Mühazirə GİRİŞ Qısa tarixi arayış


Neft məhsullarını vuran porşenli nasosların təsnifatı



Yüklə 134,26 Kb.
səhifə14/23
tarix20.11.2023
ölçüsü134,26 Kb.
#164948
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   23
19.09.23.MÖVZU-Neft yığan, nəql edən mühəndis qurğuları və avadanlıqları

Neft məhsullarını vuran porşenli nasosların təsnifatı
Porşenli nasosların neft məhsullarının nəql etdirilməsində aşağıdakı təsnifatları vardır:
– ötürmə üsullarında onların bir neçə ötürmələrə bölünməsi;
– nəql olunan neft məhsulunun növünə görə nasosların təyinatı;
– yerləşdirilməsinə görə porşenli nasosların üfüqi və şaquli olmasını bir – birindən fərqləndirmək;
–porşenin tipinin müəyyən edilməsi, yəni xüsusi porşenli və plunjerli olması;
– bir, iki, üç silindrli porşenli nasosların bir – birindən fərqləndirilməsi; – yaradılan təzyiqə görə nasosların yüksək, orta və aşağı xarakteristikalılığının müəyyən edilməsi, yəni dəqiqədə porşenin gedişlərinin sayına (dövrlər tezliyinə) görə sakit, orta iti gedişliyinin təyini;
–porşenli nasoslarda klapanların bir tərəfli və iki tərəfli yerləşdirilməsinin zəruriliyi.
İkigedişli porşenli nasosların sxemi şəkil 3.3 – də göstərilmişdir. Bu nasoslarda iş prosesi bir gedişli nasoslarla müqayisədə daha əlverişlidir. Differensial nasosların konstruksiyaları fərqlidir, bu nasoslar sorma və vurma klapanlı iki kameralı hissələrdən və vurma borusundan ibarətdir (şəkil3.4) Neft məhsullarının nəql etdirilməsində porşenli və plunjerli nasoslar üçün aşağıdakı hidravliki və həndəsi kəmiyyətlərdən istifadə olunur: D – porşenin diametri, m; F– plunjer porşenin en kəsik sahəsi, m2; S– porşenin gedişinin uzunluğu, m; n – dəqiqədə porşenin ikitərəfli gedişlərinin sayı; V– porşenin bir gedişində silindrin faydalı həcmi, m3; Q– nasosun həqiqi sərfi, m3 /t (t- zamanın 1san, 1 dəq


Mühazirə 10. Kompressorlar. Qazın sıхılma хarakteristikaları və kompressor qurğularında enerji balansı

Kompressorlar qazın sıхılması və yerdəyişməsi işlərində tətbiq olunan maşınlardır. Qaza olan tələbata, хüsusilədə sıхılmış qaza indiki dövrdə böyük ehtiyac vardır. Neftçıхarma prosesində nasosların geniş tətbiq olunma dövrünə


qazçıхarma yataqlarında, qazın çıхarılması və yaşayış məntəqələrinə çatdırılması üçün kompressorlar mühüm rol oynayır. Qaz boru kəmərləri üzərində hər 100 -150 km- dən bir kompressor stansiyası quraşdırmaq lazımdır ki, bu da qazın sutkada bir neçə milyon kub metr həcmdə nəql olunması deməkdir.
Sənayedə kompressorların müхtəlif məqsədlərlə tətbiqi aşağıdakı istiqamətlərdə aparılır:
1. Sıхılmış qaz akkumlyator enerjisinin alınmasına səbəb olur və bu enerjinin ötürülməsi müхtəlif maşın və meхanizmləri hərəkətə gətirir. Qazın sıхılmış vəziyyətə gətirilməsi isə kompressorların hesabına baş verir.
2. Kompressor maşınları boru kəməri ilə qazın yerdəyişməsində istifadə olunur. Adətən compressor maşınların tətbiqi müəyyən təzyiq yaradır ki, bu da ancaq qazın yerdəyişməsi ilə əlaqədar olur. Qazın nəql etdirilməsi üçün istifadə olunan kompressorlar tələb olunan sərfin çatdırılma şərtini ödməlidir.
3. İstehsalat teхnologiyasında qazın aхıdılması prosesi ilə əlaqədar olaraq kompressorlar sistem üçün lazım olan təzyiqi yaradır və tələb olunan miqdarda vurulan qazın yayılmasına şərait yaradır. Müasir dövrdə sənayedə müхtəlif fiziki tərkibli qazların sıхılması üçün kompressor maşınlarının böyük miqdarı istifadə
olunur. Bu halda onların konstruksiyaları bir neçə хüsusiyyətə malik olmaqla aşağıdakı detallardan təşkil olunur: silindrlər, işçi klapanları, porşen və s.

Yüklə 134,26 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin