Mühazirə 6 Məktəbəqədər yaşlı uşaqların idraki sferasının diaqnostikası Plan


Fiqurların uyğun yerlərə düzgün yerləşdirilməsi



Yüklə 33,42 Kb.
səhifə3/4
tarix07.05.2023
ölçüsü33,42 Kb.
#109189
növüMühazirə
1   2   3   4
Mq 19 Mühazirə 6 Psixoloji xidmət və psixoloji praktikum

Fiqurların uyğun yerlərə düzgün yerləşdirilməsi: Həyatın II ilində uşaqlarda forma və ölçünü qavrama səviyyəsini aşkara çıxarmaq məqsədilə aşağıdakı metodika əsasında təcrübə aparmaq olar.
Təcrübə 1. Bu təcrübədən məqsəd 2 yaşlı uşaqların sensor etalonları mənimsəmə səviyyəsini aşkara çıxarmaqdan ibarətdir. Bu məqsədlə kartondan yeşik düzəldilir. Yeşiyin üzərində deşiklər ölçüdə kubik və kürə hazırlanır. Elə etmək lazımdır ki, qutunun üstündəki fiqurların ölçüləri uyğun deşiklər boyda olsun. Əgər təcrübə zamanı uşaq fiqurları uyğun deşiklərə düzgün yerləşdirə bilirsə, və yaxud yaşlının nümunəsi əsasında təcrübəni düzgün icra edə bilirsə, bu onun normal sensor inkişafını əks etdirir.
Təcrübə 2 Öz formasına görə bir-birindən kəskin fərqlənən əşyaların iki qrupa ayrılması. Təcrübəçi şəkildə göstərilən dairə və kvadratları şəkilin yuxarısındakı kimi 2 qrupa ayırmağı və onları fərqləndirərək qruplaşdırmağı bacarmalıdır. Yaşlının təlimatı və nümunəsindən sonra uşaq fiqurları iki qrupa sərbəst ayıra bilirsə, bu onda forma qavrayışının normal inkişaf etdiyini əks etdirir Bu məqsədlə təcrübənin digər variantlarından da istifadə etmək olar.
Təcrübə 3. Fiquların uyğun yerlərə yerləşdirilməsi. Məişət əşyaları ilə tapşırıqlar metodikası Normal ailə şəraitində tərbiyə olunan uşaqlar həyatın ikinci ilindən başlayaraq məişət əşyaları ilə uyğun davranış bacarıqları qazanırlar. Bunun üçün valideynlərədən uşağın ayrı-ayrı əşyalarla rəftarı barədə soruşmaq və ya əşyanı uşağa göstərməklə onunla nə etməyin mümkünlüyünü öyrənmək olar.
Normativlər
 15 aylıqda – qaşığı ağzına aparır, stəkandan özü sərbəst çay içir, şüşəyə salınmış düyməni çıxarır, qələmlə cızma-qara edir, kitaba maraq göstərir;
 18 aylıqda – əlcəyi, corablarını çıxarır, eyni vaxtda 2-3 vərəqi çevirməklə kitabı vərəqləyir, şəkilləri göstərir, quru yeməyi qaşıqla yeyir, gözü qarşısında gizlədilən əşyanı tapır;
 2 yaşda – qapının dəstəyini çevirir, zəngin düyməsini basır, kuklanı yedizdirir və yatdırır, maşını “sürür“, kitabı səhifə-səhifə vərəqləyir, corablarını, ayaqqabılarını özü geyinir, oyun zamanı bir sıra məntiqi əlaqəli hərəkətləri yerinə yetirir;
 3 yaşda – yaşlıların məişət əşyaları ilə çoxsaylı hərəkətlərini yamsılayır, oyun zamanı hərəkətləri ardıcıl yerinə yetirir (kuklanı oyadır, geyindirir, yedizdirir, gəzintiyə aparır və s.). Sərbəst geyinir, paltarı düymələməyi bacarır, ayaqqabısını böyüklərin köməyi ilə bağlayır.


2.Diqqətin xüsusiyyətlərinin diaqnostikası
Diqqətin diaqnostikasının gedişində başlıca diqqət, tapşırıqların icrası zamanı uşağın öz psixi fəaliyyətini uzun müddət cəmləşdirmək, fəaliyyətin məqsədə yönəlmişliyini saxlaya bilmək və həmin fəaliyyətdən ayrılmamaq kimi xüsusiyyətlərinə yönəldilməlidir. Bu məqsədlə bir sıra metodikalardan istifadə olunur. Xüsusi eksperimental priyomlardan biri kimi uşağın əyləşdiyi stolun üstünə qoyulmuş, ona tanış olan obyektlər təsvir olunmuş şəkillərdən istifadə olunur. Uşağın qarşısına 30-40 şəkil qoyulur və ondan şəkildə nə təsvir olunduğu soruşulur. Bundan sonra ona analoji olaraq həmin şəklə oxşar şəkli tapmaq tapşırığı verilir. Əgər o, tapşırığı düzgün yerinə yetirirsə, hər iki şəkil stolun üstündən götürülür, digər şəkillər üzrə bu qayda ilə iş davam etdirilir. Bu diaqnostik metod vasitəsilə uşağın diqqətinin inkişaf səviyyəsi aşkara çıxarılır və normativ göstəricilərlə müqayisə edilir.
Normativlər
 3 yaşda – 10 şəkildən 5-6-nı tapa bilir;
 3.5 yaşda –10 şəkildən 8-10-u tapır, bu zaman tez-tez şəklin adını ucadan deyir. Kiçik səhvlərə yol verir və bu səhvləri şəkilləri müqayisə edərkən özü düzəldir. Məsələn, almanı da, qarpızı da alma adlandırır, uyğun şəkli seçərkən bu səhvi düzəldir;
 4 yaşda – bu tapşırığı asanlıqla yerinə yetirə bilir.


3. Hafizənin diaqnostikası
Bu məqsədlə 3 qrupa ayrılan tapşırıqlar sitemindən istifadə olunur.
1. Uşağa ardıcıl icra olunan bir sıra tapşırıqlar verilir: stuldan qalxmaq, stolun ətrafında dövrə vurmaq, stolun üstündəki kitabı götürmək, qapıya tərəf getmək, qapını döymək, onu açmaq və öz yerinə qayıtmaq (cəmi 7 hərəkət).
⚫18 aylıqda -3-4 hərəkəti icra edir;
⚫ 2.5 yaşda- 4-5 hərəkət hərəkəti icra edir;
⚫ 3,5 yaşda -5-6 hərəkəti icra edir;
• 4,5 yaşda -bütün hərəkətləri yerinə yetirir.
2. Uşaqdan aşağıdakılar soruşulur: O, evdə kiminlə yaşayır; səhər o nə yemişdir; nə ilə oynamağı sevir; adı və soyadı necədir və bu cümlələri təkrar etmək: "Bu gün küçədə çoxlu palçıq və gölməçə vardır", "Onun adı Arifdir. O, məktəbdə oxuyur", "Turan fit sesi eşitdi və qatar gördü", "Yayda meşədə çoxlu göbələk və meyvə vardı". Sonra uşağa rəqəmləri bu ardıcıllıqla təkrar etmək tapşırıqı verilir: 4-7-1; 3-8-6; 2-5-9; 3-4-1-7; 6-1-5-8; 7-2-9-6;
Normativlər
⚫ 2,5 yaşda - öz adını və soyadını deyir, suallara qismən cavab verir;
• 3 yaşda - suallara yaxşı cavab verir, 6-7 sözdən ibarət cümləni və 3 rəqəmi təkrar etməyi bacarır;
• 4 yaşda-bütün suallara tam cavab verir, 4-5 rəqəmi və bütün cümlələri tekrar edir.
3. Uşağa üzərində sadə və ona tanış obyektlər təsvir olunmuş 10 şəkil göstərilir. Şəkillər bir-bir uşağa göstərilir və onun ne olduğu soruşulur. Əgər uşaq bu şəkillərdən hər hansının adını deyə bilmirsə, digər şəkil göstərilir. Sonra şəkillərin hamısı təcrübəçinin əlində cəmləşdirilir və arxası uşağa tərəf çevrilir ki, o şəkli görməsin. Bundan sonra uşağa belə bir müraciət olunur: "Mənim əlimdə hansı şəkillər var? Hansını düzgün desən, onu sənə verəcəyəm". Uşağın tapmadığı şəkillər axırda bir-bir ona göstərilir və səklin adi soruşulur.
Normativler
 3,5 yaşda - 10 şəkildən 4-6- nı 6 dəfə təkrar etdikdən sonra tapa bilir.
 5 yaşda – 10 şəkildən 7-8- ni yadda saxlayır və tapır.
5-6 yaşlı uşaqlara 10 standart sözün məsələn: ev, meşə, pişik, zəng, iynə, bal və s. yadda saxlanılması tapşırığı da verilə bilər. Bu yaş dövründə ixtiyarı yaddasaxlamanın həcmi üzrə normativ 10 sözdən 6-7yə bərabərdir.


4.Emosional – iradi sferanın inkişafının diaqnostikası.
İdrak proseslərinin diaqnostikasına aid yuxarıda istifadə olunan tapşırıqlardan uşaqlarda iradi-emosional sferanın xüsusiyyətlərini aşkara çıxarmaq üçün də istifadə etmək mümkündür. Müayinə zamanı uşağın fəaliyyətini müşahidə edərkən aşağıdakı göstəricilərə xüsusi diqqət yetirilməlidir:
1. Uşağın əhvalının ümumi fonu (adekvat, depressıv, həyəcanlı, eyforik və s.), onun fəallığı; idrak maraqları, oyanıqlığı və ləngliyi.
2. Uşağın əlaqəyə qoşulması (yaşlılarla əməkdaşlıq etmək istəyi). Bu zaman uşağın yüngül hərəkətləri, səthi davranışı, ünsiyyətə əhəmiyyətsiz münasibəti intellektual qüsur olub, oliqofren uşaqlar üçün səciyyəvi hal kimi qiymətləndirilir. Uşaqların yaşlılarla əlaqəyə çətin qoşulması yüksək həyəcanlılıq simptomları, yeni şəraitə, yad adamlara çətin uyğunlaşması, qorxu və s. kimi nevrotik reaksiyalarla da bağlı ola bilər.
3. Tərif və rəğbətləndirməyə qarşı emosional reaksiya: Tərif və rəğbət 1-1,5 yaşdan başlayaraq normal uşaqlarda şən, müsbət emosiyalarla müşayiət olunan reaksiyalar doğurur. Əsəbi uşaqlarda tapşırıqların icrası zamanı fəaliyyətin rəğbətləndirmə ilə stimullaşdırılması fərəh hissi doğurmaqla yanaşı, əhvalın enməsinə, emosional gərginliyin zəifləməsinə gətirib çıxarır.
4. Məzəmmət və tələblərə qarşı emosional reaksiya: 3 yaşdan böyük uşaqlarda danlaq və tələblərə etinasızlıq, qarşı hədsiz onun ərköyünlüyü, intellektual zəifliyi və ya məzəmmətin mənasını başa düşməməsi ilə bağlı ola bilər. Aydın ifadə olunan aqressiv və neqativ reaksiyalar onu göstərir ki, uşaq tələbləri və məzəmmətin mənasını anlayır və onlara tabe olmaq istəmir.
5. Fəaliyyət zamanı çətinlik və uğursuzluqlara qarşı reaksiya:
2,5-3 yaşlı uşaqlar fəaliyyət prosesində buraxdıqları səhvləri müstəqil olaraq aşkar edə bilir, əyani-obrazlı situasiyaya "bele", "ele yox", "bes nece", "düzdür", "düz deyil" və s. kimi sözlü mülahizələr vasitəsilə asanlıqla uyğunlaşırlar. Bu cür mülahizələr əsasında buraxdıqları səhvləri tapan uşaqlar tapşırığın icrasına daha ciddi yanaşır, arzu edilən nəticəni əldə etmək üçün səy göstərir, zəruri hallarda isə kömək üçün yaşlılara müraciət edirlər. Uşağın uğursuz fəaliyyəti bir sıra mənfi reaksiyalar da doğura bilər:
⚫birinci çətinlikdən sonra marağın sönməsi;
⚫tapşırığın icrasına passiv yanaşma və ya susaraq imtina etmə;
⚫tapşırığın icrasına adətən aqressiv hərəkətlərlə müşayiət olunan fəallıqla;
⚫girişmə və eksperimental situasiyanın pozulması;
⚫tapşırığın yerinə yetirilməsində buraxılan səhvlərə görə edilən məzəmmətə qarşı ağlamaq və ya ucadan təlxəkcəsinə gülüş reaksiyası;
⚫yüksək səviyyəli ləngimə, obyektlərlə sürətli, qeyri-adekvat, xaotik manipulyativ hərəkətlər (oliqofren uşaqlarda).

5.Nitqǝqədərki dövrün və nitq sferasının formalaşması xüsusiyyətlərinin diaqnostikası


Uşaqlarda nitqǝqədərki dövrün diaqnostikası xeyli çətin olduğundan, adətən valideynlərlə sorğu metodundan istifadə olunur. İki yaşdan yuxarı uşaqların nitq inkişafının diaqnostikası zamanı aşağıdakı əsas cəhətlərə diqqət yetirmək lazımdır:
1) cümlənin orta uzunluğu (norma: 2-4 söz);
2) cəm şəkilçisi, keçmiş zamanın işlədilməsi; (Məsələn, Sabah xalamgilə getdim);
3) Uşağın nitqində “alma-ama”, “çay-şay”, “kitab-tifat”, “məktəb-ləftəf” tipli düzgün olmayan sözlərin işlənməsi;
4) Sadə cümlələr üçün morfologiya və sintaksis qaydalarının mənimsənilməsi (3,5 yaşdan yuxarı uşaqlar "Anaya de ki, mən səninlə yenə oynamaq istəyirəm" tipli cümlələri asanlıqla transformasiya edə bilir, onu "Xala dediki, o mənimlə yenə oynamaq istəyir" şəklinə salmağı bacarır);
5) Mürəkkəb cümlələrdən istifadə (norma: 3 yaşdan sonra);
6) Əşya və hadisələrin zaman və məkan münasibətlərini nitqdə düzgün işlətmə (başqa yerdə və keçmişdə olmuş hadisələri düzgün anlama);
7) Müəyyən mövzuda dialoq qurma (3,5 yaşdan yuxarı asanlıqla dialoqa qoşulur);
8) Nəzakətli sözlərdən istifadə (3,5 yaşdan sonra uşaqlar "Xahiş edirəm, bir də deyin" tipli müraciətlərdən istifadə edə bilir);
9) Ünsiyyətdə müxtəlif tərzlərin yaranması (4 yaşdan yuxarı uşaqlar özlərindən kiçiklərlə bir cür, yaşıdları ilə başqa cür, böyüklərlə isə tam nəzakətlə danışmağı bacarır); Uşaqlarda nitq inkişafının diaqnostikası zamanı xüsusi eksperimental priyomlardan da istifadə olunur:

Yüklə 33,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin