Mühazirə 10 Azərbaycan məktəblərində İkt-dən istifadə dövlətin təhsil siyasətinin tərkib hissəsi kimi


Birinci, məlumat əldə etmək üçün sagirdlər sinif otağını tərk edib kitabxanalara getmək zərurəti duymurlar; İkinci



Yüklə 36,02 Kb.
səhifə2/2
tarix19.06.2023
ölçüsü36,02 Kb.
#132294
növüMühazirə
1   2
Mühazirə 10.

Birinci, məlumat əldə etmək üçün sagirdlər sinif otağını tərk edib kitabxanalara getmək zərurəti duymurlar;
İkinci, İKT vasitəsi ilə lnternet səhifələrində aparılan araşdırmalar problemi həll edərkən mühüm məlumatları toplamaq və konkret problemi həll etmək üçün münbit şərait yaradır;
Üçüncü, İKT-dən istifadə son dərəcə intensiv informasiya mənbəyi olan internet səhifələrindən ən son məlumatları əldə etmək imkanı verir;
Dördüncü, İKT vasitəsi ilə əldə edilən informasiya va faktların yerindəcə tətbiqi üçün geniş imkanlar mövcuddur.
Multimedia nədir?
Səs, şəkil, mətn, animasiya, video kimi iki və daha artıq medianın birləşməsi multimediadır.
Multimedia nədir?

  • Multimediya SD-RUM-u, audio, video, DVD və başqa mediaları birləşdirən bir çox digər əlavələrə də əsaslanır.

  • Multimedia kompüter təchizatı vasitəsi ilə qarşılıqlı şəkildə idarə edilir, bu zaman istifadəçi tərəfindən prosesə daxil olma və ona nəzarət etmə imkanları yaranır.

  • Multimedia hipermedia olub görüntülərin, səslərin, qrafiklərin, videoların və digər medianın calanmış informasiyalar sistemində qorunmasıdır.



Bu baxımdan İKT-nin təlim prosesində istifadəsi aşağıdakı kimi müəyyənləşdirilmişdir.

  • Əyanı vəsaitlərin müəllifi olmaq (Microsoft Word, Power Point, Picture Manager, Movie Maker, Publisher) - təlim materiallarının hazırlanmasında iştirak etmək;

  • Mətn yaratma və naşirlik imkanları verən proqramlardan istifadə edərək (Power Point, Clip Organizer) səsləri mətn materialları və şəkillərlə birləşdirərək multimedia layihələrində ənənəvi inşa və ya esselərin yazılması;

  • Şəkil, video və səslərin tərtibinə imkan yaradan proqramlardan istifadə etmək;

  • Video və audio materialların əldə edilməsi və tərtibi;

  • Rəqəmsal fotoqrafçılıq (Adobe Photoshop, Kodak Photo–CD);

  • Fotoşəkillər üzrə iş (Picture Manager, Adobe Photoshop);

  • Video əldə etmək və video tərtib etmək (Movie, Movie Maker);

  • Səs əldə etmək və səs tərtib etmək (Winamp, Windows Media).

Təlimdə intellektual imkanlar baxımından fərdi yanaşmanı təmin etmək məqsədilə şagirdlərin müxtəlif qavrama imkanları bütün dövrlərdə diqqət mərkəzində olmuşdur. Psixoloji tədqiqallar sübut edir ki, fərqli (linqvistik, vizual səs, musiqi və s.) qavrama imkanlarına malik olan şagirdlər İKTnin multimedia imkanlarından daha asan mənimsəyir, onlara yaradıcı yanaşır və münasibət bildirməkdə çətinlik çəkmirlər. Bu məsələlərlə bağlı H.Qardner də özünün “İntellekt nəzəriyyəsi”ndə geniş açıqlama vermişdir. Bu kimi tədqıqatlarda insanın dərketməsinin müxtəlif istiqamətli olduğu göstərilmiş və təlimin təşkilində bunun nəzərə alınması əhəmiyyətli hesab edilmişdir. Tədqiqatçılar göstərirlər ki, bir insan eşitdiyi mətni yaxşı anlayır, digərləri mənzərə şəklində təqdim edilən informasiyaları daha yaxşı dərk edir, üçüncü isə riyazi problemləri daha tez başa düşür və ya məntiqi məsələləri tez əxz edir. Fərqli dərketmə baxımından İKT-nin multimedia imkanlarının nəzərə alınması təlimin keyfiyyətini yüksəldən mühüm amillərdəndir.
Təlim prosesində İKT-nin multimedia imkanlarından ya müəllim, ya da sagird fəal istifadə edə bilər. Dərsin məqsəd, forma və üsulundan asılı olaraq texniki vasitələrin fəal istifadəçisi əvvəlcədən müəyyənləşdirilir. Bu baxımdan İKT-nin multimedia imkanları hər iki istiqamətdə araşdırılmış, əldə edilən nəticələr təhlil edilmişdir.
İKTnin multimedia imkanlarından müəllimin istifadə etməsi ilə aparılan dərs aşağıdakı kimi səciyyələndirilir:

Təcrübə göstərir ki, yeni təlim texnologiyası ənənəvi təlim şəraitinə tətbiq edilməklə dərsi yeni çalarda, yeni keyfiyyətdə təqdim edir. Müəllimin şagirdlərə çatdırdığı məlumatlar onlara düşünmək, təhlillar aparmaq və digər idraki fəaliyyətlərdə olmaq imkanı verir. Tərtib edilib təqdimatda yerləşdirilmiş sual və tapşırıqlar şagirdləri müzakirələrə qoşularaq dinlədikləri fikirləri təhlil edib mühakimələr yürütməyə, məsələ ilə bağlı münasibət bildirməyə sövq edir ki, bu da onların nitq bacarıqlarının inkişaf etdirilməsi ilə yanaşı, həm də fəal dinləyicilərə çevrilməsinə şərait yaradır.


 

 


Yüklə 36,02 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin