Mühazirə 11. İnternetdən istifadə. Onlayn sorğu


Çatışmazlıq və zəif cəhətlər



Yüklə 31,59 Kb.
səhifə8/9
tarix15.05.2022
ölçüsü31,59 Kb.
#58016
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
İnternet tədqiqat vasitəsi kimi. Mühazirə 11.

Çatışmazlıq və zəif cəhətlər

Silverman nəzərə çatdırır ki, müzakirə forumlarına giriş qəliz məsələdir — forum iştirakçıları buna etiraz bildirə bilər. Digər önəmli məqam isə məxfiliyin qorunması ilə bağlıdır. Tədqiqatçı yalançı adlardan istifadə edərək iştirakçının gerçək kimliyini gizlətməyə nə qədər çalışsa da, müasir dövrdə bu elə də asan məsələ deyil.

Belə bir vəziyyəti təsəvvür edək. Tədqiqatçı Əli adlı iştirakçının onlayn müzakirədə yazdığını olduğu kimi, yaxud müəyyən dəyişikliklər edərək (və Əliyə başqa, psevdo ad qoymaqla) öz məqaləsində dərc edir. Sonradan həmin məqalədəki Əlinin sitatı hər hansısa istifadəçi tərəfindən axtarışa veriləndə bunun Əliyə məxsus olduğu üzə çıxır. İlk baxışda burada çox ciddi problem görünməyə bilər, ancaq bu, əxlaqi və etik normaların sosioloq tərəfindən tapdanması hesab edilə, müzakirə iştirakçılarında narahatlıq yarada bilər. Buna görə də ictimaiyyətə açıq müzakirə forumlarının tədqiqində məxfilik məsələsi ilə bağlı bu sahənin ekspertləri və tədqiqat subyektinin özü ilə danışıqlar aparmaq lazımdır.




Yüklə 31,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin