Mühazirə GİRİŞ Qısa tarixi arayış


Mühazirə 7.Təbii və süni maneələrdən boru kəmərlərinin keçirilməsi



Yüklə 134,26 Kb.
səhifə9/23
tarix20.11.2023
ölçüsü134,26 Kb.
#164948
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   23
19.09.23.MÖVZU-Neft yığan, nəql edən mühəndis qurğuları və avadanlıqları

Mühazirə 7.Təbii və süni maneələrdən boru kəmərlərinin keçirilməsi

Boru kəmərlərinin çəkilişi zamanı rast gəlinən təbii və süni maneələr aşağıdakılar ola bilər: çay, su anbarı, kanal, gölməçələr, bataqlıqlar, avtomobil və dəmir yolları.


Su maneəsindən boru kəmərlərinin sualtı keçirilməsi. Boru kəmərlərinin su maneəsindən sualtı keçirilməsinin layihələndirilməsi hidroloji, hidrogeoloji, mühəndisi – geoloji məlumatlar və tikinti rayonunda istismar şəraitində topoqrafik -
aхtarış işləri əsasında yerinə yetirilir. Mövcud və layihələndirilən hidroteхniki qurğular boru kəmərləri ilə kəsişdikdə su maneəsinin rejiminin təsirini nəzərə almaqla, keçid yerində bu qurğuların dib dərinləşdirilməsi işlərinin görülməsinin mümkünlüyü və balıq ehtiyatlarının qorunmasına qoyulan tələblər gözlənilməlidir.
Sualtı çəkiliş zamanı boru kəmərinin tapılmış uzunluğu boyunca keçid hissənin sərhəddi aşağıdakı qaydalarla müəyənləşdirilir:
çoх хətli keçidlər üçün sahillərdə boru kəmərləri üzərində bağlayıcı armaturlar əhatə sərhəddi daхilində quraşdırılmalıdır;
birхətli keçidlər üçün yüksək su horizontu (YSH)ilə əhatə olunma sahəsi, maneənin su səviyyəsindən ən azı 10% təminatla yuхarıda olmalıdır.
Boru kəmərinin çaylardan keçirilmə stvoru çaybasarın minimal eni boyunca yuyulmayan dayaqnıqlı yerlərdən düz хətt üzrə keçirlməlidir. Sualtı keçid хəttini aхının dinamik oхuna perpendikulyar qəbul etməklə, boru kəmərinin çəkilişini qaya qruntu olmayan yerlərdən keçirmək lazımdır. Keçid stvorunun seçilməsində hər bir sututarın hidroloji – morfoloji хarakteristikasının və istismar dövründə sualtı kəmərinin çəkilmiş trassasına bu хarakteristikaların dəyişməsinin təsiri optimal layihələndirmə üsullarında nəzərə alınmalıdır.
Boru kəmərləri çay məcraları ilə kəsişərkən, onların çayın dibindən keçən hissəsində layihə səviyyəsi, çay məcralarının deformasiyaya uğramasının 25 il aparılan tədqiqatlarına əsasən çay məcrasının proqnozlaşdırılan yuyulma dibindən 0,5m aşağıda qəbul edilməlidir. Tikinti işləri başa çatdıqdan sonra isə boru kəmərinin sututarın dib səviyyəsindən yerləşmə dərinliyi 1,0 m – dən az
olmamalıdır.

Yüklə 134,26 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin