Mülki müdafiə – dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Mülki müdafiə sistemi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə15/80
tarix12.01.2023
ölçüsü1,21 Mb.
#79054
1   ...   11   12   13   14   15   16   17   18   ...   80
mulki mudafie 1-60 esas

 
Hərbi xaraterli fövqəladə hallar 
Hərdi xarakterli FH-lar, əsasən, kütləvi qırğın silahlarının tətbiqi nəticəsində yaranır. Kütləvi qırğın 
silahlarına nüvə silahı, kimyəvi və bakterioloji (bioloji) silahlar aiddir. 
 
15.Nüvə silahı 
Nüvə silahı zəncirvari reaksiyalarda izotopların nüvələrinin çevrilməsi nəticəsində ayrılan enerjiyə əsaslanan 
kütləvi qırğın silahıdır. Enerji nüvələrin bölünmə və sintez reaksiyalarında ayrılır.
İstifadə olunan nüvə yanacağının növündən asılı olaraq, nüvə silahlarını aşağıdakı növlərə bölürlər:


12
1. Bölünmə reaksiyasına əsaslanan nüvə silahları (atom silahları).
Nüvə bölünmə reaksiyasına əsaslanan nüvə silahlarında nüvə yanacağı kimi uran-235, uran-233 və 
plutonium-239 izotoplarından istifadə edilir.
2. Bölünmə-sintez reaksiyasına əsaslanan nüvə silahları (termonüvə silahları). 
Sintez reaksiyalarında hidrogen izotoplarından (deyterium və tritium) və digər yüngül elementlərdən
istifadə olunur.
3. Bölünmə-sintez-bölünmə reaksiyasına əsaslanan nüvə silahları (kombinə olunmuş nüvə silahları). 
Bölünmə-sintez-bölünmə reaksiyasına əsaslanan nüvə silahlarında termonüvə yanacağının gövdəsi U-238 
izotopundan (təbii urandan) hazırlanır və bu zaman bölünmə və sintez reaksiyalarında yaranan sürətli neytronların 
təsirindən U-238 izotopunun bölünməsi baş verir.Uran-238-in parçalanmasında ayrılan enerjinin hesabına partlayı-
şın gücü 2-5 dəfə, parçalanma məhsullarının hesabına isə yerin radioaktiv zəhərlənmə dərəcəsi isə 5-10 dəfə artır.
4. Əsasını sintez reaksiyası təşkil edən nüvə silahları (neytron silahları). 
Nüvə sursatlarının gücü 
ayrılan enerjinin miqdarı ilə təyin edilir və trotil ekvivalenti ilə ifadə olunur.
Trotil ekvivalenti - trotilin elə miqdarıdır ki, onun partlayışının enerjisi göstərilən nüvə partlayışının 
enerjisinə bərabərdir. 
Nüvə sursatları güclərinə görə 5 qrupa bölünürlər: 
1. Ən kiçik güclü – gücü 1kt-dan az olan sursatlar. 
2. Kiçik güclü – gücü 1-10 kt olan sursatlar. 
3. Orta güclü – gücü 10-100 kt olan sursatlar. 
4. Böyük güclü – gücü 100 kt-dan 1Mt-a qədər olan sursatlar.
5. Çox böyük güclü – gücü 1Mt-dan çox olan sursatlar. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin