Mühazirə 10 Akademik kommunikasiyada və işgüzar yazışmalarda etiket qaydaları


Nitqi dinləmə bacarığına yiyələnmək



Yüklə 169,94 Kb.
səhifə4/5
tarix24.04.2023
ölçüsü169,94 Kb.
#101832
növüMühazirə
1   2   3   4   5
Mühazirə-10-KMNKSY

Nitqi dinləmə bacarığına yiyələnmək.Başqasını dinləməyi bacarmaq böyük məharət tələb edir. Səbrlə, təmkinlə həmsöhbətə qulaq asmaq, onu diqqətlə dinləmək yüksək mədəniyyətin, nəzakətliliyin, nəcib əxlaqın təzahürüdür. Bu keyfiyyət hər bir savadlı və mədəni adam, xüsusən natiq üçün olduqca vacibdir. “Dinləyə bilmək bacarığı yaxşı danışmaq bacarığına bərabərdir” (Ə.M.Bəhmənyar). Mustafa Kamal Atatürk analara müraciətlə deyirdi: “Ey ana, istəsən ki, övladın əsl vətəndaş olsun, ona təkcə danışmağı deyil, dinləməyi də öyrət”.
Nitqi dinləmək bacarığına istənilən səviyyədə sahib olmayan adamların başqasına qulaq asmağa səbri çatmır, yersiz replikalarla müsahibinin sözünü ağzında qoyur, başqaları ilə danışır, nə söylənilən fikri lazımi dərəcədə dərk edir, nə də digərlərinə bunun üçün imkan yaradır. Bir türk zərbi-məsəlində deyilir ki, qulaq asmaq lazım gələndə birinci, danışmaq lazım gələndə axırıncı ol. Nə qədər yerinə düşən kəlamdır. Təxmini statistikaya görə insan bir günlük vaxtının 30%-ni danışmağa, 45%-ni isə eşitməyə, dinləməyə sərf edir. Ünsiyyət zamanı ötürülən informasiyanın 60%-i eşitmə, dinləmə vərdişlərinin zəifliyi, mövzuun dinləyən üçün maraqsız olması və s. səbəbindən ya yarımçıq, ya da dolaşıq bir şəkildə qavranılır. Bunu nəzərə alıb düzgün danışmaqla yanaşı, nitqi qavrama vərdişlərinə də yiyələnmək lazımdır. Ünsiyyət prosesində dinləyici informasiyanı sadəcə olaraq qəbul etməməli, o, mimikası, jesti, replikaları və s. ilə müsahibinə həmrəy olduğunu və ya olmadığını, etirazını danışana anlatmalıdır. Bu cür əks-əlaqə nitqin təsirini duymaq, lazım gələrsə onun istiqamətini dəyişmək, söhbəti qısaltmaq və ya genişləndirmək və s. danışana kömək edir. Müsahibin nitqi sona kimi səbrlə, təmkinlə dinlənilməlidir. Ona aşağıdakı hallarda müdaxilə edilə bilər:
1. Danışan bəhs etdiyi məsələdən uzaqlaşdıqda. Belə hallarda çox zaman dinləyicilər, “mətləbə gəl”, “əsas məsələdən danış” və s. kimi replikalarla danışanı istiqamətləndirirlər.
2. Məlum olan əşya və hadisə barədə danışıldıqda.
3. Bəhs olunan məsələ ilə bağlı səhvə və ya dolaşıqlığa yol verildikdə.
4. Müsahibin nitqini qüvvətləndirmək, fikrini təsdiq və təqdir etməyə ehtiyac duyulduqda.
5. Hər hansı məsələ barədə uzun-uzadı danışıldıqda.

Yüklə 169,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin