Mühazirə, nümayiş, sual-cavab, müzakirə, beyin hücumu


Detektorlar əməli yaddaşda və xarici qurğularda virusların axtarışını təmin edir.   Həkim



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə3/4
tarix15.04.2020
ölçüsü0,63 Mb.
#30854
növüMühazirə
1   2   3   4
6 2-Windows


Detektorlar əməli yaddaşda və xarici qurğularda virusların axtarışını təmin edir.  

Həkim antivirus proqramları virusların aşkar edilməsinə və zərərsizləşdirilməsinə 

imkan verir. Bunlara Doctor Web, Norton Antivirus və s.aiddir.  



Müfəttiş  adlanan  proqram  kataloqların,  proqramların,  faylların  və  sistem 

sahələrinin  məzmununu  yadda  saxlamaqla  dövri  olaraq  cari  vəziyyətlə  ilkin 

vəziyyəti  müqayisə edir. Müqayisə bir çox parametrlərə görə yerinə yetirilə bilər. 

Müfəttişin  üstünlüyü  ondadır  ki,  o  proqramda  dəyişiklik  edən  virusları  tapmaq 

xüsusiyyətinə malikdir.  

İmmunizator  özü rezident proqram olmaqla , bir çox virusları vaksinləşmə  yolu 

ilə  yoluxmanın  qarşısını  alır.  Vaksinləşmənin  mahiyyəti  ondan  ibarətdir  ki, 

proqram  və  ya  diskin  modifikasiyasında  proqramın  normal  yerinə  yetirilməsində 

əks olunmur. Eyni zamanda viruslar onu yoluxmuş kimi qəbul edir və ona görə də 

yayılmaya  təkid  etmir.  Bu  proqramların  çatışmayan  cəhəti  çoxlu  sayda  müxtəlif 

viruslara yoluxmanın qarşısını alınmağın imkanlarının məhtudluğudur. 

 Qeyd  etmək  lazımdır  ki,  virus  bazası  daim  yenilənməlidir.  Hər  bir  istifadəçi 

vaxtaşırı olaraq antivirus proqramlarının yeni versiyalarını almalıdır. Çünki vaxt 

keçdikcə köhnə proqramın "tanımadığı" və ona görə də məhv edə bilmədiyi yeni 

viruslar  peyda olur. Virus bazasının yenilənməsi avtomatik, əllə və ya şəbəkədə 

server  mühitində  yenilənməni  serverdən  götürməsi  üçün  yolu  göstərməklə 

mümkündür. 

  Windows Brandmouer - Microsoft Windows əməliyyat sisteminin təqdim 

etdiyi təhkükəsizlik xidmətidir. Brandmouer Windows komplektinə daxildir və 

sistem  təzə  yükləndikdə  aktiv  rejimdə  olur.İlk  dəfə Windows  XP SP2 

versiyasında buraxılmışdır.    Brandmauer  özündə  kompleks  şəkildə  proqram 

təminatı  cəmləşdirir  ki, bu  da  kompüterə  internetdən  və  lokal  şəbəkədən  daxil 

olan  bütün  məlumatları  yoxlayır,  proqramın  parametrindən  asılı  olaraq  bəzi 

məlumatları  kompüterə  buraxır,  bəzilərinə  isə  qadağa  qoyur. Brandmouer 

antivirus  proqramlarından  fərqli  olaraq  kompüterə  müdaxiləni  də  bloklaşdırır. 

Brandmouer ilə yanaşı antivirus proqramlarının da olması zəruridir.  

 

Kompüter şəbəkəsi.  


 

Kompüter  şəbəkəsi  kompüter  və  bu  tip  sistemlər  (printer  və  s.)  arasında 

müəyyən  protokolların  köməyi  ilə  informasiya  mübadiləsinə  imkan  verən  bir 

sistemdir. Kompüterlər bir-biri ilə telekommunikasiya vasitələri (kabellər, şəbəkə 

adapterləri, modemlər və s.) ilə birləşirlər. 

   Kompüter  şəbəkələri  ərazi  əlamətinə  görə,  yəni  şəbəkənin  əhatə  etdiyi 

ərazinin ölçüsünə görə aşağıdakı kimi təsnif edilə bilər: 

1. Lokal şəbəkələr (LAN - Lokal Area Network). Lokal kompüter şəbəkələri 

eyni mühitdə və çox böyük olmayan ərazidə (bir otaq, bir bina, bir müəssisə və s. 

daxilində) qurulan şəbəkədir. Bu şəbəkələrdə kompüterlər arası məsafə adətən 1-2 

km-dən çox olmur.  



2.  Qlobal şəbəkələr (WAN - Wide Area Network) 

3.  Regional  və  ya  şəhər  şəbəkələri  (MAN  –  Metropolitan  Area  Network). 

Şəhər  şəbəkələri  (Metropolitan  Area  Networks,  MAN)  az  yayılmış  şəbəkələr 

növüdür.  Bu  şəbəkələr  nisbətən  yaxın  vaxtlarda  yaranıblar.  Onlar  böyük  şəhərin 

ərazisinə  xidmət  etmək  üçün  nəzərdə  tutulub.  Şəhər  şəbəkələri  lokal  və  qlobal 

şəbəkələr  arasında  aralıq  yer  tutur.  Bu  şəbəkələr  şəhər  miqyasında  lokal 

şəbəkələrin  birləşməsi  və  lokal  şəbəkələrin  qlobal  şəbəkələrə  qoşulması  üçün 

nəzərdə tutulub  



Lokal şəbəkələrdə istifadə olunan kabellər  

Lokal şəbəkələrdə aşağıdakı tip kabellər istifadə olunur: 

- Koaksial kabellər  

- Burulmuş cütlü kabellər. Bu kabellər kompüter şəbəkələrində istifadə olunan 

ən ucuz kabellərdir.  

- Optik kabellər 



Korporativ  şəbəkə  -  korporasiyada  istifadə  olunan  müxtəlif  tətbiqi 

proqramlar arasında informasiya mübadiləsini təmin edən sistemdir.  



Modem sözü Modulator Demodulator sözlərindən əmələ gəlib. Modem kabel 

və ya telefon xətti vasitəsi ilə iki kompüteri birləşdirmək üçün qurğudur. Modemin 

əsas  xarakteristikası  verilənləri  ötürmə  sürətidir.  Bir  saniyə  ərzində  ötürülən 

informasiyanın  miqdarı  bitlərlə  (bit/san.  və  ya  bps  –  bits  per  second)  ölçülür. 

Modemlər  həm  kompüterin  daxili,  həm  də  xarici  qurğuları  sırasına  daxil  edilə 

bilər.  


ADSL  (ing..  Asymmetric  Digital  Subscriber  Line  —  asimmetrik  rəqəmsal 

abunəçi  xətti)  —  adi  analoq  telefon  xətlərini  yüksək  sürətli  qoşulma  xətlərinə 

çevirən modem texnologiyasıdır. 

GPRS  (General  Packet  Radio  Service  —  ümumi  istifadə  üçün  paketli 

radiorabitə)  GSM  mobil  şəbəkələrində  paketləri  ötürmək  üçün  istifadə  edilən 

texnologiyadır.  

 

OSI  (Open  System  Interconnection)  -  Qarşılıqlı  əlaqəli  açıq  sistem  modeli 



müasir kompüter şəbəkələrinin əsasını təşkil edir. 

1983-cü ildə Beynalxalq standartlaşma institutu tərəfindən yaradılmışdır. OSI 

modeli  acıq  sistemlərin  qarşılıqlı  əlaqələrinə  xidmət  edərək,  sistemin  müxtəlif 

əlaqə səviyyələrini təyin edir, onlara standart adlar verərək hər bir səviyyədə hansı 

funksiyanı yerinə yetirməsini göstərir. 

OSI modelində səviyyələr 

OSI modelində hər bir qarşılıqlı əlaqə vasitələri 7 səviyyəyə bölünür. 

 

Fiziki səviyyə (Physical layer)  



 

Kanal səviyyəsi (Data Link)  



 

Şəbəkə səviyyəsi (Network layer)  



 

Nəqliyyat səviyyəsi (Transport layer)  



 

Seans səviyyəsi (Session layer)  



 

Təqdimetmə səviyyəsi (Prezentation layer)  



 

Tətbiqi səviyyə (Application Layer)  



 

Qlobal kompüter şəbəkələri WAN (Wide Area Network) – bir-birlərindən 

çoğrafi uzaq (yer kürəsinin istənilən hissəsindəki) kompüterləri, printerləri və digər 

qurğuları  birləşdirən  kommunikasiya  şəbəkəsidir.  Rabitə  vasitəsi  olaraq  əsasən 

yüksək  sürətli  telefon  və  peyk  rabitəsindən  istifadə  olunur.  Qlobal  kompüter 

şəbəkələri  əsasən  kliyent-  server  texnologiyası  əsasında  fəaliyyət  göstərir. 

Şəbəkənin proqram təminatı əsasən iki hissədən ibarət olur: Kliyent və Server. 

Şəbəkədə  istənilən  2  obyektin  qarşılıqlı  əlaqəsi  zamanı  iki  tərəf  iştirak  edir: 

müəyyən  resurs  imkanlarını  ayıran  və  ondan  istifadə  edən  tərəflər.  Resurslardan 

istifadə edən adətən kliyent adlanır, resursları təmin edən tərəf isə server adlanır. 

İnternet dünyanın bütün şəbəkələrini  birləşdirən qlobal şəbəkədir. 

İnternetdə vahid idarəetmə mərkəzi yoxdur. Buna baxmayaraq şəbəkənin belə 

təşkili  əslində  dərindən  düşünülmüş  struktur  deməkdir.  Bu  struktur  1969-cu  ildə 

Amerika  Birləşmiş  Ştatları  Müdafiə  Nazirliyinin  bölməsi  olan  ARPA  (Advanced 

Research  Project  Agency  –  Elmi  Araşdırmalar  Agentliyi)  tərəfindən  işlənmişdir. 

Şəbəkə bir tərəfdən hərbi-sənaye  sahəsində elmi tədqiqatlara təkan verməli , digər 

tərəfdən  ,  məsələn  aviasiya  bombardmanı  zamanı  zədələnməyə  dayanıqlı    və  bu 

şəraitdə  normal  fəaliyyətini  davam  etdirmək  gücünə  malik  olan  şəbəkələrin 

qurulması  idi.  Bu  layihə  ARPANET  adlandırıldı.  Bu  layihə  çərçivəsində  iş 

paketlərin  kommutasiyası  ilə  şəbəkələrin  yaradılmasına  əsaslanır.  Bu  şəbəkə 

növündə  informasiya  böyük  olmayan  paketlərə  bölünür,  həmin  paketlər  təyin 

olunmuş  yerə  çatana  qədər  səmərəli  marşrut  seçərək  bir-birindən  asılı  olmayaraq 

müxtəlif  şəbəkələrdə  yerii  dəyişir.  Bütün  paketlər  son  nöqtəyə  çataraq  yenidən 

birləşərək  ilkin  formanı  alır.  Bütün  kompüterlərin  eyni  hüquqlu  olması 

informasiyanın 

konkret 


bir 

kompüterdən 

asılılığını 

aradan 


qaldırır. 

Kommunikasiya xəttinin bir hissəsi sıradan çıxarsa, böyük olmayan paketlər digər 

işləyən  xətlərə  ötürülə  bilər.  Sistem  inkişaf  edərək  1983  –  cü  ildə iki  şəbəkəyə  - 

ARPANET və MİLNET şəbəkələrinə bölünür. MİLNET şəbəkəsi hərbi məqsədlər, 

ARPANET  şəbəkəsi  isə  elmi  tədqiqatlar  üçün  nəzərdə  tutulurdu.  İki  şəbəkə 

arasında  informasiya  mübadiləsi  imkanı  yaranır  və  bu  birləşmə  İnternet  adı  ilə 



tanınır.  

Şəbəkələrdə  müxtəlif  texniki  və  informasiya  təminatı  istifadə  edilir  və  buna 

görə  də  şəbəkələrin  abonentləri  arasında  hamı  üçün  eyni  olan  ümumi  qaydalar 

qəbul  edilməlidir.  Bu  qaydalar  təyin  edilmiş  standartlarda  öz  əksini  tapır.  Belə 

standartlar şəbəkə protokolları adlanır. 

Müxtəlif  protokolardan  istifadə  edən  şəbəkələrin  (məsələn  lokal  və  qobal) 

əlaqələndirilməsi  üçün  şlüz  (gateway)  istifadə  edilir.İnternetdə  əsas  protokol 

TCP/IP  (Transmission  Control  Protocol  /  Internet  Protocol)  -  verilənlərin  nəqlinə 

nəzarət/İnternet protokoludur. 

TCP/IP  protokolu  öz  adını  2  rabitə  protokolundan  –  verilənlərin 

ötürülməsinə  nəzarət  edən  protokol  (Transmission  Control  Protocol  -  TCP)  və 

müxtəlif  şəbəkələrdə  qurğular  arasında  informasiyanın  ötürülməsi  zamanı 

şəbəkədə  paketlərin  marşrutlaşdırılmasını  həyata  keçirən  protokoldan  (IP) 

ibarətdir.  İP  protokolu  ötürülən  informasiyanı  paketlərə  bölür,  onları  nömrələyir. 

Bu zaman kiçik informasiya panelində həmin panelin ünvanlandığı kompüterin İP 

ünvanları  göstərilir  ki,  bunun  koməyi  ilə  informasiya  müəyyən  olunmuş  ünvana 

çatdırılır. İP ünvan bir-birindən nöqtələrlə ayrılan 4 nömrədən ibarətdir: Məsələn : 

192.168.1.30   . Bu ünvanlarda istifadə edilə biləcək ən kiçik rəqəm 0, ən böyüyü 

isə  255-dir.  İP  ünvanlar  üçün  yaddaşda  32  bit  sahə  ayrılır.  TCP  protokolu  isə 

paketlərin  lazımı  nöqtəyə  düzgün  çatdırılmasına  xidmət  edir.  Bu  protokol  aşağı 

səviyyədə  fiziki  və  kanal  səviyyəsini,  yuxarı  səviyyədə  isə  tətbiqi  səviyyənin 

protokollarını (FTP, Telnet, poçt protokolu SMTP, WWW hipermətn xidməti və s. 

təşkil edir).  

Aşağıdakı şəbəkə protokollarından istifadə edilir:  

ARP  (Adress  Resolution  Protocol  –  ünvanların  məyyən  edilməsi  protokolu)  

32  mərtəbəli  İP  ünvanları    lokal  şəbəkələrin  ünvanlarına,  məsələn  Ethernet 

ünvanlarına çevrilir.  

FTP (File Transfer Protokol – Faylların ötürülmə Protokolları) – faylların bir 

kopmüterdən digər kompüterə ötürülməsinə xidmət edir.  

SMTP  (Simple  Mail  Transfer  Protocol  –  Elektron  poçtla  mübadilənin  sadə 

protokolu) : Bu protokoldan məktubun istifadəçidən serverlərə göndərilməsi üçün 

və məktubun bir serverdən digərinə göndərilərək alıcıya çatdırılması üçün istifadə 

olunur. Məktubların qəbulu üçünsə poçt müştərisi POP3 (Post Office Protocol) və 

ya İMAP (İnternet Message Access Protocol) protokollarından istifadə edilir. Poçt 

müştərisi (poçt proqramı) – elektron poçtla işləmə üçün istifadəçinin kompüterində 

quraşdırılmış proqram təminatıdır. Məsələn, Microsft Outlook, Outlook Express və 

s.  


İCMP (İnternet Control Mesage Protocol) : İP marşrutizatorlara və şəbəkənin 

əsas  kompüterlərinə  səhvlər  haqqında  məlumatların  ,  idarəedici  informasiyanın 

göndərilməsinə xidmət edir. 

Provayder:  İnternetə  qoşulmanı,  məktubların  göndərilməsini,  alınmasını  və 

qorunub  saxlanmasını  təmin  edən  təşkilat  internet-provayder  adlanır.  İnternet-

provayder İnternetlə bağlı başqa xidmətlər də göstərir.  Internetdə informasiyanın 

mübadilə sürəti Mbit/san ilə ölçülür. İnformasiya serverlərdə saxlanılır. Serverlərin 

öz  ünvanları  olur  və  onlar  xüsusi  proqramlar  vasitəsilə  idarə  olunurlar.  Onların 

köməyilə  poçtu  və  faylları  göndərmək,  verilənlər  bazasında  informasiya  axtarışı 

aparmaq  və  s.  həyata  keçirmək  mümkündür.  Serverlər  arasında  informasiya 

mübadiləsi  yüksək  sürətli  rabitə  kanalları  ilə  həyata  keçirilir.  Ayrı-ayrı 

istifadəçilərin  İnternetin  informasiya  resurslarına  daxil  olması  adətən  telefon 

şəbəkəsi  ilə  provayderlər  və  ya  korporativ  şəbəkələr  vasitəsilə  həyata  keçirilir. 

Provayder  kimi  klientlərlə  əlaqə  saxlaya  bilən  və  ümumdünya  şəbəkəsinə  çıxışı 

olan hər hansı bir təşkilat iştirak edə bilər. 

İnternetdə  IP  ünvanının  seçilməsini  və  müştərinin  şəbəkədə  öz  düyününə 

qoşulmasına  şərait  yaradan  təşkilat  “İnternet  Servis  Provayder”  (İSP)  adlanır. 

Təşkilat  belə  işləri  müştəri  ilə  müqavilə  əsasında  həyata  keçirir  Xəttin  buraxma 

qabiliyyəti  onun  mahiyyətindən  asılı  olur  və  saniyədəki  bitlərin  sayı  ilə  ölçülür. 

Azərbaycanda  provayderlərdən    “AzEvroTel”,    “AzTelecom”,  “Bakinter.net”, 

“İntrans”,    ”  Azeronline”  ,  “  Superonline  ”  və  s.  misal  göstərmək  olar.  Əsasən 

abonentlər  şəbəkəyə  öz  provayderlərini  telefon  xətti  ilə  əlaqələndirməklə 

qoşulurlar.  



 

Internetdə resursların ünvanlanması. Domen adlar xidməti (DNS) : Əgər 

şəbəkədə ayrı-ayrı kompüterlər və istifadəçilər üçün identifikasiya sistemi mövcud 

olmasaydı,  milyonlarla  qovşaq  kompüteri  və  milyonlarla  istifadəçi  arasında  xaos 

baş  verərdi.  İnternetdə  hər  bir  qovşaq  kompüteri  və  istifadəçi  şəxsi  ünvana 

malikdir. İnternetdə informasiya paket adlanan hissələrə bölünür. Hər bir paketdə 4 

Kbaytdan  artıq  olmayan  informasiya  ötürülür.  İnternetin  ayrı-ayrı  hissələri 

marşrutizatorlarla  bir  –  biri  ilə  əlaqələndirilir.  Marşrutizatorlar  paketlərin  haraya 

göndərilməsi  barədə  qərarlar  qəbul  edir.  Şəbəkələr  arası  İP  protokolu 

ünvanlaşdırmaya  cavabdehdir  və  şəbəkədə  paketlərin  hərəkətini  (yalnız 

ötürülməsini)  təyin  edir.  Bütün  prosesi  isə  TCP  protokolu  idarə  edir.  Qəbuledici 

tərəfdə  TCP  protokolunun  proqra  təminatı  paketi  toplayaraq  onu  düzgün 

ardıcıllıqla yerləşdirir. Əgər xəbər qısadırsa, TCP protokolundan başqa UDP (User 

Datagram Protocol) protokolundan da istifadə edilir.  

 Xəbəri  ünvana  çatdırmaq  üçün  onu  ünvanlaşdırmaq  lazımdır.  TCP/İP 

stekində 3 tip ünvandan istifadə edilir: lokal (aparat ünvanı da adlanır), İP (İnternet 


protocol)  və  domen  adlar  DNS  (Domain  Name  Service).  İnternet  şəbəkəsinə 

qoşulmuş  hər  bir  komputer  unikal  ünvana  malikdir.  İnternetdə  verilənlərin 

ötürülməsi üçün rəqəm və ad tipli ünvanlardan istifadə edilir. Şəbəkə səviyyəsində 

paketlər İP ünvanlar vasitəsilə ötürülür. Bu ünvanın uzunluğu 32 bit olub, hərəsi 8 

bitdən  ibarət  oktet  adlanan  4  hissədən  təşkil  olunur.  Hər  bir  hissə  0-dan  255-ə 

qədər  ədədləri  qəbul  edə  bilir  və  o  biri  hissələrdən  ayırmaq  üçün  ədəddən  sonra 

nöqtə yazılır. Məsələn: 110.30.74.200. Belə yazılış İP-ünvan adlanır. Ünvanın 1-ci 

hissəsi  şəbəkənin,  2-ci  hissəsi  isə  qovşağın  nömrəsini  təyin  edir.  Şəbəkə  nömrəsi 

xüsusi  internet  mərkəzinin  (İnternet  Network  İnformation  Center  İnternic) 

zəmanəti  ilə  təyin  edilir.  Başlanğıc  ünvan  marşrutizatora  kompüterin  hansı 

şəbəkəyə aid olduğunu göstərir. 

Rəqəm  ünvanı  kompüterlərin  mübadiləsi  zamanı  istifadə  olunur.  İnsanlar 

arasında  çox  zaman  ad  ünvanlarından  istifadə  olunur.  Ona  görə  də  şəbəkədə 

kompüterlərə adlar verilir.Internetdə kompüterlərin ünvanı Domain Name Service 

(DNS)  domen  adlar  xidmətində  istifadə  olunur.    Bu  zaman  kompüterə  müraciət 

edərkən  qovşağın  rəqəm  ünvanlarını  yadda  saxlamaq  lazım  gəlmir.  Ümumdünya 

hörümçək torunda DNS standartı ilə yazılmış ünvanlar nöqtə ilə ayrılmış bir neşə 

elementdən  ibarət    olurlar.  Bu  elementlər  domen  adlanır.  DNS  ünvanı  3  hissəyə 

bölünür. Əsas hissəsi birinci səviyyəli domen adlanıb, təşkilat üzrə təsnif olunur:   

 



.com - kommersiya təşkilatları  

 



.edu - təhsil müəssisələri  

 



.org – qeyri-kommersiya təşkilatları  

 



.gov - hökumət qurumları  

 



.mil - hərbi qurumlar  

 



.int - beynəlxalq təşkilatlar  

 



.net - şəbəkə xidmətləri göstərən təşkilatlar və ya provayderlər  

Məsələn:    www.wikipedia.org  .  Birinci  səviyyəli  təşkilat  domenlərindən 

başqa,  kompüterin  yerini  müəyyənlaşdirən  coğrafi  domenlər  də  var.  Birinci 

səviyyəli coğrafi domenlər: 

 

.az - Azərbaycan  



 

.de - Almaniya  



 

.fr - Fransa  



 

.se - İsveç  



 

.ru - Rusiya  



 

.jp - Yaponiya  



 

.us - Amerika Birləşmiş Ştatları  



 

.tw - Tayvan  



 

.tr - Türkiyə  



 

.ua - Ukrayna  



 

.ro - Rumıniya  



 

.kz - Qazaxıstan  



 

.tk - Takilao  



 

.ge - Gürcüstan  



 

.uk - Böyük Britaniya  



Məsələn: www.google.az; yandex.ru  

 

Lokal  ünvanlar:  alt  şəbəkə  çərçivəsində  verilənlərin  ünvana  çatdırılması 

üçün istifadə edilir. Lokal ünvanlar MAC ünvanlar adlanır. Lokal ünvanlar şəbəkə 

adapteri  istehsalçıları  tərəfindən  təyin  edilir.  Bütün  mövcud  lokal  şəbəkə 

texnologiyalarında MAC ünvanlar 6 baytlıq formata malik olur. Məsələn: 11-AO-

17-3D-bc-01 

İnternet xidmətləri 

Elektron poçt (e-mail) : Hazırda e-mail ən geniş yayılmış rabitə xidmətidir. İlk 

elektron  poçt  1971-ci  ildə  BBN  firmasının  mühəndisi  Rey  Tomlinson  tərəfindən 

yaradılmışdır.  O,  ilk  elektron  məktubu  göndərmək  üçün  SNDMSG  proqramını 

işləyib hazırlamışdır. Tomlinson istifadəçi adını domen adından ayırmaq üçün “@” 

simvolundan  istifadə  etmişdir  ,  ingilis  dilində  bu  “at”  (-da,  -də  şəkilçiləri) 

deməkdir.  Başqa  sözlə,  istifadəçinin  hansı  domendə  olduğunu  bildirirSNDMSG 

proqramının  köməyi  ilə  ARPANET-də  ilk  elektron  məktub  göndərilmişdir. 

Elektron  poçt  vasitəsilə  bir  neçə  saniyə  ərzində  Internet  şəbəkəsinin  yerləşdiyi 

istənilən yerə  mətn, şəkil, audio və video yazılar  kimi informasiya göndərilir və 

əldə edilir. Elektron məktub hazırlamaq üçün istifadəçi offline rejimində işləyir. O, 

poçt  müştəri-proqramının  köməyi  ilə  məktubun  mətnini  formalaşdırır,  alıcının 

ünvanını göstərir və məktuba müxtəlif əlavələr edir. Bundan sonra istifadəçi online 

rejiminə  keçir,  daha  dəqiq  desək,  poçt  serveri  ilə  əlaqə  yaradır  və  məktubun 

göndərilməsi  üçün  onu  poçta  yerləşdirmək  əmri  verir.  Hazırlanmış  məlumat 

serverə  ötürülür  və  məktubu  alan  istifadəçi  fərdi  kompüterində  öz  ünvanına 

baxmaqla onu qəbul edir. Poçt qutusundan alınmış məktub ya saxlanılır, ya da ləğv 

edilir.  Poçt  serveri  periodik  olaraq  abonentlərin  qutularına  baxır,  daxil  olmuş 

məlumatların  göndərilməsini  təşkil  edir.  Elektron  ünvanla  işləyərkən  SMTP 

(Simple  Mail  Transfer  Protocol)  və  POP3  (Post  Office  Protocol  3) 

protokollarından istifadə edilir. SMTP protokolu məktubun göndərilməsinə, POP3 

protokolu  isə  məktubun  çatdırılmasına  cavabdehdir.  Göndəriləcək  poçt  «elektron 

poçt qutusuna» yazılır. Bu poçt serverin daimi yaddaşında yerləşən kataloqdur və 

ona yalnız həmin poçt yeşiyinin abonenti daxil ola bilər. Abonent serverə müraciət 

edərkən  poçtu  oradan  çıxarır,  poçt  yeşiyindən  çıxarılan  məktub  serverdə 

saxlanılmır. 

Windows  əməliyyat  sistemi  üçün  Microsoft  Outlook  elektron  poçt  proqramı 

geniş istifadə olunur. Poçt ünvanı aşağıdakı quruluşa malikdir: 

istifadəçi            @      qovşaq  kompüteri,  altdomen,  I  səviyyəli  domen,  

(info@taxes.gov.az) 

İstifadəçi-bu, istifadəçinin  adıdır. @  -  kommersiya  işarəsi  istifadəçinin  adını 

qovşaq  kompüterinin  adından  ayırır.  Ünvanın  2-ci  hissəsi  (@  işarəsindən  sonra) 



istifadəçinin  İnternetə  qoşulduğu  kompüterin  ünvanını  göstərir.  Kompüter  ünvanı 

bir-birindən nöqtə ilə ayrılan bir neçə hissədən ibarətdir.  

         Elektron məktubun qəbul edilmiş formatı başlıq və məlumatdan ibarət olur: 

 

From (haradan: məktubu göndərən tərəfin elektron ünvanı 

 

To (hara) : məktub göndərilən şəxsin elektron ünvanı 

 

Cc (nüsxə: məktub göndərilən şəxsin digər elektron ünvanı  

 

Subject : məktubun müvzusu 

 

Date  (tarix)  :  məktubun  göndərilmə  tarixi  və  zamanı  (bu  sətr  avtomatik 

doldurulur) 



 

Reply To : məktubuna cavab verilən abonentin elektron ünvanı 

  WWW  (World  Wide  Web)  –  ümümdünya  hörümçək  toru  adlanır. 

İnternetin  əsas  xidmətlərindən  biridir.  Son  zamanlar  WWW  və  onun  proqram 

təminatı  İnternet  universal  informasiya  xidmətləri  vasitələrini  müəyyənləşdirir. 

Onlar  istifdəçinin  praktik  olaraq  FTP,  e-mail,  WAİS,  Gopher  və  s.  resurslarından 

istifadə etməsini təmin edir.  

 

Web-səhifə - html dilində yazılmış hipermətn resursudur. O, digər səhifələrə 

tez  keçid  etmək  üçün  özündə  hipermüraciətləri,  mətn  və  qrafiki  informasiyanı 

saxlaya  bilər.  .htm  veb-səhifə  formatıdır.  Ümumi  mövzu  və  dizayna  görə  bir-

biriləri  hiperkeçidlər  vasitəsi  ilə  əlaqələndirilmiş  ,  bir  Web-serverdə  yerləşən  bir 

neçə  Web-səhifə  Web-sayt  adlanır.  Veb  Server  istifadəçilərin  Internetdəki  Veb 

səhifələrə  və  digər  verilənlərə  daxil  olmasına  şərait  yaradan  xüsusi  proqramlarla 

təmin olunmuş kompüterdir.  

 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin