TƏQDİMAT Bu ilin mart-aprel aylarında respublika ali məktəbləri arasında keçirilən idman yarışlarında universitetimizin tələbələri də iştirak etmiş və fərəhli nəticələr əldə etmişlər. Belə ki, onlardan 2 nəfəri sərbəst güləş üzrə, 1 nəfəri boks üzrə, 2 nəfəri isə yüngül atletika üzrə birinci yerə çıxmışdır. Həmin tələbələrə təşəkkür elan etməyinizi Sizdən xahiş edirəm.
Sərbəst güləş üzrə: 1 Qəzənfər Əli oğlu Məmmədov
2. Kamran Səfər oğlu Həsənov
Boks üzrə: 1. Fazil Nağı oğlu Vəliyev
Yüngül atletika üzrə: 1. Cünel Əmrah qızı Cəfərova
2. Kübra Nəsir qızı Xəlilova
Bədən tərbiyəsi və idman kafedrasının müdiri: F.Əliyev. 12.02.2015
Təhsil Şöbəsinin müdiri F.Z.Bəşirova 6 saylı orta məktəbinin direktoru A.Qalibovdan TƏQDİMAT Ə.Ə.Hüseynov 6 saylı orta məktəbin dil-ədəbiyyat müəllimidir. 40 illik pedaqoji iş stajına malikdir. APU-nu bitirib. Öz işinin öhdəsindən layiqincə gəlir. Qayğıkeş və savadlıdır. Yüzdən çox şagirdi müxtəlif sənət, peşə sahibidir. Üç kitab müəllifidir. Ali kateqoriyalı müəllimdir. Bu günlərdə onun anadan olmasının 60 ili tamam olacaqdır. Kollektivdə dərin hörmətə malikdir. İctimaiyyət arasında böyük nüfuz sahibidir.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Ə.Ə.Hüseynovun 60 illik yubileyinin rayon təhsil işçiləri ilə birlikdə keçirilməsinə şərait yaratmağınızı xahiş edirəm.
A.Qalibov 15.02.2015
Əmr barədə məlumat
«Əmr» ərəb sözü olub, bir işin görülməsi üçün verilən hökm və göstərişi özündə ehtiva edən sənəddir. Aşağıdakı mənalarda işlədilir:
Əmr etmək – bir işin görülməsini hökmlə tapşırmaq, buyurmaq.
Əmr vermək – sərəncam yazmaq, nəşr etmək, elan etmək.
Yazılı sənəd kimi, əsasən, hökumət orqanlarının, idarə, müəssisə, təşkilat və s. rəhbərlərinin rəsmi sərəncamı hesab edilir. Hərbi Komissarlığın əmri, universitet rektorunun əmri, işə qəbuletmə, işdən azadetmə, müəyyən işi tapşırma, komissiya yaratma, tədbir keçirmə, kitabça nəşrini təsdiqetmə və s.