Mühazirə qeydləri mba proqramı, Azərbaycan Universiteti, Bakı 2013


“MENECMENT İQTİSADİYYATI”NIN ÖRƏNDİYİ ƏSAS MƏSƏLƏLƏR



Yüklə 1,57 Mb.
səhifə2/5
tarix04.04.2023
ölçüsü1,57 Mb.
#93225
növüMühazirə
1   2   3   4   5
1-menecment-iqtisadiyyatinin-predmeti-ve-metodlari

“MENECMENT İQTİSADİYYATI”NIN ÖRƏNDİYİ ƏSAS MƏSƏLƏLƏR

    • Biznes qərar qəbulu prosesinin ardıcıl olaraq aşağıdakı məsələləri:
  • Həll edilməli problem varmı?
  • Həyata keçirilə biləcək strategiyalar və ya fəaliyyət istiqamətləri baxımından problemin həlli və ya həlləri varmı?
  • Bu strategiyalar üçün hansı hədəfi və ya hədəfləri müəyyən etmək olar?
  • Hər hansı strategiyanın reallaşdırılması baxımından hansı məhdudiyyətlər mövcuddur?
  • Problemin həlləri kimi strategiyaları necə müəyyən edə bilərik?
  • Bu strategiyaları, xüsusilə də onlar həyat və sağlamlıq məsələlərini əhatə etdikləri zaman, gəlirlər və xərclər baxımından necə qiymətləndirə bilərik?
  • Müvafiq verilənlərin ölçülməsinin ən yaxşı yolu hansıdır?
  • Təhlilimizdə hansı fərziyyələri irəli sürə bilərik?
  • Gələcəkdə risq və qeyri-müəyyənlik problemi və strategiyaların effektlərinin öhdəsindən necə gələ bilərik?
  • Müxtəlif ölkələr, istehlakçılar və istehsalçılar arasında mənafe konfliktləri problemlərinə necə yanaşa bilərik?
  • Müxtəlif mümkün fəaliyyət istiqamətləri arasından strategiyaları seçmək üçün hansı kriteriyadan istifadə edə bilərik?
  • Təcrübədə qərar qəbulu prosesinə siyasi meyllər və gündəliklər necə təsir göstərir?

“MENECMENT İQTİSADİYYATI”NIN DİGƏR FƏNLƏRLƏ ƏLAQƏSİ

  • Qərar qəbuluna yanaşma kimi “Menecment iqtisadiyyatı” aşağıdakılarla əlaqəlidir:
    • İqtisadi nəzəriyyə
    • Qərar elmləri
    • Biznes funksiyaları

“MENECMENT İQTİSADİYYATI”NIN İQTİSADİ NƏZƏRİYYƏ İLƏ ƏLAQƏSİ

  • “Menecment iqtisadiyyatı” iqtisadi nəzəriyyənin əsas qollarından olan mikroiqtisadiyyatla əlaqəlidir.
  • “Menecment iqtisadiyyatı”ı mikroiqtisadi nəzəriyyənin əsasən aşağıdakı aspektləri ilə sıx bağlıdır:
    • Firma nəzəriyyəsi;
    • İstehlakçı davranışı nəzəriyyəsi (tələb);
    • İstehsal və xərc nəzəriyyəsi (təklif);
    • Qiymət nəzəriyyəsi;
    • Bazarın strukturu və rəqabət nəzəriyyəsi.
  • İki fənn arasında bir başlıca fərq vardır: Mikroiqtisadiyyat deskriptiv, “menecment iqtisadiyyatı” isə preskriptiv yanaşmaya əsaslanır. Başqa sözlə birincisi pozitiv, ikincisi isə normativ iqtisadiyyatdır.

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin