşdirir, əgər buna 
imkan yoxdursa, onu çöldə soyuqdan mühafizə edirlər. Əgər hələ toxumalarda 
dəyişiklik baş verməyibsə, donvurmuş sahələrə spirt və ya ətir çəkir, sonra təmiz quru 
əllə donmuş yeri dəri qızaranadək ehtiyatla sürtürlər. Zərər çəkmiş adamı isindirmək 
üçün ona isti çay və ya qəhvə içirdirlər. Əgər imkan varsa, güclü soyuq vurmuş 
adamı isti su vannasına salırlar. 
Zərər çəkmiş adamın toxumalarında dəyişmələr baş verən hallarda (bu, 2, 3, 4-cü 
dərəcəli donvurma zamanı olur) dərinin zədələnmiş səthinə spirt sürtür və steril sarğı 
qoyurlar. Donvurma halında dərinin zədələnmiş səthini qarla sürtmək məsləhət 
görülmür. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin