Mühazirəçi: Magistr M. A. Babayeva MÜhaziRƏNİn plani adi beton və onun xassələri


Cədvəl 6.5. Beton qarışığının su tələbatı



Yüklə 0,68 Mb.
səhifə13/25
tarix15.04.2023
ölçüsü0,68 Mb.
#98699
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   25
Betonlar

Cədvəl 6.5. Beton qarışığının su tələbatı



Beton qarışığının

Doldurucuların mm-lə ən böyük iriliyinə (D)
uyğun suyun miqdarı, l

plastikliyi, sm

bərkliyi, san.

Çınqıl

Qırmadaş

10

20

40

70

10

20

40

70



31

150

135

125

120

160

150

135

130



3021

160

145

130

125

170

160

145

140



2031

165

150

135

130

175

165

150

145



105

175

160

145

140

185

175

160

155

14



190

175

160

155

200

190

175

170

59



200

185

170

165

210

200

185

180

1012



215

205

190

180

225

215

200

190

1216



220

210

205

185

230

220

215

195

Qeyd: 1. Cədvəldəki suyun miqdarı xəmirinin normal qatılığı 26-28 % olan portland­­­sementdən və irilik modulu Mi = 2,0 olan qumdan hazırlanan beton qarışığı üçün tərtib edilmişdir


2. Sement xəmirinin normal qatılığının hər azalan faizi üçün suyun miqdarı 3-5 l azaldılır, hər artan faizi üçün isə 3-5 l artırılır.
3.Qumun irilik modulunun hər azalan 0,5 qiyməti üçün suyun miqdarı 3-5 artırılır, hər artan 0,5 qiyməti üçün isə 3-5 l azaldılır.

Sementin miqdarının təyini. Sement-su nisbətinə və suyun miqdarına əsasən 1 m3 betona sərf olunan sementin miqdarı aşağı­da­kı düsturla hesablanır:



1 m3 beton üçün hesablanmış sementin miqdarı konstruk­si­yanın növünə görə müəyyən edilmiş sementin miqdarından az ol­ma­malıdır. Əgər sementin hesablanmış qiyməti yol verilən qiy­mət­dən az olarsa, onda sementin miqdarı normaya çatdırılır, ya da na­rın üyüdülmüş əlavələr qatılır.
Doldurucuların miqdarının təyini. Qumun və çınqılın (qır­ma­daşın) miqdarını təyin etmək üçün iki şərtdən istifadə edilir:
1) betona sərf olunan materialların mütləq həcmləri cəmi­nin 1 m3 (1000 l) sıxlaşdırılmış beton qarışığına bəra­bər­dir:

burada Sem, Su, Q, İ.D  1 m3 beton qarışığında sementin, suyun, qumun və iri doldurucunun (çınqılın yaxud qırmadaşın) miqdarı, kq; sem, su, q, i.d  se­men­tin, suyun, qumun, iri doldurucunun həqiqi sıxlıqlarıdır, kq/m3.
2) sement-qum məhlulu iri doldurucu dənələrini bir qədər ayırmaqla onların boşluqlarını doldurur:

burada vb  iri doldurucunun boşluğu (düstura nisbi qiyməti qoyulur);  iri dol­du­rucu dənələrinin ayrılma əmsalıdır. Bərk beton qarışığı üçün = 1,05  1,20, axarlı beton qarışığı üçün isə = 1,2  1,4; .D  iri doldurucunun tökmə sıxlı- ğ­ıdır, kq/m3.
Yuxarıda qeyd edilən iki bərabərliyi birlikdə həll edərək, iri doldurucunun miqdarını tapırıq:
.
İri doldurucunun miqdarını təyin etdikdən sonra 1 m3 be­to­na sərf olunan qumun kq-la miqdarı, betonun mütləq həcmi ilə se­ment, su və iri doldurucu həcmləri cəminin fərqi kimi müəyyən edi­lir:

 Beton qarışığının axarlığının yoxlanması. Beton tərkibini he­sabladıqdan sonra sınaq yoğuruşu hazırlanır və beton qa­rı­şı­ğı­nın axarlığı (konusun çökməsi) yaxud bərkliyi təyin edilir. Beton qa­rışığının axarlığı az alınarsa sement-su nisbətini dəyişmədən se­ment və suyun miqdarını müəyyən qədər artırırlar. Axarlıq tələb olu­nandan çox olarsa, kiçik hissələrlə qum və iri doldurucu əlavə edi­lir (qum-iri doldurucu nisbətini sabit saxlamaq şərti ilə).
Betonun hesablanmış tərkibinin dəqiqləşdirilməsi. Sınaq yo­­­ğuruşu hazırlamaqla betonun hesablanmış tərkibi dəqiqləş­di­ri­lir. Bunun üçün sement-su nisbətinin üç müxtəlif qiymətinə uyğun be­ton qarışığı hazırlanır. Qarışıqların birində sement-su nisbətinin qiy­məti hesablanmış qiymətə bərabər, digər iki qarışıqda isə he­sab­lanmış qiymətdən 1020% çox və az olmaqla götürülür. Se­ment-su nisbəti hesablanmış qiymətə bərabər olmayan betonlar üçün se­mentin, suyun, qumun və iri doldurucunun miqdarları yu­xa­rıda gös­tərilən hesablama yolu ilə müəyyən edilir. Alınmış qa­rı­şıq­ların hər birindən 150150150 mm ölçülü kub nümunələr ha­zır­lanır və nor­mal şəraitdə 28 gün saxlanıldıqdan sonra sınanılır.
Sınaq nəticələrinə əsasən betonun möhkəmliyinin sement-su nisbətindən olan asılılıq qrafiki qurulur və bu qrafik vasitəsilə tələb olunan markalı (sinifli) beton alınmasını təmin edən sement-su nisbətinin qiyməti seçilir.
 Beton qarışığının nominal tərkibinin istehsalat tərkibinə çevrilməsi. Be­ton tərkibini hesabladıqda materiallar quru halda nə­zər­də tutu­lur. Lakin istehsalatda materiallar (sementdən başqa) müəy­yən nəm­liyə malik olur. Odur ki, nominal tərkibdən is­teh­sa­lat tərki­bi­nə keçmək üçün doldurucuların nəmliyinə müvafiq on­lar­dakı su­yun miqdarı tapılır, tapılmış suyun miqdarını betonun no­minal tər­kibi üçün müəyyən edilmiş suyun miqdarından çıxırlar. Dol­du­ru­cuların miqdarını isə onların nəmliklərinə uyğun artı­rır­lar. Son nə­ticədə betonun nominal və istehsalat tərkiblərinin küt­lə­lə­rinin cə­mi bərabər olmalıdır.
 Betonun çıxımı. Beton qarışığını qarışdıran zaman qum iri dənələr arasındakı boşluqları, sement hissəcikləri isə qumun də­nə­ləri arasındakı boşluqları doldurur. Buna görə beton qarışığının həc­mi (Vb.q) istifadə olunan materialların həcmləri cəmindən az ola­caqdır.
Beton qarışığı həcminin onu təşkil edən materialların (su­dan başqa) həcmləri cəminə olan nisbətinə betonun çıxım əmsalı deyilir:

Burada Vsem, VqVİ.D  sementin, qumun və iri doldurucunun tökmə həcmləridir. Vsem = Sem/tsem, Vq = Q/tqVİ.D = İ.D/ti.D.
Çıxım əmsalının qiyməti betonun tərkibindən və onda istifadə olunan materialların xassələrindən asılı olaraq 0,55-dən 0,75-ə qədər dəyişir.
Çıxım əmsalının () qiymətindən istifadə edərək tutumu V olan betonqarışdırıcının bir yoğuruşuna işlənən materialların sərfi hesablanır:

burada SemV, SuV, QVİ.DV  tutumu V olan betonqarışdırıcının bir yoğuruşuna sərf olunan sement, su, qum və iri doldurucunun miqdarı, kq; Sem, Su, Qİ.D  1 m3 beton qarışığına sərf olunan sement, su, qum və iri dol­du­ru­cu­nun miqdarı, kq;  çıxım əmsalıdır.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin