MühaziRƏ 3 bulud hesablamalarinin qurulmasi modelləRİ


Bulud texnologiyasının əsas çatışmazlıqları



Yüklə 39,9 Kb.
səhifə2/7
tarix28.11.2023
ölçüsü39,9 Kb.
#166964
1   2   3   4   5   6   7
3 (1)

Bulud texnologiyasının əsas çatışmazlıqları
• stabil internet şəbəkəsi lazımdır – bunsuz onun xidmətindən yararlanmaq mümkün deyil;
• istənilən məhsul məqsəd və tapşırıqlarınıza uyğun fərdiləşdirilə bilməz;
• provayderlərin bulud həllərini etibarlı şəkildə mühafizə etmələrinə baxmayaraq, sındırılma, yəni, oğurlanma riski həmişə vardır;
• əgər söhbət özəl sahibkarlardan gedirsə, öz buludunuzu yaratmaq baha başa gəlir, buna görə də kiçik müəssisələrə özəl və ya hətta publik bulud həlldən istifadə etmək daha sərfəlidir;
• bir çox servislər pulsuz olaraq əlçatandır, lakin, onların həmişə belə olacağı sual altındadır. Düşünün, potensial olaraq bu xidmətə görə ödəniş etməyə hazırsınızmı? 

Hələ ki, bulud texnologiyalarının üstünlükləri onların çatışmazlıqlarından daha çoxdur və onlar risklərlə müqayisədə daha çox fayda gətirir.


Biznes üçün bulud həlləri
Biznes üçün bulud xidmətlərinin əsas kütləsi genişləndirilmiş versiyada mövcuddur. Məsələn, siz şəxsi Google Drive-dan pulsuz istifadə edirsiniz. Analoji, lakin, daha geniş funksiya dəstinə malik Google Drive-dan kiçik və orta müəssisələr istifadə edirlər.
Bu cür onlar sənədlərlə işləmək üçün hazır bir həll proqramı, əməkdaşlar üçün rahat giriş və giriş hüquqlarını konfiqurasiya etmək imkanı əldə edirlər.
Eynilə, şəxsi qeydlər və tapşırıqlar üzərində birgə işləmək üçün korporativ variant olan Trello və Evernote -dan istifadə edirlər.
Ancaq, inzibati işlərin və məlumatların saxlanmasının təşkili ilə yanaşı, biznesin başqa ehtiyacları da var.
Biznes üçün bulud xidmətləri nədir, onlar necə olur və bulud texnologiyalarından hansı şirkətlər istifadə edə bilərlər, bütün bu məsələləri daha ətraflı nəzərdən keçirək.
Bulud texnologiyası kimə lazımdır?
Bulud həlləri müxtəlif sahələrdə kiçik və böyük müəssisələr tərəfindən istifadə olunur. Məqsədlər də fərqlidir: 
• sonradan bərpaolunma ilə məlumatların ehtiyat kopyalanması;
• proqramların hazırlanması və testdən keçirilməsi;
• böyük həcmli məlumatların təhlili;
• e-poçt ilə işləmək və məsafədən iş stollarının sazlanması;
• əlavələrin son istifadəçi üçün mühafizəsi.
Şirkətlər bulud texnologiyalarının üstünlüklərindən müxtəlif cür istifadə edirlər. Video-oyunların inkişaf etdiriciləri öz istifadəçiləri üçün şəbəkə üzərində oynamaq və bir-biri ilə ünsiyyət qurmaq imkanı yaratdılar. Maliyyə şirkətləri fırıldaqçılıq sxemlərini real vaxt rejimində izləyə bilirlər. Mühafizə təşkilatları və mağaza sahibləri ticarət zalında baş verənləri görürlər və vəziyyətə operativ reaksiya verirlər. Lakin bulud texnologiyalarından yalnız bu məqsədlər üçün istifadə olunmur. 

Yüklə 39,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin