Mühazirə 11. İnternetdən istifadə. Onlayn sorğu



Yüklə 31,59 Kb.
səhifə6/9
tarix15.05.2022
ölçüsü31,59 Kb.
#58016
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
İnternet tədqiqat vasitəsi kimi. Mühazirə 11.

Onlayn etnoqrafiya.

SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ

Etnoqrafiya insanlardan ibarət kollektivi, yaxud icmanm müxtəlif cəhətlərini empirik vasitələrlə öyrənən elmdir. "Onlayn etnoqrafiya” deyilərkən isə internet sferasında fəaliyyət göstərən, yaxud bu və ya digər formada öz kollektiv dəyərlərini və inanclarını onlayn müstəvidə ifadə edən qrupların onlayn müstəvidə tədqiqi nəzərdə tutulur.

Sosioloqların "onlayn icmal' adlandırdığı həmin kollektiv icmalar müxtəlif cür ola bilərlər — qadağan edilmiş dini təriqatın nümayəndələri, narkotik maddədən istifadə edənlər, sahibkarlar, dövlət qulluqçuları və s. Belə qruplara kənar şəxslərin girişinə məhdudiyyətlər qoyulsa da, bəzən onların müzakirəsi ictimaiyyətə açıq olur.

Bu məlumat toplama üsulu cəmiyyət içinə çıxmaqdan çəkinən, insan haqları və azadlıqları tapdalanan, yaxud müəyyən başqa səbəblərdən birbaşa fiziki təmasın qurulması qəliz olan subyektlərin

tədqiqində əlverişlidir. Məsələn, dini etiqadlarını azad və açıq şəkildə ictimaiyyətdə nümayiş etdirə bilməyən dini qrupların onlayn müzakirələrini tədqiqatçı uzaqdan təhlil edə bilər. Digər sosial qrupların da (məsələn, şirkətin müştəriləri, yaxud əməkdaşları) bu məlumat toplama metodu ilə araşdırılması mümkündür.

Onlayn etnoqrafiyada tədqiqatçı iki mövqedən birini seçməlidir:

1 ) onlayn icma nümayəndələrinin söhbətinə iştirakçı kimi daxil olmalı;

2) yalnız müşahidəçi qismində aparılan müzakirələri izləməlidir.

Müşahidəçi mövqeyini seçən tədqiqatçı adətən ictimaiyyətə açıq müzakirələr aparan icmaları tədqiq etsə də, bəzən qapalı olan icma müzakirələrini də yalnız bu mövqedən izləyə bilər. Məsələn, o, psevdoprofil düzəldərək girişinə məhdudiyyətlər qoyulan müzakirəyə daxil olub, söhbətə qatışmadan digərlərinin rəy və fikirlərini öyrənə bilər.

Müasir dövrdə sosial şəbəkələrin populyarlığını nəzərə alsaq, onlayn etnoqrafiyanın necə faydalı məlumat toplama metodu olduğunu dərk edə bilərik. Məsələn, ölkəmizin futbol klublarından birinin azarkeş kütləsinin öz komandaları və ölkəmizdəki futbolun durumu haqdakı müzakirə mövzularını onların sosial şəbəkədə yaratdığı qruplara daxil olaraq öyrənmək mümkündür. Təbii ki, müşahidə edildiyini bilən qrup iştirakçıları danışıqlarında müəyyən dəyişiklik edə, bununla da tədqiqatın nəticələrinin etibarlılıq və düzgünlük dərəcəsinə mənfi təsir göstərə bilərlər ki, bu da nəzərə alınmalıdır.


Yüklə 31,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin