Mühazirə 1 XIX əsrin sonu-xx əsrin əvvəllərində mənəvi sarsıntılar



Yüklə 88,35 Kb.
səhifə17/59
tarix27.12.2023
ölçüsü88,35 Kb.
#199117
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   59
dünya edeb-3 fenninin muhazire materiallari muh1-23 (1)

Mühazirə-8
Kafkanın həyatı
Dünya ədəbiyyatında Kafka qədər həyat yolu dərindən və hərtərəfli şəkildə tədqiq olunmuş ikinci sənətkara çətin rast gəlmək olar. Tədqiqatçılar bunu ilk növbədə onun əsərlərinin pessimist ruhunun bioqrafiyası ilə bağlılığı ilə izah edirlər: Kafkanın pritçalarında, əsərlərində öz əksini tapmış qarabasmalarda onun həyat yolunun izlərini axtarıb çıxartmaq cəhdləri həmişə güclü olmuşdur. Onu da qeyd etmək lazımdır ki, Kafka öz gündəliklərində həyat yolunu, bununla bağlı hiss və düşüncələrini ətraflı şəkildə təsvir etmişdir. Frans Kafka 1883-cü ildə Praqada yəhudi ailəsində dünyaya gəlmişdir. Əslən yəhudi olan Kafkanın doğma dili alman dili yaşadığı şəhər Çexiyanın paytaxtı Praqa, məskunlaşdığı ölkə Avstriya-Macarıstan imperiyası idi. Kafkanın ağır xasiyyətli atası öz zəhməti sayəsində kasıbçılığın daşını ata bilmiş və varlı bir ticarət adamına çevrilmişdi. Despot təbiətli atası ilə mürəkkəb və ziddiyyətli münasibətlər Kafkanın həm həyat yoluna, həm də yaradıcılığına dərin təsir göstərmişdi. Frans ailədə böyük oğul idi. O özünü həmişə tənha hiss edirdi: onun ata-anasının başı firmanın işinə qarışmışdı və tamamilə mürəbbiyənin ixtiyarına verilmişdi. Kafka ilə kiçik bacıları arasında böyük yaş fərqi onlarla dil tapmağa, dostluq etməyə mane olurdu. Onun atası oğlunu öz işinin davamçısı kimi təsəvvür edirdi. Buna görə də oğlunu Praqanın ən yaxşı gimnaziyasına və sonra da universitetə qoydu, lakin ona filologiya ilə məşğul olmağı qadağan etdi. Kafka hüquq fakültəsini başa vurdu, lakin sənətinə heç bir maraq nümayiş etdirmədi və 1922-ci ildə səhhətinə görə pensiyaya çıxdı. Kafka ailəsində yaşaya bilmirdi, lakin ailəsindən kənarda da ömür sürmək iqtidarında deyildi. Atası onu, ailədə ilk ziyalını uğursuz hesab edirdi. Yeri gəlmişkən, burjua nəzər-nöqtəsindən o həqiqətən uğursuz idi. Kafka karyerasında müvəffəqiyyət qazana bilməmiş, pul yığmamış, ev və ailə sahibi olmamışdı. Belə bir vəziyyətdə Kafka yeganə çıxış yolunu yazıçılıqda görürdü. 1922-ci ildə Kafkanın ağır vərəm xəstəliyinə tutulması məlum oldu. Bu xəstəlik o dövrdə müalicə olunmurdu və ölümlə nəticələnirdi. Dahi yazıçı 1924-cü ildə vərəm sanatoriyasında dünyasını dəyişdi.

Yüklə 88,35 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin