Mühazirə 15. Qarabağ zəfəri və tarixi torpaqlara qayıdış "Repatriasiya"



Yüklə 30,51 Kb.
səhifə1/9
tarix11.04.2023
ölçüsü30,51 Kb.
#96104
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9
QMKSİT - Mühazirə 15


Mühazirə 15. Qarabağ zəfəri və tarixi torpaqlara qayıdış
1. “Repatriasiya” anlayışı və məcburi köçkünlərin Qarabağa qayıdışı
2. Qarabağda repatriasiya üçün zəruri yaşayış infrastrukturunun qurulması prosesi
3. Qərbi Azərbaycana Qayıdış Konsepsiyası

1. “Repatriasiya” anlayışı və məcburi köçkünlərin Qarabağa qayıdışı
Repatriasiya (lat. repatriate) — əmlakın, simvolik əşyanın və ya şəxsin könüllü və ya məcburi şəkildə öz sahibinə, mənşəcə aid olduğu yerinə və ya vətəndaşlığı olduğu ölkəsinə qayıtması kimi izah oluna bilər. O cümlədən, xaricdən hərbi qulluqçuların, qaçqınların, miqrantların, sığınacaq axtaranların qayıdışı repatriasiya sayılır.
İnsan repatriasiyası könüllü və məcburi ola bilər. Könüllü repatriasiyanın ilk dəfə formallaşmış prinsipi II Dünya Müharibəsinin nəticələrindən biri idi. Bu prinsipə əsasən, repatriasiyanın şərti qayıdışa mane olan faktorların olmaması idi. Halbuki, II Dünya Müharibəsindən sonra gələn “soyuq müharibə” dövründə repatriasiya tez-tez qərbin maraqları üçün (o vaxt qaçqınların böyük hissəsi qərb ölkələrində məskunlaşırdı) daha uyğun olan başqa həll yollarının xeyrinə kənara qoyulurdu.
Repatriasiya 1990-cı illərdə həm müsbət, həm də narahatedici şəkildə dəyişdi. Ən mühüm müsbət dəyişiklik repatriasiyanın miqyasında olmuşdur : 1975-ci ildən 1989-cu ilə qədər 4 milyondan az geri dönüş olmasının əksinə, 1990-1996-cı illər arasında 14 milyon nəfər insanın repatriasiyası baş tutmuşdu. Bununla belə, 14 milyonluq repatriasiyanın tam yarısı Əfqanıstan, Anqola, Bosniya-Herseqovina, Burundi, İraq, Myanma, Ruanda və Somali kimi çox problemli ölkələrə olub. Bir çox digər repatriasiya halı indi sabit və dinc olan, lakin repatriasiya zamanı münaqişə və sülhün “bıçaq kənarında” olduğu dövlətlərə idi.
Bu gün repatriasiya çox vaxt zorakı, məcburi və vaxtından əvvəl olur. Bunun əsas əlaməti repatriasiyanın hərbiləşdirilməsidir. Məsələn, sürgündə qalıcı bir həll yolu tapılmayan ruandalı qaçqınlar evlərinə dönmək üçün döyüşkən bir ordu yaratdılar. Zair və Tanzaniyadakı Ruandalı qaçqınlar düşərgələrini hərbiləşdirdilər və girov saxladıqları şəxslərin könüllü geri qayıtmasının qarşısını zorakılıqla aldılar. Salvadorlu və Qvatemalalı qaçqınlar beynəlxalq şahidlərin və medianın müşayiəti ilə siyasi repatriasiyalarla evlərinə qayıtmağa məcbur oldular. Bosniya-Hersoqovina və Xorvatiyada bəzi qruplar azlıqların öz ərazilərinə geri qaytarılmasının qarşısını almaq üçün qeyri-nizami xalq qoşunlarını və quldurları sıralamışdı.
Abxaziya, Qarabağ, Butan və başqa yerlərdə repatriasiya zorakılıqla əngəlləndi. Ötən onilliklərdə qaçqın problemlərinin davamlı həlli yollarının axtarışı “reaktiv, sürgün yönümlü və qaçqınlara xüsusi yanaşmadan” “təşəbbüskar, vətən yönümlü və vahid yanaşmaya” çevrildi (UNHCR, 1995).
Repatriasiya nəinki üstünlük verilən davamlı həll yoludur, həm də mövcud yeganə davamlı həlldir. Dünya qaçqınlarının 1 faizindən az hissəsi üçüncü ölkələrdə məskunlaşdırılıb və sığınacaq verən ölkələrin demək olar ki, heç biri öz qaçqınlarına daimi status təklif etməyə hazır deyil. Aydındır ki, əgər qaçqınların sayı azaldılacaqsa, bu repatriasiya yolu ilə olacaq.
Proaktiv (tədbir xarakterli, önləyici) siyasətlər sürgün şərtlərindən çox mənşə ölkəsinə diqqət yetirir. Şərtlərin dəyişməsini passiv gözləmək əvəzinə, qaçqınlar üzrə qurumlar “onların təhlükəsiz qayıtmaları üçün əlverişli şərait yaratmaq üçün fəal işləməlidirlər” (Oqata 1995). BMT QAK-ın İcraiyyə Komitəsi (UNHCR, 1995b) könüllü təhlükəsiz qayıdışla bağlı əvvəlki öhdəliyini saxlayaraq vurğulayır:
# "bütün şəxslərin öz ölkəsinə qayıtmaq hüququ"
# təhlükəsiz və ləyaqətli qayıdış üçün şərait yaratmaq üçün "mənşə ölkələrinin əsas məsuliyyəti"
# "bütün dövlətlərin öz vətəndaşlarının qayıdışını qəbul etmək öhdəliyi" "bütün dövlətləri qaçqınların qayıtması üçün əlverişli şərait yaratmağa və onların davamlı reinteqrasiyasını dəstəkləməyə çağırır".
Məlum olduğu kimi, 2020-ci ilin sentyabr ayında Qarabağda başlayan hərbi əməliyyatlar ölkəmizin qələbəsilə başa çatdı və işğal olunmuş ərazilərin böyük hissəsinə nəzarət təmin edildi. Bu qələbədən sonrakı mərhələ Qarabağ və Şərqi Zəngəzurdan didərgin düşmüş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdışının təmin edilməsi, Qarabağ və Şərqi Zəngəzurun yenidən dirçəldilməsi və bölgədə tikinti-quruculuq işlərinin aparılmasıdır.
Məcburi köçkünlərin repatriasiyası ilə bağlı bir sıra layihələr planlaşdırılır və ya artıq həyata keçirilib. “Böyük Qayıdış”ın ilk iştirakçıları Zəngilan rayonunun Ağalı kəndinin sakinləridir. Bu günədək “ağıllı kənd” konsepsiyası əsasında qurulmuş bu kəndə bu günədək 86 ailənin – 420 nəfərin qayıdışı təmin edilmişdir. Əhalinin köçürülməsinin birinci mərhələsi Abşeron rayonunun Masazır kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksindən başlayıb. İlkin köçürülən ailələr, əsasən, müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinın həcmi nəzərə alınıb. Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma bir müddət bundan əvvəl Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib. Köçürülən ailələrdən hərəsinin bir üzvünə iş təklif olunub. Təklifi qəbul etmiş şəxslər köçürülmədən sonra iş yerlərində rəsmi şəkildə qeydiyyata alınıb fəaliyyətə başlayacaqlar. Ağalıya köçürülən ilk sakinlər arasında təqaüdçü, tələbə, evdar qadınlar olmaqla yanaşı, mühəndis, satıcı-kassir, gözətçi, bağban, aqronom, müəllim, həkim, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər və s. xidmət, səhiyyə və təhsil sahələri üzrə ixtisaslaşmış kadrlar vardır.

Yüklə 30,51 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin