Mühazirələr konspekti


NOT (YOX) məntiq elementi



Yüklə 1,3 Mb.
səhifə5/32
tarix31.12.2021
ölçüsü1,3 Mb.
#49948
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   32
C fakepathAvtomatla d rma texnikas n n saslar

1. NOT (YOX) məntiq elementi.

NOT məntiq elementi bir girişə və bir çıxışa malikdir. Giriş siqnalı üzərində inversləmə əməliyyatını yerinə yetirir, yəni çıxış girişin inversinə bərabərdir.

Beynəlxalq standartda və komputerdə elementin işarəsi uyğun olaraq a) və b) variantlarında olduğu kimidir:

Elementin doğruluq cədvəli isə aşağıdakı kimidir:

Aşağıdakı sxemə nəzər salaq:

Ə gər olarsa, bu halda açar açıqdır, buna görə də çıxış dövrəsinin potensialı qida gərginliyinəbərabərdir:

Tranzistorun açar sxemi də NOT məntiq elementinin funksiyasını yerinə yetirə bilər:

NOT məntiq elementinin zaman diaqramı isə qrafikdə əks oldunduğu kimidir.

Texnikada çıxma əməliyyatını yerinə yetirmək üçün çıxılanın əks qiymətini toplama əməli kimi yerinə yetirmək lazımdır. Bunu NOT məntiq əməliyyatının köməyilə etmək olar. Çıxma əməliyyatını yerinə yetirmək üçün çıxılanın əvvəlcə əks kodu daha sonra isə əlavə kodu alınmalıdır. Məsələn, eyniliyində bunu yoxlayaq.

4 rəqəminin ikilik kodlarda düz kodu kimidir. Əks kodu almaq üçün hər bir səviyyəni NOT elementinə uyğun olaraq inversləmək lazımdır:



Beləliklə, alınan əks kod - kimi olacaqdır. Əlavə kodu almaq üçün isə əks kodun üzərinə 1 əlavə olunur:



Əlavə kodu aldıqdan sonra onu verilmiş rəqəmin ikilik kodu ilə toplama əməlinə uyğun toplamaq lazımdır.

2. YES (bufer- təkrarlayıcı) məntiq elementi.

YES məntiq elementi bir girişə və bir çıxışa malik olub, çıxış siqnalı giriş siqnalını təkrarlayır. Elementin Beynəlxalq standartda və komputerdə işarəsi uyğun olaraq a) və b) variantlarında olduğu kimidir:

E lementin doğruluq cədvəli isə aşağıdakı kimidir:

YES məntiq elementləri 2 variantda hazırlanır:

1. İdarə olunmayan buferlər – bu elementlər ünvan şinlərində - ÜŞ(AB) və idarə şinlərində - İŞ(CB) istifadə olunurlar.

2 . İdarı olunan buferlər – bu elementlər isə verilənlər şinində - VŞ(DB) istifadə olunurlar və işarələri aşağıdakı kimidir:

YES məntiq elementinin elektronikasına baxsaq onun emitter təkrarlayıcısından ibarət olduğunu görərik.

YES məntiq elementinin zaman diaqramı isə qrafikdə əks olunduğu kimidir.

3. OR (VƏ YA) məntiq elementi.

OR məntiq elementi ən az 2 girişə malik olubgiriş siqnalları üzərində məntiqi toplama (dizyunksiya, üst – üstə düşmə, giriş siqnalının aşağı səviyyəsinə görə sinxronlaşdırma) əməliyyatını yerinə yetirir. Elementin Beynəlxalq standartda və komputer işarəsi uyöun olaraq a) və b) variantlarında olduğu kimidir:



Elementin doğruluq cədvəli isə aşağıdakı kimidir:


OR məntiq elementində artıq qalan girişlər ya öz aralarında biri digəri iləbirləşdirilir, ya da onlara “0” potensialı verilir.





OR məntiq elementinin funksiyasını şəkildə göstərilmiş diod sxemi yerinə yetirə bilər.

Əgər elementlərdə işarəsi olarsa belə inteqral mikrosxemlər 3 vəziyyətli,⍚ işarəsi olarsa belə inteqaral mikrosxemlər açıq kollektorlu inteqral mikrosxemlər adlanır.

Elementin zaman diaqramı qrafikdə əks oldunduğu kimidir. OR məntiq elementinin zaman diaqramında “0” siqnallarının üst – üstə düşdükləri hallarda sinxronlaşdırma əməliyyatı yerinə yetirilmiş olur.

4. AND (VƏ) məntiq elementi.

AND məntiq elementi ən azı 2 girişə malik olub giriş siqnalları üzərində məntiqi vurma (konyuksiya, üst – üstə düşmə, giriş siqnallarının yüksək səviyyəsinə görə sinxronlaşdırma) əməliyyatını yerinə yetirir. Elementin Beynəlxalq standartda və komputerdə işarəsi uyğun olaraq a) və b) variantlarında olduğu kimidir:

Elementin doğruluq cədvəli isə aşağıdakı kimidir:

P raktiki sxemlərdə AND elementinin artlq qalan girişləri ya öz aralarında qısa qapadılır, ya da onlar məntiqi “1” səviyyəsinə birləşdirilir.

Diodlar əsasında qurulmuş bu sxem AND məntiq elementinin funksiyasını yerinə yetirir. Şəkildən də göründüyü kimi diodların bu funksiyanı yerinə yetirmələri üçün onlar dövrəyə əks qoşulmuşdur.

Ç oxemitterli tranzistor əsasında qurulmuş aşağıdakı sxem də AND məntiq elementinin funksiyasını yerinə yetirə bilər:

K – MOS texnologiyalarında məntiqi “1” – i artıq qalan girişlərə birbaşa qida mənbəyindən vermək olar. Əgər mikrosxem TTL texnologiyasındadırsa, onda artıq qalan girişlər qida dövrəsinə 1kOm – luq müqavimətlə qoşulur. Bir neçə giriş artıq qalarsa onların hamısı 1kOm – luq müqavimətlə qida dövrəsinə qoşula bilər.

AND məntiq elementinin zaman diaqramı isə qrafikdə əks olunduğu kimidir.

Mürəkkəb məntiq elementləri 2 və daha artıq məntiq funksiyasını yerinə yetirməklə qurğularda işlədilən elementlərin sayını və elementlərarası birləşmələrin sayını azaltmağa, beləliklə daha etibarlı və qiyməti daga ucuz olan qurğular layihələndirməyə imkan verir.


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin