Mühazirə 15 Kapitalist münasibətlərinin inkişaf ı Plan



Yüklə 84,46 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix24.12.2023
ölçüsü84,46 Kb.
#191108
növüMühazirə
1   2   3
mt-is muhazire-15

Millətin təşəkkülü.
XIX əsrin ikinci yarısında Şimali Azərbaycanda millətin 
yaranmasını zəruri edən amillər (kapitalizmin inkişafı, ümumi bazarın, iqtisadi və mədəni 
mərkəzlərin meydana gəlməsi, burjuaziya və fəhlələrin formalaşması) özünü göstərməkdə idi. 
Başqa millətlər kimi, Azərbaycan milləti də dil, ərazi, iqtisadi həyat birliyi, mədəniyyət birliyi 
zəminində tarixi sabit birlik kimi formalaşdı. “Azərbaycan milləti” sözünü ilk dəfə “Kəşkül” 
qəzeti işlətdi. Milli ziyalıların qabaqcıl nümayəndələrindən Həsən bəy Zərdabi, Əli bəy 
Hüseynzadə, Əhməd bəy Ağayev, Firudin bəy Köçərli millətin ideoloji təfəkkürünün 
formalaşmasında mühüm rol oynayırdılar. Türkşülük, milliyətçilik, dövlətçilik, demokratizm 
ideyalarını yayırdılar. Azərbaycanda milli burjuaziyanın təşəkkülü milli təfəkkürün inkişafına 
təsir göstərdi. Milli burjuaziyanın görkəmli nümayəndəsi H.Z.Tağıyevin istetadlı gəncləri Rusiya 
və Avropanın təhsil ocaqlarına göndərilməsində, məktəb, teatr və məscidlərin açılmasında böyük 
rolu olmuşdu. Millətin təzəcə təşəkkülü dövründə mütərəqqi demokratik cərəyana mənsub olan 
ziyalılar (Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Ə.Haqverdiyev və b.) Azərbaycanın, xüsusilə 
Bakının ictimai-iqtisadi və siyasi həyatındakı yeni meylləri öz əsərlərində əks etdirirdilər. Bəhs 
edilən dövrdə yaşayıb-yaratmış qabaqcıl ziyalılarımız milli şüurun oyanmasında mühüm rol 
oynayırdılar. Milli intibah uğrunda mübarizənin 
görkəmli nümayəndələrindən biri M.F.Axundzadə idi. Azərbaycanın burjua inkişafı meylini 
düzgün görür və bu ideyaları “Əkinçi” qəzetində əks etdirirdi. XIX əsrin ikinci yarısında kəndli 
və fəhlə hərəkatı. 
Zaqatala üsyanı. 1863-cü ildə Gürcüstanda kəndli islahatının keçirilməsinə hazırlıq xəbəri 
Şimali Azərbaycanın sosial-iqtisadi və siyasi cəhətdən daha ziddiyyətli bölgəsi olan, 1860-cı ildə 
inzibati- 
ərazi vahidi kimi yaradılmış Zaqatala dairəsində narazılığa səbəb oldu. Çarizmin kobud 
müstəmləkə siyasəti, məmurların özbaşınalığı, rüşvətxorluq, zorakı xristianlaşdırma siyasəti 
bölgədə ziddiyyətlərin 
kəskinləşdirməsində mühüm rol oynadı. Zaqatalaya gəlmiş hökumət komissiyasının hazırladığı 
islahat layihəsinə görə, yengiloylar və muğalar qazandıqları gəlirin on qatı həcmində birdəfəlik 
vəsait ödəməklə keşkəl sahiblərinin asılılığından azad edilməli idilər. Keşkəl sahibləri əsas gəlir 
mənbəyini itirmək təhlükəsi qarşısında qaldıqlarına görə burada islahatın keçirilməsini 
istəmirdilər. Yetişməkdə olan üsyanın başlanması üçün bəhanə 1862-ci ildə Balakən kəndində 
kilsə tikilməsi oldu. Üsyan 1863-cü ilin iyununda rus ordusunun keçmiş zabiti Hacı Murtuzun 
rəhbərliyi ilə Zaqatalada başladı. Hacı Murtuzun ən yaxın kəməkçiləri balakənli Bürcəli və carlı 
Molla Zəngi idi. Üsyan geniş sosial təbəqələri əhatə 
edən ümummilli xarakter daşıyırdı. Onun hərəkətverici qüvvəsini keşkəl sahibləri, müsəlman 
ruhaniləri və xalq təşkil edirdi. İyunun 5-də əhalinin dini hisslərinə təsir edərək daha çox tərəfdar 
toplamaq 
məqsədilə Hacı Murtuz imam elan olundu. Lakin Dağıstan camaatından gözlənilən köməyin 
gəlməməsi üsyan başlandığı andan üsyançılar arasında bir ümidsizlik yaratdı. İyunun 5-dən 6-na 
keçən gecə üsyançılar Zaqatala qalası üzərinə hücum etdilər. Lakin top atəşi altında geri 


çəkilməyə məcbur oldular. Rusiya hakim dairələri üsyanı yatırdılar. Üsyanın 18 nəfər ən fəal 
üzvü dar ağacından 
asıldı, mindən çox üsyançı isə ailə üzvləri ilə birlikdə katorqa işlərinə göndərildi. Hacı Murtuz 
sürgün edildi. Vurulan ziyan üsyançıların hesabına ödənildi. Üsyanın məğlubolma səbəbləri 
aşağıdakılar idi: 1) üsyan mütəşşəkil xarakter daşımırdı, yalnız Zaqatala dairəsi ilə 
məhdudlaşırdı. 2) qüvvələr nisbəti də qeyribərabər idi. 3) üsyançılar gözlədikləri köməyi ala 
bilmədilər. 4) onlar qətiyyətsizlik göstərdilər və həm də üsyançılar arasında istənilən birlik yox 
idi. 

Yüklə 84,46 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin