Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
45
MÖVZU 20
Ərazinin radioaktiv maddələrlə çirklənməsi. Yaranmış şəraitin
qiymətləndirilməsi
Nüvə zədələnməsi ocağı o əraziyə deyilir ki, orada nüvə partlayışının zədələyici amilləri
nəticəsində küllü miqdarda insan, heyvan və bitki tələfatı olur, bina və qurğular dağılır, yanğınlar baş
verir və yer radioaktiv maddələrlə zəhərlənir.
Nüvə zədələnməsi ocağı mürəkkəb zədələnmə ocağıdır, burada dağıntılar, yanğınlar və
radioaktiv zəhərlənmə ocağı eyni zamanda əmələ gəlir. Zərbə dalğasının önündə izafi təzyiqi 10kPa-
dan artıq olan sahələr nüvə dağıntısı ocağı adlanır.
Dağıntıların xarakterinə görə belə sahələr dörd dağıntı zonasına ayrılır:
1. Tam dağılma zonası
2. Güclü dağılma zonası
3. Orta dərəcəli dağılma zonası
4. Zəif dağılma zonası
Dostları ilə paylaş: