Mühazirə otağı/Cədvəl Otaq 403 cümə 13. 40-16. 30 Konsultasiya vaxtı



Yüklə 27,28 Kb.
tarix01.01.2017
ölçüsü27,28 Kb.
#4341
növüMühazirə

Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

EDU404 Basics of Hygiene and Sanitary

Departament

Təhsil

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

Payız 2012

Fənni tədris edən müəllim (lər)

Pərvanə Baxşəliyeva

E-mail:

parvana.bakhshaliyeva.72@mail.ru.

Telefon:

(050)3563444

Mühazirə otağı/Cədvəl

Otaq 403 cümə 13.40-16.30




Konsultasiya vaxtı




Prerekvizitlər

-

Tədris dili

Azərbaycan

Fənnin növü

(məcburi, seçmə)

Seçmə

Dərsliklər və əlavə ədəbiyyat

M.Tayar”Hijyen ve sanitasyon”(dərslik)

A.M.Bolşakov”Obşaya gigiyena”



Kursun vebsaytı

www.marmara.qov.tr/

Tədris metodları

Mühazirə

x

Qrup müzakirəsi

x

Praktiki tapşırıqlar

x

Praktiki məsələnin təhlili




Digər

x

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı




30

Praktiki məsələ







Fəallıq




5

Davamiyyət




10

Kurs işi (Layihə)




5

Prezentasiya/Qrup müzakirə




5

Final imtahanı




40

Sınaq imtahanı




5

Yekun




100

Kursun təsviri

Bu kursda gigiyenanın ayrı-ayrı sahələri:qida gigiyenası,şəxsi gigiyena,əmək gigiyenası və s.haqqında məlumatlar verilir,mikroorqanizmlərin törətdikləri xəstəliklər və onlardan qorunma yollarından bəhs edilir.

Kursun məqsədləri

Tələbələrə insan sağlamlığı üçün gigiyenanın əhəmiyyətini aşılamaq.

Tədrisin (öyrənmənin) nəticələri

Tədrisin (öyrənmənin) nəticələri (TN) fənnin öyrənilməsinin nəticəsi olaraq tələbələrin nəyi bilməli, nəyi anlamalı və nələri etməyi bacarmaları ilə bağlı gözləntilərin təsviridir. Hər kursun 4-dən 8-ə qədər tədris nəticəsi olmalıdır. Kursun tədris nəticələri müşahidə edilə bilən və ya ölçülə bilən olmalıdır və tədris proqramının qəbul olunmuş tədris nəticələri ilə uyğun gəlməlidir.
Məsələn: Kursun sonunda tələbələr aşağıdakıları edə biləcəklər:

1.Gigiyena və sanitariyanın nə olduğunu izah etmək;

2.Şəxsi gigiyena qaydalarına düzgün əməl etməyi öyrənmək;

3.Qidada və suda olan təhlükələrlə mübarizə aparmağı öyrənmək;

4.Ətraf mühitin qorunmasında yaxından iştirak etmək.

Kursun sonuna yaxın tələbələrin nələri edə biləcəkləri ilə bağlı olan gözləntiləri hər 4-8 tədris nəticəsi üçün xüsusi olaraq qeyd edin. İstifadə üçün tövsiyyə edilən hərəkət fellərinin siyahısı: izah etmək, həll etmək, inkişaf etdirmək, təhlil etmək, davranmaq, nümayiş etdirmək, əsaslandırmaq, ifadə etmək, qiymətləndirmək, tərtib etmək, yaratmaq, planlaşdırmaq, yoxlamaq və s. Hər tədris nəticəsi üçün yalnız bir feldən istifadə edin.

Tədris üsulları və qiymətləndirmə prosesi tədris nəticələri ilə uyğunlaşdırılmalıdır.


Qaydalar (Tədris siyasəti və davranış)

Davamiyyət :

Tələbələrin bütün mühazirə və praktik (laborator) məşğələlərdə iştirakı vacibdir. Yalnız üzrlü səbəb olduqda dekanlıqdan icazə almaq və müəllimi xəbərdar etməklə dərs buraxıla bilər. Fənn üzrə ayrılmış bütün saatların 25 %-dən çoxunda iştirak etməyən tələbə həmin imtahana buraxılmır.


Gecikmə :

Tələbə dərsə 5 dəqiqədən artıq gecikmişdirsə, onun dərs otağına daxil olması və maneçilik törədərək dərsin gedişini pozmasına icazə verilmir.


İmtahanlar :

İmtahanda iştirak etməmə yalnız dekanlığın icazəsi ilə mümkündür. İctimai fəaliyyətlə əlaqədar imtahanlardan yayınma hallarına yol verilmir. İmtahanlar kumulyativ xarakterli olmalıdır. Aralıq və yekun imtahanı mövzuları imtahandan əvvəl tələbələrə verilir. Yekun imtahanda sualların əksəriyyəti aralıq imtahandan sonra keçirilmiş tədris materiallarının əsasında tərtib olunur. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmır. Bununla yanaşı müxtəlif mövzuların mənimsənilmə səviyyəsini, eləcə də tələbənin bilik və qabiliyyətinin ölçülməsi məqsədi ilə əsas bölmələr üzrə yoxlama yazı işləri keçirilə bilər. Müəllimə və dekanlığa qabaqcadan məlumat verilən səbəblərdən yoxlama işində iştirak etməyən tələbə onu növbəti həftədə yaza bilər.


Pozuntu halları :

Aralıq və yekun imtahanlar vaxtı tələbə tərəfindən imtahanın gedişinin və mövcud qaydaların pozulması halları (köçürmə cəhdləri və digər qanunsuz hərəkətlər) qadağandır. Bu qaydaya riayət etməyən tələbənin imtahan işi ləğv olunur və tələbə imtahandan kənarlaşdırılaraq 0 (sıfır) balla qiymətləndirilir.


Tələbənin kursu başa vurması :

Qiymətləndirmə meyarlarına əsasən təqribən 60% və daha artıq bal toplamış tələbələr kursu bitirmiş hesab olunur. Əks halda tələbə bu kursu növbəti semestr yenidən keçməlidir.


Dərslərdə davranış :

Tələbə dərs zamanı müvafiq akademik şəraitin yaradılması üçün mümkün olan hər şeyi etməlidir. İcazəsiz danışığa, lüzumsuz hərəkətlərə və s. qeyri-etik davranışa qətiyyən yol verilmir. Tələbə dərsdə ən fəal şəkildə iştirak etməli, lazım olduqda suallar verməli və müzakirələrdən kənarda qalmamalıdır.


Tədris və Öyrənmə üsulları :

Bu kurs mühazirələr və praktiki məşğələlər (xüsusi ilə bitki nümunələri üzərində aparılan laboratoriya təcrübələri) aparılması yolu ilə tədris olunur. Bu zaman tədris prosesin İKT və multimedia vasitələrindən, həmçinin digər əyani dərs materiallarından istifadə olunur. Tədris materiallarının tələbə tərəfindən fəal şəkildə öyrənilməsi əsas şərtdir. Bunun üçün tədris planına müvafiq müəyyən mövzular üzrə tələbə İKT və multimedia vasitələrindən istifadə etməklə müxtəlif prezentasiyalar təqdim edirlər.




Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix

(planlaşdırılmış)

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar

1

1.
2.

Gigiyena fənni haqqında ümumi məlumat.
Qida gigiyenası.


Səh.2-10

2

3.
4.

Qidalarda ən çox rast gəlinən mikroorqanizmlər.
Mikroorqanizmlərin çoxalmasına səbəb olan faktorlar.


Səh.10-14
Səh.23-28


3

5.
6.

Qida zəhərlənmələri.

Suyun orqanizmdə rolu.Suyun fiziki kimyəvi bioloji xüsusiyyətləri.



Səh.36-39
Səh.45-50


4

7.
8.

Suda olan mikroorqanizmlər.Su ilə yayılan xəstəliklər.

Suyun təmizlənməsi. Çirkab suların təmizlənməsi.



Səh.44-51

Səh.64-65



5

9.

10.


Şəxsi gigiyena.Dəriyə qulluq.
Bədənin ayrı-ayrı hissələrinin gigiyenası.

Səh.82-85

6

11.
12.

Yaşayış yerlərinin gigiyenası.Binaların xarici quruluş xüsusiyyətləri.

Binaların içinin yığilması:zəmin tavan divar qapı pəncərə.



Səh.100-104

7

13.
14.

İş yerinin işıqlandırılması havalandırılması .
Zərərli canlılarla mübarizə.

Səh.99-100

8

15.
16.

Dezinfeksiyaedici maddələr.

Havanın gigiyenası kimyəvi tarkibi.



Səh.169-173

9

17
18.

Hava ilə keçən infeksiyalar.
Müzakirə.

Səh.34-36

10

19.
20.

Aralıq imtahan.
Torpağın gigiyenası tərkibi.




11

21.

22.


İnfeksiya və parazitlərin yayılmasında torpağın rolu.

Ekoloji faktorun ana və uşaq orqanizminə təsiri.




Səh.111

12

23.

24.


Atmosferin ekoloji-tibbi xarakteristikası.Ozon təbəqəsi.
İrsiyyət və ətraf aləm.

Səh.68

13

25.
26.

Qanla yoluxan infeksiyalar.
Hamamlar.Hovuzlar.

Səh.91-95

14

27.
28.

Əmak gigiyenası.Əməyin orqanizmə təsiri.
Yorulma.Bərpa.Bədənin məcburi vəziyyəti ilə əlaqədar olan xəstəliklərin profilaktikası.


Səh.110-111

15

29.
30.

Uşaq və yeniyetmələrin gigiyenası.
Uşaqların fiziki tərbiyəsi.Məktəbdə təlimin gigiyenası.

əlavə vəsait

16

31.

32.


Uşaqların qida rejimi.Gigiyenik təlim və tərbiyə.
Final imtahanı.















Bu tədris proqramı fənn haqqında tam məlumatı özündə əks etdirir və hər hansı dəyişiklik barədə öncədən xəbər veriləcək.
Yüklə 27,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin