Mühazirə Mövzu: Sertifikasiyanın mahiyyəti və məzmunu. Plan əsas terminlər və anlayışlar


Tiplərin və əsas parametrlərin (ölçülərin) standartları



Yüklə 0,58 Mb.
səhifə4/6
tarix05.05.2017
ölçüsü0,58 Mb.
#16586
növüMühazirə
1   2   3   4   5   6

Tiplərin və əsas parametrlərin (ölçülərin) standartları standartlaşdırılan məhsul tiplərini və həmçinin bu tip məhsulları xarakterizə edən əsas parametrləri (ölçüləri), onların əsas xüsusiyyətlərindən asılı olaraq, normalaşdırır. Tipləri standartları verilmiş növ məmulatların inkişaf perspektivini nəzərə almalıdır və nəinki istehsalatda istifadə olunan, həmçinin gələcəkdə istifadə olunmalı məmulatların tiplərini və onların əsas parametrlərini əks etdirməlidir.

Bu standartlar xalq təsərrüfatının müxtəlif sahələrində texniki tərəqqiyə aktiv kömək etməlidir.



Konstruksiyaların və ölçülərin standartları müəyyən qrup məmulatlar üçün onların unifikasiyası və konkret ölçülərin, modellərin və s. işlənməsi zamanı qarşılıqlı əvəzolunmanı təmin etmək məqsədilə konstruktiv işləmələri və əsas ölçüləri təyin edir.

Qəbul qaydalarının standartları müəyyən qrupu, yaxud məhsul növünü bu məhsulu keyfiyyətə və kəmiyyətə görə qəbul edərkən tələblərin vahidliyini təmin etmək məqsədilə qaydaları nizamlayır.

Sınaq metodlarının standartları sınaqlar üçün nümunənin (əyarın), keyfiyyət göstəricilərinin qiymətləndirilməsi vahidliyini təmin etmək məqsədilə müəyyən qrup məhsulun istismar xarakteristikalarının sınaq metodlarının (nəzarət, analiz, ölçmə) seçilməsi qaydalarını müəyyən edir.

Sınaq metodlarını, məhsulun növündən asılı olaraq, onun lazımi keyfiyyətini təmin etmək məqsədilə seçirlər. Standartlarda aşağıda göstərilən müxtəlif növ sınaqlar nəzərdə tutulmuşdur: buraxılan məhsulun keyfiyyətinə nəzarət üçün gündəlik; yeni məmulatların istifadəsi zamanı təchizatçı-müəssisə tərəfindən aparılan tipik; buraxılan məhsulun ona qoyulan tələblərə uyğunluğunu yoxlamaq üçün aparılan dövri.



Markalama, qablaşdırma, daşıma və saxlama qaydalarının standartları, məhsulun əsas xarakteristikaları və texniki estetikanı nəzərə almaqla, qablaşdırmaya tələblərlə istehlakçını məlumatlandırmaq məqsədilə məhsulun mrkalanmasına tələbləri normallaşdırır.

Ölçülərin və ölçü cihazlarının və vasitələrinin standartları yoxlamaların tələb olunan dəqiqliyini təmin edən texniki vasitələri göstərməklə, ölçülərin və cihazların yoxlamalarının aparılmasının daha effektiv metodunu əks etdirir.

İstismar və təmir qaydalarının standartları verilmiş şəraitdə məhsulun iş qabiliyyətini təmin edən və onun istismarına təminat verən ümumi qaydaları müəyyən edir.

Təyinlərinə görə standartları iki yerə bölmək qəbul olunmuşdur: funksional (“Performance Standard”) və konstruktiv (“Design Standard”). Müxtəlif növ standartlardan akkreditasiya və sertifikatlaşdırma prosesində istifadə olunma şək.1.-də göstərilmişdir.

Məhsulun (xidmətlərin) istehsalı mərhələsində və realizəsində müəssisə dövlət standartları, texniki şərtlər, yaxud texniki tələblər kimi tanınmış standartların (normaların) uyğun tələblərini yerinə yetirməyə borcludur. Əgər məhsullar (xidmətlər) məcburi sertifikatlaşdırılmırsa, onda onların standartları məsləhət xarakteri daşıyırlar.

Buraxılan məhsulun yüksək keyfiyyətliliyini, həmçinin müəssisənin, ya da istehsalatın keyfiyyət sisteminin sertifikatlaşdırılması yolu ilə də təsdiq etmək mümkündür. Belə sertifikatlaşdırma İSO 9000 seriyalı standartlara uyğunluğa aparılır. Son illərdə dünyanın aparıcı avtomobil kompaniyaları onların təchizatçıları olan müəssisələrin keyfiyyət sistemlərinə tələblər etmişdir və bunları əks etdirən İSO 9000 standartı işlənmişdir. Bu standartın uyğunluğuna həmçinin sertifikatlaşdırma aparılır. Hal-hazırda müəssisələrin ekoloji göstəricilərinə İSO14000 seriyalı standartların tələblərinin işlənməsi geniş vüsət tapmışdır. Müəssisələrin fikrincə bu normalar üzrə sertifikatlaşdırma kütləvi xarakter daşıyacaqdır.

Sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyalarının fəaliyyət göstərmələri üçün məcburi şərt onların fəaliyyətlərini nizamlayan normalara uyğun olmasıdır. Sertifikatlaşdırma orqanlarına tələblər EN 45 011-45012 standartlarının tələbləri ilə harmonikləşdirilmiş dövlət standartlarında verilmişdir. Sınaq laboratoriyaları EN 45001 standartının, ya da onunla harmonikləşdirilmiş dövlət standartının tələblərinə cavab verməlidir.

Akkreditasiya, onun yerinə yetirilməsi prosesinə qoyulan normalarla və akkreditasiya orqanına qoyulan tələblərlə nizamlanır. Sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyalarının akkreditasiya prosesi EN45002 standartı ilə harmonikləndirilmiş dövlət standartları ilə müəyyən edilmişdir.Akkreditasiya orqanlarının fəaliyyəti EN 45003 və onunla harmonikləşdirilmiş dövlət standartları ilə nizamlanır.

Beləliklə, sertifikatlaşdırma və akkreditasiya bir tərəfdən onun iştirakçılarının fəaliyyətini nizamlayan, digər tərəfdən isə onların qoyulmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi metodlarını təyin edən müxtəlif növ normaların tətbiq edilməsi ilə müşayiət olunur.

Sınaq laboratoriyaları, sertifikatlaşdırma və akkreditasiya üzrə orqanlar normalaşdırmaya maraqlıdırlar və ona görə də normaların işlənməsi prosesində iştirak etməlidirlər. Uyğunluğun qiymətləndirilməsi metodları üçün əsas olan normalara aşağıdakı tələblər qoyulur.

Onlar dəqiq və birmənalı tərtib olunmalıdırlar. Onlarda sınaqlar üzrə ilkin normalara istinadlar verilir, konkret sertifikatlaşdırma obyektinin uyğunluğunu qiymətləndirmək üçün lazımi sayda tələblər və metodlar

c:\users\user\appdata\local\microsoft\windows\temporary internet files\content.word\001.jpg

Şəkil 1. Sertifikatlaşdırma və akkreditasiya zamanı

fəaliyyət göstərən standartlar (normalar)

göstərilir. Lazım gəldikdə məhsulun sınaqlarına normalar nümunələrin seçilməsi üçün göstərişləri əks etdirə bilər. Normalarda tələblər elə tərtib olunmalıdır ki, texniki tərəqqiyə mane törətməsinlər, yəni daha çox funksional kriteriyalara xidmət etməlidir və konstruksiyanın və istehsal texnologiyasının şərh edilməsi ilə məhdudlaşmamalıdır. Sınaq metodları normaların məqsədlərinə uyğun tərtib edilir.

Onlar obyektiv olmalı, dəqiq, təkrarlanan və tutuşdurulan nəticələri verməli və məqbul müddətlərdə əlverişli məsrəflərlə yerinə yetirilən olmalıdırlar. Lazımi avadanlıqlar olmadıqda, tələb olunan texniki təchizat haqqında hərtərəfli göstərişlər verməlidir ki, bütün maraqlı orqanlar üçün belə sınaqların aparılmasının mümkünlüyü təmin edilsin. Məmulatlara normaları işləyərkən daima nəzərə almaq lazımdır ki, xüsusi bölmədə uyğunluğu qiymətləndirmək üçün tələb olunan sınaq metodları və növləri dəqiq şərh olunurlar.

Məhsula keyfiyyət sistemlərinə, xidmətlərə və heyətə standartlar onların işlənməsi və tətbiqi zamanı nəzərə alınmalı spesifik xüsusiyyətlərə malikdirlər.

Mühazirə 10.

Mövzu: Sertifikasiya sahəsində ISO-nun fəaliyyəti
PLAN

1. SERTİKO və KASKO komitələri.

2. Elektrotexniki məmulatların sertifikasiyası üzrə beynəlxalq konfrans.

3. SB sxemi haqqında məlumat.


Ədəbiyyat



1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 2007

2.Крылова Г.Д.Основы стандартизации, сертификации метрологии. М.2001
ISO –nun sertifikasiya üzrə əsas fəaliyyəti təşkilati-metodik təminatdan ibarətdir. 1985-ci ilə kimi bu məsələlərlə sertifikasiya komitəsi (SERTIKO) məşğul olurdu. 1985-ci ildə fəaliyyət sahəsi genişləndiyi üçün bu komitə Sertifikasiya və Keyfiyyət üzrə Komitə (KASKO) adlandırılmışdır.

SERTIKO-nun işinin əsas nəticəsi BEK, Beynəlxalq ticarət mərkəzi, ticarət və inkişaf üzrə BMT-nin KONFRANSI və QATT/BTT ilə birlikdə «Sertifikasiya və ACO Prinsiplər və praktika» xüsusi tədqiqat materiallarının nəşri olmuşdur. Bu faktla beynəlxalq ticarətdə sertifikasiyanın rolunun artması təsdiqlənmişdir. ISO tərəfindən işlənmiş və işlənilən, sertifikasiya üzrə vahid təşkilati-metodiki sənədlər sertifikasiya prosedurunun harmonizasiyasına kömək edir ki, bu da öz növbəsində, milli qanunvericilikdəki müxtəlifliklərə baxmayaraq, sertifikasiyanın nəticələrinin qarşılıqlı tanınmasını mümkün edir. ISO, həmçinin, sertifikasiyanın olmadığı ölkələrdə bu sistemi yaratmaq üçün metodiki kömək göstərir.

KASKO – nun işində 50-yə qədər ölkə iştirak edir. 20-yə qədər ölkə isə nümayəndələrlə təmsil olunmuşdur. Komitənin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:


  • məhsulların və keyfiyyətin təmin edilməsi sistemlərinin müxtəlif ölkələrdə qoyulmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi metodikalarının öyrənilməsi;

  • keyfiyyətin təmin edilməsinin milli və regional sistemlərinin qarşılıqlı tanınmasına və qəbul edilməsinə, həmçinin sınaqlar, nəzarət sertifikasiya, keyfiyyət sistemləri və s. üçün beynəlxalq standartlardan istifadə etməsinə kömək etmək;

1987-ci ildə ISO-nun texniki komitəsi, bir çox ölkələrin milli təcrübəsini ümumiləşdirərək ISO 9000 standartlar seriyasını dərc etdi. Onların yeni, əlavələr olunmuş nəşri 1994-cü ildə çapdan çıxdı. Bu standartların əhəmiyyəti haqqında məlumat standartlaşdırma bölməsində verilir.

Laboratoriyalara ciddi tələblərdən biri işin keyfiyyətinin təmin edilməsi sisteminin mövcud olmasıdır. Bu sistemin təşkil ediciləri, laboratoriyanın heyəti üçün Rəhbəredici sənəddə şərh olunmuş və özündə aşağıdakıları birləşdirir:



  • işin keyfiyyətini təmin edən ümumi prosedurlar;

  • hər növ sınağın keyfiyyətini təmin edən tədbirlər;

  • standartların, sorğu kitablarının, metodik işləmələrin, təlimatların və s. mövcudluğu;

  • nümunələrin eyniləşdirilməsi qaydaları;

  • lazımi qaydada tərtib olunmuş protokolların mövcudluğu.

Sınaq laboratoriyalarının akkreditasiyası üzrə Beynəlxalq konfransın (İLAK) sifarişinə əsasən ISO/BEK laboratoriyaların ixtisas sınaqları Rəhbəredici 43 sənədini işləmişdir. Bu sənəddən sınaq laboratoriyalarının iş səviyyələrinin qiymətləndirilməsində, texniki səlahiyyətliliyi və fəaliyyət sahəsinin təyinində, tətbiq olunan sınaq metodlarının effektivliyinin qiymətləndirilməsində, laboratoriyaların akkreditasiyasında və s. kimi məsələlərin həllində, bütün ölkələr tərəfindən əsaslı metodik sənəd kimi istifadə olunur.

Sertifikasiya sahəsində ISO ancaq metodoloji problemlərlə məşğul olur. BEK isə beynəlxalq sertifikasiya sistemləri işləmiş və standartları, o cümlədən sınaqlarda və məhsulun uyğunluğa sertifikatlaşdırılmasında normativ baza kimi tətbiq olunan təhlükəsizlik üzrə standartları işləyir. ISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki və çoxtərəfli sazişlərin bağlanmasına kömək etməkdir. Onlar tərəfindən yaradılmış prinsiplər əsasında milli sertifikasiya sistemlərinin harmonizasiyasına iki yolla nail olmaq mümkündür: ölkənin BEK-in beynəlxalq sertifikasiya sistemlərinə qoşulması yolu ilə, ISO tərəfindən məsləhət görülən sertifikasiyanın vahid təşkilati-metodiki prinsiplərindən geniş istifadə etməklə.



Elektrotexniki məmulatların sertifikasiyasının beynəlxalq sistemi BEK (EMSBS)

Elektrotexniki məmulatların beynəlxalq sertifikasiya sisteminin yaradılması ideyası hələ 1926-cı ildə yaranmışdır. Almaniya, İsveç, Norveç v Hollandiya nümayəndələri beynəlxalq təşkilat yaratmaq üçün birinci Beynəlxalq müşavirəyə toplaşdılar. Bu təşkilat elektrotexniki məmulatların təhlükəsizliyinə tələblər və onların qəbul qaydalarını işləməli idilər.

Çoxlu sayda təşkilati mərhələlərdən keçərək müasir beynəlxalq sistem, elektrik avadanlığının təhlükəsizlik standartlarının uyğunluğuna sınaqları üzrə – EMSBS BEK sistemi yaradıldı. Bu sistem 1985-ci ildən fəaliyyət göstərərək 34 ölkəni özündə birləşdirir.

Sistemin məqsədi – elektrotexnika sahəsində ixtisasçılar tərəfindən deyil, adi istehlakçılar tərəfindən istismar edilən elektrik avadanlıqları ilə beynəlxalq ticarətə kömək etməkdir. Bu növ məhsullara aşağıdakıları misal göstərmək olar: məişət elektrik avadanlığı, şəbəkəyə qoşulan elektron aparatları, elektron-hesablama texnikası, ofislərin və müəssisələrin elektrik avadanlığı və s. Belə məmulatların təhlükəsizliyə sertifikasiyası, dünyanın bütün ölkələrində, istehlakçıların hüquqlarının mühafizəsi üzrə qanunverici müddəalarda nəzərdə tutulmuşdur.

Elektrik avadanlığı ilə ticarətdə texniki maneələrin aradan götürülməsinin əsas üsulu, eynilə o biri məhsullarla ticarətdə olduğu kimi, iştirakçı ölkələrin apardığı sınaqların və sertifikasiyanın nəticələrinin qarşılıqlı tanınmasıdır. Buna kömək üçün EMSAS sertifikasiya sistemində SB sxemindən (SB Sheme) istifadə olunur. SB sxeminin iştirakçısı olan ölkələr, sertifikasiyanı öz milli sertifikasiyası kimi tətbiq etmək məsləhət götürüldüyü halda BEK-in təhlükəsizlik üzrə standartlarına uyğunluğa sertifikasiya aparmaq vacibdir. Yalnız EMSBS sertifikasiya sistemində iştirak edən ölkənin nümayəndəsi SB sxeminin üzvü ola bilər. Üzvlüyün üç kateqoriyası qəbul olunmuşdur:

Sertifikasiya üzrə milli orqanı tanıyan, bu ölkədə SB Sxeminin sertifikatlarının BEK-in bir, yaxud bir neçə standartlarına uyğunluğunu tanımaq deməkdir;


  • sertifikasiya üzrə milli orqanı tanıyan və sertifikat verən» bu milli orqan tərəfindən SB Sxemi üzrə sertifikatların verilməsi hüququnu tanımaq deməkdir.

  • SB Sxeminin üzvü olmağa hazır olmayanlar üçün assosiasiyalı üzvlük.

  • SB Sxeminə üzv qəbul olunmaq üçün qoyulmuş qaydalara uyğun olaraq, müəyyən sənədlər düzəltməklə, sifariş verilir. Sifarişə baxıldıqdan sonra SB Sxeminin orqanları komitəsi tərəfindən ekspertlər təyin olunur ki, onlar da sifarişçini sxemin iştirakçısına qoyulan tələblərə uyğunluğunu yoxlayır. Ekspertlər namizədin səriştəliliyini, işi yerinə yetirə bilmək qabiliyyətini, təcrübəsini, sertifikasiya olunan məmulatların standartlaşdırma sahəsində biliyini, SB Sxeminin qaydalarının yerinə yetirə bilməsi qabiliyyətini, ISO/BEK-in «Sınaq laboratoriyalarının qəbuluna ümumi tələblər» Rəhbəredici 38 sənədin tələblərinə uyğunluğunu qiymətləndirir.

SB Sxemində milli sertifikasiya orqanının tanınmasının baş meyarı, olduqca ciddi olan BEK-in standartlarına uyğunluğuna iki il müddətində, on sifarişdən az olmamaqla, sertifikasiyanın aparılmasıdır. Beləliklə, təcrübə kimi parametr qiymətləndirilir. Əgər təcrübə kifayət qədər deyilsə, namizəd birillik sınaq müddətinə şərti olaraq işə götürülür. SB Sxeminin sınaq laboratoriyasının təyin etdiyi sınaq müddətində namizədin üç sifariş üzrə məmulatların sertifikasiya sınaqlarının protokolları yoxlanılır. Nəzarət sınaqları üzrə bütün xərclər namizəd tərəfindən ödənilir. SB Sxemi fasiləsiz olaraq təkmilləşir. Xüsusilə, tanınma və inspeksiya nəzarəti proseduru sadələşir. Məsələn, «Müəssisənin fəaliyyətinə nəzarətin qarşılıqlı tanınması» Rəhbəredici sənəddə iştirakçı ölkələrin sertifikasiya üzrə milli orqanlarının yerinə yetirdiyi attestasiyanı və inspeksiya nəzarətini tanımaq məsləhət görülür.

SB sertifikatını almaq üçün iki alternativ prosedur mövcuddur:

Birinci prosedura uyğun olaraq SB sertifikatını, uyğun sınaqlardan və digər ölkənin milli orqanı tərəfindən təsdiq olunduqdan sonra sertifikasiya üzrə milli orqan verir.

İki prosedura uyğun olaraq SB sertifikatını sertifikasiya üzrə milli orqan verir. Lakin bu zaman sertifikasiya obyekti əvvəlcə verilmiş orqanda əməkdaşlıq edən laboratoriyada sınaqdan keçməlidir.

Sertifikatın alınması üçün əsas şərt sifarişdə istehsalçının ticarət markasının, yaxud firma nişanının mütləq olmasıdır. SB Sxemində iştirak edən və sertifikasiya üzrə milli orqanları olmayan ölkələrdə yerləşən istehsalçılar ancaq birinci prosedurdan istifadə edə bilərlər.

SB Sxemində sınaq laboratoriyası o zaman akkreditasiya ola bilər ki, onun yerləşdiyi ölkənin SB Sxemində iştirak edən sertifikasiya üzrə milli orqanı olsun.

SB Sxemində sertifikasiya üzrə 34 milli orqan və 70-dən artıq sınaq laboratoriyaları akkreditasiya olunmuşdur. Bunların hər biri EMSBS-in ixtiyari iştirakçı ölkənin istəyinə əsasən elektrik avadanlığının sınaqlarını yerinə yetirə və məmulatın təhlükəsizlik üzrə BEK-in standartının tələblərinə uyğunluğunu təsdiq edən SB sertifikatını verə bilər. Sertifikatda mütləq sınaqların protokolu verilir. Bu onunla əlaqədardır ki, əksər iştirakçı-ölkələrin standartlarında BEK standartlarından fərqlənən bu və ya digər meyllənmələr mövcuddur. Sınaq protokolu məmulatın deklarasiya olunan meyllənmələrə uyğunluğunu təsdiq edir ki, bu da digər ölkədə sınaqların aparılmasını lazımsız edir.

Lakin EMSBS-in iştirakçı-ölkələrinin heç də hamısı sınaqların protokolunu tanımır. Konkret olaraq Böyük Britaniya, Yaponiya, Cənubi Koreya və Israil bu protokolları tanımır.

Rusiya 1992-ci ildən EMSBS və SB sxeminin üzvüdür. QOST R sertifikasiya Sistemi çərçivəsində elektrik avadanlığının təhlükəsizlik standartlarına uyğunluğunu milli sertifikasiya sistemi – EATSSS fəaliyyət göstərir. Sistemin normativ bazasını əsasən BEK-in beynəlxalq standartları təşkil edir.


Mühazirə 11.

Mövzu: Elektron texnikası məmulatlarının sertifikasiya sistemi üzrə beynəlxalq BEK sistemi

PLAN


  1. Elektron texnikası məmulatlarının sertifikasiyası üzrə beynəlxalq BEK sistemi.

  2. BMT-nin Avropa iqtisadi komissiyasının (AIK) fəaliyyətinə sertifikasiya.



Ədəbiyyat

1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 2007

2.Крылова Г.Д.Основы стандартизации, сертификации метрологии. М.2001
Elektron texnikası məmulatlarının (ETM) sertifikasiyasının beynəlxalq sisteminin yaradılmasına səbəb bu məhsulların bazarlarında Avropa və Amerika firmaları arasında rəqabətin kəskinləşməsi olmuşdur. Avropa bazarını amerikalı rəqiblərindən qorumaq üçün «Elektrotexnikada standartlaşdırma üzrə Avropa komitəsi» (SENƏLEK) çərçivəsində keçən əsrin 60-cı illərinin axırında elektron texnikası məmulatlarının sertifikasiya sistemi SESS yaradılmışdır. Bu sistem AB-nin üzvü olan ölkələr və «Sərbəst ticarət üzrə Avropa assosiasiyası» (STAA) üçün bağlı regional sistem kimi yaradılmışdır. Avropa standartlarına ETM-in regional sertifikasiyası, Qərbi Avropa ölkələrinin sertifikatlaşdırılmış məmulatlarının satın alınmasına üstünlük verilməsi haqqında dövlət səviyyəsində qərarlarını stimullaşdırdı.

Beləliklə, qeyri-Avropa şirkətləri üçün yaranmış «texniki maneəni» dəf etmək lazım gəlirdi. ABŞ, Yaponiya, Kanada, Avstraliya və digər dövlətlərin təşəbbüsü ilə «Tariflər və ticarət üzrə baş razılaşma» (TTBR - QATT) və «Ümumdünya ticarət təşkilatında (ÜTT-VTO) ticarətdə texniki maneələr üzrə Razılaşmanın layihəsinin hazırlanmasına başlanmış, ISO-da sertifikasiya üzrə komitə (SERTIKO) təşkil olunmuş. BMT-nin «Avropa iqtisadi komissiyasının» (AIK) nəzdində yaradılmış, standartlaşdırma sahəsində siyasətə cavabdeh vəzifəli şəxslərin apardığı müşavirlərin mühüm suallar siyahısına sertifikasiya üzrə məsləhətlərin işlənməsi daxil edilmişdir. Bütün bunların nəticəsində BEK-də elektron texnikası məmulatlarının sertifikasiyası üçün beynəlxalq sistem yaradılmışdır. Sistemin əsas qaydaları və prosedurları 1980-ci ildə qəbul olunmuşdur.

ETM-in Sertifikasiya sisteminin yaradılmasında məqsəd-elektron texnikası məmulatlarına, onların uyğunluqlarının qiymətləndirilməsi metodlarına vahid tələblərin qoyulması vasitəsilə bu məhsullarla beynəlxalq ticarətə kömək etməkdir ki, onlar sistemin bütün iştirakçı ölkələrində təkrar sınaqlar aparılmadan eynilikdə qəbul edilsin.

Sistemə ümumi rəhbərlik BEK-in Şurası qarşısında hesabat verməli olan sertifikasiya üzrə Rəhbəredici komitəyə həvalə olunmuşdur. BEK-in üzvü olan ixtiyari ölkə aşağıdakı şərtləri yerinə yetirdikdə Sistemdə iştirak edə bilər:



  • standartlaşdırma və sertifikasiya üzrə milli təşkilatın mövcudluğu;

  • sistemin bütün qaydalarının yerinə yetirilməsinə razılıq və uyğun milli sənədlərin nəşri;

  • digər iştirakçı ölkələrdə buraxılan elektron texnikası məmulatlarının sınaq protokolları və sertifikatlarının tanınması (sistemin tələblərinə uyğun olduqda).

  • sistemin üzvünün maliyyə öhdəliklərini yerinə yetirməsi; burada BEK Sistemində iştirakının iki növü nəzərdə tutulmuşdur.

  • sertifikasiya üzrə Rəhbəredici komitədə səsvermə hüququ ilə iştirak etmə və nəzarət üzrə Əlaqələndirmə komitəsində məsləhətçi üzvlük;

  • Rəhbəredici komitədə səsvermə hüquqi ilə iştirak etmək və nəzarət üzrə Əlaqələndirmə komitəsində tam hüquqlu üzvlük;

İngilis, fransız və rus dilləri sistemin rəsmi dilləridir.

Sertifikasiyanı BEK sistemi üzrə aparıldığını bildirən ölkə, sistemin qaydalarına əsasən, elektron texnikası məmulatlarının sertifikasiya qaydasının BEK sisteminin müddəalarına uyğunluğuna və uyğunluq nişanından düzgün istifadə edilməsinə cavabdeh olan milli nəzarət xidmətinə malik olmalıdır. Bu ölkədə sınaq laboratoriyalarının istifadə etdiyi ölçmə vasitələrinin yoxlanılması üzrə milli orqan fəaliyyət göstərməlidir. BEK sisteminə daxil olmaq istəyən ölkəyə, nəzarət üzrə milli müddəaları bəyəndikdən sonra əlaqələndirici komitə inspektorlar qrupu göndərir. Qrup aşağıdakıları yoxlayır:



  • milli nəzarət xidmətinin funksiyalarının BEK sisteminin qaydalarına uyğunluğunu;

  • işin həqiqi vəziyyətinin nəzarəti haqqında milli əsasnamənin məzmununa uyğunluğunu;

  • elektron texnikası məmulatlarının sertifikasiyası üzrə təcrübənin, attestasiya olunmuş istehsalçı-müəssisələrin və asılı olmayan sınaq laboratoriyalarının (mərkəzlərin) siyahılarının aparılması.

Sistemin qaydalarına görə təcrübəlilik meyarı kimi heç olmasa bir istehsalçı müəssisənin attestasiyası və iki növdən az olmamaqla elektron texnikası məmulatlarının, sistemdə qoyulmuş tələbələr üzrə sertifikasiyası sayılır.

İnspeksiya qrupu sınaq laboratoriyalarına və ölçmə vasitələrinin yoxlama laboratoriyasına baş çəkir. BEK sistemi üzrə sertifikasiya olunacaq ETM-istehsal olunduğu texnoloji xətlərdən biri ilə tanış olur. Bununla belə nəzərə almaq lazımdır ki, məmulatın standartı (yaxud texniki şərtləri) inspektorlar qrupuna onun gəlişinə qədər təqdim olunmalıdır. Gəlişin nəticəsinə görə inspektorlar qrupu Əlaqələndirici komitənin sədrinə hesabatında qəbul olunmuş qərar barədə məlumat verilir. Qərara görə namizəd qəbul oluna və yaxud olunmaya bilər. İkinci halda müəyyən edilmiş çatışmazlıqlar və onların aradan qaldırılması üçün müddətlər göstərilir. Belə prosedurlardan sonra namizədin təsdiq olunması üçün məsləhət verilir. Namizəd ölkə inspeksionlar qrupunun nəticələri ilə razılaşmamaq hüququna malikdir və öz etirazını əlaqələndirici komitəyə yazılı surətdə təqdim edə bilər. Sistemin üzvü olmuş ölkə, milli nəzarət sistemində baş verən və elektron texnikası məmulatlarının sertifikasiyasının təşkilinə təsir göstərə bilən, hər bir dəyişiklik haqqında nəzarət üzrə Əlaqələndirici komitəyə xəbər verməlidir. Bu dəyişikliklər nəzarət üzrə Əlaqələndirici komitə tərəfindən bəyənilməlidir. BEK sistemində attestasiya olunmuş milli nəzarət xidmətləri hər üç ildə bir dəfə milli nəzarətin müddəalarında edilmiş dəyişikliklərin tam siyahısını mütləq Əlaqələndirici komitəyə göndərməlidir.

BEK sistemi üzrə elektron texnikası məmulatlarının sertifikasiyasının mühüm mərhələləri aşağıdakılardır: istehsalçı müəssisələrin attestasiyası və sınaq laboratoriyaların akkreditasiyası, qəbul olunan normativ sənədlərin uyğunluğunun yoxlanılması və tipin qəbulu.

Müəssisənin yoxlanması (attestasiyası) üçün milli nəzarət xidmətinin nümayəndəsi keyfiyyətin nəzarəti və müəssisədə ETM-in sınaqları, fəaliyyətdə olan sınaq və ölçmə avadanlığının siyahısını, onun yoxlanması haqqında sənədləri və s. təqdim etməlidir.

Sınaq laboratoriyası akkreditasiyası üçün məcburi şərt təcrübəli və səlahiyyətli (etibarlı işini bilən) heyətin, lazımi avadanlığın, aktual sınaq metodikalarının mövcud olmasıdır. Sınaq laboratoriyasının fəaliyyəti ETM-i hazırlayandan və istehlakçılardan asılı olmamalıdır. Laboratoriyada BEK sisteminin tələblərinin yerinə yetirilməsinə cavabdeh təyin olunmalıdır. O, milli nəzarət xidməti ilə daimi işçi əlaqələrdə olmalı, sınaqların nəticələrinin lazımi qaydada tərtibini təmin etməli; laboratoriyanın işində olan məxfiliyi gözləməlidir.

BEK sistemi üzrə olan sertifikasiyanın normativ sənədlərinə konkret tələblər irəli sürülür.



  • Sistemin bazasını BEK standartları təşkil etməlidir;

  • iştirakçı-ölkələrdə bu standartlar birbaşa, yaxud dolayı metodlarla qəbul olunmalıdır;

  • qəbul olunmuş sənəd milli qaydalarla tərtib olunsa da, beynəlxalq standartın məzmunu mütləq saxlanmalıdır.

Hər hansı konkret məmulata BEK standartı olmadıqda «müvəqqəti sənəd» yəni sertifikasiya məqsədləri üçün milli, yaxud bir qayda olaraq, firmanın normativ sənədindən istifadə etməyə icazə verilir. Bu zaman sertifikasiya üzrə milli təşkilat müvəqqəti texniki şərtlərin BEK sisteminin tələblərinə uyğunluğuna məsuliyyət daşıyır və onların fəaliyyət müddəti BEK-in analoji texniki şərtləri nəşr olunduqdan bir il sonra qurtarır. Sistemin qaydalarına görə sertifikasiya üçün tətbiq olunan bütün standartlara, BEK-in rəhbəredici № 102 «Elektron texnikası məmulatlarının sertifikasiya məqsədləri üçün texniki şərtlərin qurulması qaydaları» sənədinin tələblərinə uyğun qurulan vahid massiv kimi baxılır. Rəhbərlik aşağıdakı normativ sənədləri müəyyən edir:

  • əsaslı texniki şərtləri;

  • ümumi texniki şərtləri;

  • qrup texniki şərtləri;

  • konkret tip məmulatlara texniki şərtlərin formalarını;

  • konkret tip məmulatlara texniki şərtlər.

Əsaslı texniki şərtlər elektron texnikasının bütün məmulatlarına, yaxud bir neçə qrup məmulatlara tələblər qoyur. Onlara aşağıdakıları aid etmək olar, məsələn, xarici faktorların təsiri zamanı sınaqların aparılması metodlarına, partiyalar üzrə və dövri nəzarətin təşkili qaydalarına və s. BEK-in standartları.

Ümumi texniki şərtlər. ETM-in qruplarına, yaxud yarımqruplarına aiddir. Onlar terminləri və təyinləri, şifrləri, verilmiş qrup üçün xarakteristik olan sınaq metodlarını və s. müəyyən edir.

Qrup texniki şərtlər konkret yarımqrupa aiddir. Onlar ETM-in konkret tipinə uyğun sənədin formasını, yaxud onun işlənməsinə təlimatları özlərində əks etdirirlər.

Texniki şərtlərin formaları konkret tip məhsullara işlənir, normativ sənədlərin infikasiyası üçün istifadə edilir və qrup, yaxud ümumi texniki şərtlərin müddəalarına əsaslanır. Bir qayda olaraq onlarda, sertifikasiyada mütləq istifadə olunan, texniki meyarların nomenklaturası və həmçinin sınaq şəraiti müəyyən olunur.

Konkret məmulata texniki şərtlər məmulatın BEK Sistemində sertifikasiyası üçün lazım olan məmulatları birbaşa, yaxud onlara istinad formasında özündə əks etdirir. Bu növ texniki şərtlərin nəinki BEK-in texniki komitələri, həmçinin standartlaşdırma üzrə milli təşkilatlar və attestasiya olunmuş istehsalçı müəssisələr işləyə bilər.

Məmulatın tipik qəbulu o şərtlə aparılır ki, belə məmulatların istehsal texnologiyasında bir və yaxud bir neçə attestasiya olunmuş müəssisələr istifadə etsin.

Elektron texnikası məmulatının tipinin bəyənilməsinə nail olmaq üçün istehsalçı-müəssisə sertifikasiya üzrə milli orqana sifarişlə müraciət edir və bildirir ki, müəssisədə istehsalata və məmulatların sınaqlarına qoyulmuş tələblər gözlənilir. Sınaqların nəticələrinə görə müəssisə sertifikasiya üzrə səlahiyyətli orqan tərəfindən verilən, elektron texnikası məmulatının tipinə uyğunluq sertifikatı alır.

Sistemin qaydalarına görə buraxılan məmulatların keyfiyyətinin sertifikatlaşdırılmış tipə uyğunluğuna nəzarəti aparılır. Məmulatlar partiyalarının nəzarət sınaqları iki qrupa bölünür: qrup A- xarici baxış, ölçülərin və ayrı-ayrı mühüm xarakteristikaların yoxlanılması; qrup B – xarici baxış, ölçülərin və bütün texniki xarakteristikaların yoxlanılması.

Sistemin qaydalarına görə qəbul olunmuş məmulat partiyaları uyğunluq nişanı ilə markalanırlar. Bu uyğunluq nişanı dövlət sertifikasiya sistemində qəbul olunmuş milli nişanı təmsil edir və ona milli nəzarət xidməti, sertifikasiya üzrə milli təşkilat və nəzarət partiyasının nömrəsi haqqında məlumat olunur.

Uyğunluq sertifikatı, qəbul olunmuş rekvizitlərdən və informasiyadan aşağıdakı mətni əks etdirir: «Hazırlanmış məmulatlar elektron texnikası məmulatlarının BEK sistemində sertifikasiya prosedurunun qaydalarına uyğun, koordinasiya komitəsinin tamhüquqlu üzvü olan milli nəzarət xidmətinin nəzarəti altında və yuxarıda göstərilmiş texniki şərtlərə uğun olaraq qəbul olunmuşdur».

Sertifikasiya üzrə AIK-in işində mühüm nailiyyət 1988-ci ildə qəbul olunmuş «Sertifikasiya üzrə beynəlxalq razılaşmaların işlənməsinə və imzalanmasına kömək» sənədinin hazırlanmasıdır. Bu sənədə əsasən AIK-in üzvü olan ölkələrin hökumətləri sertifikasiya sistemlərinin qarşılıqlı tanınması iki və çoxtərəfli razılaşmaların əldə edilməsi və kömək etməlidir. İqtisadi əməkdaşlığın qarşılıqlı faydalı şərtləri belə razılaşmalar üçün əsas olmalıdır. Razılaşmalar aşağıdakıları nəzərdə tutur:



  • fəaliyyətdə olan qaydaları və öhdəlikləri qəbul etməyə hazır olan digər ölkənin qoşulması üçün xarakterli olması;

  • xaricdən gətirilən və ölkənin daxilində istehsal olunmuş məhsullar üçün hüquqların, öhdəliklərin və rejimlərin bərabərliyi;

  • təchizatçı ölkədə aparılmış sınaqların nəticələrinin qarşılıqlı tanınması;

  • sertifikasiya prosedurunun müqavilənin tələblərinə uyğunluğuna arxayın olması və təminatı üçün ixtisaslı heyətin və lazımi sınaq bazasının mövcudluğu;

  • milli standartların harmonikləşdirilməsi.

BMT AIK-i qarşılıqlı inama nail olmağa kömək edə bilən tədbirlər müəyyən etmişdir. BMT-nin AIK-də standartlaşdırma, sertifikasiya və keyfiyyət məsələləri ilə həmçinin xüsusiləşdirilmiş komitələr məşğul olurlar. Məsələn, kənd təsərrüfatı üzrə Komitə aqrosənaye məhsullarının sertifikasiyası üçün məsləhətlər işləyir; meşə üzrə Komitə-meşə məhsullarının standartlaşdırılması və sertifikasiyası üzrə; nəqliyyat üzrə Komitə nəqliyyat vasitələrinin sertifikasiyası üzrə BMT-nin AIK-in Qaydalarını işlənmişdir ki, onun da əsasında yol nəqliyyat vasitələri avadanlıqlarının sertifikasiya (omoloqasiyası) sistemi yaradılmışdır.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin