Mühazirə Antiseptika və Aseptika



Yüklə 182,13 Kb.
səhifə5/7
tarix13.12.2022
ölçüsü182,13 Kb.
#74297
növüMühazirə
1   2   3   4   5   6   7
M hazir Antiseptika v Aseptika (1)

Ləçək sarğıları
Ləçək düzbucaqlı bərabəryanlı üçbucaq şəklində parçadır(kətan,bez daa yaxşıdır), bunun hipetonuzu 1-1,5-in bərabəridir. Ləçək sarğının ən köhnə formasıdır. Hazırda ləçək çox vaxt əlin, saidin, bazunun xəstəlikləri və zədələnmələrində, körpücük sümüyünSınıqlarında və s.-də əli asmaq üçün tətbiq edilir. Əli dirsəkdən düz bucağa qədər büküb, ləçəyi əlin altından elə keçirirlər ki,onun uzun uclarından biri(yuxarı) xəstə əl tərəfdən körpünün sümüyünün üstünə qoyurlar, ikinci ucu aşağı asılır, ləcəyin zirvəsi isə dirsəyin altından xaricə asılır, ləçəyin aşağı ucunu xəstə əlin önündən yuxarı büküb onu sağlam tərəfin çiyni üstündə arxada boyuna aparıb ləçəyin diğər ucu ilə bağlayırlar. Ləçəyin zirvəsi dirsəyin ətrafına dolayıb dirsəyin önündə sancaq ilə sarğıya bərkidirlər.
Sapandvari sarğılar. Orta hissəsindən bağqa hər iki ucu, boy uzunu istiqamətdə kəsilmiş, eyni lent şəklində tənzif və ya parçaya desmurgiyada sapand deyilir. Buruna, çənəyə, ənsəyə, təpəyə kiçik sarğılar qoymaq üçün sapand asan olur.
Bint sarğıları. Eni 5-dən 10-20 sm qədər olan lent şəklindı tənzif parçasına bint deyilir. Bintin enini bədənin hansı hissəsinə sarğı qoyulmasından asılı olaraq seçirlər. 5 sm enində ensiz bint barmaqları sarımaq üçün işlədilir. Orta enlikdə (7-9 sm) bintlər saidi, çiyni, baldırı və başı sarımaq üçün tətbiq edilir.Enli bintlərdə (9-18) buda və gövdəyə sarğı qoymaq rahat olur.
Bint sarğılarının tipləri
1. Dairəvi sarğı. Biləkləri, baldırın aşağı hissəsini bu üsulla bintlə sarımaq rahat olur. Binti dairəvi sarımaq hər bir qabaqkı dövrəni tamamilə örtürlər.
2. Spiral sarğı. Büküşsüz və büküslərlə ola bilər.Birinci növ müxtəlifliyi qalınlığına görə bədəninin bir bərabərdə hissələrini (bazu, bud) bintlə sarımaq üçün münasibdir.
3. Sürünən sarğı. Sarğı materialı qabaqcadan yaraya bağlamaq lazım olduqda əvvəl sürünən və ya ilanvari sarğı qoyulur,sonra isə adi spiral sarğıya keçirlər.
4. Xaçvari və ya səkkizvari sarğı. Bu tip sarğı bədənin mürəkkəb hissələrinə bint sarımaq üçün münasibdir. Bu zaman bütün dövrəsi səkkiz rəqəmini xatırladır.
5. Sünbülşəkilli sarğı. Bu səkkizvari sarğının növ müxtəlifliyidir.Onu bazu oynağı nahiyyəsinə aşağıda göstərilən kimi qoyurlar.

Yüklə 182,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin