Mühazirə 1 XIX əsrin sonu-xx əsrin əvvəllərində mənəvi sarsıntılar



Yüklə 88,35 Kb.
səhifə2/59
tarix27.12.2023
ölçüsü88,35 Kb.
#199117
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   59
dünya edeb-3 fenninin muhazire materiallari muh1-23 (1)

Özgələşmənin incəsənətə təsiri
Məlumdur ki, bütün incəsənət növlərinin əsas obyekti insandır. Məhz buna görə də insanların ayrı-ayrı fərdlər kimi yaxud cəmiyyətin üzvi qismində baş verən dəyişikliklər bütün incəsənət növlərində, təbii ki, ilk növbədə ədəbiyyatda özünün birbaşa yaxud dolayısı ilə əksini tapır. XIX əsrin sonlarına yaxın qərb dünyasında insanların məruz qaldığı böhranlar və sarsıntılar bədii ədəbiyyatda özünün hərtərəfli ifadəsini tapmışdır. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, XIX əsrin ortalarından başlayaraq bəşəriyyətin bədii cəhətdən inkişafında yeni mərhələ başlayır-insanın köklü şəkildə dəyişməsi bədii ədəbiyyatın da qüvvətli şəkildə dəyişməsinə meydan açdı: əgər XIX əsrin əvvəllərindən başlayaraq ədəbiyyatda insana münasibətdə vahid konsepsiya mövcud idisə, XIX əsrin ortalarından başlayaraq vahid ədəbi cərəyan faktiki olaraq bir-birinə qarşı duran iki müstəqil axıcı-pealizmə və avanqardizmə parçalanır. Bu dövrdə xarici, əsasən sosial və daxili ədəbi ənənələr bədii material faktorları ədəbi-bədii prosesin istiqamətini müəyyən edir. Dünyada hər şey dəyişir, dünyanın özü də aramsız şəkildə dəyişir, dünya ilə bərabər onda baş verən hadisələr də dəyişirlər. Dünyanın aramsız şəkildə dəyişməsi həyatın incəsənət qarşısında qoyduğu tələblərin də dəyişməsinə səbəb oldu. Lakin onu da qeyd etmək lazımdır ki, həyatda baş verən dəyişikliklərə ədəbi-bədii fikrə olduqarı kimi, yəni öz forma və məzmunlarını bütünlüklə saxlamaqla daxil olmurlar. Hər şeydən əvvəl əvvəlki dövrlərdə formalaşmış ənənələr, janr qəlibləri, deyim tərzi XIX əsrin sonu XX əsr ədəbiyyatına da öz təsirini göstərmişdi. Bundan əlavə özgələşmənin özü həyata müxtəlif münasibətlərin meydana gəlməsinə səbəb olmuşdu. Bu münasibətlər isə müxtəlif ideoloji mövqelərin formalaşmasına səbəb olmuşdu. Ədəbiyyat tarixindən məlumdur ki, müxtəlif ideoloji mövqedən çıxış edən yazıçılar bir qayda olaraq müxtəlif istiqamətlərdə, cərəyanlarda və məktəblərdə birləşərək bir-birini və təmsil etdikləri istiqamətin ideologiyasını müdafiə edirlər.

Yüklə 88,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin