Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Fəsil-I. Mülki müdafiənin və fövqəladə hadisələrin mahiyyəti



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə15/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   11   12   13   14   15   16   17   18   ...   97
Mülki müdafiə-converted

Fəsil-I. Mülki müdafiənin və fövqəladə hadisələrin mahiyyəti 
 
§3. Mülki Müdafiə qərargahlarında (MMQ) işin təşkili 
 
Mülki Müdafiə qərargahlarının ümumi vəzifələri, onların təşkili və 
quruluşu 
Azərbaycan Respublikasının Mülki Müdafiə sistemi qarşısında bir sıra mühüm 
vəzifələr durur. Bu vəzifələri həyata keçirmək üçün, Respublikanın nazirliklərində, 
komitələrində, baş idarələrində, təsərrüfat obyektlərində, tədris müəssələrində və s. 
Mülki Müdafiə qərargahları yaradılır.
Mülki Müdafiə qərargahları Mülki Müdafiənin əsas idarəetmə orqanı olub, 
Mülki Müdafiə üzrə tədbirlər planını hazırlayır. Qərargahlar həmçinin nəqliyyat, yol-
körpü, yanğından mühafizə, hidrometeoroloji, maddi - texniki təminatı, inzibati 
təsərrüfat və komendant xidmətini, gizli idarəetmə işlərini və s. təşkil edir. 
Mülki Müdafiə qərargahları aşağıdakı kimi təşkil edilir: 
- Azərbaycan Respublikası Fovqəladə Hallar Nazirliyinin tərkibində Mülki 
Müdafiə qoşunlarının komandanlığı, Mülki Müdafiənin Təşkili Baş İdarəsi 
və onun qoşun hissələri; 
- Nazirliklərin, Dövlət Komitələrinin, Baş İdarələrin Mülki Müdafiə 
qərargahları; 


- Şəhər (rayon) İcra Hakimiyyəti başçılarının aparatı nəzdində Mülki Müdafiə 
qərargahları; 
- Birliyin, idarənin, təşkilatın, müəssisənin və təsərrüfat obyektinin nəzdində 
Mülki Müdafiə qərargahları; 
- Yerlərdə – idarənin müvafiq şöbəsi, bölməsi, xidməti, qrupu hüququna malik 
Mülki Müdafiə qərargahları. 
Regional şöbələr bilavasitə Mülki Müdafiənin təşkili baş idarəsinin rəisinə 
tabedirlər və bütün inzibati rayonları əhatə edən müvafiq zonalarda (Bakı, Sumqayıt, 
Gəncə, Mingəçevir, Şirvan, Ağdam, Cəbrayıl, Şamaxı, Lənkəran və Naxçıvan) Mülki 
Müdafiə orqanlarının fəaliyyətini əlaqələndirir və ona nəzarət edirlər. 
Kənd rayonlarının Mülki Müdafiə qərargahları əlavə olaraq kənd təsərrüfatı 
heyvanlarının, bitkilərinin, bitkiçilik və heyvandarlıq məhsullarının, ərzaq 
xammalının və yemlərin radioaktiv, kimyəvi və bakterioloji zəhərlənmələrdən 
müdafiəsi üzrə tədbirləri müəyyənləşdirir, planlaşdırır və həyata keçirilməsinə 
nəzarət edirlər. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin