Mühazirə otağı/Cədvəl 11 Məhsəti küç. (Neftçilər kampusu), Otaq# 202n cümə günləri



Yüklə 108.5 Kb.
tarix13.02.2017
ölçüsü108.5 Kb.
növüMühazirə
Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

EDU 217- Xüsusi Təhsil – 3 kredit

Departament

Təhsil Departamenti

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

Yaz, 2013

Fənni tədris edən müəllim (lər)

MA. Lamiyə Şəmşir qızı Şərəfxanova

E-mail:

lamiya_azeri@yahoo.com;

lamiya.baylar@gmail.com

Telefon:

+994 12 498 6043 daxili 17

Mühazirə otağı/Cədvəl

11 Məhsəti küç. (Neftçilər kampusu),

Otaq# 202N

Cümə günləri





Konsultasiya vaxtı




Tədris dili

Azərbaycan dili

Fənnin növü

(məcburi, seçmə)

Seçmə fənn

Dərsliklər və əlavə ədəbiyyat

Əsas Dərsliklər:

  1. Ü.Mikayılova, L.Şərəfxanova, Y.Kərimova və D.İlyasova və s. “İnklüziv Təhsil” məktəbəqədər və İbtidai təhsil üzrə metodik vəsait. Bakı 2010

  2. E. Daniel, K. Stafford. “Xüsusi Hazırlıq siniflərinin Təşkili” ACİ- YF, Addım- Addım Proqramı. Bakı: Mütərcim, 2001.

  3. J.Artvotər, D. Baley, M. Brudər, J. Karta, M. Elliot. “Xüsusi qayğıya möhtanc uşaqların erkən yaş dövrü proqramlarına daxil edilməsi”. Erkən yaş dövrü təhsili üzrə ali və orta ixtisas pedoqoji kollektivi üçün kurs. Vaşinqton- 1994

  4. Elliot, S.N., Braden, J.P., White, J.L. (2001) Assessing one and all. Educational accountability for students with disabilities. Council for exceptional children.

  5. S.Qasımov, E.Kərimova, İ.Sultanova, T.Ağayeva. İnkluziv təhsil. Müəllimlər, tərbiyəçilər, tibb işçiləri və psixoloqlar üçün vəsait. Bakı-2006, OKA OFSET. - 168 səh

  6. Berk, L.E., Winsler, A. (1995) Scaffolding children’s learning: Vygotsky and early childhood education. Volume 7 of the NAEYC Research into practices series.

  7. B. Spodek., O. N. Saracho. (1994) “Dealing with İndividual Differences in the Early Chilhood Classroom”.

  8. Azərbaycan Respublikasının Xüsusi Təhsil haqqında qanunu. Bakı 2001

Kursun vebsaytı

Kurs əsasən üz-üzrə metod və elektron yolla həyata keçiriləcəkdir. Kursun idarə olunması üzrə elektron vasitə olan Moodl sistemi tələbələri e-vəsaitlərin köməyi ilə dəstəkləyəcək. Kursla bağlı olan bütün vəsaitlər, materiallar, silləbus, əlavə oxu materialları, kursla baglı məlumatlar http://www.khazar.org/moodle. saytında yerləşdiriləcəkdir. Tələbələr mütəmadi olaraq bu resurslardan istifadı üçün Moodle –a daxil olmalıdır.

Digər elektron ünvanlar:



www.edu.gov.az

www.cie.az

Tədris metodları

Mühazirə

x

Qrup müzakirəsi

x

Praktiki tapşırıqlar

x

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı




20

Ev tapşırıqları




10

Qrup müzakirələri




5

Davamiyyət




5

Quiz ( 2 dəfə)




10

Qrup layihəsi



10

Final imtahanı




40

Yekun




100%

Kursun təsviri

Tədris Departamentinin tədris proqramının tələblərinə cavab vermək və tələbələrə xüsusi təhsil haqqında ümumi biliklər, xüsusi təhsilin inklüziv təhsilə keçid mərhələsində olan çətinliklər, əlillik təsnifatları, qanunverici bazanın öyrənilməsi, kimi məsələlər nəzərdə tutulub.

Kursun məqsədləri

“Təhsilə Giriş” fənni tələbələrə xüsusi təhsil sahəsində baş verən yenilikləri, dünya olkələrinin xüsusi təhsil siyasətini, xüsusi təhsildən inklüziv təhsil yanaşmasına keçid prosesində qarşıya çıxacaq çətinlikləri, xüsusi ehtiyaclı uşaqlar üçün pedagoji işin aparılması, müəllim hazırlığı və s kimi məsələlərin öyrətməyi nəzərdə tutur.

Tədrisin (öyrənmənin) nəticələri

Fənnin tədris olunması prosesində tələbələrə xüsusi təlim metodlarının bütün prinsiplərinin öyrədilməsi üçün vacib olunan innovativ stategiyaların öyrədilməsi nəzərdə tutulur. Eyni zamanda, bu fənnin tədrisi zamanı öyrədici mühitin yaradılması, planlaşdırma bacarığı, uşaq qiymətləndirməsi, fərdi Tədris planı və əlilliyi olan uşaqların təsnifatı barəsində məlumat əldə edəcəklər. Kurs əsasən qrup təqdimatlar, kiçik və böyük qrup müzakirələri, kiçik qrup layihələri, oxu materialları və digər metodlar vasitsilə tədris olunacaq.

Kursun sonunda tələbələr aşağıdakıları edə biləcəklər:



  • Xüsusi təhsil və İnklüziv Təhsil və onun fəlsəfəsi haqqında geniş məlumata yiyələnəcəklər

  • İnklüziv təhsil haqqında yerli və beynəlxalq təcrübədən ugurlu moddellər haqda məlumat əldə edəcəklər;

  • İT təhsil müəssisələrində işləyə biləcək və işləmək üçün vacib bacarıqlara malik olacaqlar;

  • İT tətbiq edilə bilən dəyərlər və prinsiplər haqda məlumat əldə edəcəklər;

  • IT cəlb olunan uşaqların diaqnozları və haqqında beynəlxalq təsnifatı biləcəklər;

  • İT dilemmalarını təhlil etməklə təcrübə əldə edəcəklər;

  • Kursda öyrənilən materialı “xidməti tədris” də istifadə etməklə real həyat vəziyyətlərinə tətbiq etməkdə təcrübə əldə edəcəklər;

  • Fərdi tədqiqatçı kimi bu mövzuda tədqiqatlar aparmaq üçün təcrübə əldə edəcəklər;

  • İT idarə edilməsinin gələcək tədqiqi üçün faydalı resurslar ilə tanış olacaqlar.

Qaydalar (Tədris siyasəti və davranış)

Davamiyyət

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbələr müəyyən səbəblərdən dərslərin buraxılması (xəstəlik, ailə vəziyyəti və s.) haqqında məlumatı fakültə dekanlığına təqdim etməlidirlər. Kursun 20%-dən artıq hissəsini buraxan tələbələr imtahana buraxılmır. Əsasnamyə görə dərslərin 10%nə görə 1 bal çıxılır.



Dərsə gecikmələr və ya digər dərs pozuntuları

Dərsə 5 dəqiqədən artıq gecikən tələbə dərsə buraxılmır. Buna baxmayaraq, tələbə ikinci dərs saatına buraxıla bilər.



Yoxlama işi

Müəllimə və dekanlığa qabaqcadan məlumat verilən səbəblərdən qviz və yaxud yoxlama işində iştirak etməyən tələbə yoxlama işini növbəti həftədə yaza bilər.



İmtahanlar

Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur. Aralıq və yekun imtahanı mövzuları tələbələrə imtahandan öncə verilir. Aralıq imtahanının sualları yekun imtahanda təkrarlanmır.



İmtahan qaydalarının pozuntuları

Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişini pozmaq və köçürülmələr qadağandır. Bu qaydaya riayət etməyən tələbələrin imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymət ilə imtahandan kənarlaşdırılır.



Fənni bitirmək qaydası

Universitənin qaydalarına müvafiq olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60% və yuxarı hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.



Tələbələrin davranış qaydaları:

Dərs zamanı dərs prosesini pozmaq və etik qaydaları pozmaq qadağandır. Həmçinin tələbələr arasında icazəsiz müzakirələr və mobil telefonlardan istifadə qadağandır.




Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix

(planlaşdırılmış)

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar

1

15.02.2013

Kursun programı ilə tanışlıq. Kurs proqramının təqdimatı və izahı.

Kursun Proqramı

2


22.02.2013

Xüsusi Təhsil kursunun məqsədi və vəzifəsi. Xüsusi təhsil və İnklüziv təhsil haqqında ümumi məlumat.

Təqdimat

Ev tapşırığı (sərbəst mövzu)



3

01.03.2013

Xüsusi və ümumtəhsil haqqında qanunların müqayisəsi. XQEU-lar üçün mövcud təhsil xidmətləri: İnklüziv, İnteqrativ, Xüsusi Təhsil, Evdə Təhsil

Xüsusi Təhsil haqqında qanun

Qrup işi



4

08.03.2013

Bayram




5

15.02.2013

Əlillik nədir? Onun yaranma səbəbləri, Autizim,özünəqapanma nədir və onun xarakterik cəhətləri

Diqqət pozgunlugu və Hiperaktivlik



Təqdimat və ev tapşırıgı

6

22.03.2013

Bayram




7

29.03.2013

Karlıq- zəif eşitmə - korluq, zəif görmə

Daun Sindromu və digər xromosom çatışmamazlıqları

Nitq Qüsurları


Qrup layihəsi və ev tapşırığı

8

05.04.2013

Əqli gerilik haqqında

Emosioal pozuntu

Coxsaylı Əlilliklər


Quiz 1.

Mini mühazirə




9

12.04.2013

Ortopedik pozuntular- Uşaq serebral iflici;

Əzələ distrofiyası; Spina Bifida

Eplepsiya


Mini mühazirə

Qrup müzakirələri



10

19.04.2013

Aralıq İmtahanı

Travmatik beyin zədələnmələri

Öyrənmə ilə bağlı xüsusi ehtiyaclı uşaqlar


Aralıq İmtahanı

11

26.04.2013

Xüsusi ehtiyaclı uşaqların diaqnostik qiymətləndirilməsi

Pedaqoji Tibbi Psixoloci Kommissiyanın fəaliyyəti



Mini muhazirə

Ev tapşırığı (Cütlərdə iş)



12

03.05.2013

Fərdi Tədris Planı (FTP) nədir və necə hazırlanır. FTP-nin icrası

Ev tapşırıgı (Fərdi iş)




13

10.05.2013

XQEU üçün Səmərəli Təlim Strategiyaları - Diferensial Təlim

Quiz 2


Quiz 2

Mini mühazirə




14

17.05.2013

XQEU–ın valideyinlərin dəstəklənməsi üçün strategiyalar və səmərəli ünsiyyətin qurulması

Qrup layihəsi

15

24.05.2013

İnklüziv komponentli müəssisələrdə rəhbərliyin, psixoloqların rolu və korreksiyaedici xidmətin təşkili

Yekun

Mövzularla bağlı xülasə







Iyun 2013

Yekun imtahan



Bu tədris proqramı fənn haqqında tam məlumatı özündə əks etdirir və hər hansı dəyişiklik barədə öncədən xəbər veriləcək.


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə