Mühazirə Boloniya prosesi və Azərbaycanın ali məktəblərində kredit sisteminin tətbiqi



Yüklə 36,97 Kb.
səhifə1/3
tarix19.12.2023
ölçüsü36,97 Kb.
#186657
növüMühazirə
  1   2   3
Dördüncü mühazirə



Dördüncü mühazirə
Boloniya prosesi və Azərbaycanın ali məktəblərində kredit sisteminin tətbiqi
Ali təhsildə Boloniya sistemi
Hər bir ölkədə olduğu kimi Azərbaycanda da təhsil cəmiyyəti formalaşdıran ən vacib amillərdən biridir. Hazırki dövrdə hər bir dövlətin inkişafında mühüm rolu məhz təhsil oynayır, ona görə ki, dövlət yalnız ağıllı, bacarıqlı, yüksək elmə malik olan insanlarının fəaliyyəti əsasında inkişaf edə, yüksək naliyyətlər qazana bilər. Belə ki, yuxarıdakılar nəzərə alınaraq ölkəmizdə də bu sahəyə xüsusi önəm verilir, təhsilin inkişafı naminə böyük işlərə imza atılır.
Təhsilin inkişafında, o cümlədən ali təhsilimizin indiki vəziyyətə gəlib çıxmasında ulu öndər Heydər Əliyevin fəaliyyəti danılmazdır. Dövlətimizin inkişafı ilə yanaşı təhsilimizdə də əldə olunan uğurlar ümummili lider Heydər Əliyevin uğurlu, uzaqgörən siyasəti nəticəsində əldə olunub.
Daha sonra hakimiyyətə ulu öndərin davamçısı olan İlham Əliyevin gəlməsi bu sistemda uğurlu islahatların əsasını qoydu. Belə ki, son 10 ildə təhsil sistemində baş verən dəyişikliklər, çoxsaylı naliyyətlər bu sitemin inkişaf mərhələsində yeni, həlledici yollar açdı.
Bununla da Azərbaycan qloballaşan dünyada gedən inkişafa uyğun olaraq qısa zaman kəsiyində təhsil sistemində böyük addımlar atdı. Bu addımlardan da ən mühümü ali məktəblərdə təhsilin yeni sistemə, yəni boloniya sisteminə keçməsi oldu. 2001-ci ildən ölkəmizin Avropa Şurasına üzv olması Azərbaycanın Avropa məkanına inteqrasiyasını daha da sürətləndirdi, o cümlədən Azərbaycan ölkə təhsilimizin avropa təhsil məkanında gedən proseslərə inteqrasiya olunması məsələsini müəyyənləşdirməyə başladı.
Ümumiyyətlə, boloniya sisteminə gedən yol 1998-ci il mayın 25-də Fransada Paris Universitetinin 800 illiyinə həsr olunan konfransda 4 ölkə Almaniya, İtaliya, Böyük Britaniya və Fransa təhsil nazirləri tərəfindən Sarbona Bəyənnaməsinin qəbulundan sonra başlandı.
Daha sonra 1999-cu ildə Avropanın 29-dan çox ölkəsinin təhsil nazirləri İtaliyaya yığışaraq Boloniya Bəyannaməsini qəbul etdi. Hazırda bu prosesə 45 ölkə qoşulub. Sənəddə iki pilləli təhsil, təhsilin keyfyyətinin gücləndirilməsi, kredit sisteminin tətbiqi, diplomlarımızın Avropa ölkələrində tanınması və digər müddəalar öz əksini tapıb.
Ölkədə bu sistemə qoşulmaq üçün ilk addımlar 2004-cü ildə atıldı. Həmin ildə Avropa Şurasının Baş Direktorluğunun təşəbbüsü ilə Strasburq şəhərində Qafqaz ölkələrinin təhsil nazirlərinin konfransı keçirilmişdi və həmin tədbirdə xüsusi bəyannamə qəbul olunmuşdu. Həmin bəyənnaməyə əsasən, 2004-cü ildə Azərbaycanda boloniya sisteminə qoşulmaq məqsədilə Təhsil Nazirliyi tərəfindən hesabat hazırlanaraq Avropa Komissiyasına təqdim edildi. Nəticədə isə 2005-ci ildə mayın 19-da Norveçin Berqen şəhərində keçirilən konfransda təhsil naziri Misir Mərdanov boloniya prosesinə qoşulmaqla bağlı rəsmi sənəd imzaladı. Bu sənəddən sonra Azərbaycan boloniya prosesinə qoşuldu. Beləliklə də ölkəmiz boloniya sisteminə qoşulmaqla ölkədə təhsilin keyfiyyətinin daha artmasını təmin etmək, təhsilimizin avropa ölkələrinin təhsilinə uyğunlaşdırmaq kimi bir sıra öhdəlikləri öz üzərinə götürdü.
Bu sistemə qoşulmaqda əsas məqsəd Azərbaycanın Avropa təhsilinə inteqrasiya olunmasıdır. Ümumiyyətlə, bilirik ki, Azərbaycan Avropa ölkələrinə inteqrasiya olunur. Burada təhsil ən önəmli sahələrdən hesab olunur. Bu gün Avropada demək olar ki, sərhədlər yoxdur bu sistem Avropa təhsilində mövcüd olan sərhədlərin silinməsinə gətirib çıxarıb.
Sistemin bir neçə pillələləri var ki, bura diplomların tanınması, tələbələrin bir universitetdən digərinə problemsiz köçürülməsi və digərləri daxildir. Bəzən ölkə gənclərimizdən biri hansısa xarici ölkədə iş yeri tapdıqda təhsilləri ilə bağlı müəyyən problemlərlə üz-üzə qalırdı. Lakin yeni sistemə keçidlə bu problemin qarşısı alındı. Hazırda hər bir ölkə gənci öz gələcəyini xarici ölkədə qurmaq istəyərkən onun qarşısında belə sərhədlər qalmır ona görə ki, yeni sistemlə bir universitetdən digərinə rahat şəkildə keçmək olur.
Bu müddəaların da yerinə yetirilməsi istiqamətində ölkəmizdə 2006-2010-cu illər üçün tədbirlər planı hazırlandı.
İlk dəfə bu sistem ölkəmizdə 2006-2007-ci tədris ilindən birinci kurslarda tətbiq olundu. Bu tətbiq olunma 2006-cı ildə "Bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərinin strukturu"nun hazırlanması əsasında reallaşdı.
Həmin sistemə əsasən ali təhsil müəsisələrində fənlərin sayı, auditoriya saatlarının miqdarı azaldı, tələbələr tərəfindən seçilən fənlərə ayrılan saatların miqdarı 5%-dən 20%-dək çoxaldıldı, yeni sitemin tələblərinə əsasən nəzəri həftələrin sayı 133-dən115-ə, semestrlər üzrə auditoriya dərsləri 17-18 həftədən 15 həftəyə endirildi, ixtisaslardan asılı pedoqoji təcrübənin müddəti 18 həftəyə qaldırıldı. Humanitar fənlərinin sayı isə 10-dan 3-ə endirildi.
Yeni sistemin əsas şərtlərindən biri təhsilin keyfiyyətinin yüksək səviyyəyə qaldırılması idi ki, bununla bağlı ölkəmizdə Nazirlər Kabinetinin 2004-cü il 359 № qərarı ilə "Ali və orta ixtisas təhsil müəsisələrinin attestasiya və akkreditasiyası haqqında əsasnamə" qəbul edildi.
Boloniya prosesinin digər əsas tələblərindən biri ali təhsildə kredit sisteminin tətbiqi idi. Bu sistem iki əsas funksiyanı özündə birləşdirirdi. Bura tələbələrin öz mobilliyini təmin etmək, və təhsilalma trayektoriyasını müstəqil müəyyənləşdirmək imkanları daxil idi. Bu sistemin əsas vəzifələrinin yerinə yetirmək üçün ölkədə "Ali təhsil müəsisələrində kredit sistemləri ilə tədrisin təşkili barədə nümunəvi əsasnamə" hazırlanıb təsdiq olundu.
Qaydalara görə, kredit sistemində təhsil alanlar üçün auditoriya dərsləri 15 həftəyə müəyyən olunur, tələbənin auditoriya və auditoriyadan kənar yükünün həcmi 45 saat oldu.
Bir kredit 15 auditoriyaya və ya 22,5 ümumi saata bərabərdir və bütün fənlər üzrə hər bir tələbə hər semestrdə 30 kredit müəyyənləşdirə bilər, yaxşı oxuyan tələbələr isə hər semestrdə 8 kreditdən çox olmamaq şərtilə 1 və ya 2 fənn seçə bilərlər. Bakalavr pilləsində tələbələrdə 200-250 kreditin yığılması tələb olunur. Burada bir şərt də var ki, tələbə yalnız o zaman kredit ala bilər ki, ali məktəblərdə tətbiq olunan qaydalar üzrə həmin fənnin imtahanından qiymət almış olsun.
Bu sistemə keçid ümumdünya təhsil sisteminə qovuşmaq deməkdir. Dünyada müəyyən təhsil standartları var o standartlar bu sistemdə daha qabarıq, səmərəli formada özünün göstərir. Ona görə də Azərbaycan təhsili sahəsində aparılan islahatların gedişində boloniya sisteminə inteqrasiya olunmağa üstünlük verdi. Boloniya sisteminin şübhəsiz ki, müəyyən üstünlükləri var. Məsələn daha opreativ, muasir biliklər almaq, eyni zamanda təlimin, tədrisin keyfiyyətini yaxşılaşdırmaq və digər baxımdan bu sistemin geniş imkanlar açdığını görmək mümkündür. Boloniya sistemi üzrə müəllim daha məlumatlı olmalı, auditoriyaya daha hazırlıqlı şəkildə girməli, innovasiya texnologiyalarında əks olunan faktlara, biliklərə yiyələnməlidir. Boloniya sistemi iki pilləli təhsil üçün şamil olunur. Bura magistr və bakalavr pilləri daxildir. Boloniya sistemi əsasında magistraturada təhsil alan tələbəyə iki il müddətində hər hansı bir sahə üzrə daha dərinləşdirilmiş biliklərin verilməsi vacibdir. Bu da dünyada sınaqdan çıxan bir təcrübə yoludur ki, Azərbaycan bu sistemə inteqrasiya olunmaqla dünya təhsil sisteminə inteqrasiya oldu.
Prezident İlham Əliyevin 2015-ci ilə qədər 5 min gəncin xaricdə təhsil alması ilə bağlı imzaladığı sərəncamı təhsilin vahid standartlara keçirilməsi prosesini daha da sürətlənməsinə təkan verdi. Ona görə ki, gənclərimiz bir qayda olaraq boloniya sistemi üzrə qurulan təhsil müəssisələrdə təhsil alacaqlar.
Boloniya sistemi ixtisas seçilməsi, dərinləşdirilən biliklərin verilməsi baxımında üstünlüklərə malikdir. Bu keçidi Azərbaycanın təhsil tarixində mütərəqqi proses adlandırmaq mümkündür. Keçmiş 5 illik təhsil bakalavrdan yüksək olsa da, magistr baxımından yetərli hesab etmək olmazdı. Ona görə bu sistem məzunlar üçün dünyanın hər yerində təhsil və ya işləmək üçün əlavə imkanlar açır. Bununla tələbələr ölkədən kənar təhsil alıb, işləmək istədikdə əvvəllər qarşılaşdığı problemlərlə qarşılaşmırlar. Boloniya prosesi geriyə dönməz prosesdir ki, o təhsil qanununda da öz əksini tapıb.
Yeni sistemə keçid zamanı tələbələr arasında müəyyən narazılıqları görmək mümkün idi. Çünki hər yerdə olduğu kimi, hamı yeniliyə hazır olmur. Müəyyən problemlər meydana çıxır ki, bunlar da zamanla, prosesin gedişində həll olur. Bir qayda olaraq yenilik hər zaman çətin olsa da, gec- tez bu keçid olmalı idi. Çünki bu sistem ölkə təhsilin qarşısında duran ən vacib proseslərdən biri idi. Hər hansı bir prosesə nə qədər gec keçilərsə, onun problemləri bir o qədər qarşıda duracaq. Amma nə qədər tez keçilərsə, onun qarşısında duran problemlərini tez bir zamanda həll etmək, arxada qoymaq olar. Bilirik ki, Boloniya Bəyənnaməsinin tələblərinə əsasən ali təhsilin inkişafına dair tədbirlər dövlət, Təhsil Nazirliyi, universitet səviyyəsində keçirilməlidir. Dövlətin bu işdə böyük dəstək göstərdiyini görmək mükündür. Hətta ölkəmizdə bununla əlaqədar Dünya Bankı ilə birgə islahatlar layihəsi hazırlanır.
Lakin bütün bunlar ölkə təhsilinin problemsiz olduğunu demir, bu mümkün də deyil. Çünki boloniya sistemi təhsildə olan problemləri həll etmir. Bu sistem sadəcə təhsilin inkişafına kömək edən təcili yardım maşınına bənzəyir. Düzdür dolayı yolla hansısa problemlərə təsir etmək imkanına malikdir. Məsələn əvvəllər imtahanlar yazılı şəkildə qəbul olunurdusa, bu sistemə keçiddən sonra imtahanlar kodlaşdırma yolu ilə aparılır.. Bu da yazılışı şəkildə qəbul olan imtahanlardakı neqativ halların aradan qalxmasına öz təsirini göstərir. Digər bir misal Avropa təhsil məkanına inteqrasiya zamanı tədrisdə də müəyyən dəyişikliklər olur. Müasir səviyyədə dərslər tədris etmək müəllimlərin qarşısına xüsusi tələblər qoyur ki, bu da onların öz üzərilərində daha çox çalışmaq, təhsil sisteminə daha bacarıqlı kadrların işə cəlb olunmasıdır. Bu da bir növ bəzi problemlərin, xüsusən də təcrübəsiz müəllimlərin təhsil sahəsindən uzaqlaşmasına şərait yaradır.
Amma bütün bunlara baxmayaraq, əsas məqsədimiz təhsilimizin Avropa təhsil məkanına inteqrasiyası olsa da bunun nə zaman 1,2,3 və ya 5 ilə baş verəcəyini də demək çox çətindir. Ona görə ki, ən mühüm problem diplomlarımızın tanınmamasıdır. Hazırda Azərbaycanın diplomları Avropada demək olar ki, hələ də tanınmır. Buna da səbəb isə Azərbaycanda Avropa təhsilinə inteqrasiya ilə bağlı inkişaf proqramlarının olmamasıdır. Digər problem universitetlərin idarə olunmasıdır ki, hələ də ali məktəblərdə müəllim-tələbə nisbətinin aşağı olması, lazımsız fakültələrin fəaliyyət göstərməsi, ali məktəblərlərimizin beynəlxalq əlaqələrinin, xarici universitetlərlə əməkdaşlığının, təcrübə mübadiləsinin aşağı olması və digər məsələlər hələ də qalmaqdadır. Düşünürəm ki, yaxın gələcək də sadalanan problemlər Prezident İlham Əliyevin uzaqgörən, məntiqli, düzgün siyasəti nəticəsində öz həllini tapacaq. Ölkəmizin təhsili təkcə Avropa təhsili ilə deyil, inkşaf etmiş dünya ölkələri ilə rəqabət aparmaq imkanını qazanacaq.
Bu gün Azərbaycan öz təhsil sisteminin inkişaf prioritetlərini dünyada, o cümlədən Avropa məkanında gedən proseslərə inteqrasiya olunmaqla müəyyənləşdirir. Hazırda ali təhsil sahəsində həyata keçirilən islahatların əsas istiqamətini də məhz bu prinsip təşkil edir. Müasir dövrdə Avropa ölkələri təhsil sistemlərinin inteqrasiyası və ümumavropa ali təhsil məkanının formalaşdırılması xüsusi aktuallıq kəsb edir. Bu baxımdan həyata keçirilən tədbirlər arasında Boloniya prosesi önəmli yer tutur.
Boloniya prosesinə gedilən yol 1998-ci il mayın 25-də Fransanın Paris şəhərində Paris Universitetinin 800 illiyinə həsr olunmuş konfransda 4 Avropa ölkəsinin - Böyük Britaniya, Almaniya, İtaliya və Fransanın təhsil nazirləri "Avropada ali təhsil sisteminin uyğunlaşdırılması haqqında" Sorbona Bəyannaməsini qəbul etdikdən sonra başlamışdır. Sorbona Bəyannaməsini imzalamış 4 nazir xarici tanınma prosesinin gələcəkdə daha da təkmilləşdirilməsinə, təhsilalanların mobilliyinin, məzunların işədüzəlmə imkanlarının genişləndirilməsinə yönəldilmiş ümumi sistemin yaranmasını dəstəkləmişdir.
Nazirlər digər İttifaq üzvləri və Avropa dövlətlərini qarşılıqlı əməkdaşlığa, imkanların genişləndirilməsi və təhsilin modifikasiyası vasitəsilə Avropa qitəsinin mövqelərinin gücləndirilməsi üçün birləşməyə çağırmışlar.
Boloniya prosesi ilə bağlı hadisələrin xronologiyasından açıq-aşkar görünür ki, Avropa məkanında bu proses intensiv şəkildə gedir və 2010-cu ilədək həmin prosesə bütün Avropa ölkələrinin qoşulması gözlənilir. ümumiyyətlə bu günədək Avropa regionunda ali təhsil sistemi inkişaf etmiş və Avropa Şurasına üzv olan 46 ölkədən 45-i (98 faizi) Boloniya prosesinə rəsmi şəkildə qoşulmuşdur.
Azərbaycan da bu prosesə qoşulmaq üçün hələ 2004-cü ildə ilk addımlarını atmışdır. Belə ki, 17-18 may 2004-cü il tarixlərində Avropa Şurasının Baş Direktorluğunun təşəbbüsü ilə Strasburq şəhərində keçirilmiş Qafqaz ölkələri təhsil nazirlərinin konfransında xüsusi Bəyannamə qəbul olunmuş və həmin rəsmi sənədə Azərbaycan Respublikasının təhsil naziri də öz imzasını atmışdır.
Bundan sonra 2004-cü ilin dekabrında "Boloniya prosesinə qoşulmaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin hesabatı" hazırlanaraq son konfransda (19 sentyabr 2003-cü il) seçilmiş növbəti təşkilatçı ölkənin (Norveç) təhsil nazirinə, bir surəti isə Avropa Komissiyasının sədrinə (Danimarkanın təhsil naziri) təqdim olunmuşdur.
Nəhayət, 2005-ci il may ayının 19-da Norveçin Berqen şəhərində keçirilən konfransda Azərbaycan Boloniya prosesinin həqiqi üzvü seçilmişdir.
Bu, Azərbaycan ali təhsil işçilərinin, bütövlükdə Azərbaycan ictimaiyyətinin həyatında böyük bir hadisə sayılmalıdır.
***
Həyatın gedişi göstərir ki, yalnız Boloniya Bəyannaməsinin başlıca müddəalarına əməl etməklə Avropa məkanında ali təhsil sisteminə inteqrasiya olunmaq mümkündür. Bu müddəalar:
- ikipilləli ali təhsilə keçiddən;
- kredit sisteminin tətbiqindən;
- təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsindən;
- mobilliyin genişləndirilməsindən;
- məzunların işə düzəlməsinin təmin olunmasından;
- təhsilin sosial yönümlülüyünün (ömür boyu təhsilin) təmin edilməsindən;
- Avropa təhsil sisteminin cəlbediciliyinin təmin edilməsindən və s. ibarətdir.
Boloniya prosesini şərtləndirən bu müddəalar Azərbaycan üçün də səciyyəvidir və bunların həyata keçirilməsi ölkəmizin ali təhsil işçilərinin qarşısına qısa zaman kəsiyində həlli vacib olan bir sıra məsələlər qoyur. Bunlar respublikamızda artıq tətbiq olunan ali təhsilin ikipilləli sisteminin məzmununda yeniləşmələrin aparılmasından, tədricən kredit sisteminə keçilməsindən, təhsilin keyfiyyətinə nəzarətin yeni mexanizminin tətbiqini təmin edən akkreditasiya sisteminin təşkili və tətbiqindən, tələbələrin, eləcə də professor-müəllim heyətinin mobilliyini (sərbəst hərəkətini) intensivləşdirən müvafiq təhsil proqramlarının hazırlanmasından, ölkəmizdə təhsilin məzmununun aparıcı ölkələrin universitetlərinin tələblərinə uyğunlaşıdrılmasından, xarici ölkə mütəxəssis və alimlərinin respublikanın ali məktəblərinə cəlb olunma imkanlarının genişləndirilməsindən, hər bir tələbə üçün fərdi təhsil trayektoriyası müəyyənləşdirilməklə ali təhsilin demokratikləşdirilməsinə nail olunmasından, ali təhsil sistemimizin xarici ölkə vətəndaşları üçün daha cəlbedici olmasından, ali məktəblərimizin diplomlarının Avropa ali məktəblərinin diplomlarına uyğunlaşdırılmasından və qarşılıqlı tanınmasından, beynəlxalq tələblərə müvafiq meyarlar müəyyənləşdirilməklə ali təhsilin keyfiyyətinin yüksəldilməsindən, hazırladığımız mütəxəssislərin beynəlxalq aləmdə rəqabətə davamlı olmasından, məzunların aldıqları kvalifikasiyaya uyğun işlə təminatı probleminin həllindən, mütəxəssis hazırlığını təmin edən ixtisasların təsnifatının müvafiq beynəlxalq təsnifata uyğunlaşdırılmasından, elmi-tədqiqatların nəticələrinin tədris prosesinə tətbiqinin genişləndirilməsindən və s. ibarətdir.
Boloniya prosesinə qoşularkən götürdüyümüz öhdəliklərin və Boloniya Bəyannaməsi müddəalarının həyata keçirilməsi istiqamətində Təhsil Nazirliyi və ali məktəblər tərəfindən müəyyən işlər görülmüşdür. Belə ki, Azərbaycan Boloniya prosesinə üzv qəbul olunduqdan sonra Təhsil Nazirliyində mütəxəssislərdən ibarət işçi qrupu yaradılmışdır. İşçi qrupu tərəfindən digər sənədlərlə yanaşı, "Azərbaycan Respublikası ali təhsil sistemində 2006-2010-cu illərdə Boloniya Deklarasiyasının müddəalarının həyata keçirilməsi üçün tədbirlər planı" hazırlanmış və nazirliyin 16.01.2006-cı il tarixli 15 nömrəli əmri ilə təsdiq edilmişdir. Tədbirlər planında ölkəmizdə 1993-cü ildən həyata keçirilən ikipilləli ali təhsil sisteminin inkişaf etdirilməsi, bu məqsədlə istiqamətlər (ixtisaslar) üzrə dövlət təhsil standartlarının hazırlanması, kredit sistemi barədə mövcud təcrübənin öyrənilməsi və tətbiqi, xarici ölkələrin ali təhsil müəssisələri tərəfindən verilən sənədlərin nostrifikasiyası prosedurasının təkmilləşdirilməsi, respublikada ali təhsil haqqında bakalavr diplomuna əlavənin Avropa ölkələrinin ali təhsil haqqında verilən diplomlarının əlavəsinə uyğunlaşdırılması, ali təhsilin keyfiyyətinin, tələbələrin və müəllimlərin mobilliyinin inkişaf etdirilməsi və s. nəzərdə tutulmuşdur.
Boloniya Bəyannaməsinə və müvafiq tədbirlər planına uyğun olaraq ali təhsil sistemində edilmiş əsaslı dəyişikliklərdən biri bütün istiqamətlər üzrə yeni nəsil dövlət təhsil standartlarının hazırlanmasıdır. Beynəlxalq təcrübəyə müvafiq olaraq yeni standartlarda fənlərin sayı, auditoriya saatlarının miqdarı azaldılmış (4140 saatdan orta hesabla 3305 saata qədər), seçmə fənlərə ayrılan saatların miqdarı 5%-dən 20%-dək çoxaldılmışdır. Boloniya prosesinin tələblərinə uyğun olaraq nəzəri həftələrin sayı 133-dən 115-ə, semestrlər üzrə auditoriya dərsləri 17-18 həftədən 15-ə endirilmiş, təcrübənin müddəti ixtisaslardan asılı olaraq 18 həftəyə qədər artırılmışdır. Humanitar fənlər bölümündə məcburi fənlərin sayı 10-dan 3-ə endirilmişdir. Burada yalnız məcburi fənn kimi nəzərdə tutulan Azərbaycan tarixi, Azərbaycan dili (təlimi rus dilində olanlar üçün), xarici dil saxlanılmışdır. Digər fənlər (fəlsəfə, politologiya, sosiologiya, iqtisadiyyat və s.) seçmə kimi təklif edilmişdir. İlk dəfə olaraq ixtisas fənlərinin müəyyənləşdirilməsi ali məktəblərin səlahiyyətinə verilmişdir.
Boloniya prosesi çərçivəsində diqqəti cəlb edən məqamlardan biri diplomların ekvivalentliyi və qarşılıqlı tanınmasında mühüm əhəmiyyət kəsb edən diploma əlavənin hazırlanmasıdır. Diploma əlavənin vahid modeli (nümunəsi) Avropa Komissiyası, Avropa Şurası və YUNESKO-nun ekspertlərinin də daxil olduğu birgə işçi qrupu tərəfindən işlənib hazırlanmışdır. Həmin model aşağıdakı bölmələrdən ibarətdir: diplomun sahibi haqqında məlumat, alınmış ixtisas, ixtisas dərəcəsi; proqramın məzmunu və onu mənimsəmə nəticələri; ixtisas haqqında informasiya; əlavə məlumat.
Belə bir model üzrə hazırlanan diploma əlavə məzunların akademik mobilliyini və onların əmək bazarında fəaliyyətə başlamasını asanlaşdırır. Bütün bunları nəzərə alaraq ölkəmizdə də müvafiq nümunəyə (modelə) uyğun "Diploma əlavə"nin hazırlanması istiqamətində tədbirlər həyata keçirilir.
Yeri gəlmişkən qeyd edək ki, Boloniya Bəyannaməsinə uyğun olaraq xarici ölkə ali təhsil müəssisələri tərəfindən verilmiş təhsil sənədlərinin Azərbaycanda tanınması üzrə də tədbirlər həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 63 nömrəli qərarı ilə "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları" təsdiq edilmiş, buna müvafiq olaraq Təhsil Nazirliyində Daimi Komissiya yaradılmışdır. Komissiya işlədiyi müddətdə diplomların nostrifikasiyası ilə bağlı bu günə kimi Təhsil Nazirliyinə 1517 müraciət daxil olmuşdur. 940 müraciət müsbət həll olunmuş və diplomların sahiblərinə müvafiq şəhadətnamələr verilmişdir. Eyni zamanda təqdim edilmiş sənədlər arasında 239 qeyri-qanuni fakt aşkarlanmış və bu diplomların Azərbaycan Respublikası ərazisində tanınmaması barədə qərar qəbul edilmişdir.
Boloniya prosesinin əsas tələblərindən biri ali təhsildə kredit sisteminin tətbiqidir.

Yüklə 36,97 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin