Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Fəsil-I. Mülki müdafiənin və fövqəladə hadisələrin mahiyyəti



Yüklə 0,73 Mb.
səhifə14/90
tarix19.12.2023
ölçüsü0,73 Mb.
#185307
1   ...   10   11   12   13   14   15   16   17   ...   90
Mülki müdafiə-converted

Fəsil-I. Mülki müdafiənin və fövqəladə hadisələrin mahiyyəti
§3. Mülki Müdafiə qərargahlarında (MMQ) işin təşkili
Mülki Müdafiə qərargahlarının ümumi vəzifələri, onların təşkili və quruluşu
Azərbaycan Respublikasının Mülki Müdafiə sistemi qarşısında bir sıra mühüm vəzifələr durur. Bu vəzifələri həyata keçirmək üçün, Respublikanın nazirliklərində, komitələrində, baş idarələrində, təsərrüfat obyektlərində, tədris müəssələrində və s. Mülki Müdafiə qərargahları yaradılır.
Mülki Müdafiə qərargahları Mülki Müdafiənin əsas idarəetmə orqanı olub, Mülki Müdafiə üzrə tədbirlər planını hazırlayır. Qərargahlar həmçinin nəqliyyat, yolkörpü, yanğından mühafizə, hidrometeoroloji, maddi - texniki təminatı, inzibati təsərrüfat və komendant xidmətini, gizli idarəetmə işlərini və s. təşkil edir.
Mülki Müdafiə qərargahları aşağıdakı kimi təşkil edilir:

  • Azərbaycan Respublikası Fovqəladə Hallar Nazirliyinin tərkibində Mülki Müdafiə qoşunlarının komandanlığı, Mülki Müdafiənin Təşkili Baş İdarəsi və onun qoşun hissələri;

  • Nazirliklərin, Dövlət Komitələrinin, Baş İdarələrin Mülki Müdafiə qərargahları;

  • Şəhər (rayon) İcra Hakimiyyəti başçılarının aparatı nəzdində Mülki Müdafiə qərargahları;

  • Birliyin, idarənin, təşkilatın, müəssisənin və təsərrüfat obyektinin nəzdində Mülki Müdafiə qərargahları;

  • Yerlərdə – idarənin müvafiq şöbəsi, bölməsi, xidməti, qrupu hüququna malik Mülki Müdafiə qərargahları.

Regional şöbələr bilavasitə Mülki Müdafiənin təşkili baş idarəsinin rəisinə tabedirlər və bütün inzibati rayonları əhatə edən müvafiq zonalarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Ağdam, Cəbrayıl, Şamaxı, Lənkəran və Naxçıvan) Mülki Müdafiə orqanlarının fəaliyyətini əlaqələndirir və ona nəzarət edirlər.
Kənd rayonlarının Mülki Müdafiə qərargahları əlavə olaraq kənd təsərrüfatı heyvanlarının, bitkilərinin, bitkiçilik və heyvandarlıq məhsullarının, ərzaq xammalının və yemlərin radioaktiv, kimyəvi və bakterioloji zəhərlənmələrdən müdafiəsi üzrə tədbirləri müəyyənləşdirir, planlaşdırır və həyata keçirilməsinə nəzarət edirlər.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin