Mühazirə 4 Şumer dili


En-šà-kùĢ-an-n(a) en-Ki-en-gi luqal-kalam-ma



Yüklə 32,94 Kb.
səhifə2/4
tarix02.01.2022
ölçüsü32,94 Kb.
#35264
növüMühazirə
1   2   3   4
4-cü mövzu Şumer dili

En-šà-kùĢ-an-n(a) en-Ki-en-gi luqal-kalam-ma

«Kienginin ağası Enşakuşanna ölkənin (=Sumerin) çarı»

Sumer mətnlərində ke-en-gi, ki-en-gi, ki-en-gi(-r) yazılış formaları olan bu söz hər yerdə Sumer ölkəsinin adını bildirir:

nam-luqal Ki-en-gi Ki-uri im-m[a-n]a-si-mu-uš-a «Sumer və Akadda uyğun səltənət illərini ona verdikləri zaman»;

En-lil-bàn-da-Ke-en-gi-ra-ke4 «Sumerin gənc Enlili».

Sumer və kəngər adlarının eyni məna daşıması bəzi sumeroloqları çaşdırmış, Kengir adının etimologiyası haqqında fərqli fikirlər söylənmişdir. A. Falkenstein sumercə kengir sözünün dialekt variantının (?) akadca sumer sözü ola biləcəyini düşünmüş, bu yozumda k >ş dialekt keçidini mümkün saymayan İ. M. Dyakonov Kİ.EN.Gİ yazılışını Sumer şəklində oxunan (?) ideoqram saymış, A.Westenholz kengir adını Ki-eme-gir şəklində bərpa etməyi irəli sürüb, adın tərkibini «torpaq» (ki), «sumer dili» (emegir) və bütövlükdə «sumer dilinin torpağı» anlamı olduğunu guman etmiş, W. H. Römer isə bu adda «yer» (ki) və «knyaz» (eği) tərkiblərinin olduğunu düşünüb, bu ölkə və xalq adını bildirən sözə onomastik qanuna uymayan «bölgə bəyi» anlamını vermişdir. Əlbəttə, bu yozumların heç biri Sumer ölkə adının (xoronim) sumer etnoniminə dayandığını və eyni paralelliyin Kengir etnoxoronimində təkrar olunduğunu aça bilmir. Qazax, qırğız, özbək, qaraqalpaq və başqord xalqlarında olduğu kimi, Azərbaycan türklərinin də soykökündə iştirak edən kəngər boylarının Göycə, Qarabağ, Quba, Naxçıvan və Səlmas bölgələrində yaşaması bəllidir. V əsr hay qaynağı da müasir Azərbaycan, Ermənistan və Gürcüstan sınırındakı Kür vadisində Kəngəras bölgəsi və burada Kəngər dağı olduğunu qeyd etmişdir. Qanq, qanqlı, kəngə-kişi, kəngər, kəngər-as formalarında işlənən bu etnonimi türk dastan gələnəyi araba ilə bağlayır. Dünyada ilk təkər və arabanı türk boylarının icad etdiyini, qanqlı boyuna qədər təkərin olmadığını, ilk arabanı onların düzəltdiyini qeyd edən Rəşidəddin yazır ki, gərək olan yükləri, qənimətləri bu yükləyib apardılar və bu səbəbdən «Oğuz onlara Kanqlı, yəni arabaçılar, arabası olanlar adı verdi».

Oğuznamələr cahan hökmdarı olmaq amacı ilə yürüşə çıxan Oğuz xanın İkiçayarasında olmasını qeyd edir. Akad və het dillərində yüngül arabaya hansı dildən alındığı bilinməyən xulu-kanni, xulu-kannum deyilir. Burada kann sözunün *kanq «araba» ola biləcəyi və cəng~qanq eyniliyi ehtimalı vardır. Deyilənləri nəzərə alsaq, onda düşünmək olar ki, türklərin tarixi yaddaşını minillərlə saxlayan «Oğuznamə» məlumatı 5 minil öncə arabanın ilk dəfə Van-Urmu arasında icad edildiyini sərgiləyən arxeoloji bəlgələrlə təsdiq olunur. Həm də bəlli olur ki, sumerlərin gəlib yerləşdiyi ölkə subar türklərinin güney qolu olan kəngərlərin yaşadığı Kəngər ölkəsi idi. Elmi ədəbiyatda sumerlərdən öncə İkiçayarasının güneyində məskunlaşan boyların dili şərti olaraq protofərat (protoyevfrat) və protodəclə (prototiqrid) dilləri adlanır. Bu haqda İ. T. Kaneva yazır:

«Protofərat leksik qatının müəyyənləşdirilməsi olduqca etibarsızdır, lakin aydın seçilən protodəclə qatı İkiçayarasının quzey və güney bölgələrində qeyd olunmuş toponimika və onomastikasında müşahidə olunur. Bəzən protodəclə dilini banana dili adlandırırlar ki, bu da həmin dildə Bunene, Kubaba, Zababa, Bilulu kimi özəl ad quruluşunun ingiliscənin banana sözünə oxşaması ilə bağlıdır.

Əslində, «protodəclə dili» elmi tutumdan məhrumdur. İkiçayarası boyunca yayılmış onomastikada türk dili layı aydın görünür. Dəclə çayının qədim adından (İti-gələ) tutmuş, bir çox toponimlər subar boylarının dilindən qalma yadigardır. Sumerlərin

gəlişinə qədər quzeydə subar, güneydə kəngər boyları yaşayırdı. Sumer dilində yüzdən artıq türkcə söz olduğunu müəyyənləşdirən prof. O. N. Tunanın bu sözləri tarixi gerçəklikdir: «Bugün yaşayan dünya dilləri arasında ən əski yazılı bəlgələrə sahib dil Türk dilidir. Bunlar mixi yazılı sumercə tabletlərdəki alınma sözlərdir».

Sumercə «dil» eme adlanır. Sumer dilində eme-gireme-sal dialekti vardır, sonuncuya «qadın dili» də deyilir. Nazik səsli (incə danışıqlı) adama luru deyilir ki, bəlkə də azər türklərində loru dil deyimi o çağdan qalıb. Sumer epik əsərlərindəki «dirilik suyu» axtarışı, ölümdən qaçma, ölüb-dirilmə motivləri, Oğuz, Əfrasiyab, Qorqud, Domrul, Koroğlu obrazlarının prototipləri sumer epik əsərlərində vardır. Sumer dilində çoxlu türk sözləri və ortaq izoqlosların olması, qabarıq görünən bəzi tipoloji paralellik bəzi yazarların yanlış olaraq, sumer dilini türk dili ailəsinə aid etməsinə səbəb olmuşdur. Son illərdə xeyli sumer-türk paralellərinin tədqiqi bu iki ayrı etnosun sıx əlaqədə olmasını təsdiq etməklə, bu dillərin qohum olmadığını da ortaya çıxarmışdır. Sumerdə tarix bir neçə dövrə ayrılır: tufanaqədər olan mifik tarix, tufandan sonra yarımifik və gerçək tarix. I Kiş sülaləsində sonuncu çardan əvvəlki En-Menbaraqesi haqqında həm mifik mətnlər, həm də özünün yazıları qalıb. Qaynaqlardan bəlli olur ki, onun oğlu Aqa güneydəki Uruk şəhər-dövlətini nəzarət altına almaq istəyirmiş. Həmin çağlara aid hadisələrdən və Güney Azərbaycanın Aratta bölgəsindən bəhs edən bir neçə sumer epik əsəri qalmışdır: Luqalbanda və Hurrum dağı; Enmerkar



və Ensuxkeşdanna (mətn nəşr olunmayıb); Luqalbanda və Enmerkar; Enmerkar və Aratta kahini. Yeni sumer dilinə keçid dövründə (2300-2200) isə akad istilası çağı olduğundan sumercə mətnlər lap azdır, çünki yazı işləri akad dilində aparılmışdır. Yeni sumer dilinin inkişaf çağı 2200-2109-cu illərdə Qut dövlətinə tabe olduğu dövrə təsadüf edir. Sumer mədəniyətinin renesans mərhələsi olan bu çağda zəngin incəsənət, tikinti, elm və ədəbiyat abidələri yaranmışdır. XXI əsrdən sonra II-I əsrlərə qədər sumer dili rəsmi yazı dili kimi işlənsə də, akad dili onu sıxışdırırdı. Ölü dilə çevriləndən sonra sumer dili elm və dini kult dili kimi məktəblərdə öyrənilmişdir. Əgər türk dilindəki bir qisim səslərin (o, ö, ü, ə, ı, ğ, c, ç) mixi işarəsi olmadığını nəzərə alsaq, sumer dilində türkizmləri müəyyənləşdirmə və onların düzgün tələffüz variantının bərpası işinin o qədər də asan olmadığını görərik. Sumer yazısının transkripsiyasında g4 (ğ) hərfilə verilən səs alınma sözlərdə n, g, ng şəklində oxunur. Bu səsə sumercə «qarabaşlar» anlamında işlənən sağ-ğiga (sang-ngiga) sözündə də rast gəlmək olur. İkiçayarası sakinlərinə verilən bu ləqəb akad dilinə tsalmat-kakadi Şəklində tərcümə olunmuşdur. Bunu dilarxası ñ (nazal) səsi kimi bərpa edəndə sumer-türk paralelliyi daha aydın görünür:

dingir [diñir] - tañrı (tengeri < *teñ-er-i)

bulug [buluñ] - buluñ (bucaq, tərəf)

kalag [kalañ] - qalıñ (sıxlıq, qələbəlik)

Bəzi sumer-türk qramatik paralelləri də diqqəti çəkir: İsmin hal şəkilçiləri, bəzi say və əvəzlik arasında oxşarlıq vardır:




Yüklə 32,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin